Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2012
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Obamadan Xameneyiyə hədə dolu məktub
    Ağ ev Tehranı birbaşa danışıqlara başlamaq, eyni zamanda, Hörmüz boğazını bağlamağın potensial mənfi nəticələri ilə bağlı xəbərdar edib. «KƏLAMİNFO»un «İTAR-TASS»-a istinadən verdiyi məlumata görə, ABŞ administrasiyasının bu mövqeyi Birləşmiş Ştatlar prezidentinin İranın ali dini lideri ayətullah Əli Xameneyiyə ünvanlanmış məktubunda əks olunub.
    20.01.12 Məqaləni oxumaq
     
    20 yanvar günü münasibətilə tədbirlər keçirilir
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərin Problemi üzrə Elmi Araşdırmalar Mərkəzi tərəfindən “20 yanvar faciəsi” mövzusunda Dəyirmi masa keçirilib. Dəyirmi masadan əvvəl 22 il bundan öncə 20 Yanvar faciəsinin bir addımlığında olan və Bakını əks etdirən “Bakı fövqəladə vəziyyət ərəfəsində” sənədli-tarixi filmi nümayiş olunub. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə çıxış edən GİN-nin Gənclərin Problemi üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qələmşah Sadıqov bildirib ki, tədbirin keçirilməsində məqsəd 20 yanvar faciəsinin 22-ci ildönümünü anmaq, gənclər arasında vətənpərvərlik hissini aşılamaq və gənclərin diqqətini tariximizin qəhrəmanlıq salnaməsinə çevrilmiş bu faciəyə yönəltməkdir: “Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 1990-cı ilin 20 yanvar gecəsində öz ölkəsi, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar”.
    20.01.12 Məqaləni oxumaq
     
    Putin müxalifətlə dialoqa hazır olduğunu deyir
    Rusiyanın baş naziri Vladimir Putin jurnalistlərlə görüşdə müxalifətlə dialoqa hazır olduğunu deyib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o qeyd edib ki, bir çox müxalif baxışlı mədəniyyət xadimləri hökumətin mükafatlarından imtina ediblər. O, həmçinin qarşıdan gələn prezident seçkisinin maksimum şəffaf keçirilməsinə hazır olduğunu qeyd edib. Putin bildirib ki, onsuz da seçkinin istənilən cür gedişindən narazı qalanlar olacaq və əksəriyyətin qərarına hörmətlə yanaşmaq lazımdır.
    19.01.12 Məqaləni oxumaq
     
    Milli Məclisdə “Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatı olub
    Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda komitə sədri Ziyad Səmədzadə 2011-ci il payız sessiyasının yekunu və 2012-ci il yaz sessiyasında komitənin qanunvericilik işləri planı barədə məlumat verib. Komitə sədri iclas iştirakçılarına “Təhsil kreditləri haqqında” qanun layihəsini təqdim edib. O, qeyd edib ki, qanun layihəsinin qəbulu hazırkı dövrün tələbidir. “Dünyanın əksər ölkələrində təhsil kreditlərinin verilməsi təcrübəsi mövcuddur. Azərbaycanında bu təcrübədən yararlanma zamanı yetişib”-deyə Z.Səmədzadə vurğulayıb. Komitə sədri qanun layihəsinin millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli tərəfindən hazırlanaraq parlamentə təqdim olunduğunu deyib. Qanun layihəsinin müəlliflərindən olan Ə.Məsimli “Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatını edib.
    19.01.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Moskvaya gedib
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya gedib. XİN mətbuat xidmətindən “KƏLAMİNFO”ya verdiyi məlumata görə, xarici siyasət idarəsinin rəhbəri səfər çərçivəsində Rusiyanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə keçirəcəyi üçtərəfli görüşə hazırlıq məsələləri də müzakirə olunacaq. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi brifinqdə Azərbaycan xarici işlər nazirinin səfəri çərçivəsində iki ölkə arasında diplomatik əmlak haqqında saziş imzalanacağını bildirmişdi.
    19.01.12 Məqaləni oxumaq
     
    AŞ PA-nın qış sessiyasına qatılacaq Azərbaycan nümayəndə heyətinin tərkibi açıqlanıb
    Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov və Fazil Mustafa daxildirlər.
    19.01.12 Məqaləni oxumaq
     
    Rusiya Dağlıq Qarabağ problemi üzrə vasitəçilik missiyasını davam etdirməyi planlaşdırır
    «Rusiya Dağlıq Qarabağ probleminin nizamlanması ilə vasitəçilik missiyasını davam etdirməyi planlaşdırır». Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya bunu üçlük (Rusiya, Fransa, ABŞ) çərçivəsində edir. «KƏLAMİNFO» xəbər verir ki, nazir bildirib ki, prezidentlərin görüşü Soçidə yanvarın 23-də keçiriləcək. «Minsk qrupunun həmsədrləri də görüşdə iştirak edəcək və zərurət olduqda prezidentlər onlarla görüşəcəklər» - deyə Lavrov vurğulayıb.
    19.01.12 Məqaləni oxumaq
     
    20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Açıq qapı” günü keçiriləcək
    19 yanvar 2012-ci il tarixdə Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan “açıq qapı” günü keçiriləcək. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, sabah saat 19:00-da yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanan “Xəcalət” tamaşası nümayiş olunacaq. Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı Xalq artisti Səyavuş Kərimi olan tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu oynayacaqlar. Qeyd edək ki, tamaşaya giriş pulsuzdur.
    19.01.12 Məqaləni oxumaq
     
    Erməninin kəsilmiş başı HOLLYWOOD-un altından çıxdı
    Məşhur Hollivud təpəsində iti ilə gəzintiyə çıxan iki qadın ağıllarına da gətirə bilməyiblər ki, onların sevimlisi ağacların altında nə dartışdırır. “KƏLAMİNFO” “Los Angeles Times” qəzetinə istinadən xəbər verib ki, itlər polietilen paketdə kişi başı aşkarlayıblar. Başın sahibi isə Ermənistan vətəndaşıdır. Kəsilmiş məşhur HOLLYWOOD sözünün altındakı təpədə olub. Polisin verdiyi məlumata görə, 40 yaşında olan bu kişinin qətlinin səbəbini müəyyən etmək hələ ki, mümkün olmayıb. İstintaq aparılır. Polis erməninin bədəninin digər hissələrini tapmaq ümidi ilə ətrafa baxış keçirir. Qəzet yazır ki, bu cinayət işi xüsusi nəzarətə götürülüb.
    19.01.12 Məqaləni oxumaq
     
    Prezident Moldovanın baş nazirini qəbul edib
    Prezident İlham Əliyev bu gün Moldovanın baş naziri Vladimir Filatı qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Moldovanın baş naziri Vladimir Filatla Varşavada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Azərbaycan ilə Moldova arasında ikitərəfli əlaqələrin inkişaf tarixinin müsbət olduğunu qeyd edən prezident İlham Əliyev yeni mərhələdə münasibətlərimizin inkişafına təkan verməyin vacibliyini bildirib. Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün də yaxşı potensialın olduğunu deyib. Prezident İlham Əliyev baş nazir Vladimir Filatın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
    19.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Yan.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031