Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2012
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    Azərbaycan bu ay ərzində BMT Təhlükəsizlik Şurasının 11 qapalı müşavirəsinə qatılacaq
    Yanvarın 1-dən etibarən BMT Təhlükəsizlik Şurasına 2 illik qeyri-daimi üzv olan Azərbaycan bu ay öz səlahiyyətləri çərçivəsində 11 qapalı müşavirəyə, 3 müzakirəyə və 5 ümumi məlumatlandırma tədbirinə qatılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
    Müzakirələr zamanı Orta Şərq, Suriya və digər ərəb ölkələrində baş verən hadisələr, o cümlədən BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq mövzusu diqqətdə olacaq.
    Xatırladaq ki, ötən gün Azərbaycan üzv kimi ilk dəfə Təhlükəsizlik Şurasının ilk iclasına qatılıb.
    06.01.12 Məqaləni oxumaq
     
    Bir sıra korrupsiya cinayəti ilə bağlı açıqlama verilib
    Tovuz rayon sakini Cəfər Yusifovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Rəhim Məmmədovun 2-ci qrup əlillik dərəcəsinin verilməsi üçün ondan 1000 manat məbləğində rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya idarədən veriblər.
    İstintaqla müəyyən edilib ki, Rəhim Məmmədov həmin komissiyanın həkim ekspert-cərrahı Əli Həsənovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidməti vəzifələrinin icrası ilə əlaqədar Cəfər Yusifova 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsinin müqabilində 1000 manat məbləğində rüşvət alıb.
    06.01.12 Məqaləni oxumaq
     
    Gənc Tamaşaçılar Teatrının direktoru diploma layiq görülüb
    2011-ci ilin yekunlarına və Almaniya-Azərbaycan dostluq və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri, Respublikanın Əməkdar artisti Mübariz Həmidov “Körpü” diplomu ilə təltif olunub. Teatrın mətbuat xidmətinin katibi Hüsniyyə Mursaquliyevanın “KƏLAMİNFO”ya verdiyi xəbərə görə, M.Həmidov bu mükafata Mədəniyyət və Turizm Nazirliyi, Alman-Azərbaycan Dostluq Cəmiyyəti və Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə həyata keçirilən birgə layihələrin reallaşdırılmasındakı xüsusi əməyinə görə layiq görülüb.
    05.01.12 Məqaləni oxumaq
     
    Hüsnü Mübarək ölümə məhkum oluna bilər
    Misir prokuroru Mustafa Süleyman keçmiş prezident Hüsnü Mübarəki 800-dən çox adamın ölümündə təqsirli sayıb. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, əgər Mübarək və onunla birlikdə ittiham olunan 7 nəfərin günahı sübuta yetirilsə, onlara ölüm hökmü çıxarıla bilər. Baş prokuror Mustafa Süleyman Qahirədə keçirilən dinləmələrdə deyib ki, onlar nümayişçilərə atəş açmaq əmri verib. İstintaq zamanı yüzlərlə şahid, tibb işçisi və polis dindirilib.
    05.01.12 Məqaləni oxumaq
     
    Kəndlərdə genişzolaqlı internetin istifadəsi ilə bağlı layihənin icrasına başlanılıb
    “Aztelekom” İstehsalat Birliyi (İB) bütün kənd sakinlərinin internet xidmətlərindən yüksək keyfiyyətlə istifadə etməsi üçün nəzərdə tutulan layihənin icrasına başlayıb. “KƏLAMİNFO” quruma istinadən xəbər verir ki, layihə üzrə 25 rayonun 236 kəndi 1400 kilometr optik kabel çəkilməklə 25 min internet portu ilə təmin ediləcək.
    Artıq Yevlax, Kürdəmir, Hacıqabul, Şəki, Masallı, Ağsu, Ağdam, Sabirabad, Saatlı, Yardımlı, Biləsuvar, Neftçala, Astara və Lerik rayonlarında işlərə başlanılıb. Kəndlərin yüksək keyfiyyətli optik kabellərlə təmin edilməsi ilə sakinlər telefonla yanaşı, bütün multimedia xidmətlərindən istifadə edə biləcəklər.
    Qeyd edək ki, layihənin həyata keçirilməsi ilə əlaqədar “Aztelekom” İB-in elan etdiyi tenderin qalibi “Huawei” şirkətidir.
    05.01.12 Məqaləni oxumaq
     
    Azərbaycan və Qətərin Daxili İşlər nazirlikləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq barədə Saziş imzalanacaq
    Bu il Azərbaycan və Qətər Daxili İşlər nazirlikləri arasında hökumətlərarası təhlükəsizlik sahəsində əməkdaşlıq barədə Saziş imzalanacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.
    O qeyd edib ki, hazırda bu sənəd layihə formasındadır və Azərbaycan tərəfindən Qətər dövlətinə təklif kimi göndərilib. “İl ərzində sənədin iki ölkə arasında imzalanacağı gözlənilir”,-deyə E.Abdullayev vurğulayıb.
    XİN rəsmisi onu da bildirib ki, təklif Qətərin Baş nazirinin müavini Əhməd bin Abdulla əl-Mahmud tərəfindən təsdiqlənib.
    05.01.12 Məqaləni oxumaq
     
    DİN: məşğuliyyət, yoxsa inanc mənbəyi...
    I.

    Bu gün dindarların sayının getdikcə artmasında bəzi xoş olmayan məqəmlarla bağlı ictimai fikirdə ciddi və haqlı narahatlıq var. Bu narahatlıqlar ibadətlə məşğul olmaq istəyən insanların xaricdən ixrac olunan təriqətlərin təsiri altına düşmələri ilə izah edilsə də, digər əsas səbəb kimi hicab məsələsi də göstərilir. Hətta bəziləri bir az da irəli gedərək hicab məsələsini elə məhz xaricdən ixrac olunan “problem” kimi təqdim edərək yuxarıda qeyd etdiyimiz hər iki səbəbi birləşdirməyə çalışır.  Amma gəlin qəbul edək ki, bu gün dinə gələn insanların heç də hamısı yad təriqətlərin “xeyir-duası”nı almır. Onların böyük əksəriyyətinin hidayət olunmalarının başlıca səbəbi qəlblərinin səsini dinləmələridir.
    05.01.12 Məqaləni oxumaq
     
    Qapalı tarix
    SSRİ-nin Məkkəyə göndərdiyi sovet hacıları...

    Həcc hər zaman müsəlman xalqların həyatında böyük əhəmiyyət daşıyıb. Bu mərasim eyni zamanda müsəlman ölkələri arasında canlı əlaqənin yaradılmasına, ideyalar mübadiləsinə və İslam sivilizasiyasının nailəyyətləri ilə tanışlıq imkanı yaradır. Azərbaycan zəvvarları növbəti dəfə müqəddəs məkana - Məkkəyə gedirlər. Həcc mövsümü böyük bir coşqu ilə başlanıb. Hələ iki ay əvvəl Qafqaz Müsəlmanlar İdarəsi rəsmən elan edib ki, müqəddəs ziyarətə təyyarə ilə getmək istəyənlər üçün ayrılmış yer dolub. Hər il bu mənzərə təkrar olunur. Minlərlə azərbaycanlı müsəlman müqəddəs Kəbəni ziyarət edərək hacı titulunu alır. 
    05.01.12 Məqaləni oxumaq
     
    VIII şeyxülislam anıldı
    Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu qurumun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli din xadimi, QMİ-nin VIII şeyxülislamı axund Ağa Cavad oğlu Əlizadənin 140 illiyinə həsr olunmuş “Cümhuriyyətin və sovet dövrünün şeyxülislamı” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
    Konfransın əvvəlində “Qurani-Kərim”dən surələr oxunub. Daha sonra QMİ-nin VIII şeyxülislamı, axund Ağa Cavad oğlu Əlizadənin 1944-cü il mayın 25-də “Təzəpir” məscidində Zaqafqaziya Müsəlmanlarının I Qurultayının açılışındakı çıxışından bir hissə nümayiş etdirilib.
    05.01.12 Məqaləni oxumaq
     
    Sülhə və dialoqa yönəlmiş səylər
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Tatarıstan Respublikasının paytaxtında işgüzar səfərdə oldu. Səfər çərçivəsində A.Paşazadə “İslam terrorçuluğun əleyhinədir: cəmiyyət və dövlət üçün təhlükə potensialı, ekstremizmə qarşı mübarizə vasitələrinin axtarışı” mövzusunda Ümumrusiya elmi-praktiki konfransda iştirak etdi.
    “İslam mədəniyyətinə, təhsilə və elmə kömək” qeyri-kommersiya xeyriyyə fondunun dəstəyi ilə Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsi tərəfindən təşkil olunmuş konfrans dekabrın 15-də keçirildi. Tədbirin məqsədi din faktorundan istifadə edən terrorçuluğun yerinin və rolunun müəyyənləşdirilməsi, destruktiv fəaliyyətin təzahür etdiyi ilkin mərhələlərdə aşkara çıxarılması, terrorçuluğun ölkənin həyatında ictimai-siyasi, sosial-iqtisadi və mənəvi proseslərə təsirinin obyektiv qiymətləndirilməsi və ilkin əks-tədbirlərin görülməsidir.
    05.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Yan.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031