Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  22 23 24 25 26 27 28 29 30  #
    Saxta “Abituriyent” nəşrləri satış məntəqələrindən götürülərək məhv edilir
    Saxta “Abituriyent” nəşrləri ilə bağlı vaxtaşırı hüquq-mühafizə orqanlarına müraciət edilir və demək olar ki, bunların qarşısı alınır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının baş redaktoru Arzu Əliyev söyləyib. Onun sözlərinə görə, məsələ ilə bağlı özləri də müəyyən reydlər aparır. “Lakin bu kimi saxtakarlıq halları kütləvi xarakter almayıb. Təqribən 3-5 nüsxə aşkar olunur ki, onlar da satış məntəqələrindən götürülərək məhv edilir”,-deyə o, əlavə edib.
    06.09.11 Məqaləni oxumaq
     
    Qaçqın və məcburi köçkün məktəblərinə test vəsaitləri paylanıb
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublikanın müxtəlif bölgələrində məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının təhsil işçiləriylə görüş keçirib. “KƏLAMİNFO” xəbər verir ki, görüş zamanı məcburi köçkün və internat məktəblərinin nümayəndələri ilə müəyyən fikir mübadiləsi aparılıb və yekunda onlara fənlər üzrə test kitabçaları, vəsaitlər hədiyyə edilib. Tədbirdə “Abituriyent” jurnalının baş redaktoru Arzu Əliyev qeyd edib ki, görüşün əsas məqsədi qaçqın və məcburi köçkün məktəb şagirdlərini “Abituriyent” jurnalının vəsaitləri ilə təmin etmək, onlara tədris vəsait çatışmazlığı problemlərinin həllində yardım etməkdir. “Qəbul proqramı və dərsliklər əsasında hazırlanmış ümumi dəyəri 24400 manat təşkil edən və 12 min nüsxədən ibarət olan bu vəsaitlər müəllim və şagirdlər üçün yararlı olacaq” - deyə o, əlavə edib.
    06.09.11 Məqaləni oxumaq
     
    Polşanın Ermənistandakı səfiri: “İnsanların həlak olduğu münaqişələri dondurulmuş hesab etmək istəməzdim”
    Filipp Leforun Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyinatı ilə Qarabağ üzrə danışıqların aktivləşməsini gözləmək olar. «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, bu sözləri Polşanın Ermənistandakı səfiri Zdislav Raçinski bildirib. «Fransa ATƏT-in Minsk qrupunda AB-nin mövqeyini təmsil etməyə səlahiyyətli deyil. Lakin Fransa hansısa mənada öz mövqeyini ortaya qoyan zaman AB-nin də nöqteyi-nəzərini ortaya qoyur. Sizin bildiyiniz kimi, AB-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin mandatına həllini tapmamış münaqişələr də daxil ediləcək.
    06.09.11 Məqaləni oxumaq
     
    Rusiya və Fransanın xarici işlər və müdafiə nazirləri Qarabağ münaqişəsini müzakirə edəcəklər
    Rusiya və Fransanın xarici işlər və müdafiə nazirləri Dağlıq Qarabağ, Kosovo, Dnestryanı bölgədəki münaqişələrin həlli yolları, eləcə də Əfqanıstanda sülh prosesinin əldə olunması yollarını müzakirə edəcəklər. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, sentyabrın 7-də Moskvada Rusiya və Fransa xarici işlər və müdafiə nazirləri - Sergey Lavrov və Alen Jüpe, Anatoli Serdyukov və Jerar Lonqe Liviya, Suriya, RƏMS problemini, eyni zamanda Rusiyanın AB və NATO ilə dialoqu məsələsini müzakirə edəcəklər. Görüş təhlükəsizlik məsələlərinə həsr olunmuş ikitərəfli Şuranın iclası çərçivəsində baş tutacaq.
    06.09.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: Qarabağ məsələsi Ermənistana təzyiq yolu ilə həll edilə bilər
    “Ermənistan tərəfindən işğal olunan ərazilər boşaldılmalı və geri qaytarılmalıdır. Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və orada dinc şərait yaradılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, bununla bağlı beynəlxalq hüquq normaları var. “Sadəcə olaraq Ermənistan tərəfinin iradəsizliyi, yaxud öz iradəsindən asılı olmayaraq qeyri-konstruktivliyi, yaxud bu yola məcbur edilməsi münaqişənin tənzimlənməsinin yubadılmasına səbəb olur. Ancaq bu məsələ gec-tez öz həllini tapmalıdır. Mövcud vəziyyət davam edə bilməz” - deyə Ə.Həsənov vurğulayıb.
    06.09.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Azərbaycan AŞ-nin təqdim etdiyi demokratik seçkilər sistemini seçib”
    “Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində fəaliyyətimizi bu qurumla əlaqələndirmək xətti tutduq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. "Biz Avropa Şurasına qəbul olunandan sonra bütün seçki sisteminin, keçirilən seçkilərin AŞ ilə əlaqələndirmə yolunu tutmuşuq" – deyə Ə.Həsənov əlavə edib. Ə.Həsənov bildirib ki, hər fəaliyyətin əsasında qanun dayanmalıdır. O, bütün fəaliyyətlərdə şəffaflığın qorunmasının vacibliyini vurğulayıb.
    06.09.11 Məqaləni oxumaq
     
    Kristos Pirqurides: Azərbaycanda milli-dini dözümlülük Avropa tərəfindən qəbul olunan faktdır
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirquridesi qəbul edib. DQİDK-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə H.Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı onun sosial siyasət konsepsiyasında əsas yerlərdən birini tutur. Onun sözlərinə görə, ölkəmizdə həmişə bütün dinlərə və onların mənsublarına hörmətlə yanaşılıb, dindarların öz ibadətlərini layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılıb: “Beynəlxalq aləmdə belə bir Azərbaycan gerçəkliyi təsdiqlənib ki, ölkəmiz dünyaya yalnız neft deyil, milli-dini tolerantlığı da eksport edə bilər.
    06.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan mədəniyyətini və turizmini işıqlandıracaq yeni sayt istifadəyə veriləcək
    Cari ilin sentyabr ayının 15-dək Azərbaycan mədəniyyətini və turizmini işıqlandıracaq yeni sayt istifadəyə veriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, yeni saytı “Turizmə dəstək” Gənclər Koalisiyası hazırlayır. Bildirilir ki, nəinki Azərbaycanda, ümumiyyətlə, dünya mədəniyyəti və turizmində baş verənləri özündə əks etdirəcək və maraqlı materiallarla zəngin olacaq sayta daxil olan hər bir kəs Azərbaycan turizmi və mədəniyyəti haqqında da ətraflı məlumat əldə edə biləcək. Qeyd edək ki, yeni saytın istifadəyə verilməsi ilə kifayətlənməyən koalisiya başqa bir layihə də həyata keçirmək ərəfəsindədir. Belə ki, Koalisiyada Azərbaycan turizminin təbliğinə həsr olunmuş “Ölkəm mənim” adlı mahnı ekranlaşdırılıb. Azərbaycan mədəniyyətinə, turizminə, həmçinin iqtisadiyyatına həsr olunan klipdə 11 muğam ifaçısı və müğənni təmsil olunacaq. Xatırladaq ki, klipin yaxın günlərdə musiqisevərlərə təqdim olunması planlaşdırılıb.
    06.09.11 Məqaləni oxumaq
     
    Bani Valid şəhəri təslim olmaq istəmir
    Liviyanın hazırkı rəhbərliyi bəyan edib ki, Müəmmar Qəddafi tərəfdarları ilə danışıqlar kəsilib. Milli Keçid Şurası bildirib ki, Bani Valid şəhərinin təslim olması ilə bağlı danışıqlar başa çatıb. Milli Keçid Şurasının vasitəçisi Abdullah Kansil Bani Valid yaxınlığında jurnalistlərə bildirib ki, onun hazırda heç bir təklifi yoxdur: «Ümid edirəm ki, Bani Validdəki Qəddafi tərəfdarları tezliklə oranı tərk edəcəklər”. Müxbirin «deməli, danışıqlar artıq kəsilib» sualına Kansil belə cavab verib: «Mən tərəfdən bəli». Məlumatlara görə, Milli Keçid Şurası güman edir ki, Qəddafi rejiminin bir çox məmuru Bani Validdə sığınacaq tapa bilər. Qeyd edək ki, Bani Valid paytaxt Tripolidən 70 kilometr uzaqlıqda yerləşir.
    06.09.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi vakant qalan yerləri elan edib
    Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə tarix, biologiya, fizika, musiqi və nəğmə, təsviri incəsənət müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə vakant qalan yerləri elan edib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, biologiya müəllimliyi üzrə 128, tarix üzrə 125, fizika üzrə 90, musiqi və nəğmə üzrə 13, təsviri incəsənət müəllimliyi ixtisası üzrə isə 6 vakant yer var. Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi müsabiqədə iştirak edərək keçid balını toplayanlar bu ixtisaslar üzrə müraciət edə bilərlər. Bakı şəhərində olan vakant yerlər üçün keçid balı 28-dən, digər vakant yerlər üçün keçid balı isə 21-dən yuxarıdır. Sözügedən ixtisaslar üzrə müəllim işləmək arzusunda olanlar sentyabrın 12-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət etməlidirlər.
    06.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  22 23 24 25 26 27 28 29 30  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930