|
Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
Azərbaycan ÜST-nin Avropa Regional Bürosunun İcraiyyə Komitəsinə üzv seçilib
|
Bu ildən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun İcraiyyə Komitəsinə üzv seçilib. “KƏLAMİNFO” xəbər verir ki, qərar bu gün Bakıda öz işini başa vuran ÜST Avropa Regional Komitəsinin 61-ci sessiyasında qəbul olunub.
Ölkəmiz komitədə üç il müddətində təmsil olunacaq. Qeyd edək ki, sessiya sentyabrın 12-də öz işinə başlamışdı.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Obama amerikalıları Konqresə təzyiq göstərməyə səslədi
|
ABŞ prezidenti Barak Obama amerikalıları Konqres üzvlərinə məktub yazaraq 447 milyard dollar həcmində iş təklifini qəbul etdirməyə səsləyib. Qanun layihəsi yeni iş yerləri yaratmağa və zəif iqtisadiyyatı dirçəltməyə yönəlib. В«KƏLAMİNFOВ» В«Lenta.ruВ»ya istinadən xəbər verir ki, prezident bu çağırışı Ohayo ştatının paytaxtı Kolumbusdakı orta məktəbdə səsləndirib. Obama bildirib ki, işsiz müəllimlər, veteranlar, gənclər, inşaat işçiləri təklifdən bəhrələnən adamlar sırasında olacaq. Bu qanun layihəsinə 35 min məktəbi müasirləşdirmək üçün 25 milyard dollar həcmində yardım daxildir.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Rezidenturaya sınaq imtahanının nəticələri açıqlanıb
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə 10 sentyabr tarixində baza fənləri üzrə və 11 sentyabr tarixində isə ixtisas fənləri üzrə keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-dan veriblər.
İmtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş 656 namizəddən 602 nəfəri hər iki imtahanda iştirak edib. Sınaq imtahanlarının nəticəsi əsasında baza ali tibb təhsili üzrə rezidenturaya keçirilmiş sınaq imtahanı nəticəsində balların paylanması TQDK-nın rəsmi internet saytında yerləşdirilib.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Oqtay Şirəliyəv bir sıra ölkələrin nümayəndələri ilə danışıqlar aparıb
|
Sentyabrın 12-15- tarixlərində Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bir sıra ikitərəfli görüşlər keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Bunlar arasında Türkiyənin səhiyyə naziri Rəcəb Akdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə bir çox məsələlərə toxunulub. O.Şirəliyev Türkiyə səhiyyə sektorunda görülən coxşaxəli işlərdən, əldə olunan nailiyyətlərdən, dost ölkədə səhiyyə təşkilatçılığı baxımından uğurlu layihələrə imza atmalarından bəhs edib. R.Akdağın Azərbaycan səhiyyəsinə xüsusi önəm verdiyini deyən Oqtay Şierəliyev kadr hazırlığı, Türkiyənin tanınmış universitetlərində keçirilən uzmanlıq kurslarından, ölkəmizdə tibb elminin inkişafı baxımından Azərbaycan səhiyyəsinə böyük dəstək olduğuna görə, R.Akdağa təşəkkürünü bildirib. Görüş əsnasında türkiyəli nazir ölkəsində son illər ərzində əldə etdikləri nailiyyətlərdən danışaraq bu təcrübənin Azərbaycanla paylaşmanın tərəfdaşı olduğunu söyləyib.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Əli Abbasov Çinə gedib
|
Bu gün Çin Xalq Respublikasının (ÇXR) Dalyan şəhərində Dünya İqtisadi Forumunun 5-ci illik iclası (“Yay Davosu”) işə başlayıb. İclasda Azərbaycanı təmsil etmək üçün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti artıq Çinə yola düşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov verib.
Tədbirdə 100-ə yaxın ölkədən dövlət və hökumət başçıları, regional təşkilatların və iri şirkətlərin rəhbərləri iştirak edir. Forum çərçivəsində Ə.Abbasovun ÇXR-in yüksək vəzifəli hökumət nümayəndələri, iri şirkətlərin rəhbərləri ilə görüşləri, forumun ümumi iclasında çıxışı və Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə həsr olunmuş təqdimatı nəzərdə tutulub. Magistral Şərqi Avropa, MDB ölkələri, Türkiyə, İran və Mərkəzi Asiya ölkələrini birləşdirəcək, eləcə də bu regionda dünyanın yeni nəhəng transmilli informasiya şəbəkəsinin təşkil olunması üçün əlverişli şərait yaradacaq. TASİM-in dünyanın 20-dən çox ölkəsini əhatə edəcəyi nəzərdə tutulub.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Prezident Monteneqro səfirinin etimadnaməsini qəbul edib
|
Prezident İlham Əliyev bu gün Monteneqronun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ramo Braliçin etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir fəxri qarovul dəstəsinin qarşısından keçərək etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycan ilə Monteneqro Respublikası arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlət başçısı səfir Ramo Braliçin ölkəmizdəki diplomatik fəaliyyətinin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
|
15.09.11 Məqaləni oxumaq
|
|
|
Mərkəzi Elmi Kitabxana 73 dövlətin 1000-ə yaxın təşkilatı ilə əməkdaşlıq edir
|
Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bem və Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeşlə görüş keçirilib. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə MEK-lə Çexiya Milli Kitabxanası və Çexiya Milli Muzeyi arasında ikitərəfli qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və inkişafı məsələləri müzakirəsi olunub.
MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli qonaqlara kitabxananın yaranma tarixi barədə ətraflı məlumat verib. Hazırda kitabxananın 73 dövlətin 1000-ə yaxın təşkilatları ilə əməkdaşlıq etdiyini söyləyən A. Kəngərli Çexiyanın 11 təşkilatı ilə əlaqə saxladığını bildirib: “Bu əlaqələr nəticəsində AMEA-nın alim və mütəxəssisləri Çexiya Respublikasının elmi tərəqqisi, nailiyyətləri ilə daima yaxından tanış olur, alınan ədəbiyyatdan öz elmi tədqiqatlarında səmərəli istifadə edirlər”.
T.Bem və M.Lukeş kitabxananın rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər, gələcəkdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini arzulayıblar.
|
14.09.11 Məqaləni oxumaq
|
|
|
Ərdoğan Tunisə gəlib
|
Ərəb ölkələrinə səfərini davam etdirən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Tunisə gəlib. В«KƏLAMİNFOВ» RİA В«NovostiВ»yə istinadən xəbər verir ki, onun səfəri yeni yaradılan hökumətlərlə əlaqələr qurmaq və Türkiyənin regionda təsir imkanlarını artırmağa yönəlib. Tunisə gəlməmişdən öncə Qahirədə Ərəb Ölkələri Cəmiyyətinin mənzil-qərargahında çıxışı zamanı o bildirib ki, Fələstini müstəqil dövlət kimi tanımaq - ərəb dünyasının üzərinə düşən öhdəlikdir. O, həmçinin İsraili Yaxın Şərqdə sülh prosesində iştirak etməməkdə günahlandırıb.
|
14.09.11 Məqaləni oxumaq
|
|
|
Roma Papası məhkəməyə verildi
|
Katolik kilsəsinin rahibləri tərəfindən seksual zorakılığa məruz qalanlar Roma Papası 16-cı Benedikt və katolik kilsəsinin yüksək rütbəli üç xadimini Beynəlxalq Haaqa Məhkəməsinə veriblər. Onlar din xadimlərini bəşəriyyətə qarşı cinayətlərdə günahlandırıblar. İddia tərəfinin qənaətincə, cavabdeh tərəfinin günahı zorlama faktlarına yol vermələridir, sonra isə günahkarların cəzalandırılmasına qarşı çıxıblar. В«KƏLAMİNFOВ» В«NEWSru IsraelВ»ə istinadən xəbər verir ki, iddiada o da göstərilib ki, azyaşlılara qarşı cinayətlər barədə uzun müddət danışılmayıb.
80 səhifəlik iddia iki Amerika hüquq-müdafiə təşkilatı tərəfindən hazırlanıb. Bunlar Konstitusiya hüquqlarının qorunması Mərkəzi və keşişlər tərəfindən seksual zorakılıqları yaşayanlar birliyidir. Sənəddə göstərilib ki, baş verənlərin məsuliyyəti katolik kilsəsinin üzərinə düşür.
|
14.09.11 Məqaləni oxumaq
|
|
|
ABŞ üçün ən ciddi terror təhlükəsini Ərəbistan yarımadasında “Əl-Qaidə” törədir
|
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Devid Petreus bəyan edib ki, Birləşmiş Ştatlar üçün ən ciddi terror təhlükəsini hazırda Ərəbistan yarımadasında “Əl-Qaidə” qrupu təşkil edir. В«KƏLAMİNFOВ» RİA В«NovostiВ»yə istinadən xəbər verir ki, Petreus 2001-ci il 11 sentyabr hücumlarından 10 il sonra ABŞ-ın əks-terror səylərinin qiymətləndirilməsinə dair bu gün Konqresdə keçirilən dinləmələrdə danışıb. O deyib ki, В«Əl-QaidəВ»nin Cənubi Asiyada bazası zəifləsə də, təşkilatın başqa yerlərdə, xüsusilə də Ərəbistan yarımadasında fəaliyyət göstərən qolu güclənib və indi özü hücumlar həyata keçirmək qabiliyyətinə malikdir. O qeyd edib ki, Ərəbistan yarımadasında “Əl-Qaidə” son iki ildə ABŞ-a qarşı iki dəfə qeyri-müvəffəq hücum cəhdi edib.
Dinləmələrdə iştirak edən FTB-nin direktoru Robert Müller isə deyib ki, Ərəbistan yarımadasında “Əl-Qaidə”yə əlavə olaraq yerli ekstremist qruplar da ABŞ-ın təhlükəsizliyinə ciddi təhlükə törədir.
|
14.09.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|