Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirib
    BMT Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov Şimali Kipr Türk Respublikasının prezidenti Dərviş Eroğlu, Türkiyənin Baş naziri R.T.Ərdoğan, Tuvalunun Baş naziri Villi Telavi, Böyük Britaniyanın xarici işlər üzrə dövlət naziri Lord Hovel, Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort və Ərəb Dövlətləri Liqasının Baş katibi Nəbil Əl Ərəbi ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə yanaşı, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və enerji sahələri, eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir E.Məmmədyarov eyni zamanda, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında da iştirak edib.
    23.09.11 Məqaləni oxumaq
     
    Saakaşvili BMT-də Rusiyanın siyasətini tənqid edib
    Gürcüstan prezidenti Mixail Saakaşvili BMT Baş Assambleyasındakı çıxışında Rusiyanın siyasətini tənqid edib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, Moskvanı öz qonşularına qarşı enerji şantajında və terror aktlarının təşkilində günahlandırıb. Mixail Saakaşvilinin sözlərinə görə, Rusiya Gürcüstan ərazilərini işğal etməklə bərabər, birbaşa dialoq əvəzinə müxtəlif beynəlxalq oyunçular tərəfindən törədilən terror aktlarını, hücumları birbaşa təşkil edir. «Soyuq müharibə bitib. Lakin embarqo, şantaj və qəddar diktatdan Ukrayna, Moldova və Belarusa qarşı istifadə edilir» - Mixail Saakaşvili bildirib.
    23.09.11 Məqaləni oxumaq
     
    “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib
    Nazirlər Kabineti “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Nazirlər Kabinetindən veriblər. Qərar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinə əsasən qəbul edilib. Qərara əsasən, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndində “daxil edilir” sözlərindən sonra “və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir ” sözləri əlavə edilib.
    23.09.11 Məqaləni oxumaq
     
    Prezident Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunan beynəlxalq konfransda iştirak edir
    Bu gün Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq tədbiri işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev Beynəlxalq tədbirin açılış mərasimində iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib. Beynəlxalq tədbir işini davam etdirir.
    23.09.11 Məqaləni oxumaq
     
    Obama Mahmud Abbası xəbərdar edib
    ABŞ prezidenti Barak Obama Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbası xəbərdar edib ki, Birləşmiş Ştatlar BMT-nin Fələstinin müstəqilliyinin tanınması ilə bağlı qəbul etdiyi istənilən qərara veto qoyacaq. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Obama bunu Mahmud Abbasla görüşü zamanı deyib. Bundan öncə BMT-nin Baş Assambleyasının sessiyasında çıxışında Obama deyib ki, yalnız İsraillə Fələstin arasında birbaşa danışıqlar Fələstin dövlətinin yaranmasına gətirib çıxara bilər. Barak Obama həm də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb və onu əmin edib ki, Vaşinqton tərəfindən dəstəklənirlər. İsrail Fələstinin müstəqilliklə bağlı təşəbbüsünə tamamilə qarşıdır. Mahmud Abbas BMT-nin Baş Assambleyasının sessiyasında beşinci günə nəzərdə tutulan çıxışında Fələstinin müstəqilliyinin tanınması ilə bağlı müraciət etmək niyyətindədir.
    23.09.11 Məqaləni oxumaq
     
    Ümumdünya Turizm Günü ölkəmizdə təntənəli şəkildə qeyd olunacaq
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda Turizm ili çərçivəsində Ümumdünya turizm gününün təntənəli qeyd olunması münasibətilə sentyabrın 27-də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, həmin gün saat 10:00-da “Kempinski Hotel Badamdar” mehmanxanasında “Ümumrespublika Daxili Turizm Konfransı”, 10:00-dan 19:00-dək “Dənizkənarı milli parkda əl sənətkarlığı nümunələri sərgisi” və saat 19:00-da “Dənizkənarı milli parkda” konsert proqramının təşkil olunması planlaşdırılıb. Qeyd edək ki, Ümudünya Turizm Günü münasibəti ilə ölkə muzeylərində açıq qapı günü də elan olunub.
    23.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı regional seminara qatılıb
    Bu gün Batumidə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Avropa Komissiyasının dəstəyi ilə “Korrupsiyanın aradan qaldırılmasında və effektivliyin gücləndirilməsində dövlət orqanlarında xidmətlərin göstərilməsinin rolu” mövzusuna həsr olunmuş regional seminar işə başlayıb. Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin əməkdaşı Zaur Qəmbərovun təmsil etdiyi tədbir çərçivəsində dövlət orqanlarında xidmətlərin göstərilməsində səmərəli üsullar müzakirə olunur. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Seminarda xidmətlərin göstərilməsinin yaxşılaşdırılmasında və korrupsiyanın qarşısının alınmasında əsas meyar kimi informasiya-kommunikasiya texnologiyalarına xüsusi diqqət yetiriləcək. Tədbir iştirakçıları regionun digər ölkələrində dövlət orqanlarında xidmətlərin, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə bağlı vəziyyətlə tanış ola, bu istiqamətdə öz fikirlərini bölüşə, eləcə də işgüzar əlaqələr qura və faydalı təcrübə əldə etmək imkanından yararlana bilərlər. Tədbir sentyabrın 24-dək davam edəcək.
    23.09.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Həmid Kərzaiyə başsağlığı verib
    Prezident İlham Əliyev Əfqanıstan prezidenti Həmid Kərzaiyə başsağlığı məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əfqanıstanın Ali Sülh Şurasının Sədri, ölkənizin keçmiş Prezidenti, görkəmli dövlət xadimi Burhanuddin Rəbbaninin terror aktı nəticəsində həlak olması xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”
    23.09.11 Məqaləni oxumaq
     
    Rasim Musabəyov: “Azərbaycan heç kimin arxasınca sürünməyə borclu deyil”
    “Bütün vaxtlarda Azərbaycan İsraillə olan münasibətlərini Türkiyə-İsrail münasibətlərin nəzərə alaraq qurub və bu, indi də belədir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq, millət vəkili Rasim Musabəyov bildirib. Politoloqun fikrincə, ancaq bu, heç də o demək deyil ki, indiki İsrail-Türkiyə gərginliyində Azərbaycan Türkiyənin arxasınca sürünməlidir. “Çünki İsrail Türkiyə torpaqlarını işğal etməyib, İsrail Türkiyə ilə müharibə aparmır. Azərbaycan-İsrail münasibətlərinə gəldikdə isə Azərbaycan bu münasibətləri müstəqil şəkildə qurub”-deyə R.Musabəyov vurğulayıb. Onun sözlərinə görə, o tamam başqa məsələdir ki, İsrail Türkiyəyə “acıq” vermək üçün qondarma erməni soyqırımını tanımağa başlayacaqsa, Türkiyəyə qarşı kürdləri qaldıracaqsa və buna bənzər fəaliyyət göstərəcəksə, təbii ki, bu, Azərbaycan-İsrail münasibətlərinə ciddi mənfi təsir göstərəcək. “Amma sırf Türkiyə-İsrail çəkişməsində Azərbaycan heç kimin arxasınca sürünməyə borclu deyil” - deyə o, əlavə edib.
    23.09.11 Məqaləni oxumaq
     
    Bakıda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri müzakirə ediləcək
    Noyabrın 8-i AMEA Rəyasət Heyətində “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayacaq. Konfrans AMEA Radiasiya Problemləri İnstitutunun təşkilati dəstəyi ilə reallaşacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər. Üç gün davam edəcək konfransda dünyanın bir sıra ölkələrindən alimlərin iştirakı gözlənilir. Beynəlxalq tədbirdə, həmçinin dünyanın qabaqcıl elmi mərkəzlərində nüvə enerjisi sahəsində çalışan əslən azərbaycanlı olan alimlər də məruzələrlə çıxış edəcəklər. Konfransda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
    23.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930