|
Səhifələr : # 7 8 9 10 11 12 13 14 15 #
“Müasir İKT-nin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
|
Sentyabrın 22-də Azərbaycan Texniki Universitetində “Müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, tədbirin təşkilatçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetidir.
Rabitə nəzəriyyəsi, müasir informasiya texnologiyaları və informasiyanın mühafizəsi, müasir naqilsiz rabitə texnologiyaları, təsvirlərin emalı üsulları və vəsitələri, kompyuter şəbəkələri və idarəetmə sistemləri bölmələrindən ibarət olacaq konfrans öz işini sentyabrın 24-də başa vuracaq.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
Yunanıstan avro ilə bağlı referendum keçirəcək
|
Yunanıstan hökuməti avronun saxlanılması və yaxud geriyə-milli valyutaya dönməsi ilə bağlı referendumun keçirilməsini planlaşdırır. «KƏLAMİNFO» «Reuters»ə istinadən məlumat yayıb ki, referendumun keçirilməsi ilə bağlı qanun layihəsi yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacaq. Baş nazir Georgios Papandreu bu qənaətdədir ki, referendumun nəticəsi onun rəhbərlik etdiyi kabinetə büdcə kəsirini ixtisar etmək barədə planın reallaşdırılmasını davam etdirməyə imkan verəcək.
Hazırda dövlət borcu 350 mlrd. dollara çatan Yunanıstan defolt həddindədir.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
Merkel Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı çıxıb
|
Almaniya kansleri Angela Merkel Xristian-demokrat İttifaqın regional konfransında Türkiyənin Avropa Birliyinə bərabərhüquqlu qaydaya üzvlüyünə qarşı çıxıb. «Lakin biz Türkiyəni vacib və əhəmiyyətli tərəfdaş kimi itirmək istəmirik» - deyə kansler bildirib. «KƏLAMİNFO» Türkiyə KİV-inə istinadən xəbər verir ki, Merkelin qənaətincə, AB Ankara ilə daha sıx siyasi əməkdaşlıq qurmaq üçün vasitələr tapmalıdır. «Türkiyə bizim üçün çox vacibdir, bizim onunla sıx qarşılıqlı münasibətlər qurmamız vacibdir» - deyə o bildirib.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
ABŞ Silahlı Qüvvələrində cinsi azlıqlar sərbəst şəkildə xidmət edə biləcəklər
|
Bu gündən artıq ABŞ Silahlı Qüvvələrində cinsi azlıqlar sərbəst şəkildə xidmət edə biləcəklər. Belə ki, sentyabrın 20-dən etibarən onların orduda xidmət etməsini qadağan edən qanun qüvvədən düşmüş hesab edilib. «KƏLAMİNFO» «Bloomberg»ə istinadən xəbər verir ki, bundan sonra cinsi azlıqlara məxsus olduqları bəlli olan hərbçiləri ordudan avtomatik qova bilməyəcəklər.
Pentaqon rəsmiləri yeni siyasətin mahiyyətini belə izah ediblər ki, qadağa 1993-cü ildən qüvvədə olub. Həmin qadağaya görə, seksual oriyentasiyalarını gizlədən hərbçilər orduda xidmət edə bilərdilər. Eyni cinsdən olanların nikahı isə silahlı qüvvələrdə əvvəlki tək tanınmayacaq. Adıçəkilən qanuna ABŞ prezidenti Barak Obama 2011-ci ilin iyulunda imza atıb, dekabrda isə Konqres onu təsdiq edib. Cinsi azlıqların orduda xidmət etməsini qadağan edən qanunun ləğvi ABŞ prezidentinin seçkiqabağı proqramının əsas bəndlərindən idi.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
Nazir: “Nabrandakı mövcud vəziyyət məni tamamilə qane etmir”
|
“Artıq neçə müddətdir Azərbaycanın turizm bölgəsi kimi tanınan Nabrandakı mövcud vəziyyət məni tamamilə qane etmir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir qeyd edir ki, son yoxlamalar nəticəsində Nabrandakı turistik vəziyyət istər sanitar cəhətdən, istərsə də digər cəhətlərinə görə heç bir standarta cavab vermir. “Mən bununla bağlı artıq göstərişlər vermişəm və müvafiq tədbirlər görülür” - deyə Ə.Qarayev vurğulayıb.
Nazir bildirib ki, ölkədəki əksər turizm mərkəzləri çalışmalıdırlar ki, müasir dünya standartlarına uyğun xidmət göstərsinlər. “Bu gün dünyada etik turizm kodeksi var ki, təəssüflər olsun bizdə ona əməl edilmir. Bizim turizm şirkətləri bunu nəzərə almalıdırlar” - deyə o, əlavə edib.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
İsveç “Eurovision–2012” üçün təmsilçi seçiminə başlayıb
|
İsveçdə Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision–2012” mahnı müsabiqəsinə qatılmaq üçün hazırlıq işləri aparılır. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkədə artıq 57-ci “Eurovision” mahnı yarışmasına göndəriləcək mahnının seçiminə başlanılıb. Bununla əlaqədar İsveç yayım şirkəti “SVT” artıq mahnı qəbulunu həyata keçirir və həmin mahnılar “Melodifestival” müsabiqəsində ifa olunacaq.
Qeyd edək ki, peşəkar münsiflər heyəti tərəfindən seçiləcək mahnılar “Melodifestival” müsabiqəsinə vəsiqə qazanacaq və 2012-ci ilin fevralında keçiriləcək finalda cəmi 8 iştirakçı birincilik uğrunda mübarizə aparmaq şansı qazanacaq. Ölkədaxili seçim mərhələsində iştirak etmək istəyən və İsveçi mötəbər müsabiqədə təmsil etmək arzusunda olanlara öz müraciətlərini təsdiqlətmək üçün sentyabrın 30-dək vaxt verilib.
Xatırladaq ki, “Eurovision” müsabiqəsinin prodüserləri Henrik Conson, Krister Björkman və nümayəndə heyətinin başçısı Edvard Svillen tamaşaçılara misilsiz şou bəxş etməyə söz veriblər.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
Hidayət Orucov: Dinin siyasiləşdirilməsi bəzi ölkələrdə acı tendensiya xarakteri alıb
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzanı qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DQİDK-dən veriblər.
Görüşdə Dövlət Komitəsinin sədri Azərbaycanlıların milli-dini dözümlülük xarakterinin həm nəzəri, həm də həyati tərəflərinə şəxsən bələd olmağına şübhə etmədiyini qeyd edib. H.Orucov əlavə edib ki, ABŞ-ın ölkəmizdəki səfirləri ilə Dövlət Komitəsi arasında işgüzar münasibətlər ənənəsi mövcudur və bu davam etdiriləcək.
Səfir Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu önə çəkib, belə bir siyasi seçimdə dövlətimizin və millətimizin sosial-iqtisadi islahatlar fonunda əldə etdiyi nailiyyətlərin, milli-dini xarakterindəki tolerantlıq ənənəsinin, hər cür ayrı-seçkiliyə “yox” demək iradəsinin malikliyinin əsas rol oynadığını vurğulayıb.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
Prezident Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin açılışında iştirak edib
|
Prezident İlham Əliyev sentyabrın 19-da Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Prezidenti musiqi məktəbinin rəmzi açılışını bildirən lenti kəsib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, musiqi məktəbinin binasında əsaslı təmir işlərinə ötən ilin mayında başlanıb.
Prezident İlham Əliyev binanın birinci mərtəbəsində yaradılmış muzeylə tanış olub. Burada yaradılmış stendlərdə ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə milli musiqimizin inkişafındakı xidmətlərini, eləcə də görkəmli bəstəkar Qara Qarayevin yaradıcılıq uğurlarını əks etdirən fotoşəkillər nümayiş etdirilir. Məktəbin foyesində dahi bəstəkarın barelyefi yaradılıb. Foyedə quraşdırılmış lövhələrdə Azərbaycan Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş gənc istedadların, eləcə də Qara Qarayevin tələbələrinin şəkilləri yer alıb.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
Prezident Bakıda Fikrət Əmirovun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib
|
Prezident İlham Əliyev bu gün Bakıda Fikrət Əmirov küçəsində görkəmli bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri dövlət başçısını qarşılayıblar.
Prezident İlham Əliyevə məlumat verilib ki, müəllifi əməkdar rəssam Namiq Dadaşov olan tuncdan hazırlanmış abidənin ümumi hündürlüyü 3,6 metrdir. Abidənin ətrafında park salınıb, abadlıq işləri aparılıb. Parkda çoxlu sayda ağac və gül kolları əkilib, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, burada istirahət üçün lazımi şərait yaradılıb.
Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürüb. Dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub.
Sonra Azərbaycan Prezidenti musiqi ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
Rezidenturaya qəbul imtahanlarına ərizə qəbulu sabah başa çatır
|
Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu sabah saat 10:00-da başa çatır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Ərizə qəbulu internet vasitəsi ilə bu qaydada aparılır: – Namizəd şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerezidentura) daxil olur və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurur. Namizəd ödəmə kartını virtual formada internet vasitəsilə və ya Azercell-in 7725 xidmətindən istifadə etməklə əldə edir. Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirir. Namizədlər “Namizədin elektron ərizəsi” formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın Regional bölmələrində (Naxçıvan MR, Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində) yaradılmış SQK-da təsdiq etdirirlər.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 7 8 9 10 11 12 13 14 15 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|