|
Səhifələr : # 6 7 8 9 10 11 12 13 14 #
Azərbaycan diasporu Almaniyada etiraz piketi keçirib
|
Almaniyanın Ştuttqart şəhərində Azərbaycan diasporunun etiraz piketi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən veriblər.
Məlum olduğu kimi, bu il sentyabr ayının 16-dan 22-ə kimi Almaniya Federativ Respublikasında keçiriləcək Ermənistan mədəniyyəti günləri çərçivəsində erməni separatçıları qondarma “20 il Dağlıq Qarabağ Respublikası” adlı konsert proqramının təşkili ilə məşğuldurlar. İyul ayından başlayaraq Almaniya Federativ Respublikasında ermənilərin “saxta tədbirinə” qarşı etiraz aksiyası təşkil edilib. Bu aksiya rəsmi qurumların məqsədyönlü fəaliyyəti ilə başlanaraq, diaspor cəmiyyətlərini əhatə edərək, şəxsi təşəbbüsləri özündə əks etdirir. Azərbaycanın Almaniyadakı Səfirliyi Almaniyanın Xarici İşlər Nazirliyinə etiraz notasını təqdim edib, önəmli danışıqlar aparıb, siyasi səviyyədə konstruktiv tədbirlər görüb.
|
21.09.11 Məqaləni oxumaq
|
|
|
Yekaterinburqda təhlükəsizlik məsələlərinə cavabdeh yüksək vəzifəli şəxslərin görüşü keçirilir
|
Bu gün Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılığı ilə Administrasiyanın şöbə müdirləri Fuad Ələsgərov, Novruz Məmmədov və Elnur Aslanovdan ibarət nümayəndə heyəti təmsil edir.
Dünyanın 65 ölkəsindən nümayəndələrin iştirak etdiyi ikigünlük görüşdə təbii və texnogen fəlakətlər zamanı əməkdaşlıq, informasiya cəmiyyətinin formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyi, transmilli cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunacaq
İlk belə görüş ötən il oktyabrın 5-6-da Soçi şəhərində keçirilib.
|
21.09.11 Məqaləni oxumaq
|
|
|
Əbülfəs Qarayev: Azərbaycana gələn turistlərin sayında 9 faiz artım olub
|
Bu ilin 6 ayı ərzində ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında 9 faiz artım olub. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Bu il ölkəyə gələn turistlərin sayı 1 mln.-u keçib.
Ə.Qarayev deyib ki, gələn il Azərbaycanda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı turizm şirkətləri artıq öz paketlərini formalaşdırırlar. “Biz yeni mehmanxanaların açılışına hazırlaşırıq. Hazırda qiymət siyasəti ətrafında müzakirələr gedir. Gələn ayın ortasına kimi bununla bağlı konkret nəticələr açıqlanacaq” - deyə nazir vurğulayıb. Onun sözlərinə görə, “Avroviziya” ilə bağlı Azərbaycana gələcək qonaqların yerləşdirilməsi üçün vahid qərargah formalaşdırılacaq və bu qərargahın ünvanı Heydər Əliyev Fondu tərəfindən müəyyənləşdiriləcək.
|
21.09.11 Məqaləni oxumaq
|
|
|
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyəyə gedir
|
Milli Məclisin sədri Oqtay Əsədovun başçılğı altında Azərbaycan nümayəndə heyəti sabahdan Türkiyədə səfərdə olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.
O, qeyd edib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Eldar İbrahimov, Əhliman Əmiraslanov, Sahibə Qafarova, Kamilə Əliyeva, Ülvi Quliyev, İqbal Ağazadə, Adil Əliyev, Hacı Salayev, Fazil Mustafa, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. “Görüşlərdə ikitərəfli əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri, parlamentlər səviyyəsində münasibətlərin daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”,-deyə A.Təvəkküloğlu vurğulayıb. Nümayəndə heyəti həmçinin Türkiyə Böyük Millət Məclisində olacaq, türkiyəli həmkarları ilə görüşlər keçirəcəklər.
Səfər çərçivəsində deputatlarımız Ankarada Heydər Əliyev parkında olacaq, ulu öndərin adını daşıyan məktəbin fəaliyyəti tanış olacaqlar.
|
21.09.11 Məqaləni oxumaq
|
|
|
Milli Məclisin payız sessiyasının ilk iclasının keçirilməsi planlaşdırılır
|
Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasının keçirilməsi planlaşdırılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
Onun sözlərinə görə, artıq komitələr fəaliyyətə başlayıb və ötən günlərdə bir sıra komitələrin iclasları keçirilib. “Komitələr payız sessiyasının gündəliyinə daxil olan ayrı-ayrı qanun layihələrini müzakirə edir. Payız sessiyasının qanunvericilik işləri planı artıq hazırdır. Sessiya müddətində qanunvericilik təşəbbüsü əsasında müxtəlif qurumlardan parlamentə yeni layihələrin daxil olacağı da gözlənilir”,-deyə A.Təvəkküloğlu vurğulayıb.
|
21.09.11 Məqaləni oxumaq
|
|
|
Davudoğlu zalı tərk etdi
|
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrail xarici işlər nazirinin müavini Danni Ayalonun çıxış etdiyi salonu tərk edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, BMT-də keçirilən Terrorla Beynəlxalq Mübarizə Simpoziumu əsnasında İsrail xarici işlər nazirinin müavini Danni Ayalonun çıxışından əvvəl Davudoğlu zaldan çıxıb. Davudoğlunun bu addımının İsrailə etiraz əlaməti olaraq atdığı bildirilib.
|
21.09.11 Məqaləni oxumaq
|
|
|
Prokurorluq sistemində kadr dəyişiklikləri olub
|
Azərbaycanın prokurorluq sistemində kadr dəyişiklikləri olub. Baş Prokurorluğun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər prokurorunun müavini Qənimət Səfərov, Abşeron rayon prokuroru vəzifəsini icra edən Azər Vahabzadə və Qobustan rayon prokuroru İlham Məmmədov tutduqları vəzifədən azad olunmaqla müvafiq olaraq Abşeron, Qobustan və Xızı rayon prokuroru vəzifələrinə təyin olunublar.
|
21.09.11 Məqaləni oxumaq
|
|
|
“Turizmin inkişafı media müstəvisində” mövzusunda Dəyirmi masa keçirilib
|
Bu gün Azərbaycan Mətbuat Şurasının inzibati binasında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə “Turizmin inkişafı media müstəvisində” mövzusunda Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu günə qədər ölkədə turizmin inkişafı ilə bağlı üç dövlət proqramı hazırlanıb.
O, qeyd edib ki, Azərbaycan dövləti turizm sektorunda fəaliyyət göstərən müəssisələrin qeyri-dövlət obyektləri kimi fəaliyyətində maraqlıdır. “Dəfələrlə bildirmişəm ki, Azərbaycanda turizm sənayesində çalışanlar “kabab turizmi”ndən əl çəkməlidirlər. İnkişaf etməkdə olan turizm sənayesində yeni xidmətlər təklif olunmalıdır. Biz bu istiqamətdə öz işimizi görürük.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
Payızın ilk günündə havalar dəyişkən buludlu keçəcək
|
Payız fəslinin gəlişi ilə havada dəyişkənlik müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “KƏLAMİNFO”ya verilən məlumata görə, sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi proqnozlaşdırılıb. Havanın temperaturunun gecə 15-19, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.
Rayonların hava durumuna gəldikdə isə, sentyabrın 21-də və 22-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Lakin 21-də gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
ABŞ erməni-türk münasibətlərinin normallaşmasında maraqlıdır
|
ABŞ Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasında maraqlıdır. Bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdə bildirib. «KƏLAMİNFO»nun məlumatına görə, keçirilən brifinqdə Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Klinton və Davudoğlunun görüşündə erməni-türk münasibətləri prosesi müzakirə olunub. Dövlət katibi Ermənistan məsələsinə toxunub və bildirib ki, ABŞ erməni-türk münasibətlərinin normallaşmasında maraqlıdır.
|
20.09.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 6 7 8 9 10 11 12 13 14 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|