Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    ÜST: Qeyri-yoluxucu xəstəliklərlə bağlı problemləri həll etmək üçün 30 trilyon dollar lazım olacaq
    Qeyri-yoluxucu xəstəliklərlə bağlı problemləri həll etmək üçün növbəti 20 ildə daha çox 30 trilyon dollar lazım olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru xanım Margaret Chan bildirib. Onun sözlərinə görə, bu bahalı xəstəliyin tamamilə məhv edilməsi üçün bütün iqtisadi mənfəətləri səfərbər etməklə bütün xəstələr üçün müalicə işini təmin edərək həyat şəraitini dəyişmək lazımdır. “Bu baxımdan “Sağlamlıq 2020” Fəaliyyət Planını xüsusi diqqətə layiqdir” - deyə ÜST baş direktoru vurğulayıb.
    13.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Türkiyə səhiyyə sistemində əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçirəcək
    Yaxın illərdə Azərbaycan və Türkiyə arasında səhiyyə sistemində əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyənin səhiyyə naziri Recep Akdağ bildirib. O qeyd edib ki, bu məqsədlə Ankara tərəfindən Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev Türkiyəyə dəvət olunub və yaxın vaxtlarda bu səfərin baş tutması gözlənilir. “İki qardaş ölkə üçün səhiyyə kifayət qədər həssas sahədir və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi vacibdir”-deyə R.Akdağ vurğulayıb. Onun sözlərinə görə, hal- hazırda Azərbaycanla Türkiyə arasında yeni səhiyyə sərgisi müzakirə olunur. “Bunun üçün bir-birimizə necə yardım edəcəyik, hansı nəticəyə gələcəyik kimi məsələlər müzakirələrimizin əsas mövzusudur” - deyə türkiyəli nazir əlavə edib.
    13.09.11 Məqaləni oxumaq
     
    Ermənistanda qəzetin baş redaktoru öldürülüb
    Ermənistanın hüquq-mühafizə orqanları sentyabrın 1-də Kotayk vilayətində meyiti tapılan qadının kimliyini müəyyən ediblər. «KƏLAMİNFO» erməni xəbər agentliklərinə istinadən xəbər verir ki, aydın olub ki, bu şəxs Yerevanda dərc olunan «Menk meronçov» qəzetinin baş redaktoru 51 yaşlı Alvard Abramyandır. Onu sentyabrın 10-dan itkin düşmüş hesab edirdilər. Onun üzərində zorakılıq əlamətləri aşkarlanıb.
    13.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanla Pakistanın hərbi əməkdaşlığı müzakirə olunub
    Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Pakistanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təyinatı münasibətilə səfiri təbrik edən müdafiə naziri müxtəlif sahələrdə Azərbaycanla Pakistanın sıx əlaqələrini diqqətə çatdırıb, qeyd edib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Pakistanla əməkdaşlıq bu gün də yüksək səviyyədə davam edir: “Ölkələrimiz arasında hərbi əməkdaşlıq sahəsində də uğurlar əldə edilib”. Görüş zamanı regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Pakistanın səfiri öz dövlətinin mövqeyini ifadə edərək bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanla heç bir əlaqəyə malik deyillər.
    13.09.11 Məqaləni oxumaq
     
    Prezident təqaüdü alacaq tələbələr TQDK-da oldular
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, builki qəbul imtahanlarında yüksək nəticə əldə edən 102 tələbəyə hədiyyələr təqdim edilib. Görüşdə imtahanların gedişi, test tapşırıqlarının məzmunu və s.-lə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, qəbul imtahanlarında 110105 abituriyent iştirak edib, onlardan 1540-ı 600-dən çox bal toplayıb.
    13.09.11 Məqaləni oxumaq
     
    Prezident ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasında iştirak edib
    Bu gün Bakıda, “Gülüstan” sarayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev sessiyanın açılışında iştirak edib. Tədbirdə ÜST-nin baş direktoru Marqaret Çen, 53 ölkənin səhiyyə nazirləri, bir çox nüfuzlu beynəlxalq təşkilatın rəhbərləri və Azərbaycanın tibb mütəxəssisləri iştirak edirlər. Sessiyanın icraçı sədri Jozep Kasals, Avropa Regional bürosunun direktoru xanım Jujanna Yakab cıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq ediblər, səhiyyənin aktual problemləri ilə bağlı strategiya və planların qəbul ediləcəyini və mühüm qərarlar veriləcəyini bildiriblər. Sonra sessiyanın sədri və digər vəzifəli şəxsləri seçilib. Səhiyyə naziri Oqtay Şirəliyev 61-ci sessiyanın sədri seçilib. O.Şirəliyev məruzə ilə çıxış edib.
    13.09.11 Məqaləni oxumaq
     
    Mehriban Əliyeva: Azərbaycan səhiyyə sahəsində bir çox nailiyyət qazanıb
    “Ümidvaram ki, Azərbaycanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası səhiyyə üçün taleyüklü sənədlərin qəbulu ilə nəticələnəcək və XXI əsrdə Avropa ölkələrinin səhiyyə sahəsindəki yeni siyasətinin formalaşdırılmasına öz müsbət təsirini göstərəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva sessiyaya göndərdiyi təbrik məktubunda bildirib. O qeyd edib ki, ötən illərdə Azərbaycan səhiyyəsi böyük bir inkişaf yolu keçərək tibb müəssisələrinin maddi-texniki bazasının əsaslı surətdə yeniləndirilməsi, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının yaradılması və özəl sektorun qurulması istiqamətində bir çox nailiyyət qazanıb. “Effektiv həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində yoluxucu xəstəliklərin, şəkərli diabet, hemofiliya və ümumən insanların sağlamlığı ilə bağlı digər problemlərin aradan qaldırılması üçün xeyli iş görülüb.
    13.09.11 Məqaləni oxumaq
     
    Abituriyentlərə sual kitabçasını özüylə aparmağa qadağa qoyulacaq
    “Rezidenturaya namizədlik verənlərə imtahandan sonra sual kitabçaları paylanılmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbasova deyib. Onun sözlərinə əsasən, bu il rezidenturaya qəbul ilk dəfə keçirildiyindən suallar TQDK-nın rəsmi saytında yerləşdiriləcək, növbəti illərdən isə nə internet, nə də sual kitabçası vasitəsilə suallar namizədlərə paylanmayacaq. “Sualların tərtibi bizə baha başa gəlir. Həmin suallar ola bilsin ki, növbəti imtahanlara da salınsın. Bu baxımdan sual kitabçaları rezidenturaya imtahan verənlərə də paylanılmayacaq” - deyə o, əlavə edib. TQDK sədri bildirib ki, bundan öncəki illərdə sual kitabçasının paylanması aşkarlığı təmin etmək məqsədi güdürdü. “Lakin bundan sonra hətta bakalavr pilləsinə qəbul imtahanı zamanı da abituriyentlərə sual kitabçasını özüylə aparmağa qadağa qoyulacaq”.
    13.09.11 Məqaləni oxumaq
     
    Bakıda “Qərargah fəaliyyətləri və hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar keçirilir
    Bu gün Bakıda “Qərargah fəaliyyətləri və hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar öz işinə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, seminar Azərbaycan-ABŞ iş planına əsasən keçirilir. Seminar sentyabrın 15-dək davam edəcək.
    13.09.11 Məqaləni oxumaq
     
    Ərdoğanın ərəb ölkələrinə səfəri başlayıb
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Qahirəyə gəlib. O, bu gün Misirin hərbi hökumətinin nümayəndələri, müdafiə naziri və baş nazirlə görüşəcək. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Ərdoğanın Ərəb Liqası ölkələri xarici işlər nazirlərinin iclasında çıxışı da gözlənilir. Baş nazir sentyabrın 12-13-də Misirdə, 14-15-də Tunisdə, sentyabrın 16-da isə Liviyada rəsmi görüşlər keçirəcək.
    12.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930