Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  17 18 19 20 21 22 23 24 25  #
    Tələbə güzəşt kartı bir neçə aya tətbiq edilə bilər
    Tələbə güzəşt kartı bir neçə aya artıq Azərbaycanda da tətbiq edilə bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov deyib. Nazirin sözlərinə əsasən, tələbə güzəşt kartlarından təkcə dövlət yox, eyni zamanda özəl ali məktəblərin də tələbələri istifadə edə biləcək. “Bu kartlar vasitəsilə gənclər əldə etmək istədiklərini güzəştlə ala biləcəklər. Bu kartlar həm də Avropa ölkələrində keçərli olacaq. Bununla bağlı Təhsil Nazirliyi ilə birgə artıq işlərə başlamışıq. Düşünürəm ki, bir neçə aya bu kartlardan ölkəmizdə də istifadə ediləcək” - deyə nazir vurğulayıb.
    09.09.11 Məqaləni oxumaq
     
    11-ci Beynəlxalq Pestisidlər Forumunun yekununda Qəbələ Bəyannaməsi qəbul olunub
    Qəbələdə keçirilən 11-ci Beynəlxalq Pestisidlər Forumu bu gün öz işini başa vurub. “KƏLAMİNFO” xəbər verir ki, forumun yekunu olaraq Qəbələ bəyannaməsi qəbul olunub. Bəyannaməyə görə, Azərbaycanda Davamlı Üzvi Çirkləndiricilər (DÜÇ) - pestisidlərin ekoloji təmiz məhv edilməsi ilə bağlı strategiya hazırlanacaq.
    09.09.11 Məqaləni oxumaq
     
    Asəf Hacıyev QİƏT PM-nin iclasında iştirak edəcək
    Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Məclisinin Hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 12-də Bolqarıstanın Burqas şəhərində səfərdə olacaq. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda deputatımızın “Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş razılığa riayət edilməsi” mövzusunda çıxışı gözlənilir. Tədbir çərçivəsində qurumun Reqlament üzrə işçi qrupunun iclası da keçiriləcək. Səfər sentyabrın 14-də başa çatacaq.
    09.09.11 Məqaləni oxumaq
     
    102 xidmətinə gün ərzində 2500-3000 müraciət daxil olur
    Daxili İşlər Nazirliyinin 102 xidmətinə gün ərzində 2500-3000 müraciət daxil olur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib. Nazir müavininin sözlərinə əsasən, müraciətlərin 80%-ni DİN-ə aidiyyəti olmayan məsələlərlə bağlı zənglər təşkil edir. “Ancaq polis vətəndaşlara yardım məqsədilə DİN-ə aid olmayan müraciətləri də müvafiq orqanlara göndərir. Polisə aid olan müraciətlərlə bağlı isə 15 dəqiqə ərzində adekvat tədbirlər görülür. Bunun üçün hüquq-mühafizə orqanlarında kifayət qədər çevik imkanlar var” - deyə O Zalov əlavə edib.
    09.09.11 Məqaləni oxumaq
     
    16 yaşına çatan vətəndaşların 99 faizi şəxsiyyət vəsiqəsilə təmin edilib
    “Ötən seçkilər zamanı şəxsiyyət vəsiqələri ilə bağlı müəyyən problemlər ortaya çıxıb. Məsələn, elə vətəndaşlar var ki, vaxtında vəsiqələrini dəyişdirməmişdi. Ancaq buna baxmayaraq, seçki dövrünə qədər vəsiqəsini dəyişdirə bilməyən şəxslərə seçkidə iştirak etmək üçün şərait yaradılır. Vətəndaşlar bilməlidir ki, 25, 35, 50 yaş tamam olandan sonra şəxsiyyət vəsiqələri dəyişdirilməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib.
    09.09.11 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk qrupunun həmsədrləri hesabat veriblər
    ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik dekabr ayında Vilnüsdə keçiriləcək ATƏT-in Nazirlər Şurasından əvvəl fəaliyyət planını müzakirə etmək və əlaqələndirmək üçün sentyabrın 7-də Vyanada görüşüblər. “KƏLAMİNFO” xəbər verir ki, həmsədrlər Minsk qrupunu Erməinstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun hər üç həmsədr ölkəsinin nümayəndələri ilə yüksəksəviyyəli müntəzəm danışıqlar barədə məlumatlandırıblar. Eyni zamanda, onlar atəşkəs rejiminin möhkəmləndirilməsi və hərtərəfli sülh sazişi üçün əsas kimi baza prinsiplərinin qəbulu ilə bağlı konkret səyləri təqdim ediblər. Həmsədrlər sülh prosesinin bu və ya digər aspektlərinin gələcək müzakirəsi üçün sentyabrın 8-də ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşüblər.
    09.09.11 Məqaləni oxumaq
     
    “Azərbaycanda siyasi məqsədlərlə həbs olunmuş gənc məhbus yoxdur”
    “Azərbaycanda siyasi məqsədlərlə həbs olunmuş gənc məhbus yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu bəyanatla gənclər və idman naziri Azadi Rəhimov çıxış edib. Nazirin sözlərinə görə, həbsdə olan gənclər hamısı dələduzluq üstündə cəzalandırılıb: “Heç kimi boş yerə həbs etmirlər. Məsələn, Emin Milli, Adnan Hacızadə vaxtilə xuliqanlıq edib tutuldular, lakin indi azadlıqdadırlar. Bəxtiyar Hacıyev səbəbsiz yerə həbs edilib? Yox. O gənc əsgərlikdən yayınırdı və buna uyğun da qanunla həbs edilib”.
    09.09.11 Məqaləni oxumaq
     
    Beynəlxalq Pestisidlər Assosiasiyası: “Biz Azərbaycandakı QHT-lə əməkdaşlığa hazırıq”
    Üzvi kimyəvi tullantıların (pestisidlərin) məhv edilməsi ilə bağlı layihələr üzərində işləmək üçün Azərbaycanda QHT-lərin kifayət qədər maarifləndirilməsinə ehtiyac var. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Pestisidlər Assosiasiyasının Direktorlar Şurasının sədri Bram de Borst bildirib. O qeyd edib ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən QHT-lərdə son zamanlar aktivlik müşahidə olunsa da, onlar kifayət qədər beynəlxalq təcrübədən yararlanmırlar. “Ümumiyyətlə, üzvi tullantıların məhv edilməsi çox mürəkkəb məsələdir və burada mütləq beynəlxalq təcrübəyə əsaslanmaq lazımdır. Biz Azərbaycandakı QHT-lər ilə əməkdaşlığa hazırıq” - deyə B.Brost vurğulayıb.
    09.09.11 Məqaləni oxumaq
     
    Nazirlik Xaçmazda zona müşavirəsi keçirib
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xaçmaz rayonunda “Əlilliyə səbəb olan faktorların öyrənilməsi, əlillik vəziyyəti, əlilliyin baş verməsi və ağırlaşması hallarının qarşısının alınmasında fərdi reabilitasiya proqramının icrasının əhəmiyyəti” mövzusunda zona müşavirəsi keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, habelə bölgə üzrə tibbi-sosial ekspert komissiyalarının, əhalinin sosial müdafiəsi mərkəzlərinin, bərpa-müalicə müəssisələrinin, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin və QHT-lərin nümayəndələri iştirak ediblər.
    09.09.11 Məqaləni oxumaq
     
    Azad Rəhimov sosial ipoteka məbləğinin artırılmasını təklif etdi
    “Sosial ipoteka üçün ayrılan 35 min manat olduqca azdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Bu gün sosial ipotekaya illik 4 faiz olmaqla 15 illiyinə 35 min manat ayrıldığını xatırladan nazir qeyd edib ki, bu, mənzil almaq üçün yetərli vəsait deyil: “2007-ci ildən başlayan sosial ipotekaya axın var və biz istəyirik ki, bu məbləğ bir az artırılsın və təqribən 2-3 otaqlı mənzilin orta qiymətinə uyğun olsun”.
    09.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  17 18 19 20 21 22 23 24 25  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930