|
Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
Aparıcı vasitəçi səlahiyyətləri Rusiyadan Fransaya ötürülə bilər
|
ATƏT-in Minsk qrupunun həmsədrlərinin qərarı ilə Ermənistan və Azərbaycanda arasında danışıqlar prosesində özünəməxsus В«rotasiyaВ» qaydasında aparılan aparıcı vasitəçi səlahiyyətləri Rusiyadan Fransaya ötürülə bilər. В«KƏLAMİNFOВ»nun məlumatına görə, bu barədə məlumatı В«RegnumВ» regiondakı diplomatik mənbələrinə istinadən yayıb. Mənbə dəqiqləşdirib ki, Madrid prinsiplərinin reallaşdırılması istiqamətində yeni beynəlxalq mexanizmlər işə salına bilər. Bura sülhə məcburetmə, o cümlədən Dağlıq Qarabağ ərazisində BMT TŞ-nin qərarı ilə В«BMT-nin nəzarəti altında olacaq əraziВ»nin yaradılması və mübahisəli ərazilərə beynəlxalq sülhyaratma missiyasının gətirilməsi daxildir.
|
12.09.11 Məqaləni oxumaq
|
|
|
SAM-ın eksperti Vaşinqtonda keçiriləcək konfransda əsas məruzəçi qismində iştirak edəcək
|
Sentyabrın 15-də Vaşinqtonda, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində (CSİS) “Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin iyirmi illiyi. Nailiyyətlər və təhdidlər” mövzusunda konfrans keçiriləcək. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Rəşad Kərimov tədbirə qatılaraq “Müstəqilliyin 20 ili: Mövcud nəticələr Azərbaycan təcrübəsində” mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər.
Cənubi Qafqaz regionun geosiyasəti, Dağlıq Qarabağ və digər regional münaqişələr, ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq məsələləri konfransda müzakirə olunacaq.
|
12.09.11 Məqaləni oxumaq
|
|
|
Britaniyalı nazir Bakıda işgüzar səfərdə olacaq
|
Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendri 28-30 sentyabr tarixlərində Bakıda işgüzar səfərdə olacaq. “KƏLAMİNFO” məlumat verir ki, Bakıya səfəri boyunca energetika nazirini Britaniyanın biznes nümayəndələri müşayiət edəcək. Səfər çərçivəsində nazirin prezident İlham Əliyev, sənaye və energetika naziri Natiq Əliyev, maliyyə naziri Samir Şərifov və bir sıra digər rəsmilərlə görüşü gözlənilir.
|
12.09.11 Məqaləni oxumaq
|
|
|
Deputat Rövşən Rzayev AŞ PA-nın iclasında iştirak edir
|
Milli Məclisin deputatı Rövşən Rzayev AŞ PA-nın Miqrasiya, qaçqınlar və əhali üzrə Komitəsinin iclasında iştirak etmək üçün Parisə yola düşüb. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının fəaliyyəti, Avropada demoqrafik cərəyanlar, Şimali Qafqazda qaçqınlar və məcburi köçkünlərin vəziyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirdə deputat Rövşən Rzayev çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətini bildirəcək.
|
12.09.11 Məqaləni oxumaq
|
|
|
TÜRKPA-nın baş katibi Ankaraya səfər edəcək
|
15-16 sentyabrda TÜRKPA baş katibi Ramil Həsənov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəyin dəvəti ilə Ankaraya səfər edəcək. “KƏLAMİNFO”nun məlumatına əsasən, səfər çərçivəsində Türkiyə Parlamentinin sədrinə TÜRKPA baş katibi tərəfindən təşkilatın fəaliyyəti barədə məlumat veriləcək, görülmüş işlər və nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin baş katibin TBMM millət vəkili, TÜRKPA-nın Hüquq işlər komissiyasının sədri vəzifəsinin səlahiyyətlərini icra edən cənab Haluk İpək, Türkiyə Parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin sədri və TBMM-nin TÜRKPA-dakı nümayəndə heyəti ilə görüşü nəzərdə tutulub.
|
12.09.11 Məqaləni oxumaq
|
|
|
Bakıda ÜST-nin Avropa Regional Bürosunun 61-ci sessiyası işə başlayır
|
Bu gün Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun 61-ci sessiyası işə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, sessiyada 53 Avropa ölkəsindən 350-yə yaxın nümayəndə qatılıb. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ÜST-nin direktoru Marqaret Çen, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və digər rəsmi şəxslər iştirak edirlər. Sessiyada Azərbaycanda sosial səhiyyəyə aid aktual məsələlərin milli və regional səviyyədə müzakirəsi nəzərdə tutulur. Tədbir çərçivəsində ÜST-nın Avropa Regional Bürosu ilə Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalanacağını açıqlayıb. Sənəddə növbəti il üçün əməkdaşlıq nəzərdə tutulur.
Tədbir sentyabrın 15-ə qədər davam edəcək.
|
12.09.11 Məqaləni oxumaq
|
|
|
Əli Əhmədov ABŞ səfirliyinin siyasət şöbəsinin müdirini qəbul edib
|
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasət şöbəsinin müdiri Antoni Bayirdi qəbul edib. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları ölkələrimiz arasında hazırkı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, münasibətlərin daha da dərinləşməsində və inkişafında maraqlı olduqlarını ifadə ediblər.
YAP icra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak edib.
|
10.09.11 Məqaləni oxumaq
|
|
|
Sarkisyan Köçəryanla istefasını müzakirə edib?
|
Bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanla eks-prezident Robert Köçəryan arasında görüş keçirilib. В«KƏLAMİNFOВ» В«Aykakan JamanakВ» qəzetinə istinadən yazır ki, görüş Köçəryanın İsakov prospektindəki mülkündə baş tutub. Nəşr yazır ki, bu səbəbdən prospektə gedən yollar bağlı olub. Eks və indiki prezident daxili siyasi prosesləri və mümkün daxili siyasi ssenariləri müzakirə ediblər. Qəzet yazır ki, Sarkisyan Köçəryanla istefaya çıxmaq məsələlərini müzakirə edib.
|
10.09.11 Məqaləni oxumaq
|
|
|
Oruc Zalov: Ötən seçkilərdə xoşagəlməyən hallara az rast gəlinib
|
Ötən ilki parlament seçkiləri ərəfəsində Azərbaycanda namizədlər tərəfindən 1600 görüş, piket keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib. Nazir müavininin sözlərinə əsasən, bunların 1500-ü müvafiq orqanlarla razılaşdırılmış mitinq olub. “Polis bu piketlər zamanı asayişin keşiyində dayanıb, xoşagəlməyən halların qarşısının alınması üçün profilaktik tədbirlər görüb” - deyə o, əlavə edib. O. Zalovun sözlərinə görə, həmin il xoşagəlməyən hallara az rast gəlinib. O qeyd edib ki, ötən ilki parlament seçkiləriylə bağlı beynəlxalq təşkilatlar tərəfindən respublikaya irad tutulmayıb. “Keçmiş təcrübələr imkan verir ki, bunları gələcəkdə olan bütün seçkilərdə tətbiq edək”.
|
10.09.11 Məqaləni oxumaq
|
|
|
MDB və Şərqi Avropa ölkələri arasında ən az cinayət hadisəsi baş verən ölkə Azərbaycandır
|
MDB, həmçinin Şərqi Avropa ölkələri arasında əhalinin hər 100 min nəfərinə düşən cinayətin sayına görə ən az cinayət hadisəsi baş verən ölkə Azərbaycandır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib. O.Zalov qeyd edib ki, ölkəmizə gələn turistlər, ayrı-ayrı qonaqlar, rəsmilər də Azərbaycandakı ictimai-sabitlik faktını görüşlərdə, tədbirlərdə vurğulayırlar. “Bu gün Bakı şəhərində gecə saat 3-4-ə kimi insanlar ayrı-ayrı parklarda rahat şəkildə dincəlirlər. İstəyirik ki, vətəndaşlarımız öz hüquqlarını bilsin və əmin olsunlar ki, polis daim onların, həmçinin ölkəmizə gələn qonaqların təhlükəsizliyini qoruyub və bundan sonra da qoruyacaq”.
|
09.09.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|