Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  23 24 25 26 27 28 29 30 31  #
    Zeynal Nağdəliyev: “Son seçkilər bir daha sübut etdi ki, Azərbaycan demokratik seçkilərə hazırdır”
    “Seçki sistemində 5 il bundan əvvəlki kimi bizi biabır edən faktlar tamamilə ortadan qalxıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində qeyd edib. Şöbə müdirinin sözlərinə əsasən, 2003-cü illə müqayisədə bu il seçki kampaniyasını peşəkarlıq baxımından yüksək səlahiyyətli şəxslər həyata keçirir. “ Keçən il ilk dəfə idi ki, 125 seçki dairəsinin heç birində cüzi səhv də qeydə alınmadı. Əvvəlki illərdə seçki siyahısındakı xaos vəziyyətin aradan qaldırılması, seçki siyahılarının dəqiqləşdirilməsi, real siyahıların yaradılması bir daha sübut edir ki, Azərbaycan demokratik seçkilərə hazırdır” - deyə o, əlavə edib.
    06.09.11 Məqaləni oxumaq
     
    Məzahir Pənahov: “Azərbaycandakı seçkilər dünyaya nümunə olub”
    Bu gün Dairə Seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, açılışda Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, MSK sədri Məzahir Pənahov iştirak edib. MSK sədri Məzahir Pənahov əvvəlcə ölkədə keçirilən seçki sistemində şəffaflığın tam təmin olunduğunu qeyd edib. “Ölkədə keçirilən son seçkilər veb-kameralar vasitəsilə bütün dünyaya nümayiş etdirildi və seçkilərin şəffaflığı təmin olundu. Azərbaycandakı seçkilər dünyaya nümunə olub, hətta Avropa Şurasında Azərbaycanın demokratik nümunəsindən istifadə ilə bağlı müzakirə keçirilib” - deyə o vurğulayıb. MSK sədrinin sözlərinə görə, seçki prosesi ilə bağlı polis və prokurorluq orqanları vəzifələrinin öhdəsindən lazımi səviyyədə gəlib.
    06.09.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarovun Serbiyaya işgüzar səfəri başlayır
    Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun Serbiyaya işgüzar səfəri başlayır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Qoşulmama Hərəkatının 50 illiyinə həsr olunmuş əlavə yubiley tədbirində iştirakı, tədbir zamanı çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
    06.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan gəncləri “Nə? Harada? Nə vaxt?” intellektual yarışmasında özlərini sınayacaq
    “Nə? Harada? Nə vaxt?” intellektual oyununda ölkəmiz də təmsil olunacaq. “KƏLAMİNFO”nun məlumatına görə, oyunun Ukraynanın Odessa şəhərində keçiriləcək 9-cu çempionatında elmin müxtəlif sahələrinə dair sualları cavablandıracaq 25-30 yaş arası 300 gənc iştirak edəcək. Qeyd edək ki, sentyabrın 16-dan 18-dək keçiriləcək çempionatda birincilik uğrunda Azərbaycan da daxil olmaqla 16 ölkə - Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, Qazaxıstan, Kanada, Latviya, Moldova, Rusiya, ABŞ, Özbəkistan, Türkmənistan, Ukraynanın 50 komandası mübarizə aparacaq. Məlumata əsasən, “Büllur bayquş” mükafatı laureatları Rövşən Əsgərov, Aleksandr Druz, Aleksandr Rubin, İlya Novikov, Yelena Potanina, Yelena Orlova yarışmaya qonaq qismində dəvət olunublar. Xatırladaq ki, “Nə? Harada? Nə vaxt?” intellektual yarışması Odessa meriyası və şəhər Şurasının dəstəyi ilə keçiriləcək.
    05.09.11 Məqaləni oxumaq
     
    Avropa Şurasının ekspertləri Zaqatala rayonunda seminar-treninq keçirəcək
    Sabahdan etibarən "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin ölkə üzrə ilkin mərhələsinin ikinci seminar-treninqi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs Şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, seminar-treninq Zaqatala rayonunda Avropa Şurasının "Kiyev təşəbbüsü regional proqramı" çərçivəsində həyata keçiriləcək. Dörd gün davam edəcək tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, layihədə Azərbaycan tərəfindən təmsil olunan 10 rayonun mədəni irs və şəhərsalma üzrə ixtisaslaşan mütəxəssisləri, eləcə də Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğundan dəvət edilmiş ekspertlərin iştirakı nəzərdə tutulub.
    05.09.11 Məqaləni oxumaq
     
    Jak Şirak 10 il həbs cəzası ala bilər
    Bu gün Fransanın keçmiş prezidenti Jak Şirakla bağlı Parisdə məhkəmə prosesi başlayır. O, korrupsiya ittihamı ilə üzləşib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, 1995-2007-ci ildə Fransanın prezidenti olmuş Şirakla bağlı ittiham təsdiqlənsə, onu 10 ilə qədər həbs cəzası və 150 min avroluq cərimə gözləyir. Məhkəmə başlanan zaman Şirakın vəkilləri bildiriblər ki, səhhətində problemlər yaşaması 78 yaşlı keçmiş prezidentin məhkəmədə iştirakını əngəlləyə bilər. O, bir neçə il əvvəl aldığı zədədən uzun müddət əziyyət çəkib. Bu halda məhkəmənin Şirakın səhhətinin bərpa olunmasını gözləməsi mümkündür.
    05.09.11 Məqaləni oxumaq
     
    40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert Qəbələyə toplaşır
    Azərbaycanda Davamlı Üzvi Çirkləndiricilər, köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi tullantılar üzrə layihələrin həyata keçirilməsində maraqlı olan tərəflər arasında beynəlxalq miqyasda platforma yaradılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
    05.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçiriləcək
    Bu ilin noyabr ayında Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyi (UNİCEF) tərəfindən Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunun keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AQUPDK-dən veriblər.
    05.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanda dövlət qeydiyyatı və yaşayış yeri olmayan şəxslər himayəyə götürüləcək
    Tezliklə Azərbaycanda dövlət qeydiyyatı və yaşayış yeri olmayan şəxslər müəyyən müddətə himayəyə götürüləcək. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. O qeyd edib ki, artıq Azərbaycan qanunvericiliyində bu məsələ ilə bağlı müvafiq dəyişikliklər gündəmdədir. Onun sözlərinə görə, parlamentdə birinci oxunuşdan keçən və payız sessiyasında ikinci oxunuşda müzakirəyə çıxarılacağı gözlənilən “Sosial xidmət haqqında” qanunda Azərbaycanda qeydiyyatı və yaşayış yeri olmayan şəxslərlə bağlı müddəalar nəzərdə tutulub: “Nəzərdə tutulan müddəalarda göstərilir ki, dövlət bu şəxsləri müəyyən müddətə himayəyə götürəcək. Hansı ki, bu müddət ərzində onlar ən azı yaşayış yeri ilə təmin olunacaqlar” - deyə millət vəkili vurğulayıb.
    05.09.11 Məqaləni oxumaq
     
    Dağlıq Qarabağ problemi Avropa Birliyi Gənclər Sammitində qaldırılacaq
    Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının büro üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov sentyabrın 5-6-da keçiriləcək Avropa Birliyi Gənclər Sammitində iştirak etmək üçün Polşanın paytaxtı Varşavada səfərdədir. Birlik sədrinin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, iki gün keçiriləcək sammit çərçivəsində gənclər üçün prioritet olan bir sıra məsələlər, gənclərin işsizlik problemi, iqlim dəyişikliyi, elm, təhsil və mədəniyyət sahəsində inteqrasiya və islahatlar müzakirə olunacaq: “Eyni zamanda, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində iştirak edən ölkələrin gəncləri ilə Avropa Birliyinin üzvü olan ölkələrin gənclərinin müştərək iş prosesinin, əməkdaşlığının qurulması məsələsi də geniş müzakirə olunacaq. Məcburi köçkün həyatı yaşayan gənclərimizin əsas problemi-Dağlıq Qarabağın işğalı barədə sammit iştirakçılarına geniş məlumat verəcəyik”.
    05.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  23 24 25 26 27 28 29 30 31  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930