|
Səhifələr : # 10 11 12 13 14 15 16 17 18 #
BQXK Azərbaycanda saxlanılan ermənilərə baş çəkib
|
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları Azərbaycanda saxlanılan 3 erməni hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkib.
Bu barədə məlumatı “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova verib. Ş.Qəhrəmanova qeyd edib ki, onlara 4 “Qızıl Xaç” məktubu və şəkillər ötürülüb, onlardan isə 6 “Qızıl Xaç” məktubu alınıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
|
16.09.11 Məqaləni oxumaq
|
|
|
Obama amerikalıları yenidən səsləndi
|
ABŞ prezidenti Barak Obama Şimali Karolina ştatında yeni iş yerlərinin açılması və iqtisadiyyatın canlandırılmasına dair təklifinin təsdiqi çağırışı ilə qanunvericilərə müraciət edib. «KƏLAMİNFO» «Röyters»ə istinadən xəbər verir ki, çağırış Amerikada son 17 ildə yoxsulluq göstəricilərinin artdığı bir vaxta təsadüf edir. Amerika xalqına üz tutan Obama 447 milyard dollarlıq planına dəstək əldə etməyə çalışıb. ABŞ dövlət başçısı deyib ki, planda yeni iş yerləri açan şirkətlərə vergi ixtisarı kimi imtiyazlar verilir. Barak Obama amerikalıları Konqresə təzyiq göstərib, Amerikanın İş Aktı adlanan sənədin təsdiqinə çağırmağa səsləyib. O deyib ki, Konqres sənədi təsdiq etməsə, orta sinif amerikalıların vəziyyəti ağırlaşacaq. Prezident sənədin gəncləri müəllimlik, mühəndislik və inşaatçılıq kimi işlərlə təmin edəcəyini bildirib.
Amerikada işsizlik səviyyəsi 9.1 faiz təşkil edir. 14 milyon insan işdən kənarlaşdırılıb, milyonlarla insan yarımştat işlərdə çalışır.
|
16.09.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan və Litva arasında yeni saziş imzalanıb
|
Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan Litvanın naziri Raimondas Şukys ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Görüşdə Azərbaycan Səhiyyə Nazirliyi ilə Litva Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində birgə əməkdaşlığa dair saziş imzalanıb. Səhiyyə sahəsinin bir çox aspektlərinin özündə əks etdirən bu saziş hər iki ölkə üçün çox əhəmiyyətli bir addım kimi qəbul edilib. Sənəddə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsinin zəruriliyini nəzərə alaraq, öz səlahiyyətləri daxilində bir çox məsələlərin həyata keçirilməsi planlaşdırılır.
|
16.09.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda yeni tədris ili başlayıb
|
Bu gün Azərbaycanda 2011-2012-ci tədris ili başlayıb. Təhsil Nazirliyindən “KƏLAMİNFO”a verilən məlumata görə, yeni tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə 124 274 şagird qəbul olunub.
2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120 420, 2009-2010-cu tədris ilində isə 118 947 nəfər olub. Azərbaycanın ali təhsil ocaqlarına isə 30 min tələbə qəbul edilib.
Yeni dərs ilində 47 yeni orta məktəb şagirdlərin istifadəsinə verilib. Bunlarla yanaşı, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib. Bundan başqa, 2011-2012-ci tədris ilinə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3463170 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çatdırılması nəzərdə tutulub.
|
16.09.11 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev noyabrda Türkiyəyə səfər edəcək
|
Prezident İlham Əliyev noyabr ayında Türkiyəyə səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib. Onun sözlərinə görə, noyabrın 15-də Türkiyədə keçiriləcək Strateji Tərəfdaşlıq Şurasının toplantısına İlham Əliyev də qatılacaq. “Toplantıda iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri müzakirə olunacaq” - deyə səfir qeyd edib.
Səfir H.Kılıc, həmçinin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Türkiyəyə səfərinin dəqiq tarixinin gələn həftə bəlli olacağını deyib. Onun sözlərinə görə, O.Əsədovun səfərindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Azərbaycana gələcək.
|
16.09.11 Məqaləni oxumaq
|
|
|
Bakıda Elm Muzeyi yaradılacaq
|
“Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Elm Muzeyinin yaradılması nəzərdə tutulub. Bununla bağlı AMEA müvafiq dövlət qurumları qarşısında vəsatət qaldıracaq”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov deyib.
Akademik xatırladıb ki, bu məsələ ilə bağlı AMEA-nın xüsusi qərarı var və bu istiqamətdə müvafiq işlər görülür. Onun sözlərinə görə, muzeyin tikilməsində məqsəd Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponatların toplanması və qorunub saxlanması, bu sahədə ekspozisiyaların qurulması, onun daim zənginləşdirilərək təkmilləşdirilməsi, sərgilərdə nümayişi, təbliğindən ibarətdir.
|
16.09.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan daha bir mühüm tədbirə ev sahibliyi edəcək
|
AVRONEST Parlament Assambleyasının növbəti sessiyası 2012-ci ilin mayında Bakıda keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanov verib.
E.Süleymanov bildirib ki, bununla bağlı AVRONEST PA-nın Strasburqda keçirilən ilk sessiyasında qərar qəbul edilib: “Hesab edirəm ki, bu qərar Azərbaycan nümayəndə heyətinin əldə etdiyi siyasi uğurdur”. E.Süleymanov əlavə edib ki, AVRONEST PA-nın Sosial komitənin iclasının 2012-ci ilin fevral ayında Ermənistanda keçirilməsi haqqında da qərar qəbul edilib.
AVRONEST PA-da qəbul edilən qərarlardan bəhs edən E.Süleymanov bildirib ki, sessiyada nümayəndə heyəti Azərbaycanın maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olub, ölkəmizin mövqelərinin zəiflədilməsi istiqamətində Ermənistan tərəfinin düzəlişlərinin qarşısı alınıb: “Odur ki, Azərbaycan nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirirəm”.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Milli filmlərin istehsalı müzakirə olunacaq
|
Milli Televiziya və Radio Şurasında (MTRŞ) "Azərbaycan Respublikasında milli filmlərin istehsalı sahəsində qarşıda duran vəzifələr"lə bağlı Dəyirmi masa keçiriləcək. MTRŞ-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Dəyirmi masada teleradio yayımçılarının kinorejissorların, Kinematoqrafçılar İttifaqının nümayəndələri, mütəxəssislərin iştirakı gözlənilir.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan cizgi filmi mükafatına layiq görülüb
|
Cizgi filmləri ustalarımız beynəlxalq festivalda böyük uğur qazanıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin sifarişi ilə “Mozalan” studiyasında çəkilmiş “Təmiz, natəmiz və biz” cizgi filmi XVI “Qızıl balıq” Beynəlxalq Cizgi Filmləri Festivalının səkkiz ölkə nümayəndələrindən ibarət münsiflər heyətinin “Yüksək peşəkarlığa görə” mükafatına layiq görülüb. Azərbaycan cizgi filminin tarixinə uğur gətirən filmin ssenari müəllifi Gülşən Tofiq qızı, rejissoru Firəngiz Qurbanova, animatorları Zemfira və Cavid Əhədovlar, bəstəkarı Firudin Allahverdidir.
Qeyd edək ki, “Qızıl balığ”ın bu ilki proqramında 80-ə yaxın film iştirak edib.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Braziliyada siyahıyalma maraqlı nəticə ortaya qoyub
|
Braziliyada əhalinin siyahıyaalınması çox maraqlı bir nəticə ortaya qoyub. Bəlli olub ki, ölkədə 14 yaşa qədər 43 min uşaq qeyri-qanuni nikah şəraitində yaşayır. «KƏLAMİNFO» «MIGnews.com»a istinadən xəbər verir ki, Braziliya qanunvericiliyinə görə, 14 yaşa qədər olan uşaqla bir yerdə qalma zorlama sayılır. Braziliya mətbuatında bu problemlə bağlı dərc olunan məqalələrdə göstərilir ki, qanun pozuntuları ən çox adambaşına düşən gəlirin səviyyəsi aşağı olan ştatlarda qeydə alınır.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 10 11 12 13 14 15 16 17 18 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|