Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    2014-cü ildən qəbul imtahanları yeni modellə aparılacaq
    “2014-cü ildən qəbul imtahanları yeni modelə əsasən tətbiq ediləcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə əsasən, bu barədə geniş müzakirələr aparılır və daha ətraflı məlumat müzakirələr bitəndən sonra mətbuata açıqlanacaq. “Onu nəzərə çatdıra bilərəm ki, 2014-cü ildən gənclərin açıq testlə işləməsi daha geniş tətbiq olunacaq. Abituriyentlərin biliyini yoxlayan testdən əlavə başqa tipli suallar da tərtib ediləcək” - deyə Məleykə Abbaszadə qeyd edib. O, həmçinin əlavə edib ki, həmin sualların öhdəsindən gəlmək üçün təkcə 10-11-ci siniflərdə repetitor yanına getmək kifayət deyil. Belə ki, 5-6-cı siniflərdə keçirilən, yeni metodikaya əsaslanan dərsliklərin, test kitabçalarının həll edilməsi, şagirdlərin lap başlanğıcdan bunlara hazırlaşması həmin çətin sualların öhdəsindən gəlməyə yardım edə bilər.
    12.09.11 Məqaləni oxumaq
     
    Dillər Universitetində yeni ixtisaslar açıldı
    Cari tədris ilində Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində bakalavr pilləsi üzrə iki yeni - Yaponşünaslıq və Ərəbşünaslıq ixtisasları açılıb. “KƏLAMİNFO”ya universitetin mətbuat xidmətindən verilən məlumata görə, magistr pilləsi üzrə isə üç yeni - Müqayisəli dilçilik, Koreya dili - tərcümə, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodologiyası və metodikası ixtisasları tələbələrin seçim ixtiyarına verilib. 10 nəfər tələbə Yaponşünaslıq, eyni sayda tələbə isə Ərəbşünaslıq ixtisası üzrə Dillər universitetində təhsil alacaq. Tələbələr təhsillərini Boloniya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi üzrə alacaq və öz sahələri üzrə peşəkarlaşacaqlar. Tələbələrin gələcəkdə ölkə daxilində və xaricdə ixtisasartırma kursları və mübadilə proqramlarında iştirakı da nəzərdə tutulur.
    12.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanda rezidenturaya sənəd qəbulu başlayıb
    Azərbaycanda rezidenturaya sənəd qəbulu başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə verib. TQDK sədri bildirib ki, rezidenturaya qəbul olmaq hüququna baza ali tibb təhsili olan Azərbaycan vətəndaşları malikdirlər. Onun sözlərinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya qəbul ola bilməzlər. M.Abbaszadə deyib ki, namizədlər ərizələrini təsdiq etdirmək üçün bu gündən sentyabrın 19-dək (şənbə və bazar istisna olmaqla) saat 9-dan 17-dək, sentyabrın 20-də isə səhər saat 10-dək müvafiq Sənəd Qəbulu Komissiyasına TQDK-nın ödəmə kartını və tələb olunana sənədləri şəxsən təqdim etməlidirlər. “Qəbul imtahanı test üsulu ilə 2 mərhələdə aparılacaq. Birinci mərhələdə namizədin baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə fənlər üzrə bilikləri yoxlanılacaq” - deyə TQDK sədri qeyd edib.
    12.09.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Tibb ixtisası olan istənilən ali məktəbin diplomlarını qəbul edəcəyik”
    “Biz rezidenturaya qəbul zamanı tibb ixtisası olan istənilən ali məktəbin diplomlarını qəbul edəcəyik. Ancaq namizədlərin bilik səviyyələri barədə qabaqcadan nəsə demək olmaz”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. M.Abbaszadənin sözlərinə görə, Odlar Yurdu, Beynəlxalq və Tibb universitetlərinin diplomları qəbul olunacaq. “Əgər bu diplomlar Təhsil Nazirliyin tərəfindən təsdiq edilibsə, biz onları qəbul etməyə bilmərik” - deyə TQDK sədri vurğulayıb. O, rezidenturaya sənəd verənlərin tibbi bilik səviyyəsinin isə imtahanlardan sonra bəlli olacağını deyib.
    12.09.11 Məqaləni oxumaq
     
    Oqtay Şirəliyev: “Azərbaycan səhiyyə sistemi Avropa səhiyyəsinin bir hissəsidir”
    “Bu gün Azərbaycan səhiyyə sistemi Avropa səhiyyəsinin bir hissəsidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib. O qeyd edib ki, buna görə də bu gün Bakıda keçirilən ÜST Avropa Regional Komitəsinin 61-ci sessiyasında qəbul olunan qərar və tövsiyələr Azərbaycan üçün önəmlidir. “Tədbirdə iştirak edən qonaqlar Azərbaycan səhiyyəsi ilə tanış olmaq üçün buradakı tibb müəssisələrini, tibb məktəblərini gəzəcək, vəziyyətlə tanış olacaq və öz tövsiyələrini verəcəklər. Azərbaycanın inkişafı, o cümlədən səhiyyəsinin inkişafı hamını maraqlandırır. Sessiya vaxtı bütün bunlar haqqında qonaqlara məlumatlar veriləcək”-deyə nazir vurğulayıb.
    12.09.11 Məqaləni oxumaq
     
    Moldovanın səhiyyə naziri: “Bütün postsovet ölkələri üçün ən aktual məsələ səhiyyə sisteminin maliyyələşdirilməsidir”
    “Bu gün bütün postsovet ölkələri üçün ən aktual məsələ səhiyyə sisteminin maliyyələşdirilməsidir. Biz çox istərdik ki, MDB ölkələrində səhiyyənin maliyyələşdirilməsi artırılsın”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Moldovanın səhiyyə naziri Andrey Usatıy bildirib. O qeyd edib ki, bu gün postsovet məkanında yoluxucu xəstəliklərin əhatə dairəsi genişlənib və zəruri addımlar atılması tələb olunur. Buna görə də səhiyyə sisteminə dəstəyin artırılması labüddür. Bunun üçün indi aktual problem maliyyə məsələsidir. Biz bununla bağlı strategiya hazırlayacağıq ki, hansısa layihələr ortaya çıxsın. Ən azı bu xəstəliklərdə müayinə pulsuz olmalıdır” - deyə moldovalı nazir vurğulayıb. Onun sözlərinə görə, belə bir strategiya hazırlanarsa, MDB-də təhlükəsiz tibbə nail olmaq olar.
    12.09.11 Məqaləni oxumaq
     
    Elmin İnkişafı Fondu qrant layihələrinin yerinə yetirilməsinə dair təqdimat keçirib
    Bu gün Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrant layihələrinin idarə olunması və yerinə yetirilməsinə həsr edilən seminar və təqdimat keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə fondun 2011-ci ilin 1-ci müsabiqəsinin qalibi olan 82 layihənin rəhbəri, EİF-nin Himayədarlar Şurasının üzvləri və digər müvafiq qurum nümayəndələri iştirak edib.
    12.09.11 Məqaləni oxumaq
     
    Obama: “ABŞ heç vaxt islam və ya digər dinə qarşı müharibə etməyəcək”
    ABŞ prezidenti Barak Obama son 10 ildə amerikalıların terrorla mübarizədə böyük qətiyyət nümayiş etdirdiyini vurğulayıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, ABŞ-ın heç vaxt islam və ya digər dinə qarşı müharibə etməyəcəyini də qeyd edib: «Son 10 il bizim üçün azadlığın nə demək olduğunu bir daha təsdiq etdi. Heç şübhəsiz, biz ABŞ-ı hədələyənləri hər zaman diqqətdə saxlayırıq. Ölkənin müdafiəsilə bağlı xalq arasında narahatlıqlar var. Son 10 ildə sülh və müharibə, təhlükəsizlik və vətəndaş azadlıqları haqqında qızğın mübahisələrin şahidi olmuşuq. Ancaq bu mübahisələri dəyərlərimizə xələl gətirməyən və demokratik yolla həll etmək bacarığımız ABŞ xalqının nə qədər güclü olduğunu sübut edir».
    12.09.11 Məqaləni oxumaq
     
    “Taliban” 11 sentyabr hadisələrini özünəməxsus şəkildə “qeyd edib”
    «Taliban» hərəkatı 2001-ci il 11 sentyabr hadisələrinin 10-cu ildönümünü özünəməxsus şəkildə «qeyd edib». «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Cəlalabad yaxınlığında terrorçu-kamikadze partlayıcı vasitələrlə dolu yük maşınını Sayed-Abad bazasının divarlarına çırpıb. Partlayış o qədər güclü olub ki, 6 metr diametrliyində dərin quyu əmələ gəlib. Partlayış 89 nəfərin, o cümlədən 50 ABŞ əsgərinin yaralanması ilə nəticələnib. “Taliban”ın yaydığı məlumatda göstərib ki, əfqan xalqı sonsuza qədər mübarizə aparmağa və amerikalıları tarixin zibilliyinə atmağa hazırdır.
    12.09.11 Məqaləni oxumaq
     
    Fikrət Sadıxov: “Ciddi diplomatlar “Wikileaks əhvalatları” ilə məşğul olmur”
    “Bir vaxtlar “Wikileaks”in ilk məlumatları dərc olunanda ABŞ Dövlət Departamenti özü bunu təkzib etmişdi, pisləmişdi və bəyan etmişdi ki, yayılanlar həqiqətə uyğun deyil. Belə təəssürat yaranır ki, ya Dövlət Departamentinə, ya da ABŞ-ın hansısa qurumunda hansısa dairələr belə məlumatların yayılmasında maraqlıdır. Bu maraq hansısa dövlətləri üz-üzə qoymaq, onlar arasında uçurum yaratmaq, ziddiyyətli məlumatları dərc edib bu dövlətlər arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmaq, beləliklə də bu vəziyyətdən istifadə edərək prosesi idarə etmək üçündür”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.
    12.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930