Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Ermənistan Gürcüstan torpaqlarını ələ keçirir
    Gürcüstanda dərc edilən «Kviris palitra» qəzeti sərhəd zonasında onlara məxsus torpaq sahələrinin Ermənistan tərəfindən ələ keçirildiyini yazıb. «KƏLAMİNFO» nəşrə istinadən yaydığı məlumatda göstərib ki, qəzet sərhəd ərazidəki Azərbaycan kəndləri - Sadaxlı, Burma və Təzəkənd sakinlərinin məktubunu dərc edib. Orada göstərilib ki, onlar silahlı erməni sərhədçilərinin qarşısında tam şəkildə müdafiəsiz qalıblar: «Onlar bizim hüquqları pozur, ev heyvanlarını oğurlayır, meşəni, otlaq yerlərini əlimizdən alıblar. Kənd təsərrüfatı üçün yararlı yerlər isə günbəgün azalır və Ermənistanın sərhədi ölkənin dərinliklərinə doğru irəliləyir». Ermənistana artıq 20 hektar ərazi keçib və onlar digər yerləri də ələ keçirmək istəyirlər. Yerli azərbaycanlıların qəzetə verdiyi məlumata görə, problemlər 2008-ci ildə başlayıb. O zaman erməni sərhədçiləri 1975-ci il xəritəsini gətirərək bildiriblər ki, bu torpaqlar Ermənistana məxsusdur.
    14.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan dili Gürcüstanda dövlət dili ola bilər
    Gürcüstanın bəzi rayonlarında Azərbaycan, erməni və digər dillərə dövlət dili statusu verilək. “KƏLAMİNFO” news.am-a istinadən xəbər verir ki, bu barədə Leyboristlər Partiyasının siyasi katibi Georgi Quqava məlumat verib. Onun sözlərinə əsasən, hakimiyyətin planının reallaşması ilə həmin bölgələrdə təhsil, məhkəmə iclasları, inzibati və vətəndaş əlaqələri daha gürcü dilində həyata keçirilməyəcək: “Amerikadakı erməni lobbisinin tapşırığı və Saakaşvilinin satqın dəstəsinin əli ilə ölkəmizin daha da çox bölünməsi üçün növbəti antimilli qərar qəbul etməyə hazırlaşırlar. Həmin qanun layihəsinə səs verəcək deputatlar Gürcüstan tarixinə vətən satqını kimi daxil olacaqlar” - deyə o, əlavə edib.
    14.09.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Qəbul imtahanlarında vaxt limiti artırıla bilər”
    “Növbəti illərdə qəbul imtahanlarında vaxt limiti artırıla bilər. Bu da təbii ki, açıq test suallarının artırılması ilə əlaqədar olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə bu gün prezident təqaüdçüləri ilə keçirilən görüşdə söyləyib. Onun sözlərinə əsasən, test proqramlarına açıq testlər daxil edəndə vaxt faktoru nəzərə alınır. “Gələcəkdə açıq testlərin sayı çoxalarsa, imtahan suallarının sayında dəyişikliklər də edilə bilər” - deyə o, əlavə edib.
    14.09.11 Məqaləni oxumaq
     
    ABŞ-da işsizliyi azaltmaq üçün yeni qanun layihəsi Konqresə təqdim olunub
    ABŞ prezidenti Barak Obama Konqresə yeni iş yerləri yaratmağa imkan verəcək qanun layihəsi göndərib. Obama bildirib ki, bu layihə müxtəlif vergi güzəştləri, ictimai layihələr, dövlət yardımlarıyla minlərlə iş yerinin yaradılmasına imkan verəcək. Bu layihə dövlətə ümumilikdə 450 milyon dollara başa gələcək. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Obama Konqresi qanunu dərhal qəbul etməyə çağırsa da, siyasi fikir ayrılıqları üzündən qanunun qəbulunun uzanacağı gözlənilir.
    14.09.11 Məqaləni oxumaq
     
    “Azərbaycanda səhiyyə sahəsində baş verən dəyişikliklər bizdə maraq oyadıb”
    “Azərbaycanda səhiyyə sahəsində baş verən dəyişikliklər bizdə kifayət qədər maraq oyadıb. Buna görə də biz çox istəyirik ki, bu sahədə Azərbaycanla Rusiya arasında əlaqələr daha da genişləndirilsin”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkəmizdə səfərdə olan Rusiya səhiyyə və sosial inkişaf nazirinin müavini Veronika Stvartskova bildirib. O qeyd edib ki, sağlamlıq sahəsində əməkdaşlıq iki ölkənin xeyrinədir. “Rusiya Azərbaycanla özündə olan bütün müsbət nailiyyətləri bölüşməyə hazırdır. Səhiyyə barədə əməkdaşlığımızda ən vacib konsepsiyalardan biri qeyri-infeksion xəstəliklərlə mübarizə konsepsiyasıdır. Bu, ölümlərin və dünyada olan xəstəliklərin, əlilliyin əsas səbəbidir” - deyə V.Stvartskova vurğulayıb. O, həmçinin bildirib ki, Rusiya başqa ölkələrlə birlikdə ən aktiv konsepsiyanın hazırlanmasında iştirak edib və bu təcrübəni də Azərbaycanla bölüşməyə hazırdır. “Rusiyanın bu təcrübəsi Moskva deklorasiyası və Ümumdünya Səhiyyə Təşkilatının qətnaməsində öz əksini tapıb. Azərbaycandakı mütəxəssislər bununla çox yaxından tanışdırlar” - deyə o, əlavə edib.
    14.09.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Qobustan rayonunda olub
    Prezident İlham Əliyev Qobustan rayonuna gəlib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən bu park 2007-ci ildə istifadəyə verilib. Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilib, göz oxşayan fəvvarə kompleksi yaradılıb. Parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait var.
    14.09.11 Məqaləni oxumaq
     
    BMT Baş Assambleyasının 66-cı sessiyasının açılış mərasimi keçiriləcək
    Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 66-cı sessiyasının açılış mərasimi keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, sessiyaya qətərli diplomat Naser Abdel Əziz ən-Naser sədr seçilib. Yeni sessiya çərçivəsində 21-27 sentyabr tarixlərində ümumi siyasi diskussiyalar aparılacaq. 66-cı sessiyanın gündəliyinə 168 məsələ daxil edilib. Gündəlikdə “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair” və “”GUAM ərazilərində həlli uzadılmış münaqişələr və onların bütün dünyada sülh, təhlükəsizlik və inkişafa təsiri” məsələləri də yer alıb. Hər iki məsələnin sessiya çərçivəsində dekabrın 12-də müzakirəsi gözlənilir.
    14.09.11 Məqaləni oxumaq
     
    Anqolalı “Dünya gözəli” oldu
    «2011 Dünya gözəli» müsabiqəsinin qalibi Anqoladan olan Leyla Lopes seçilib. Braziliyanın San-Paulu şəhərində keçirilən müsabiqədə Lopes 88 namizədi üstələyərək qalib olub. O, mükafatı ötənilki qalib meksikalı Xmena Naverettadan alıb. «KƏLAMİNFO» «Associated Press»ə istinadən xəbər verir ki, birinci vitse-miss ukraynalı Olesya Stefanko, ikinci vitse-miss isə Braziliyadan olan Prisila Maçado olub. Gözəllik yarışmasını televiziya ilə bir milyard insan izləyib.
    13.09.11 Məqaləni oxumaq
     
    «Əl-Qaidə»nin yeni müraciəti
    «Əl-Qaidə» terror təşkilatı 11 sentyabr hadisəsinin 10-cu ildönümündə yeni video yayıb. Videoda qrupun yeni lideri Ayman əl-Zəvahirinin və təşkilatın öldürülmüş lideri Üsamə bin-Ladenin indiyədək yayılmamış bəyanatı yer alıb. Video klip ekstremistlərin saytında yayılıb və oradakı bəyanatların hamısı hələ tərcümə edilməyib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Zəvahiri ərəb ölkələrində inqilab, əzabkeş adlandırdığı Ladenin ölümü və Qərbin tez bir zamanda süqutu məsələsinə toxunub: «Özündən razılıq Amerikanı qüvvətlənən islam cəmiyyəti ilə üzbəüz qaldığını etiraf etməyə mane olur». Təşkilatın yeni lideri Ladenə Əfqanıstanda Rusiyaya və ABŞ-a qarşı mübarizəsinə görə təşəkkür edib və bəyan edib ki, o, bu mübarizə yolunda qurban gedib. Əl-Zəvahiri bir sıra KİV-lərin «Əl-Qaidə»nin ərəb inqilablarını dəstəkləmədiyi barədə fikirlərini də yalan adlandırıb. Onun sözlərinə görə, bu inqilabları ABŞ-ın məğlubiyyəti də adlandırmaq olar.
    13.09.11 Məqaləni oxumaq
     
    Hər il dünyada 600 min nəfər passiv tütünçəkmədən həyatını dəyişir
    Dünyanın bir çox ölkəsində, o cümlədən Avropa ölkələrində də Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına tam əməl olunmur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəsmisi Sevil Əsədova bildirib. O qeyd edib ki, konvensiyada tütündən azad zonanın yaradılması nəzərdə tutulub. “Konvensiyaya görə ictimai yerlərdə tütündən istifadə qadağan olunub. Çünki tütün tək ondan istifadə edənə yox, ətrafdakılara da zərrər verir. Buna passiv tütünçəkmə deyilir. Hər il dünyada 600 min nəfər passiv tütünçəkmədən həyatanı dəyişir” - deyə o vurğulayıb. S.Əsədova deyir ki, konvensiyada nəzərdə tutulan tütün məhsullarının reklam olunmasının qadağası Azərbaycanda həyata keçirilir. “Amma siqaretin tək-tək satılması düzdüz olmasa da, Azərbaycanda buna əməl edilmir” - deyə o, əlavə edib.
    13.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930