Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Azərbaycan haqqında bələdçi kitabın ərəb dilində nəşr olunması haqda müqavilə imzalanıb
    Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatının icraçı direktoru Alisteyr Makkenzi ilə Azərbaycan haqqında olan “Baku Mini Visitors’ Guide” adlı bələdçi kitabının ərəb dilində də hazırlanması və nəşr olunması üçün müqavilə imzalayıb. Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu layihə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və bir sıra xarici nəşriyyat evlərinin iştirakı ilə “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində həyata keçirilir. Xatırladaq ki, bu gün həmin kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilib və təqdimatda mədəniyyət və turizm naziri Ə.Qarayev də iştirak edib.
    29.09.11 Məqaləni oxumaq
     
    Ərdoğan BMT Təhlükəsizlik Şurası sisteminin dəyişdirilməsini təklif edir
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurası sisteminin dəyişdirilməsini təklif edir. «BMT-də müəyyən islahatlar aparılmalı və beş nəfərdən ibarət Təhlükəsizlik Şurası sistemini dəyişmək gərəkdir. Çünki dünyanın taleyi beş ölkənin çıxaracağı qərardan asılıdır» - deyə baş nazir «TIME»a müsahibəsində bildirib. «KƏLAMİNFO» «Hurriyet»ə istinadən xəbər verir ki, baş nazir onu da deyib ki, Türkiyənin ABŞ-la münasibətləri stabildir və hər hansı bir böhran keçirmir: «Lakin bu münasibətlər bizim istədiyimiz qədər yüksəlmir».
    29.09.11 Məqaləni oxumaq
     
    Aydın İsmiyev: “Yay turizm mövsümündə turizm obyektlərinə turist axını cəmi 50 gün təşkil edib”
    Cari ilin yanvar ayından bu günədək ümumilikdə nazirlik tərəfindən 23 şirkətə turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəhbəri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, yay turizm mövsümündə Azərbaycanın bölgələri üzrə yerləşdirmə obyektlərinin yüklənmə faizi və turistlərə təklif olunan xidmətlərlə qiymətlərin uyğunluğunun öyrənilməsi ilə bağlı nazirliyin mütəxəssisləri şimal, şimal-qərb, cənub və qərb bölgələrinə həm yay mövsümü öncəsi, həm də mövsümün sonunda ezam olunmuş və ezamiyyənin yekunu olaraq, nazirliyin mütəxəssisləri bir sıra təhlillər aparıb.
    29.09.11 Məqaləni oxumaq
     
    Əflatun Amaşov “Asiyada media əsri” mövzusunda keçirilən Dünya Konqresində çıxış edib
    Tayvanın paytaxtı Taypeydə Beynəlxalq Mətbuat İnstitutunun “Asiyada media əsri” mövzusunda keçirdiyi Dünya Konqresi işini yekunlaşdırıb. Azərbaycanın media nümayəndələrinin qatıldıqları tədbirin ikinci günü Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. MŞ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycanın xarakterik xüsusiyyətləri barədə məlumat verən Ə.Amaşov ölkəmizdə medianın özünəməxsus cəhətlərindən ətraflı söhbət açıb. O bildirib ki, rəhbəri olduğu qurumun başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Bununla yanaşı, Şura bəzi mühüm qanunvericilik təşəbbüsləri ilə də çıxış edib. Həmin təşəbbüslər içərisində diffamasiya ilə bağlı qanun layihəsinin hazırlanmasına toxunan Şura sədri layihənin ölkə parlamentinə təqdim edildiyini və tezliklə qəbuluna inandığını deyib.
    29.09.11 Məqaləni oxumaq
     
    Metyu Brayza Artur Rəsizadə ilə görüşüb
    ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bu gün baş nazir Artuq Rəsizadə ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında M.Brayza özü bildirib. O qeyd edib ki, görüşdə geniş spektrli məsələlər müzakirə olunub. “Bunların arasında kənd təsərrüfatının inkişafının şaxələndirilməsi, mühüm enerji infrastrukturunda təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və sair məsələlər vardı” - deyə səfir vurğulayıb. Onun sözlərinə görə, baş nazirlə görüşündə bir neçə sənəd də imzalanıb.
    29.09.11 Məqaləni oxumaq
     
    Səfir: “Wikileaks”də dərc olunanlar şəxsi dəyərləndirmədir”
    “Bu gün “Wikileaks” saytında dərc olunan məlumatlar şəxsi dəyərləndirmədir, ABŞ Dövlət Departamentinin rəsmi hesabatı deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib. O qeyd edib ki, Vaşinqton heç vaxt “Wikileaks”də dərc olunan materialların Dövlət Departamentinin rəsmi hesabatı olduğunu qəbul etməyib. “İstənilən halda mən, yaxud başqa əməkdaşımız göndərdiyi teleqramlarda yalnız öz mövqeyini əks etdirir, yaxud tövsiyə verir. Bu yalnız diplomatın baş verənləri dəyərləndirməsidir. Diplomatlar da digər insanlar kimi həmkarları ilə yazışma hüququna malikdir” - deyə səfir vurğulayıb.
    28.09.11 Məqaləni oxumaq
     
    “Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsi yekunlaşdırılır
    Gənclər üçün Təhsil Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsini başa vurmağa hazırlaşır. Bu barədə “KƏLAMİNFO”ya Mərkəzin mətbuat xidmətindən məlumat verilib. 6 ay davam edən layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun regionlarda peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi, gənclərdə peşə təhsilinə həvəs oyatmağı və texniki-peşə təhsilinin nüfuzunun qaldırılmasını nəzərdə tutub.
    28.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanda turizm və rekresiya zonaları yaradılacaq
    Turizm və rekresiya zonalarının yaradılması istiqamətində müvafiq yer quruluşu planı xəritələri hazırlanıb. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəhbəri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, plan təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunub: “Ölkəmizə turizm axının artırılmasında və davamlı turizmin yaradılmasında əsas amil kimi bu məsələ nazirliyin Dövlət Proqramının icrası çərçivəsində həyata keçirdiyi əsas istiqamətlərdən biridir. Turizm və rekresiya zonalarının ümumi Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilib”. A.İsmiyevin sözlərinə görə, nazirliyin mütəxəssisləri “Azərbaycan Respublikasının Turizm haqqında Qanun”un yeni layihəsini hazırlayıblar: “Layihə müvafiq dövlət qurumları ilə razılaşdırılması məqsədilə aidiyyəti üzrə təqdim edilib”.
    28.09.11 Məqaləni oxumaq
     
    “İranı hərbi zərbə gözləyir”
    Nüvə silahı yaratmaq cəhdlərinə son qoymazsa, İranı hərbi zərbə gözləyir. Fransanın nümayəndəsi Herard Araud BMT-də çıxışında belə deyib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Araud deyib ki, əgər yaxın zamanda beynəlxalq birlik İranla danışıqları yoluna qoya bilməzsə, hərbi əməliyyatın mümkünlüyü müzakirə olunacaq. Qərb ölkələri dəfələrlə Tehranı nüvə silahı istehsal etməyə cəhddə ittiham ediblər. BMT-nin Təhlükəsizlik Şurası İran hökumətinin bu istiqamətdə işlərə son qoyması üçün dörd dəfə sanksiya tətbiq edib. Tehran isə israr edir ki, onun nüvə proqramı sülh xarakterlidir.
    28.09.11 Məqaləni oxumaq
     
    Elçin Əfəndiyev: “Bakıda beynəlxalq kitab sərgisinin keçirilməsi təqdirəlayiqdir”
    “Azərbaycanda müstəqillik əldə edildikdən bəri bir çox sərgilər keçirilib, lakin bunların içərisində ən vacibi kitab sərgi-yarmarkasıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu İkinci Bakı Beynəlxalq Kitab sərgi-yarmarkasındakı çıxışında baş nazirin müavini Elçin Əfəndiyev deyib. Onun sözlərinə görə, kitab bütün sahələrin inkişafında mühüm rol oynayır və belə bir sərginin keçirilməsi təqdirəlayiqdir. “Kitab bəşəriyyətin ən böyük kəşfidir” deyən E.Əfəndiyev artıq ənənə halını alan beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan kitabları, Azərbaycan yazarları dünyaya özlərini tanıtmaq imkanı qazanırlar: “Bu istiqamətdə mübadilələr həyata keçirilir və bu da nailiyyətlər əldə etməyə səbəb olur”. Qeyd edək ki, İkinci Bakı Beynəlxalq Kitab sərgi-yarmarkası sentyabrın 30-dək davam edəcək.
    28.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930