Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Əli Hüseynli: “Azərbaycan hakimlərinin bilik səviyyəsi olduqca yüksəkdir”
    “Azərbaycan hakimlərinin bilik səviyyəsi olduqca yüksəkdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli söyləyib. “Bir neçə beynəlxalq təşkilat bu barədə monitorinqlər aparıb və bu monitorinqlərin nəticələrinə göz atsaq, görərik ki, onlar Azərbaycanda hakimlərin seçki prosesini yüksək qiymətləndirirlər. Bəzi təşkilatlar bununla bağlı qərəzli məlumatlar yayır, lakin bunlar əsassızdır. Təkcə bunu xatırlamaq kifayətdir ki, BBC kimi nüfüzlu şirkət Boks Federasiyası barədə faktlara əsaslanmayan böhtanlar yazmışdı” - deyə millət vəkili əlavə edib.
    28.09.11 Məqaləni oxumaq
     
    Qəddafinin səkkiz yaxın qohumu Əlcəzairdən Qahirəyə gəlib
    Əlcəzair mətbuatının yaydığı məlumata görə, Liviya lideri Müəmmar Qəddafinin səkkiz yaxın qohumu Əlcəzairdən Qahirəyə gəlib. Onların arasında Qəddafinin qızı – Aişə, arvadı, oğlanları Məhəmməd və Hannibal var. Onlar hamısı keçən ayın sonu Tripoli təslim olduqdan dərhal sonra Əlcəzairlə sərhədi keçiblər. «KƏLAMİNFO» «MIGnews.com»a istinadən xəbər verir ki, Qəddafinin digər oğlanları Seyf əl-İslam Nigerdədir. Məlumata görə, Əlcəzairin hakimiyyət orqanları Aişədən narazı qalıblar. Onun «al-Rai» televiziya kanalı ilə çıxışını yolverilməz adlandırıblar. Həmin çıxışında Qəddafinin qızı atasının sona kimi mübarizə aparacağını deyib.
    28.09.11 Məqaləni oxumaq
     
    Sabah II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına start verilir
    Sabah Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əl Oyunları İdman Sarayında keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri başa çatıb. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə 100-dən çox yerli, 20-dən çox xarici çap-poliqrafiya müəssisəsi və kitabxanalar iştirak edəcək. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan sərgi-yarmarkada son 3 ildə ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdiriləcək.
    28.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanda Gənclər Fondunun yaradılması ilə bağlı təkliflər Prezidentə təqdim olunacaq
    Azərbaycanda Gənclər Fondunun yaradılması ilə bağlı təkliflər artıq hazırdır. Təkliflər yaxın günlərdə Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib. Onun sözlərinə görə, hazırda Dövlət Gənclər Proqramının müxtəlif bəndləri üzrə işlər aparılır. “Beynəlxalq Gənclər Mərkəzinin yaradılması ilə bağlı artıq prezident tapşırıqlar verib. Digər bəndlər də reallaşdırılmağa başlanılıb. 2012-ci ilin yanvarından Dövlət Proqramı üzrə işlər daha səmərəli və sürətli aparılacaq. Bəzi məsələlər texniki hazırlıq tələb edir”,-deyə E.Aslanov vurğulayıb.
    27.09.11 Məqaləni oxumaq
     
    Əli Hüseynli: “Yol Patrul Xidməti ləğv olunmayacaq”
    “Yol Patrul Xidməti ləğv olunmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli söyləyib. Onun sözlərinə görə, Yol Patrul Xidmətinin ləğv edilərək əvəzində yeni xidmət yaradılacağı barədə məlumatlar əsassızdır.
    27.09.11 Məqaləni oxumaq
     
    Almaniyada “Qadınlar ənənə və emansipasiya arasında” adlı tədbir keçirilib
    Berlin-Bakı Qalereyasında Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi “Qadınlar ənənə və emansipasiya arasında” adlı tədbir keçirib. Tədbirin qonağı azərbaycanlı yazıçı və publisist Günel Anarqızı olub. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Berlin-Bakı Qalereyasının direktoru İbrahim Ehrari Günel Anarqızını tədbir iştirakçılarına təqdim edib. AAKM-nin icraçı direktoru Samira Patzer-İsmayılova qadının cəmiyyətdəki yeri və rolundan qısa söhbət açıb.
    27.09.11 Məqaləni oxumaq
     
    Polad Bülbüloğlu: ““Xalq diplomatiyası” asan məsələ deyil”
    “Azərbaycan ziyalılarının Dağlıq Qarabağa səfər etməsi - “Xalq diplomatiyası” asan məsələ deyil, çünki son zamanlar bəzi çıxışlarla bağlı vəziyyət yenidən gərginləşib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri, Xalq diplomatiyası”nın təşəbbüskarı Polad Bülbüloğlu bildirib. P.Bülbüloğlu qeyd edir ki, təbii ki, bu münaqişə nə vaxtsa qurtaracaq və biz ermənilərlə bir yerdə yaşamalı olacağıq. Onun sözlərinə görə, Bakıda bu gün də 30 minədək erməni yaşayır. “Demək ki bir yerdə yaşamaq mümkündür” - deyə P.Bülbüloğlu vurğulayıb. “Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni edir və bunu qarşı tərəflə, yaradıcı insanlarla, ziyalılarla görüşüb onlara izah etmək lazımdır” - deyə o, əlavə edib. O, yaxın zamanda ziyalılarımızın “Xalq diplomatiyası” missiyası ilə Ermənistana səfərinin planlaşdırılmadığını bildirib.
    27.09.11 Məqaləni oxumaq
     
    “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb
    Bu gün Bakıda, “Park İnn” otelində “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, forumda gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, tədbirdə mədəniyyətlərarası dialoq, gənclər səviyyəsində xalqlar, millətlər arasında dözümlülük, gənclərin mövcud konfliktlərin aradan qaldırılmasında rolu, gənclərlə iş sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.
    27.09.11 Məqaləni oxumaq
     
    Bakıda “Müstəqil Azərbaycan 20 ildə” sərgisi keçirilir
    Bu gün “Bakı Ekspo” Mərkəzdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgi açılıb. “KƏLAMİNFO” xəbər verir ki, sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kv. metr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunur. Sərgidə, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir. Qeyd edək ki, sərginin açılışında dövlət başçısı İlham Əliyev də iştirak edib.
    27.09.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: Azərbaycanda mətbuatla bağlı qanunvericilik Avropa standartlarının tələblərinə cavab verir
    Hazırda Azərbaycanda 4500-ə yaxın müxtəlif tipli mətbuat orqanı fəaliyyət göstərir. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov qeyd edib ki, bura qəzetlər, TV-lər, jurnallar, elektron informasiya vasitələri, xəbər portalları və s. daxildir. PA-nın rəsmisi deyib ki, mətbuatın fəaliyyəti ilə bağlı Azərbaycanda qəbul olunmuş qanunvericilik Avropa standartlarının son tələblərinə cavab verir. “Azərbaycan postsovet məkanında azsaylı ölkələrdəndir ki, burada informasiya fəaliyyəti ilə məşğul olmaq üçün heç bir dövlət qurumunun icazəsinə ehtiyac yoxdur. Yeganə televiziya fəaliyyətidir ki, buna dövlət tərəfindən xüsusi lisenziya verilir. Buna baxmayaraq, Azərbaycan postsovet məkanında yeganə dövlətdir ki, bizdə Mətbuat və İnformasiya Nazirliyi yoxdur”,-deyə Ə.Həsənov vurğulayıb. O, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən mətbuat üzərindəki senzuranın ləğv edildiyini bildirib. “Bu gün Azərbaycan mediası öz- özünü tənzimləmə strukturu yaradıb. Jurnalistlərin qurultayında yaradılan Mətbuat Şurasına jurnalistlər özləri sədr seçirlər”,-deyə PA rəsmisi vurğulayıb.
    23.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930