Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Hidayət Orucov: “Regionda müsəlmanlar arasında nifaq toxumu səpilir”
    Bu gün Qafqazda yaşayan xalqlar dini problemlərlə yanaşı, regiondakı münaqişələrin həlli, eləcə də terrorizm ideologiyasının qarşısının alınması istiqamətində səylərini gücləndirməli, təcavüzə məruz qalmış qonşularını müdafiə etməlidirlər. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş, "Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. O, təəssüflə bildirib ki, Qafqazda Ermənistanın qonşusu Azərbaycana təcavüzkarlıq siyasətinin davam etdirməsi bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcədə tolerantlıq ənənələrinin möhkəmlənməsinə ciddi problemlər yaradır. “Azərbaycanda mövcud dinlər, eləcədə islam məzhəb və təriqətləri arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək dini zəmində hər hansı münaqişə baş verməyib.
    30.09.11 Məqaləni oxumaq
     
    Yaqub Mahmudov: “Ermənilər Dədə Qorqudun qəbrini partlatmaq istəyirlər”
    “Dədə Qorqudun qəbrinin Dərbənddən şimalda, qayalardan birində olması barədə Övliya Çələbi, Adam Oliyarinin əsərlərində məlumatlar var. İlk mənbə olan bu tarixi faktda hətta şəkil materialları da var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov deyib. Dədə Qorqudun qəbrinin olduğu dağın partladılacağı barədə yayılan məlumatlara münasibət bildirən Y.Mahmudov təsdiq edib ki, belə məlumatlar var: “Dədə Qorqud Azərbaycan və bütün türk xalqları üçün müqəddəsdir. İş o yerə çatıb ki, ermənilər bu müqəddəsliyə də əl uzadırlar.
    30.09.11 Məqaləni oxumaq
     
    Həcc ziyarətinin marşrutu dəyişdirilib
    Azərbaycandan bu il baş tutacaq Həcc ziyarətinin marşrutu dəyişdirilib. “KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QMİ sədrinin müavini Hacı Sabir Həsənli bildirib. Onun sözlərinə görə, Suriyada yaşanan hadisələrlə bağlı bu il Həcc ziyarətinə yollanacaq avtobuslar Suriyadan keçməyəcək, İran – İraq – Səudiyyə Ərəbistanı marşrutu ilə yollanacaq. Sabir Həsənli qeyd edib ki, Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, Həcc karvanları oktyabr ayının 25-26-dan yola düşəcəklər. “Hər il olduğu kimi bu il də 2 min nəfərin yola düşməsi gözlənilir. 1300 nəfərə da 40-41 avtobusla yola düşəcək”–deyə S.Həsənli bildirib. O qeyd edib ki, marşrutdan başqa digər qaydalara dəyişiklik olunmayacaq.
    30.09.11 Məqaləni oxumaq
     
    Gənc rejissorların kino axşamının dəqiq vaxtı açıqlanıb
    “Bu meydan, bu ekran–2010” müsabiqəsinin qalibləri tərəfindən çəkilmiş qısametrajlı filmlərdən ibarət “Gənclərin qısa filmləri” kino axşamı cari ilin sentyabr ayının 30-da keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, kino axşamının proqramda “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində istehsal olunan rejissor Fehruz Şamıyevin “Yol”, “Sinema Evi” MMC-də Novruz Hikmətin rejissorluğu ilə çəkilən “Mənim atam” və “Ayan-Z” MMC-nin istehsalında rejissor Kəmalə Rzayevanın “Şəbəkə” filmləri nümayiş olunacaq. Xatırladaq ki, tədbir göstərilən tarixdə saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
    29.09.11 Məqaləni oxumaq
     
    “In Between” müasir Avstriya incəsənəti sərgisinə start verilib
    Azərbaycan Milli İncəsənət Muzeyində “In Between” müasir Avstriya incəsənəti sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin, Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə keçirilən sərgidə müasir Avstriya rəssamlıq sənətini təmsil edən 36 rəssamın 40-dan çox əsəri nümayiş etdirilir.
    29.09.11 Məqaləni oxumaq
     
    Terrorda şübhəli bilinən amerikalı həbs olunub
    ABŞ-da Massaçusets ştatı sakini Rezvan Ferdaus həbs olunub. O, Pentaqon və Konqres binalarında terror aktı planlaşdırmaqda ittiham olunur. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, prokurorluq nümayəndəsi bildirib ki, təhlükəsizlik xidməti əməkdaşları Rezvan Ferdausun hər bir addımını nəzarət altında saxlayıb. Ona görə də o, ictimaiyyət üçün təhlükə yarada bilməyib.
    29.09.11 Məqaləni oxumaq
     
    ABŞ-da 2 900 nəfər qeyri-qanuni mühacir saxlanılıb
    Birləşmiş Ştatlarda son yeddi gün ərzində aparılan əməliyyatlar zamanı əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş 2 900 nəfər qeyri-qanuni mühacir saxlanılıb. ABŞ-ın İmmiqrasiya və Gömrük Nəzarəti təşkilatlarının açıqladıqları məlumatda deyilir ki, genişmiqyaslı əməliyyatlar 50 ştatda və ABŞ-a məxsus olan dörd bölgədə aparılıb. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, belə ölçülər Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Con Napolitanonun ciddi cinayətlərdə əli olan və miqrasiya qanunlarını pozanların ölkədən deportasiya ediləcəyini deməsindən sonra götürülüb. Ötən həftə keçirilən əməliyyatlar zamanı 1200 nəfərin bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edildikləri, 1600 nəfərdən çoxunun isə qətl, insan oğurluğu, zorlama və narkotik maddə qaçaqmalçılığında əli olduqlarına görə nəzarət altına alındıqları deyilir.
    29.09.11 Məqaləni oxumaq
     
    Suriyada təhsil alan tələbələr təhsilini yarımçıq buraxıb
    Bu günlərdə Suriyada təhsil alan 50-60 azərbaycanlı tələbə bu ölkədəki hadisələrlə bağlı təhsilini yarımçıq buraxıb Azərbaycana qayıdıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QMİ sədrinin müavini Hacı Sabir Həsənli bildiirb. Onun sözlərinə görə, Suriyada türkdilli şəxslərə qarşı olan münasibətə görə, azərbaycanlı tələbələrə ölkələrinə qayıtmaq tövsiyə olunub. “Azərbaycanlı tələbələr əsasən Dəməşq şəhərində təhsil alırdılar. Eyni zamanda, digər iğtişaşlar baş verən şəhərlərdən də azərbaycanlı tələbələrin təhsilini buraxıb gəlməsi davam edir”-deyə, S.Həsənli vurğulayıb.
    29.09.11 Məqaləni oxumaq
     
    Demokratik İslahatlar Partiyasının III qurultayının vaxtı bəlli oldu
    Demokratik İslahatlar Partiyasının Siyası Şurasının növbəti toplantısı olub. Bu barədə “KƏLAMİNFO”ya partiyadan məlumat verilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın III qurultayına hazırlıqla bağlı məsələlər müzakirə edilib. Partiyanın III qurultayının oktyabrın 7-si keçirilməsi qərara alınıb.
    29.09.11 Məqaləni oxumaq
     
    Pravoslav Kilsəsinin nümayəndəsi: Qafqaz dünya ictimaiyyəti üçün həlledici rol oynayır
    “Azərbaycan dinlərarası və millətlərarası münasibətlərin modelini nümayiş etdirir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda səfərdə olan Rusiyanın Kilsə və cəmiyyət münasibətləri üzrə Sinodalın sədri, Pravoslav Kilsəsinin nümayəndəsi Vsevolod Çaplin bildirib. Onun sözlərinə görə, Qafqaz dünya ictimaiyyəti üçün Balkanlar və Yerusəlim qədər həlledici rol oynayır. “İnsaniyyətin gələcəyi Qafqazda baş verən proseslərdən asılıdır. Bunu regionda tarix boyu baş verən hadisələr sübut edib” - deyə V.Çaplin vurğulayıb. O, terrorizm və ekstremizmlə bağlı məsələyə toxunaraq bildirib ki, inam faktoru sosial və siyasi təzadları aradan qaldıra bilər. “Bu, Qafqazda mümkündür” - deyə o, əlavə edib.
    29.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930