|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
Sergey Lavrov: Qəbələ RLS-nin statusu ilə bağlı prinsipial fikir ayrılığı mövcud deyil
|
Moskva ilə Bakı arasında Qəbələ RLS-nin statusu ilə bağlı prinsipial fikir ayrılığı mövcud deyil. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, bir sıra KİV-lər iddia etmişdilər ki, Qəbələ RLS ilə bağlı yaranmış problem üzündən ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Erik Rubin Bakıya gəlir. «O ki qaldı Qəbələ RLS-ə, yaxın günlərdə bizim hərbi nümayəndə heyətləri arasında danışıqlar davam etdiriləcək. Mənim bildiyimə görə, orada söhbət icarə haqqının parametrləri ilə bağlıdır, yəni prinsipial problemlər mövcud deyil, sadəcə, onlar razılaşmalıdırlar» - deyə rusiyalı nazir vurğulayıb.
|
19.01.12 Məqaləni oxumaq
|
|
|
Batan İtaliya gəmisinin kapitanı ev dustağı edilib
|
Qayalara çırpılmaqla batan İtaliya gəmisinin kapitanı azadlığa buraxılsa da, ev dustağı edilib. Kapitan Françesko Skettino insan ölümünə və gəmisini tərk etməyə görə başlanmış istintaqa cəlb olunub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, yanvarın 13-də dənizdə kruiz gəmisi batmağa başlayıb. Qəzada 11 adamın öldüyü deyilir, 20-dən çox adam axtarışdadır. Françesko Skettinonun vəkili deyib ki, o, 4200 sərnişini daşıyan və qayalara dəyəndən sonra korpusu dağılan gəmini tərk etməsi ilə bağlı ittihamı rədd edir. İtaliya mətbuatı isə dəniz sahil mühafizəçilərinin qəzadan sonra kapitana xilasetmə qayığını tərk edib öz gəmisinə qayıtmasını dəfələrlə göstəriş verməsinin əks olunduğu qeydləri yayımlayıblar.
|
18.01.12 Məqaləni oxumaq
|
|
|
Proxorov Putinin prezidentliyə dövründə baş nazir olmağa razıdır
|
Biznesmen, Rusiya prezidentliyinə namizəd Mixail Proxorov baş nazir Vladimir Putin prezident seçkilərində qalib gələcəyi təqdirdə hökumətə başçılıq etməyə razılıq verib. Lakin o, bunun üçün bir şərt irəli sürüb. «Seçkiqabağı proqramımı reallaşdırmaq imkanı veriləcəyi təqdirdə buna gedəcəm. Əgər mənim dəyişikliklərə səbəb olacaq seçki proqramım qəbul olunarsa, bu qərarı qəbul edərəm». «KƏLAMİNFO» xəbər verir ki, bunu prezidentliyə namizəd «Exo Moskva»ya müsahibəsində deyib. Proxorov Putinin proqramını «stabilləşmə modeli» kimi xarakterizə edib. Yanvarın 19-dan isə özünün seçkiqabağı proqramını dərc etməyə başlayacağını bildirib.
|
18.01.12 Məqaləni oxumaq
|
|
|
Sarkisyan yanvarın 23-də işgüzar səfərlə Soçiyə gedəcək
|
Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 23-də işgüzar səfərlə Soçiyə gedəcək. “KƏLAMİNFO”nun məlumatına görə, “News.am” Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə prezidentinin ikitərəfli görüşü keçiriləcək. Elə həmin gün Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüş də olacaq. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə ediləcək.
|
18.01.12 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev: Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz
|
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, 2011-ci ildə heç bir nəticə olmayıb. Bunun yeganə və başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, danışıqlarda qeyri-səmimi davranışıdır. Faktiki olaraq danışıqların pozulmasına, yaxud da ki, dondurulmasına Ermənistan tərəfi çox çalışıb. Danışıqlar əlbəttə ki, iki tərəfin iştirakını tələb edir. Bir tərəf əgər danışıqlardan bu və ya digər formada boyun qaçırmaq istəyirsə, digər tərəfin imkanları da məhdudlaşır. Ancaq deyə bilərəm ki, 2011-ci ildə danışıqlar prosesində, bu məsələyə dair beynəlxalq qüvvələrin münasibətində müsbət hallar olub. Biz bunu inkar edə bilmərik. Deyə bilərəm ki, onlardan ən önəmlisi odur ki, üç həmsədr ölkə status-kvonun qəbuledilməz olduğunu bəyan edib. Bu, birinci bəyanatdır, yəni bundan əvvəlki illərdə belə bəyanatlar verilmirdi.
|
18.01.12 Məqaləni oxumaq
|
|
|
Kolumbiya 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota verib
|
Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın Meksikadakı səfirliyinə 20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Meksikadakı səfirliyimizdən veriblər.
Notada, “1990-cı ilin 20 yanvar tarixində Sovet İttifaqı tərəfindən Azərbaycan ərazilərinə qarşı təcavüz zamanı baş vermiş Qara yanvar kimi tanınan hadisələrə” istinadən bildirib ki, “Kolumbiya Xarici İşlər Nazirliyi 1991-ci ildə uğurla başa çatmış Azərbaycan xalqının öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşdığını təsdiq edir”.
|
18.01.12 Məqaləni oxumaq
|
|
|
Ermənistanda ömürlük məhbuslar aclığa başladılar
|
«Nubareşen» islah-əmək müəssisəsində 20-yə yaxın ömürlük həbs cəzası almış məhbus aclığa başlayıb. «KƏLAMİNFO» «Qraparak» qəzetinə istinadən xəbər verir ki, onlar aclıq aksiyasından əvvəl Ermənistan prezidentinə, AŞ rəhbərliyi və Qızıl Xaçın nümayəndəliyinə tələblərinin əks olunduğu məktub yollayıblar. Onların tələbi budur ki, prezident onlara baş çəkib fikirlərini dinləsin. Ömürlük məhbuslar onların barələrində çıxarılan qərarlara yenidən baxılmasını və cəzalarının 15-20 ilə qədər azaldılmasını istəyirlər.
Məhbuslar son aylar müvafiq instansiyalara çoxsaylı məktublar göndərsələr də, nəticəsiz qalıb. Bu da onların sonda radikal addım atmalarına səbəb olub. Onlar bildiriblər ki, əgər tələbləri nəticəsiz qalarsa, əlavə 20 məhbus da onlara qoşulacaq. Eyni zamanda, tələbləri yerinə yetirilməyənə qədər aclığı davam etdirəcəklər.
|
18.01.12 Məqaləni oxumaq
|
|
|
Sergey Lavrov MDB-yə üzv dövlətlərin səfirləri ilə görüşüb
|
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun MDB-yə üzv dövlətlərin səfirləri ilə işçi səhər yeməyi formatında görüşü keçirilib. “KƏLAMİNFO” Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, qeyri-formal şəraitdə keçən görüş zamanı MDB məkanında əməkdaşlığın aktual məsələləri, Birliyin fəaliyyətinin yekunu, AvraAzES, Gömrük İttifaqı və KTMT və inkişafın gələcək perspektivləri müzakirə edilib.
|
18.01.12 Məqaləni oxumaq
|
|
|
BMT baş katibi TŞ-ni Suriya ilə bağlı ölçü götürməyə çağırıb
|
BMT baş katibi Pan Ki Mun TŞ-ni Suriyada davam edən zorakılıqlarla bağlı ölçü götürməyə çağırıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, o, 10 ay davam edən üsyan nəticəsində qırılanların sayının “qəbuledilməz” səviyyəyə çatdığını deyir. Abu-Dabiyə səfəri zamanı çıxış edən baş katib Şuranı Suriyadakı böhranı aradan qaldırmaq üçün sistematik iş görməyə səsləyib. O, Ərəb Liqasını Bəşər əl-Əsədlə dialoqa girdiyinə və Suriyaya müşahidəçi missiyası göndərdiyinə görə alqışlayıb. Baş katib liqanın bu səyləri davam etdirəcəyinə ümidini ifadə edib.
|
17.01.12 Məqaləni oxumaq
|
|
|
“Diqqət Yol Polisi” layihəsinə start verildi
|
Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, Dəyirmi masanı keçən həftə 12 qeyri-hökumət təşkilatı tərəfindən təsis olunan “Təhlükəsiz Yol” Alyansı keçirib.
|
17.01.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|