|
Səhifələr : # 22 23 24 25 26 27 28 29 30 #
Saxta “Abituriyent” nəşrləri satış məntəqələrindən götürülərək məhv edilir
|
Saxta “Abituriyent” nəşrləri ilə bağlı vaxtaşırı hüquq-mühafizə orqanlarına müraciət edilir və demək olar ki, bunların qarşısı alınır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının baş redaktoru Arzu Əliyev söyləyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı özləri də müəyyən reydlər aparır. “Lakin bu kimi saxtakarlıq halları kütləvi xarakter almayıb. Təqribən 3-5 nüsxə aşkar olunur ki, onlar da satış məntəqələrindən götürülərək məhv edilir”,-deyə o, əlavə edib.
|
06.09.11 Məqaləni oxumaq
|
|
|
Qaçqın və məcburi köçkün məktəblərinə test vəsaitləri paylanıb
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublikanın müxtəlif bölgələrində məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının təhsil işçiləriylə görüş keçirib. “KƏLAMİNFO” xəbər verir ki, görüş zamanı məcburi köçkün və internat məktəblərinin nümayəndələri ilə müəyyən fikir mübadiləsi aparılıb və yekunda onlara fənlər üzrə test kitabçaları, vəsaitlər hədiyyə edilib. Tədbirdə “Abituriyent” jurnalının baş redaktoru Arzu Əliyev qeyd edib ki, görüşün əsas məqsədi qaçqın və məcburi köçkün məktəb şagirdlərini “Abituriyent” jurnalının vəsaitləri ilə təmin etmək, onlara tədris vəsait çatışmazlığı problemlərinin həllində yardım etməkdir. “Qəbul proqramı və dərsliklər əsasında hazırlanmış ümumi dəyəri 24400 manat təşkil edən və 12 min nüsxədən ibarət olan bu vəsaitlər müəllim və şagirdlər üçün yararlı olacaq” - deyə o, əlavə edib.
|
06.09.11 Məqaləni oxumaq
|
|
|
Polşanın Ermənistandakı səfiri: “İnsanların həlak olduğu münaqişələri dondurulmuş hesab etmək istəməzdim”
|
Filipp Leforun Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyinatı ilə Qarabağ üzrə danışıqların aktivləşməsini gözləmək olar. «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, bu sözləri Polşanın Ermənistandakı səfiri Zdislav Raçinski bildirib. «Fransa ATƏT-in Minsk qrupunda AB-nin mövqeyini təmsil etməyə səlahiyyətli deyil. Lakin Fransa hansısa mənada öz mövqeyini ortaya qoyan zaman AB-nin də nöqteyi-nəzərini ortaya qoyur. Sizin bildiyiniz kimi, AB-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin mandatına həllini tapmamış münaqişələr də daxil ediləcək.
|
06.09.11 Məqaləni oxumaq
|
|
|
Rusiya və Fransanın xarici işlər və müdafiə nazirləri Qarabağ münaqişəsini müzakirə edəcəklər
|
Rusiya və Fransanın xarici işlər və müdafiə nazirləri Dağlıq Qarabağ, Kosovo, Dnestryanı bölgədəki münaqişələrin həlli yolları, eləcə də Əfqanıstanda sülh prosesinin əldə olunması yollarını müzakirə edəcəklər. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, sentyabrın 7-də Moskvada Rusiya və Fransa xarici işlər və müdafiə nazirləri - Sergey Lavrov və Alen Jüpe, Anatoli Serdyukov və Jerar Lonqe Liviya, Suriya, RƏMS problemini, eyni zamanda Rusiyanın AB və NATO ilə dialoqu məsələsini müzakirə edəcəklər. Görüş təhlükəsizlik məsələlərinə həsr olunmuş ikitərəfli Şuranın iclası çərçivəsində baş tutacaq.
|
06.09.11 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: Qarabağ məsələsi Ermənistana təzyiq yolu ilə həll edilə bilər
|
“Ermənistan tərəfindən işğal olunan ərazilər boşaldılmalı və geri qaytarılmalıdır. Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və orada dinc şərait yaradılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, bununla bağlı beynəlxalq hüquq normaları var. “Sadəcə olaraq Ermənistan tərəfinin iradəsizliyi, yaxud öz iradəsindən asılı olmayaraq qeyri-konstruktivliyi, yaxud bu yola məcbur edilməsi münaqişənin tənzimlənməsinin yubadılmasına səbəb olur. Ancaq bu məsələ gec-tez öz həllini tapmalıdır. Mövcud vəziyyət davam edə bilməz” - deyə Ə.Həsənov vurğulayıb.
|
06.09.11 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “Azərbaycan AŞ-nin təqdim etdiyi demokratik seçkilər sistemini seçib”
|
“Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində fəaliyyətimizi bu qurumla əlaqələndirmək xətti tutduq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
"Biz Avropa Şurasına qəbul olunandan sonra bütün seçki sisteminin, keçirilən seçkilərin AŞ ilə əlaqələndirmə yolunu tutmuşuq" – deyə Ə.Həsənov əlavə edib. Ə.Həsənov bildirib ki, hər fəaliyyətin əsasında qanun dayanmalıdır. O, bütün fəaliyyətlərdə şəffaflığın qorunmasının vacibliyini vurğulayıb.
|
06.09.11 Məqaləni oxumaq
|
|
|
Kristos Pirqurides: Azərbaycanda milli-dini dözümlülük Avropa tərəfindən qəbul olunan faktdır
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirquridesi qəbul edib. DQİDK-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə H.Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı onun sosial siyasət konsepsiyasında əsas yerlərdən birini tutur. Onun sözlərinə görə, ölkəmizdə həmişə bütün dinlərə və onların mənsublarına hörmətlə yanaşılıb, dindarların öz ibadətlərini layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılıb: “Beynəlxalq aləmdə belə bir Azərbaycan gerçəkliyi təsdiqlənib ki, ölkəmiz dünyaya yalnız neft deyil, milli-dini tolerantlığı da eksport edə bilər.
|
06.09.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan mədəniyyətini və turizmini işıqlandıracaq yeni sayt istifadəyə veriləcək
|
Cari ilin sentyabr ayının 15-dək Azərbaycan mədəniyyətini və turizmini işıqlandıracaq yeni sayt istifadəyə veriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, yeni saytı “Turizmə dəstək” Gənclər Koalisiyası hazırlayır. Bildirilir ki, nəinki Azərbaycanda, ümumiyyətlə, dünya mədəniyyəti və turizmində baş verənləri özündə əks etdirəcək və maraqlı materiallarla zəngin olacaq sayta daxil olan hər bir kəs Azərbaycan turizmi və mədəniyyəti haqqında da ətraflı məlumat əldə edə biləcək.
Qeyd edək ki, yeni saytın istifadəyə verilməsi ilə kifayətlənməyən koalisiya başqa bir layihə də həyata keçirmək ərəfəsindədir. Belə ki, Koalisiyada Azərbaycan turizminin təbliğinə həsr olunmuş “Ölkəm mənim” adlı mahnı ekranlaşdırılıb. Azərbaycan mədəniyyətinə, turizminə, həmçinin iqtisadiyyatına həsr olunan klipdə 11 muğam ifaçısı və müğənni təmsil olunacaq.
Xatırladaq ki, klipin yaxın günlərdə musiqisevərlərə təqdim olunması planlaşdırılıb.
|
06.09.11 Məqaləni oxumaq
|
|
|
Bani Valid şəhəri təslim olmaq istəmir
|
Liviyanın hazırkı rəhbərliyi bəyan edib ki, Müəmmar Qəddafi tərəfdarları ilə danışıqlar kəsilib. Milli Keçid Şurası bildirib ki, Bani Valid şəhərinin təslim olması ilə bağlı danışıqlar başa çatıb. Milli Keçid Şurasının vasitəçisi Abdullah Kansil Bani Valid yaxınlığında jurnalistlərə bildirib ki, onun hazırda heç bir təklifi yoxdur: «Ümid edirəm ki, Bani Validdəki Qəddafi tərəfdarları tezliklə oranı tərk edəcəklər”. Müxbirin «deməli, danışıqlar artıq kəsilib» sualına Kansil belə cavab verib: «Mən tərəfdən bəli».
Məlumatlara görə, Milli Keçid Şurası güman edir ki, Qəddafi rejiminin bir çox məmuru Bani Validdə sığınacaq tapa bilər. Qeyd edək ki, Bani Valid paytaxt Tripolidən 70 kilometr uzaqlıqda yerləşir.
|
06.09.11 Məqaləni oxumaq
|
|
|
Təhsil Nazirliyi vakant qalan yerləri elan edib
|
Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə tarix, biologiya, fizika, musiqi və nəğmə, təsviri incəsənət müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə vakant qalan yerləri elan edib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, biologiya müəllimliyi üzrə 128, tarix üzrə 125, fizika üzrə 90, musiqi və nəğmə üzrə 13, təsviri incəsənət müəllimliyi ixtisası üzrə isə 6 vakant yer var.
Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi müsabiqədə iştirak edərək keçid balını toplayanlar bu ixtisaslar üzrə müraciət edə bilərlər. Bakı şəhərində olan vakant yerlər üçün keçid balı 28-dən, digər vakant yerlər üçün keçid balı isə 21-dən yuxarıdır.
Sözügedən ixtisaslar üzrə müəllim işləmək arzusunda olanlar sentyabrın 12-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət etməlidirlər.
|
06.09.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 22 23 24 25 26 27 28 29 30 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|