Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2012
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Əhməd Davudoğlu: “Türkiyə öz ərazisini İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə imkan verməyəcək”
    Rusiyada səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Danışıqlarda İranla bağlı yaranmış vəziyyət müzakirə edilib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Ə.Davudoğlu «Türkiyə öz ərazisini İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə imkan verməyəcək» deyib. Görüşdə, həmçinin ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq, İran və Suriya problemləri, QİƏT çərçivəsində əməkdaşlıq, terrorizmlə birgə mübarizə və digər məsələlər müzakirə olunub. Hər iki ölkə bu problemlərin həlli istiqamətlərində səylərini gücləndirmək qərarına gəliblər. Görüşün sonunda yekun Bəyannamə imzalanıb.
    27.01.12 Məqaləni oxumaq
     
    Bakı Dövlət Universitetində professor Cahangir Məmmədlinin yubileyi keçirilib
    Bakı Dövlət Universitetində kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, professor Cahangir Məmmədlinin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə tədbir keçirilib. Məlumatı “KƏLAMİNFO”ya BDU-dan veriblər. C.Məmmədlini Azərbaycan milli jurnalistika elmi məktəbinin görkəmli nümayəndəsi, ali jurnalistika təhsilinin təşkilatçısı, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi xarakterizə edən rektor Abel Məhərrəmov deyib ki, Cahangir müəllim uzun illər boyu elmin və təhsilin tərəqqisinə çalışıb, onun milli koloritlərini zənginləşdirərək beynəlxalq nüfuzunu yüksəldib, xalqımızın adını daim uca tutub. Onun sözlərinə görə, professorun səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanıb.
    27.01.12 Məqaləni oxumaq
     
    Milli Atlas gələn ilin əvvəllərində hazır olacaq
    “Azərbaycanın Milli Atlasının hazırlanması üzərində işlər gələn ilin əvvəllərində başa çatacaq. Planlaşdırırıq ki, 2013-cü ilin əvvəllərində Azərbaycanın Milli Atlasını təqdim edək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. Komitə sədri bildirib ki, hazırda Atlas üzərində lazımi işlər davam etdirilir. Qeyd edək ki, Milli Atlas Azərbaycan, ingilis və rus dillərində hazırlanacaq. Azərbaycanın Milli Atlası 1500 xəritə və 450 səhifədən ibarət olacaq, ölkənin sosial-iqtisadi, tarixi-mədəni həyatının bütün sahələrini əhatə edəcək.
    27.01.12 Məqaləni oxumaq
     
    Fransada etirazçı deputatların sayı artır
    Fransa parlamentində qəbul edilən qanun layihəsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gələn senatorların sayı 35-ə çatıb. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, hakim Xalq Hərəkatı Birliyinin üzvü və Türkiyə-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mişel Difenbeycer Milli Assambleyada sosialistlər və iqtidar partiyası millət vəkilləri də daxil olmaqla, Konstitusiya Məhkəməsinə ediləcək müraciəti imzalamağa hazır olan deputatların sayının 35-ə çatdığını bildirib. Senatda da təxminən bu sayda senator Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırdır. Qanunla bağlı Konstitusiya Məhkəməsinə müraciət edə bilmək üçün Milli Assambleyanın və ya Senatın 60 üzvünün imzası və ya prezidentin şəxsi etirazı kifayət edir.
    26.01.12 Məqaləni oxumaq
     
    İraqda polis əməkdaşlarının evinə bomba atılıb
    İraqda polis əməkdaşı olan iki qardaşın evinə bomba atılıb. Hadisə bu gün səhər onlar yatanda baş verib. 10 nəfər ölüb. Onların arasında qadınlar və uşaqlar da olub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda Babil əyalətinin polis nümayəndəsi və yerli həkimlər məlumat verib.
    26.01.12 Məqaləni oxumaq
     
    Pakistanın baş naziri hərbçilərlə barışıb
    Ordu rəhbərliyini hərbi çevrilişə hazırlaşmaqda ittiham edən baş nazir dediklərini geri götürüb. “KƏLAMİNFO” “İTAR TASS”-a istinadən xəbər verir ki, bu barədə hökumətin yaydığı rəsmi məlumatda bildirilir. Məlumat baş nazirin Quru qoşunlarının baş qərargah rəisi general Asfak Kayani və Kəşfiyyat idarəsinin rəisi general-leytenant Ahmed Suya Pasa ilə görüşündən sonra açıqlanıb. Bir neçə ay idi ki, Pakistanda mülki hökumətlə ordu rəhbərliyi arasında münasibətlər gərgin idi.
    26.01.12 Məqaləni oxumaq
     
    Azərbaycanda “Əlillərin sosial müdafiəsi haqqında” qanunun monitorinqi aparılır
    Hazırda Azərbaycanda “Əlillərin sosial müdafiəsi haqqında” qanun layihəsinin monitorinqi aparılır və yaxın zamanlarda monitorinqin nəticələri açıqlanacaq. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. O qeyd edib ki, monitorinq bu qanunun hansı müddəalarının işlədiyini, əlillərlə bağlı Konvensiyaya uyğunluğunu öyrənmək məqsədilə aparılır. “Monitorinqin yekununda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, müvafiq qanuna bəzi müddəaların əlavə edilməsi, bəzi müddəaların işlək mexanizminin yaradılması üçün təkliflər hazırlanacaq” - deyə M.Quliyev vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda əlillər, onların sosial müdafiəsi ilə bağlı qanunvericilik kifayət qədər dolğundur və bu sahədə yeni bir qanunun qəbuluna ehtiyac yoxdur.
    26.01.12 Məqaləni oxumaq
     
    Milli Məclisin ilk iclasında Fransa Senatının qəbul etdiyi sənədlə bağlı məsələ qaldırılacaq
    Milli Məclisin növbəti plenar iclasında Fransa Senatında qəbul olunan qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəza tətbiqi ilə bağlı deputatlar ciddi məsələ qaldırmaq fikrindədirlər. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, hakim yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, bu məsələ ilə bağlı əksər millət vəkilləri birgə mövqe ortaya qoymaq niyyətindədirlər. “Çünki bu sənəd tək Fransa və Türkiyə arasında deyil, bütün dünyada gərginliyin artmasında çox pis bir rol oynaya bilər. Fransa siyasətçiləri tarixi saxtalaşdıranların, dünyada gərginliyi artırmağın müxtəlif yollarını fikirləşən erməni millətçilərinin güdazına getdilər, təəssüf ki, bu, çox şeyi dəyişəcək”-deyə A.Mirzəzadə vurğulayıb.
    26.01.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat: “İranın molla rejimi bu gün hər bir dövlətdə özünə düşmən axtarır”
    “Təəssüf ki, İranın molla rejimi bu gün hər bir dövlətdə özünə düşmən axtarır. Hətta daim ona dost olmaq istəyən Azərbaycanla belə Tehran bu niyyətindədir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O, qeyd edib ki, İrandakı rejim bu gün az qala bütün dünyaya qarşı müharibə elan etmək vəziyyətindədir, hansı ki başlıca olaraq bu, İran xalqının mənafeyinə ziddir. “Yaxın qonşu, müsəlman qardaşları olmamıza baxmayaraq, İranın molla rejimi öz ölkəsinin müxtəlif şəxsləri və qurumları vasitəsilə Azərbaycana qarşı iftiralar yağdırır, böhtanlar söyləyir, etik normalara sığmayan fikirlərə cəsarət edir. Buna görə də həmin ölkənin bu gün ağır vəziyyətə düşməsinin başlıca səbəbi molla rejiminin mahiyyətində axtarılmalıdır. Bütün dünya birmənalı olaraq İranın nüvə silahının istehsalını dayandırmasını gözləyir, o isə buna əhəmiyyət vermir”-deyə millət vəkili vurğulayıb.
    26.01.12 Məqaləni oxumaq
     
    Strateji Araşdırmalar Mərkəzi hesabatını açıqlayıb
    Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011-ci ildəki fəaliyyətinə dair hesabat açıqlayıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Mərkəzin 2011-ci ildəki fəaliyyəti ötən illərlə müqayisədə istər tədqiqat, istərsə də təşkilatçılıq baxımından yeniliklərin tətbiqi və çoxşaxəliliyi ilə fərqlənib.
    26.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Yan.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031