Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  24 25 26 27 28 29 30 31 32  #
    Vəfa Quluzadə: “Biz çeçenlərə borcluyuq…”
    “Son vaxtlar Serj Sarksyanı bül- bül kimi danışdıran Rusiyadır. Moskva bununla çalışır ki, Qarabağla bağlı danışıqlar prosesi mümkün qədər pozulsun”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloqun fikrincə, bu dəstəyə söykənən ermənilər Azərbaycanı təhqir etdirirlər ki, danışıqlar baş tutmasın. V.Quluzadənin sözlərinə görə, əslində bu münaqişənin düyünə düşməsini Azərbaycan və Ermənistan prezidentləri arasında yaranan hərbi ritorikada axtarmaq düzgün olmaz. “Əgər Rusiyanın gücü olsaydı, Qarabağla bağlı yeni müharibəyə başlayardı və bunun üçün Azərbaycan Prezidenti ilə Serj Sarksyanın münasibətinin yaxşı, ya pis olmasının elə də önəmi qalmayacaqdı”,-deyə politoloq vurğulayıb. V.Quluzadə deyir ki, Ermənistan Rusiyanın quberniyasıdır və Rusiya Azərbaycanın torpaqlarını ona görə işğal edib ki, Azərbaycan NATO-ya daxil olmasın, Avropa Birliyi və Amerika ilə yaxınlaşmasın. “Biz çeçen mücahidlərinə borcluyuq, çünki 1994-cü ildə Rusiya iki cəbhə saxlaya bilmədiyi üçün Azərbaycanla Ermənistan arasında atəşkəs imzalandı. Əks halda səhnə tamam başqa cür olardı”,-deyə o, əlavə edib.
    05.09.11 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Seçicilər hələ də deputatdan onun səlahiyyətindən artıq şeylər umurlar”
    “Təəssüflər olsun ki, Azərbaycanda seçicilər hələ də deputatdan onun səlahiyyətindən artıq şeylər umurlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov Dairə Seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində söyləyib. Vitse-spiker deputatın hüquq və vəzifələrinin Konstitusiyada göstərildiyini xatırladaraq, deputatların əsas işinin qanunvericiliklə bağlı, həmçinin beynəlxalq təşkilatlarla işləmək olduğunu deyib. “Bizdə belə bir fikir formalaşıb ki, mənim evimi su basdı, evim uçdu, deputat baxmalıdır, bu onun borcudur. Axı bunlar deputatla bağlı məsələlər deyil. Əlbəttə ki, deputat ümumilikdə seçicilərin, bölgənin problemlərini öyrənib Milli Məclisin iclasında qaldırmalıdır. Ancaq bizdə deputatı şəxsi məsələlərlə boğurlar” - deyə Ziyafət Əsgərov əlavə edib.
    05.09.11 Məqaləni oxumaq
     
    Ümümtəhsil məktəblərində payız buraxılış imtahanları keçirilir
    Bu gündən Azərbaycanın ümümtəhsil məktəbləri və peşə liseylərində orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları başlayıb. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları sentyabrın 2-dən 10-dək davam edəcək. Bu gün imtahanlar Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında keçiriləcək. Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında sentyabrın 5-i, Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında sentyabrın 6-ı, Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında sentyabrın 7-i, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında sentyabrın 8-i, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında sentyabrın 9-da, Bakı şəhərində isə sentyabrın 10-da keçirilməsi nəzərdə tutulub.
    03.09.11 Məqaləni oxumaq
     
    İsmayıllıda Turizm və Hotelçilik Liseyi fəaliyyətə başlayıb
    İsmayıllıda Turizm və Hotelçilik Liseyinin açılış mərasimi keçirilib. “KƏLAMİNFO” Azərbaycan Turizm İnformasiya Mərkəzi sədrinin müşaviri Müzəffər Ağakərimova istinadən bildirir ki, Avropa İttifaqının layihəsi çərçivəsində açılan bu məktəb Azərbaycanın turizm sektoru üçün müxtəlif istiqamətlər üzrə mütəxəssislər hazırlayacaq. Liseyin binası İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən inşa olunub, “British Consoil” tərəfindən isə avadanlıqlarla, müxtəlif ləvazimatlarla təmin olunub. Müasir tipli bu təhsil mərkəzində İsmayıllıda və ətraf rayonlarda yaşayan gənclər dərs almaqla bərabər, eyni zamanda təcrübə keçmək imkanına da malik olacaqlar.
    03.09.11 Məqaləni oxumaq
     
    Məhkumlara psixoloji dəstək istiqamətində layihə həyata keçirilir
    “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Avropa Şurası, Avropa Gənclər Fondunun dəstəyi ilə “Gənc Məhkumlara Psixoloji Dəstək” layihəsinin icrasına başlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Penitensiar xidmətin fəal iştirakı ilə 3 ay müddətinə davam edəcək layihənin əsas məqsədi gənc psixoloqların penitensiar psixologiya sahəsində hazırlanması və gənc məhkumların psixoloji reabilitasiyası işinin həyata keçirməsindən ibarətdir. Layihə çərçivəsində 2 istiqamətdə iş aparılır. İlk olaraq 20 nəfər gənc psixoloq üçün penitensiar psixologiya üzrə xüsusi təlim kursları təşkil edilib. Bu kurslarda məhkumun psixoloji portreti və məhkum şəxsiyyətinin xüsusiyyətləri, məhkum qrupunun sosial-psixoloji xüsusiyyətləri, cəzaçəkmə müəssisələrində ünsiyyət, məhkumların fərdi psixoloji xüsusiyyətlərinin öyrənilməsi metodları, psixodiaqnostika və korreksiya işinin planlaşdırılması, cəza müddəti sona yetən şəxsin azadlıq şəraitinə adaptasiyasının sosial-psixoloji problemləri, məhkumlarla işləyən heyətlə həyata keçirilən psixoloji fəaliyyət kimi mühüm mövzular tədris olunub.
    03.09.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev AŞPA nümayəndələrini qəbul edib
    Prezident İlham Əliyev bu gün AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsinin sədri Kristos Pirquridesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycanla AŞPA arasında hüquq məsələləri və insan hüquqları sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
    03.09.11 Məqaləni oxumaq
     
    Mark Herevard: “Ermənilər tərəfində 9 və 13 yaşlı uşaqların qətlə yetirilməsi ciddi təcavüz aktıdır”
    UNICEF istənilən münaqişə bölgələrində, o cümlədən də Azərbaycanla- Ermənistan arasındakı təmas xəttində uşaqlara qarşı baş verən təcavüz aktlarını qəti olaraq pisləyir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında UNICEF-in Bakı ofisinin rəhbəri Mark Herevard bildirib. O, qeyd edib ki, son vaxtlar cəbhə bölgəsində ermənilər tərəfində doqquz və 13 yaşlı uşaqların qətlə yetirilməsi ciddi təcavüz aktıdır. “Biz bu halları pisləyir və bunun müharibə qanunlarına zidd olması fikrindəyik. Biz bundan çox narahatıq”,-deyə M.Herevard vurğulayıb. UNICEF nümayəndəsi bildirib ki, təmsil etdiyi qurum tərəflər arasında münaqişənin dövlət səviyyəsində həllinin tərəfdarıdır. “Burada uşaqlara qarşı təcavüz və onların həyatından istifadə olunması beynəlxalq qanunlara ziddir”,-deyə o, əlavə edib.
    02.09.11 Məqaləni oxumaq
     
    Məhbuslar internetdən də istifadə edə biləcək
    Əgər qanunvericilikdə belə bir müddəa öz əksini tapsa...

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıxovun müsahibəsi. 

    - Mehman müəllim, cəzaçəkmə müəssisələrində internetdən, telefondan sərbəst istifadə nə zaman tam reallaşacaq?

    - Qanunvericiliyə edilən müəyyən dəyişiklikdən sonra artıq 3-4 ildir  dustaqlar sərbəst şəkildə telefondan istifadə edir. Hər bir cəzaçəkən saxlandığı müəssisənin rejimindən  asılı olmayaraq telefon vasitəsilə öz yaxınları ilə əlaqə saxlaya bilir. Hər telefon danışığı isə 15 dəqiqədir.  İnternetlə bağlı dəyişiklik isə qanunvericiliyə edilən yeniliklə bağlıdır. Əgər qanunvericilikdə belə bir müddəa öz əksini tapsa, biz bunu qısa müddət ərzində təmin edəcəyik. Cəzaçəkmə müəssisələrinin əksəriyyətində kompüter kursları təşkil olunub. Məhkumlar burada kompüterdən istifadəni, müxtəlif proqramları öyrənirlər, onlara təcrübəli müəllimlər dərs keçir. Tədris kursu başa çatandan sonra isə, məhkumlar imtahan verir və buna uyğun olaraq onlar sertifikatla təmin olunur. Bu da öz növbəsində məhkumların azadlığa çıxandan sonra işlə təmin olunmasına kömək edir.

    - Məhkumların sərbəst internetdən istifadəsi kibercinayətə, ümumiyyətlə hər hansı neqativ hallara gətirib çıxara bilər?

    - Əlbəttdə, bu çox geniş yayılmış bir şeydir ki, müxtəlif hakerlər saytların təhlükəsizlik kodlarını sındırır, virus proqramları daxil edir, şəxsi hesablardan, təşkilatların büdcələrindən pul çəkirlər və s. Bu kimi məsələlər kompleks şəkildə araşdırılıb, təhlil olunmalıdır.
    02.09.11 Məqaləni oxumaq
     
    UNICEF Azərbaycandakı missiyasında dəyişiklik edir
    Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqədar UNICEF qaçqın və məcburi köçkün uşaqlara dərs ləvazimatı, dərs vəsaiti yardımı etməyəcək. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib. O, xatırladıb ki, Azərbaycanda fəaliyyətlərinin ilk illərində Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş insanlara yardım etmək amalı ilə buraya gəliblər və bu istiqamətdə kifayət qədər də iş görüblər. “Əvvəllər qaçqın və məcburi köçkün uşaqlarını məktəb vəsaitləri və ləvazimatları ilə təmin edirdik. İllər keçdikcə Azərbaycan inkişaf edir. Hazırda ölkənin sosial-iqtisadi inkişafı bizim mandatımız daxilində müəyyən dəyişikliklər etməyə vadar etdi”,-deyə UNICEF rəsmisi vurğulayıb. Onun sözlərinə görə qurum hazırda resursları yox, yeni ideyaları, fikirləri, yanaşmaları Azərbaycan hökumətinə təqdim edir.
    02.09.11 Məqaləni oxumaq
     
    Kristos Purqurides: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapmalıdır
    Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komitənin üzvü Elza Papadimitriu baş prokuror Zakir Qaralovla görüşüblər. Baş Prokurorluğun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Z.Qaralov Avropaya inteqrasiyanın rəsmi Bakının xarici siyasətinin əsas prioriteti olduğunu, AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb.
    02.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  24 25 26 27 28 29 30 31 32  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930