Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  25 26 27 28 29 30 31 32 33  #
    Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə yeni tamaşalar səhnələşdirəcək
    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 84-cü teatr mövsümünün başlanması ilə əlaqədar teatr kollektivinin iştirakı ilə geniş müşavirə keçirilib. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müşavirəni teatrın rəhbəri, Əməkdar artist Mübariz Həmidov açaraq kollektivi məzuniyyətdən sonra işə başlaması və Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edib. Daha sonra M.Həmidov 83-cü teatr mövsümdə teatrın fəaliyyəti və həmin ildə əldə olunan uğurları haqqında ətraflı məlumat verməklə bərabər, yeni - 84-cü teatr mövsümdə qarşıda duran vəzifələr və Bakıda keçiriləcək Beynəlxalq Teatr tədbirləri haqqında da ətraflı məlumat verib. Teatrın rəhbəri həmçinin qeyd edib ki, ilin sonunadək 3 yeni tamaşa hazırlanaraq teatrsevərlərə təqdim olunacaq.
    02.09.11 Məqaləni oxumaq
     
    Bu gündən doktoranturaya sənəd qəbulu başlayıb
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının digər elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə sənəd qəbulu başlayıb. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, sənəd qəbulu sentyabrın 1-dən 30-dək aparılacaq. Qəbul imtahanları isə oktyabr ayında keçiriləcək. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd vermək istəyən şəxslər doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidirlər.
    02.09.11 Məqaləni oxumaq
     
    Prokurorluq orqanlarında yeni təyinatlar olub
    Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub. Məlumatı “KƏLAMİNFO”ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib. Məlumata görə, baş prokuror Zakir Qaralovun əmri ilə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev Bakı şəhər Prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin böyük prokuroru vəzifəsinə təyin olunub. Baş prokurorun digər əmri ilə Nizami rayon prokurorunun köməkçisi Günel Əkbərova isə tutduğu vəzifədən azad olunub, ona Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinin icrası həvalə edilib.
    02.09.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “Prezidentlərinin növbəti görüşü barədə rəsmi Bakıya heç bir təşəbbüs daxil olmayıb”
    “Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti birgə görüşü barədə rəsmi Bakıya heç bir təşəbbüs daxil olmayıb. Mətbuatda bu barədə yayılan xəbərlər əsassızdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazirin sözlərinə görə, əksər xarici və yerli mətbuatda ilin sonuna kimi prezidentlərin görüşünün planlaşdırılması vurğulansa da bu barədə hələ ki, heç bir rəsmi təşəbbüs yoxdur. E.Məmmədyarov yaxın aylarda da belə bir görüşün keçirilməsinin nəzərdə tutulmadığını vurğulayıb. “Buna baxmayaraq, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlardan imtina etməyəcək. Bizim əsas məqsədimiz odur ki, mümkün qədər qısa vaxtda işğal olunmuş torpaqlardan Ermənistan Silahlı Qüvvələrini çıxaraq”,-deyə nazir bildirib.
    02.09.11 Məqaləni oxumaq
     
    Millət vəkili : “İtirən Azərbaycan, qazanan Ermənistan olub”
    “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dəymiş olan maddi-mənəvi zərərin ayrı-ayrı dairələr tərəfindən hesablanması və onun müxtəlif məclislərdə fərqli təqdimatı məni qane etmir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib. Deputatın sözlərinə əsasən, işğal olunmuş Azərbaycan torpaqları hər qarışına qədər dəqiq təyinatı üzrə hesablanmalı və həmin istifadə təyinatı üzrə Beynəlxalq Qiymətləndirmə Standartlarına (İVS) istinad edərək onun dəyəri müəyyənləşdirilməlidir . “İşğal zamanı məhv olmuş, habelə hazırda işğal altında olan daşınar və daşınmaz əmlakın, rabitə və nəqliyyat vasitələrinin, şose və dəmir yol xətlərinin dəyəri sadəcə məsrəf metodu ilə deyil, gəlirlərin kapitallaşdırılması, biznesin qiymətləndirilməsi qaydasında hesablanmalıdır”,-deyə o əlavə edib.
    02.09.11 Məqaləni oxumaq
     
    “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə əlaqədar indiyədək görülən işlər müzakirə edilib
    Dünən və bu gün “Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun Bakıda ilk iclası keçirilib. “KƏLAMİNFO”nun İTV-dən aldığı məlumata görə, toplantıda İctimai Televiziya Məşvərət Qrupunun üzvlərini gələn ilin may ayında keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsinin hazırlıq prosesi ilə bağlı məlumatlandırıb. Həmçinin “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə əlaqədar indiyədək görülən işlər, təşkilati məsələlər müzakirə edilib. Eurovision Mahnı Müsabiqəsinin təşkili ilə əlaqədar İctimai Teleradionun təklifini qəbul edən Heydər Əliyev Fondunun fəaliyyəti haqqında da Məşvərət Qrupuna məlumat verilib. Bildirilib ki, Fondun sosial, mədəniyyət, təhsil və digər sahələrdə böyük layihələri ilə tanışlıqdan sonra Məşvərət Qrupunun üzvlərində bu əməkdaşlığın nəticəsində Eurovision Mahnı Müsabiqəsinin də uğurlu keçiriləcəyinə böyük inam və əminlik yaranıb. Məşvərət Qrupunun rəhbəri Azərbaycanda ilk dəfə 5 il əvvəl olduğunu xatırladıb və ötən dövrdə ölkəmizdə müsbətə doğru bir çox addımlar atıldığını, paytaxt Bakının çox dəyişdiyini diqqətə çatdırıb. “Bu onu göstərir ki, musabiqəyədək hər şey çox gözəl olacaq. Bu müsabiqə ölkənin tanıdılması baxımından böyük imkandır”,-deyə Frank-Dieter Freiling bildirib.
    01.09.11 Məqaləni oxumaq
     
    Postsovet məkanında məktəb xərcləri
    Postsovet ölkələri arasında ən bahalı dəftərxana malları Azərbaycandadır. “KƏLAMİNFO” “İqtisadi Forum” jurnalına istinadən bildirir ki, bizdə bir məktəbli üçün minimal dəst təxminən 47 manata başa gəlir. Oxşar dəsti Moldovada 40 manata, Qırğızıstanda 32 manata, Qazaxıstanda 27 manata, Rusiyada isə 19 manata almaq olar. Ən ucuz dəftərxana dəsti Ermənistan və Belarusdadır. Ermənistan məktəblisi dəftərxana malları üçün ən azı 16 manat ödəməlidir. Dəftər, qələm və karandaşın ən ucuz olduğu ölkə Belarusdur. Belorus məktəblisinin minimal xərci 12 manat təşkil edir. Ümumilikdə götürdükdə Ermənistan və Gürcüstan istisna olmaqla postsovet ölkələrində dəftərxana malları orta hesabla 5-10 faiz bahalaşıb.
    01.09.11 Məqaləni oxumaq
     
    Səməd Seyidovun “Menecmentin psixologiyası” adlı yeni kitabı işıq üzü görüb
    Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovun “Menecmentin psixologiyası” adlı yeni kitabı işıq üzü görüb. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müəllifin rus dilindən tərcümə olunaraq Azərbaycan dilində nəşr olunan kitabı 3 fəsildən ibarətdir. “Menecmentin psixologiyasının əsasları” adlanan birinci fəsildə “Menecmentə giriş”, “Menecment psixologiyasının tədqiqat tarixi”, “Menecment psixologiyasının əsasları” adlı bölmələr yer alıb.
    01.09.11 Məqaləni oxumaq
     
    Şuşa və Ağdamın turizminə dəyən ziyan araşdırılır
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinin icrasını davam etdirir. SAMF-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, layihə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində bu təşkilatın əməkdaşları tərəfindən işğal altında qalan mövcud turizm obyektlərinin siyahısı dəqiqləşdirilib, habelə turizmin bölgəyə verdiyi illik gəlirlər haqqında məlumatlar toplanaraq bölgədəki turizm imkanları araşdırılıb. Hazırda adıçəkilən rayonlar üzrə dəyən ziyanın məbləğı dəqiqiləşdirilir.
    01.09.11 Məqaləni oxumaq
     
    Venesiya Komissiyasının QHT-lərlə bağlı hansı qanun layihəsini müzakirə edəcəyi bəlli deyil
    “Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanda QHT-lərlə bağlı hansı qanun layihəsini müzakirə edəcəyi bizə hələ ki bəlli deyil”. Bu barədə “KƏLAMİNFO”ya Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat katibi Səfər Alışarlı söyləyib. Şura sözçüsünün sözlərinə görə, keçən il qanuna dəyişikliyin olunması müsbət nəticə verdi. “Həmçinin QHT-lərin auditə cəlb edilməsi bu sahənin inkişafına təkan verəcək. Bununla yanaşı, auditə çıxanda hökumətin QHT-lərə güzəşti öz bəhrəsini verəcək”,-deyə o əlavə edib. S.Alışarlı bu il hansı layihənin müzakirə ediləcəyindən isə xəbərsiz olduğunu vurğulayıb.
    01.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  25 26 27 28 29 30 31 32 33  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930