|
Səhifələr : # 11 12 13 14 15 16 17 18 19 #
Sarkozi və Kemeron Ərdoğanı qabaqladılar
|
Fransa prezidenti Nikola Sarkozi və Böyük Britaniyanın baş naziri Devid Kemeron bu gün Liviyaya səfər ediblər. «KƏLAMİNFO» Qərb xəbər agentliklərinə istinadən xəbər verir ki, hər iki ölkə 42 illik Qəddafi rejiminin devrilməsinə dəstək göstərib. Gözlənilir ki, hər iki lider Tripoli və Benqazidə olacaqlar. Onların Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istədikləri bildirilir. Belə ki, Tunisdə olan baş nazir oradan Liviyaya gələcək.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Qəddafi BMT Təhlükəsizlik Şurasına müraciət etdi
|
Liviyanın devrilmiş lideri Müəmmar Qəddafi BMT Təhlükəsizlik Şurasına müraciət edərək ona sadiq qüvvələrin nəzarət etdiyi Şiirt şəhərini NATO qoşunlarından qorumağa çağırıb. «KƏLAMİNFO» «Reuters»ə istinadən xəbər verir ki, Suriyanın «Arrai» telekanalı ilə efirə gedən məktubunda Qəddafi bildirib ki, NATO şəhərdə və onun kənarlarında baş verən terrorizm və dağıntılara görə məsuliyyət daşıyır. O, dünya ictimaiyyətini şəhər sakinlərini tək buraxmamağa və cinayətlərə son qoymaqda yardımçı olmağa çağırıb.
Yayılan məlumatlara görə, Milli Keçid hökuməti Qəddafi tərəfdarlarını şəhər ətrafında tanklardan sədd qurmaqda və bununla da yerli sakinləri şəhərdən çıxmağa imkan verməməkdə günahlandırıb. Polkovnikin əleyhdarlarının sözlərinə görə, Qəddafi tərəfdarları əhalini inandırmağa çalışır ki, yeni hökumət terrorçulardan və islamçılardan ibarət olacaq.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın Belarus və Rusiya ilə səhiyyə sahəsindəki əməkdaşlığı müzakirə edilib
|
Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan Belarus səhiyyə naziri Vasiliy Jarkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Daha sonra azərbaycanlı nazir Rusiya Federasiyasının səhiyyə nazirinin müavini Veronika Skvartsovanı da qəbul edib. Görüşlərdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsinə dair əməkdaşlıq məsələləri müzakirə edilib.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Politoloq: “Türkiyə və İsrail heç vaxt Azərbaycandan konkret mövqe tələb etməz”
|
“Bəzi mütəxəssislərin iddialarına baxmayaraq düşünmürəm ki, Türkiyə və İsrail öz münasibətlərində Azərbaycandan hansısa konkret mövqe tələb etsinlər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.
Politoloqun fikrincə, istənilən halda bu dövlətlər öz aralarında olan problemə görə Bakıya qarşı heç bir irad tuta bilməzlər. “Biz sadəcə BMT-nin Təhlükəsizlik Şurasında qəbul olunan qətnaməni dəstəkləməliyik”,-deyə F.Sadıxov vurğulayıb. Ekspert deyib ki, Azərbaycan dünya birliyi tərəfindən qəbul olunmuş qərarları dəstəkləyir və BMT-nin Təhlükəsizlik Şurasının qərarı varsa, təbii ki, biz bunu müdafiə etməliyik. “Bizim mövqeyimiz müəyyən mənada bu qətnamə ilə üst-üstə düşməlidir. Amma təbii ki, bizim Türkiyə ilə müttəfiqliyimiz var, qardaş ölkədir. Türkiyə bütün məsələlərdə bizi dəstəkləyir. Bütün məsələlərdə Türkiyə ilə Azərbaycanın mövqeyi üst-üstə düşür. İsrail də bizə yaxın ölkədir. İsraillə bizim strateji partnyorluq münasibətlərimiz var. Bizi daha çox narahat edən bu ölkələr arasında münasibətlərin pisləşməsidir. Çünki nəticə etibarı ilə biz çox mürəkkəb bir vəziyyətə düşürük”,-deyə o, əlavə edib.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
|
Azərbaycanın ABŞ-dakı səfiri qondarma DQR ilə bağlı tədbirin keçirilməsinə etiraz edib
|
ABŞ Konqresindəki “Erməni məsələləri üzrə işçi qrup”, Ermənistanın ABŞ-dakı səfirliyi və bir sıra Amerika erməni təşkilatlarının qondarma DQR ilə bağlı sentyabrın 13-də Vaşinqtonda keçirdiyi tədbirə etiraz əlaməti olaraq, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev sentyabrın 11-də Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvünə məktubla müraciət edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-dakı səfirliyimizdən veriblər.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Səfir: Azərbaycan və Türkiyə dostluğu heç zaman sarsılmayacaq
|
Bu gün Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və diplomatik korpusun bir qrup nümayəndəsi 1918-ci il sentyabr ayının 15-də işğal altında olan Bakının Azərbaycan Demokratik Respublikasının milli ordusu və Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin ildönümü ilə bağlı Şəhidlər Xiyabanında olub. “KƏLAMİNFO” xəbər verir ki, ziyarətdə Şeyxülislam Hacı Allahşükür Paşazadə, millət vəkilləri Sabir Rüstəmxanlı və Qənirə Paşayeva iştirak edib.
Xatirə kitabına ürək sözlərinin yazan səfir H.Kılıç jurnalistlərə bugünkü tarixlə bağlı qısa məlumat verib. Səfir qeyd edib ki, bugünkü gün Azərbaycan və Türkiyə üçün bayramdır. İki dövlət arasında qardaşlıq və dostluq münasibətlərinin mövcudluğunu bir daha vurğulayan səfir bu yaxın əlaqələrin heç zaman sarsımayacağını qeyd edib.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Xarici İşlər Nazirliyi bəyanat yayıb
|
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də “yerli özünüidarəetmə orqanlarına” “seçkilər” keçirilməsi ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən ‘KƏLAMİNFO”ya verilən məlumata görə, Ermənistanın kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də “yerli özünü idarəetmə orqanlarına” “seçkilər” keçirmək nəzərdə tutulub. Xarici İşlər Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistan Respublikası tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur. Qondarma seçkilər Ermənistanın işğalçı siyasətini ört-basdır etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilir.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Gürcüstanda “Eternity-2011” kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək
|
Sentyabrın 18-dən 25-dək Gürcüstanın paytaxtı Tiflis şəhərində “Eternity-2011” (“Sonsuzluq-2011”) kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək. Bu barədə “KƏLAMİNFO”ya Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimdə Azərbaycan, Gürcüstan və Türkiyənin hərbi qurumları, boru kəmərlərinin mühafizəsi ilə məşğul olan strukturlar və şirkətlərdən nümayəndələr iştirak edəcək.
Qeyd edək ki, hər üç ölkənin hərbçilərinin iştirakı ilə ildə bir dəfə keçirilən təlimin mövzusu əsas ixrac boru kəmərlərinin mühafizəsinin təşkilidir. Təlim qərargah daxilində simulyativ formada aparılır.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
MDB-yə üzv ölkələrin prokurorlarının Koordinasiya Şurasının iclası ildə iki dəfə keçiriləcək
|
Belarusun paytaxtı Minsk şəhərində MDB-yə üzv ölkələrin prokurorlarının Koordinasiya Şurasının iclası keçirilib. “KƏLAMİNFO” Rusiyanın Baş Prokurorluğunun rəsmi məlumatına istinadən xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Rusiya Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ermənistanın Baş Prokurorluqlarının rəsmiləri iştirak edib.
İclasda qərara gəlinib ki, MDB-yə üzv ölkələrin prokurorlarının Koordinasiya Şurasının iclası reqlamentdə nəzərdə tutulduğu kimi ildə bir dəfə deyil, iki dəfə keçirilsin.
Bir sıra məsələlərin müzakirə olunduğu iclasın sonunda Şuraya sədr seçilməsi ilə bağlı səsvermə olub. Beləliklə, Şuranın əvvəlki sədri, Rusiyanın baş prokuroru Yuri Çayka yekdilliklə sədr seçilib. Növbəti iclasın isə gələn ilin may ayında Rusiyada keçirilməsi qərara alınıb.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 11 12 13 14 15 16 17 18 19 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|