Rusiya və Qafqazın dini liderlərinin üçtərəfli görüşünün BİRGƏ BƏYANNAMƏSİ
|
Bu gün biz bir daha Qafqazda ədalətli sülhün yaradılması və münaqişələrin həllinə yardım yollarını tapmaq üçün bir araya gəldik. Əvvəlki görüşlərin ənənəsini davam etdirərək, din xadimlərinin və dindarların səylərinin bizim bölgədə vəziyyətə faydalı təsir göstərə biləcəyini bir daha təsdiq edirik. Təəssüf ki, regionun bir çox xalqları hələ də düşmənçilik və inamsızlıq səbəbindən bir-birindən ayrı düşüblər. Biz tam həll edilməmiş münaqişələrin nəticələrinin mənfi təsirlərini üzərimizdə hiss edirik. Siyasi radikallar və sabitliyi pozmaq istəyən digər qüvvələr milli və dini fərqliliklərdən istifadə edərək özlərinin dini adət-ənənələrə kökündən yad bəyanatlarına və əməllərinə haqq qazandırmağa çalışırlar.
|
05.01.12 Məqaləni oxumaq
|
|
|
Nəsir İmanquliyev- 100
|
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” mövzusunda konfrans keçirildi.
Tanınmış ictimai xadim, jurnalist və publisist, professor Nəsrulla İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirdi ki, görkəmli alimi səciyyələndirən başlıca xüsusiyyətlərdən biri onun hadisə və proseslərə məxsusi baxış bucağının olması idi.
|
05.01.12 Məqaləni oxumaq
|
|
|
MDB-nin Dinlərarası Şurasının iclasının yekun sənədi
|
Biz, MDB ölkələrinin müsəlman, xristian, yəhudi və buddist icmalarının rəhbərləri xalqlarımız üçün narahatlıq doğuran bir sıra aktual məsələlərin həlli yollarını tapmaq üçün Yerevana toplaşmışıq. Əsas problemimiz müxtəlif cinayətlərin kökü və mənbəyi olan ictimai mənəviyyatın səviyyəsinin aşağı olmasıdır. İnformasiya mübadiləsi və yeni texnologiyaların böyük inkişafına baxmayaraq, cəmiyyətin mənəvi bərpası olmadan bu tərəqqinin insanlara bərpası mümkün olmayan ziyanlar vura biləcəyi şübhəsizdir.
|
05.01.12 Məqaləni oxumaq
|
|
|
Kəbə örtüyü necə dəyişdirilir?
|
Kəbə örtüyünün tarixi Həzrəti İsmayılın dövrünə gedib çıxır. Din alimlərinin dediyinə görə, ilk dəfə Kəbə üzərinə pərdə salınması təklifi Həzrəti İsmayılın həyat yoldaşından gəlib. Və ilkin planda örtük yalnız Kəbənin qapısı üçün nəzərdə tutulubmuş. QMİ-nin Şəriət və fətva şöbəsinin müdiri Mirəziz Seyidzadə: “Birinci dəfə onun qapı hissəsinə örtük örtüblər. Sonra Həzrət İsmayıl deyib ki, nə gözəl olar ki, bunun divarına da örtük örtək ki, bu görünməsin. Yəni bir az bunun vəziyyətini gözəlləşdirək. Çoxlu öz qəbiləsindən yun istehsal elədilər və verdilər onun üçün xüsusi adamlar parça toxudular”.
|
05.01.12 Məqaləni oxumaq
|
|
|
İmam Hüseyn (ə) yoluna sadiqlik
|
Şeyxülislam Allahşükür Paşazadə: “Aşura mərasimi dinimizin buyurduqlarına uyğun, dövlətimizin qanunlarına hörmətlə keçirilməlidir”
Noyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Məhərrəm ayının başlanması münasibəti ilə toplantı keçirilib. Mərasim Qurani-Kərimin oxunuşu ilə başlanıb. toplantıda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İslam dininin daha da qüdrətlənməsi, dövlətçiliyimizin müdafiəsi və ərazi bütövlüyümüzün bərpası yolunda verdiyimiz şəhidlərin xatirəsini ehtiramla yad edib: “Qarşıdan Aşura günü gəlir.
|
05.01.12 Məqaləni oxumaq
|
|
|
Şeyx İrəvanda oldu
|
MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda iclası keçirildi. Görüşdə Rusiya, Azərbaycan və Ermənistan din xadimləri atəşkəs bölgəsində snayperlərin geri çəkilməsi və bir sıra məsələlərlə bağlı öz fikirlərini bölüşüblər. Görüş başa çatdıqdan sonra ölkəmizin bir sıra kanallarında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Yerevanda keçirilən tədbirdə çıxış etməyə başlarkən Ermənistan prezidenti Serj Sarkisyanın tədbiri nümayişkənarə şəkildə tərk etdiyi barədə xəbər yaydılar.
|
05.01.12 Məqaləni oxumaq
|
|
|
Tarixi nailiyyət, diplomatik qələbə
|
Birləşmiş Millətlər Təşkilatı (BMT) İkinci Dünya müharibəsindən sonra, cahanda sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı, sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Qərargahı Nyu-York şəhərində yerləşən BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb və həmin il oktyabrın 24-də qüvvəyə minib. Təşkilatın əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.
|
05.01.12 Məqaləni oxumaq
|
|
|
Milli maraqlara söykənən xarici siyasət
|
Prezident İlham Əliyevin yürütdüyü uğurlu və məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan regional və qlobal səviyyədə söz sahibinə çevrilib
SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri də müstəqil xarici siyasətin qurulması və ölkənin beynəlxalq aləmdə layiqli yerini tutması idi. Mürəkkəb ictimai-siyasi vəziyyət, ölkəmizə qarşı Ermənistanın apardığı müharibə şəraitində isə bu çox çətin idi.
|
05.01.12 Məqaləni oxumaq
|
|
|
Şeyxülislam ordeni təqdim edildi
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilin 65 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etmişdir. Yubiley tədbirində görkəmli dövlət nümayəndələri, ictimai xadimlər, müxtəlif konfessiyaların nümayəndələri, habelə Rusiyada akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları iştirak etmişlər.
|
05.01.12 Məqaləni oxumaq
|
|
|
Əjdərbəy məscidi əsaslı təmir olundu
|
Dekabrın 22-də Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva məscidin açılışı mərasimində iştirak etmişlər. Dövlət başçısı və xanımı məscidin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdılar.
|
05.01.12 Məqaləni oxumaq
|
|
|
|