|
Səhifələr : # 21 22 23 24 25 26 27 28 29 #
Azərbaycanda müddəti keçmiş pestisidlərin məhv olunması üçün ciddi işlər görüləcək
|
Yaxın 10 ildə ərzində Azərbaycan və digər postsovet ölkələrində müddəti keçmiş pestisidlərin - üzvi kimyəvi tullantıların məhv olunması üçün ciddi işlər görüləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qəbələdə səfərdə olan Beynəlxalq HCH və Pestisidlər Assosiasiyasının direktoru Jon Vijgen bildirib.
Onun sözlərinə görə, bütün postsovet ölkələrində müddəti keçmiş pestisidlərlə bağlı problemlər mövcuddur. “Bütün dünyada olan müddəti keçmiş pestisidlərin 60 faizi məhz postsovet ölkələrin payına düşür. Postsovet ölkələrində bu problemin aradan qaldırılması üçün xüsusi layihələr var”-deyə o vurğulayıb.
Xatırladaq ki, bu gün Qəbələdə 11-ci Beynəlxalq Pestisid Forumu keçirilir.
|
07.09.11 Məqaləni oxumaq
|
|
|
Ən yaxşı universitetlərinin reytinqi açıqlanıb: siyahıda Azərbaycan yoxdur
|
Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısını tərtib edən “Times High Education” 2010-2011-ci ilin ən yaxşı 300 universitetinin adını açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, siyahıya 100 balla Böyük Britaniyanın Kembric Universiteti başçılıq edir, halbuki son illərdə birincilikdə ABŞ-ın Harvard Universiteti dayanırdı. Harvard Universiteti 99,3 balla 2-ci, Massaçusetss Texnologiya İnstitutu isə 99,2 balla 3-cü yerdə qərarlaşıb. Bu ölkənin Yel Universiteti 98.8 balla 4-cü, Böyük Britaniyanın Oksford Universiteti isə 98.0 balla 5-ci yerdədir.
Qeyd edək ki, 300 universitet arasında Azərbaycanın ali təhsil ocaqlarının heç birinin adı yoxdur. MDB-yə daxil olan ölkələrindən isə təkcə Rusiyanın Lomonosov Dövlət Universiteti 61,3 balla 112-ci, Sankt-Peterburq Dövlət Universiteti isə 41,1 balla 251-ci yerdədir.
Universitetlərin qiymətləndirilməsi altı göstərici üzrə aparılıb. Əsas göstəricilər kimi ali məktəbin akademik mühitdə tanınması, işə götürənlərin universitetin məzunlarına münasibəti, universitet əməkdaşlarının nəşrlərinin sayı, müəllimlərin və tələbələrin say nisbəti, o cümlədən universitetdə xarici müəllimlərin və tələbələrin nisbi sayı götürülüb.
|
07.09.11 Məqaləni oxumaq
|
|
|
Ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanacaq
|
Yeni tədris ilindən etibarən ölkə üzrə ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanacaq. Bu barədə “KƏLAMİNFO”ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bu proses ilkin olaraq təhsil müəssisələrinin akkreditasiya qaydaları, ümumtəhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu və statusunu müəyyənləşdirən meyarlar əsasında 11 pilot məktəbi əhatə edəcək.
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu tədris ocaqlarının akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə olunur. Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyadan keçirilmə qaydaları hazırlanır.
|
07.09.11 Məqaləni oxumaq
|
|
|
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keyfiyyət və məzmun baxımından fərqlənəcək
|
“Builki Kitab Sərgi-Yarmarkasını fərqləndirəcək əsas cəhət ilk növbədə daha geniş məkanda keçirilməsidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Milli Kitabxanada mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin ölkədə fəaliyyət göstərən çap-poliqrafiya müəssisələrinin nümayəndələri ilə görüşü zamanı deyib. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri, nəşriyyat işinin digər aktual məsələləri müzakirə olunan Dəyirmi masada çıxış edən nazir müavini bu il keçiriləcək tədbirdə daha çox iştirakçının olacağı, keyfiyyət və məzmun baxımından da fərqlənəcəyini bildirib: “Nəzərə alsaq ki, budəfəki sərgi müstəqilliyimizin 20 illiyinə həsr edilib, əlbəttə ki, burda daha çox Qarabağla bağlı kitablar çoxluq təşkil edəcək. 2011-ci ilin turizm ili elan olunması ilə əlaqədar turizmlə bağlı xüsusi kompozisiyalar və stendlər təşkil olunacaq. Naxçıvan Muxtar Respublikasının kitabla bağlı stendinin qonaqların diqqətinə çatdırılması nəzərdə tutulub. Və ən əsası, Heydər Əliyev Fondunun stendinin daha geniş formada quraşdırılması planlaşdırılıb”.
|
07.09.11 Məqaləni oxumaq
|
|
|
Rusiyaya məxsus MiQ-31 qəzaya uğrayıb
|
Rusiyaya məxsus MiQ-31 təyyarəsi Perm vilayətində Böyük Savino aeroportu rayonu ərazisində qəzaya uğrayıb. «KƏLAMİNFO» «MIGnews.com»a istinadən xəbər verir ki, pilotlar həlak olub. Rusiya Müdafiə Nazirliyi nümayəndəsinin sözlərinə görə, təyyarə plan uçuşu keçirən zaman radarların ekranından yoxa çıxıb. Təyyarə Vulqar kəndi yaxınlığında aşkarlanıb. Rusiya KİV-lərinin məlumatına görə, təyyarə yanıb. Qəzanın səbəbləri üzə çıxana qədər MiQ-31 təyyarələrinin uçuşları müvəqqəti olaraq dayandırılıb.
|
07.09.11 Məqaləni oxumaq
|
|
|
Növbəti tədris ilində 47 yeni orta məktəb istifadəyə veriləcək
|
2011-2012-ci tədris ilində 47 yeni orta məktəb şagirdlərin istifadəsinə veriləcək. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bunlarla yanaşı, 6 məktəb əsaslı təmir edilib, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib.
Müqayisə üçün qeyd edək ki, 2010-2011-ci dərs ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb inşa olunub. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib.
“2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil müəssisəsinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçasıdır. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqları, yeni tədris korpusları, idman və akt zalları, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulub.
|
07.09.11 Məqaləni oxumaq
|
|
|
Dərman istifadəçiləri preparatların keyfiyyət uyğunluğunu yoxlaya biləcəklər
|
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi ilin sonuna qədər dərman preparatları reyestrinin rəsmi internet resursuna birləşdirilməsi üzrə işləri başa çatdıracaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Reyestrin internet-resursa inteqrasiyası istehlakçılara aldıqları dərman preparatlarının keyfiyyət uyğunluğunu yoxlamağa, seriya nömrəsi üzrə axtarış verməyə imkan yaradacaq. Bu gün Azərbaycana rəsmən tədarük olunan hər bir dərman preparatı mərkəzin laboratoriyasında yoxlamadan keçirilir, bundan sonra ona müalicə zamanı istifadədə təhlükəsizliyi təmin edən keyfiyyət sertifikatı verilir. Preparatın seriyası məlumat reyestrinə daxil edilir. Dərmanlar haqqında məlumatın təqdim olunmasının yeni qaydası əczaçılıq bazarının bütün iştirakçıları üçün prosedurların şəffaflığını təmin edir.
|
07.09.11 Məqaləni oxumaq
|
|
|
Oqtay Əsədov: “Təcavüzkarla təcavüzə məruz qalana bərabər münasibət göstərilməməlidir”
|
Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Filipp Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Qonağa təbriklərini çatdıran spiker ona yeni təyin olunduğu bu vəzifədə uğurlar arzulayıb. O.Əsədov bildirib ki, Azərbaycan Avropa strukturları ilə münasibətlərin inkişafına böyük önəm verir. Milli Məclis də Avropa İttifaqının Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir. Sədr Avronest təşkilatının yaradılmasının qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm hadisə olduğunu qeyd etdi. O. diqqətə çatdırıb ki, Avropa Parlamentinin 2010-cu ilin mayında Cənubi Qafqazda vəziyyətə dair qəbul etdiyi qətnamədə Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və dövlətlərin ərazi bütövlüyünün tanınması müddəalarının əks olunması ölkəmizdə yüksək qiymətləndirilir.
|
07.09.11 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov Dairə Seçki Komissiya sədrləri üçün mühazirə deyib
|
Mərkəzi Seçki Komissiyasında Dairə Seçki Komissiya sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. “KƏLAMİNFO” xəbər verir ki, kursun ikinci günündə DSK sədrləri üçün Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Seçki (referendum) prosesində aşkarlıq institutları, onların həyata keçirilməsində KİV-lərin rolu” mövzusunda mühazirə deyib.
Seçkilərin tarixi, onun inkişafı və digər mərhələlərdən bəhs edən Ə.Həsənov bildirib ki, Azərbaycanda ilk demokratik seçki 1995-ci ildə reallaşıb. Ə.Həsənov bildirib ki, ölkəmiz Avropa Şurasına üzv qəbul edildikdən sonra Azərbaycanda keçirilən seçkilər bu təşkilatla əlaqələndirilib.
|
07.09.11 Məqaləni oxumaq
|
|
|
Vaqif Əliyev: “Bakıda otellərin tikintisi davam edir”
|
“Eurovision – 2012”yə qədər Bakıda bir sıra yeni otellər istifadəyə veriləcək və müsabiqəyə gələn əcnəbilərin yerləşdirilməsində yardımçı olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev bildirib. Ölkəmizin ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı yarışmasında paytaxtımıza gələcək qonaqların yerləşdiriləcəyi otellərin tam siyahısının hələ də təsdiqlənmədiyini bildirən nazir müavini Bakıda fəaliyyətdə olan otellərin siyahısının yarışmanın məşvərət qrupuna təqdim olunduğunu bildirib: “Siyahıya Bakıda fəaliyyət göstərən 2, 3, 4 və 5 ulduzlu otellər daxil edilib. Artıq bu otellərin saytları, onlayn bronlaşdırılması sistemi də hazırdır. Amma yarışmaya qədər tikiləcək digər otellər də siyahıya əlavə olunacaq. Hazırda paytaxtda otellərin tikintisi davam edir və hazır olduqdan sonra hər biri bu sistemə daxil olacaq”.
|
06.09.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 21 22 23 24 25 26 27 28 29 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|