Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Prezident “Şimal” ES-in ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib
    Prezident İlham Əliyev Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, ikinci buxar-qaz enerji qurğusu Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Kredit Sazişi əsasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) dövlət zəmanətli krediti hesabına inşa ediləcək. Dövlət başçısı layihənin baş planı, buxar-qaz qurğusunun sxemi və soyutma suyunun qəbuledici sisteminin stendinə baxıb. Məlumat verilib ki, “Şimal” elektrik stansiyasının sahəsi 68 hektar, ikinci buxar-qaz enerji qurğusunun tikiləcəyi ərazi isə 12 hektardır. Qeyd edilib ki, tikinti işlərinə ötən il dekabrın 10-da baş podratçılar Yaponiyanın “Toyo Engineering Corporation” və Azərbaycanın “Azenco” Açıq Səhmdar Cəmiyyəti konsorsiumu ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış müqavilə əsasında başlanıb. Tikinti işləri 2013-cü ilin sonunda başa çatdırılacaq.
    22.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanın Rabitə və Təhsil nazirliklərində yeni sistem tətbiq olunacaq
    “Ultra” şirkəti Azərbaycanın daha iki nazirliyində elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başlayıb. Bunlardan biri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Sistemin yerləşdirilməsi işləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bərabər Təhsil Nazirliyində də aparılır. İşlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, elektron sənəd dövriyyəsi sistemi artıq şirkət tərəfindən İqtisadi İnkişaf, Maliyyə nazirliklərində və Heydər Əliyev Fondunda tətbiq edilir.
    22.09.11 Məqaləni oxumaq
     
    “Eurovision” qalibi prezidentlik iddiasındadır
    Azərbaycan tamaşaçısının “Eurovision” mahnı yarışması haqqında o qədər də ətraflı məlumatı olmadığı 1970-ci ildə müsabiqənin qalibi olmuş irlandiyalı Dana Rosemari Skallon prezidentliyə namizədliyini irəli sürüb və bu posta iddiası böyükdür. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Skallon qalib olandan 20 il sonra 1990-cı ildə siyasətə qoşulub və bu namizədlik onun ölkədə keçirilən prezident seçkilərində ikinci cəhdidir. Namizədlər arasında 3-cü yeri tutan məşhur sonralar nə sənətindən vaz keçib, nə də ki, siyasətdən. Qeyd edək ki, “All kinds of everything” mahnısı ilə “Eurovision–1970”in qalibi olan Dana Rosemari Skallon 1999-cu ildə Avropa Parlamentinin üzvü də olub. Xatırladaq ki, məşhur ulduzun da qoşulduğu İrlandiya prezident seçkiləri cari ilin oktyabrın 27-də baş tutacaq.
    22.09.11 Məqaləni oxumaq
     
    Obama Liviyanı beynəlxalq ictimaiyyətə nümunə adlandırıb
    BMT Baş Assambleyasının illik sessiyasında ABŞ prezidenti Barak Obama çıxışını Liviya xalqına dəstək nümayiş etdirməklə başlayıb. O, Prezident Administrasiyasının azad, demokratik və parlaq gələcək quran Liviya xalqına dəstək verəcəyini deyib. ABŞ dövlət başçısı Liviya xalqının televiziya, radio, qəzet, şəxsi bloqlar və ictimai yerlərdə səsini ucaltdığını, siyasi partiyalar və vətəndaş cəmiyyəti yaratdığını, öz universal hüquqlarını müdafiə etdiyini vurğulayıb. «KƏLAMİNFO» Qərb xəbər agentliklərinə istinadən xəbər verir ki, prezident bildirib ki, Liviyanın azadlığı Liviya xalqına-tanklar, silahlı qüvvələr qarşısına çıxan qadın, kişi və uşağa məxsusdur. ABŞ dövlət başçısı ədalətsizliyə qarşı mübarizədə birlik nümayiş etdirən Liviyanı beynəlxalq ictimaiyyətə nümunə adlandırıb. O deyib ki, dünyada baş verən ədalətsizliklərə hər zaman müdaxilə etmək mümkün olmur. “Lakin günahsız insanların qətlə yetirilməsinə yol verməmək üçün birliyə ehtiyac var. Bu dəfə fərqli idi, biz cəsarətimizi toplayıb, bərabər hərəkət etdik” - deyə Barak Obama sözünə davam edib. “Köhnə rejimlərin terror kampaniyaları, demokratiyaya hədələri bizi birləşmiş millətlər kimi sanksiyalar, embarqolar və qətnamələr qəbul etməyə vadar etdi”.
    22.09.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Rusiya Qərbin boğazında iri bir “tikə” kimi qala bilər”
    “Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırması ilə bağlı bəyanatı təqdirəlayiq haldır. Əgər həqiqətən AB öz səylərini artırsa, münaqişənin həllində ciddi nəticələr əldə oluna bilər. Amma burada Rusiya Qərbin boğazında iri bir “tikə” kimi qala bilər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq israr edir ki, bu məsələdə Rusiyanın bir dövlət kimi çökməsi vacib şərtdir. “Çünki Qarabağ məsələsinin bütün qıfılları Rusiyadadır və bu ölkə çökən ölkədir. Fikir verirsinizsə, son vaxtlar tez-tez təyyarələri düşür, gəmiləri batır. Ona görə də Rusiya getdikcə zəifləyir. Və elə bir an olacaq ki, neftin qiyməti 20 dollara düşəndə orada hakimiyyət də dəyişə bilər. Rusiyada imperiya baxışlı deyil, demokratik baxışlı hakimiyyət gəlsə, onda onlar Qarabağdan əl çəkəcəklər.
    22.09.11 Məqaləni oxumaq
     
    Obama Ağ evdə pivə hazırlayır
    Barak Obama Ağ evdə pivə hazırlayan ilk ABŞ prezidenti kimi tarixə düşə bilər. O, pivə hazırlanması üçün kiçik pivə aparatını şəxsi vəsaiti hesabına alıb və quraşdırıb. «KƏLAMİNFO» «MİGnews.com»a istinadən xəbər verir ki, Barak Obamanın hazırladığı pivə «White House Honey Ale» adlanır və Ağ evdəki pətəklərdən toplanan baldan istifadə edilir. Barak Obamanın pivəsindən ilk dadan Amerikanın hərbi qəhrəmanı, serjant Dakota Meyer olub. Pivələrin 90 butulkadan ibarət ilk partiyasını Ağ Evdəki qəbullardan birində qonaqlara vermək istəyiblər. Lakin son anda yada düşüb ki, Barak Obamanın pivə istehsalı üçün lisenziyası yoxdur və pivələr masalardan yığışdırılıb.
    21.09.11 Məqaləni oxumaq
     
    Matvienko spiker seçildi
    Bu gün Sankt-Peterburq vilayətinin keçmiş qubernatoru Valentina Matviyenko Rusiya Federasiya Şurasının spikeri seçilib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, onu senatorların 140-ı dəstəkləyib. Matviyenko spiker postuna yeganə namizəd idi. O, bu postda Sergey Mironovu əvəzləyib.
    21.09.11 Məqaləni oxumaq
     
    Almaniyada orta məktəbi kafi qiymətlərlə bitirən şagirdlər üçün hazırlıq kursları təşkil olunacaq
    Almaniyanın Qızıl Aypara Cəmiyyətinin Jerixover Land regional təşkilatının sədri Jana Linzenburq Maqdeburq şəhərində yaşayan azərbaycanlı ailələrlə görüşlərə start verib. Bu barədə “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Birinci görüşdə Linzenburq həmvətənlərimizə orta məktəbi bitirdikdən sonra Almaniyanın ali məktəblərinə daxil olunması yollarını izah edərək, onlara ali məktəblərə daxil olduqları günə kimi köməklik göstərəcəyini bildirib. Qeyd edək ki, bu layihənin reallaşdırılmasına dair razılıq Sakhsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin sədri Yaşar Millnitts Niftəliyevin Qızıl Aypara Cəmiyyətinin Jerixover Land regional təşkilatının sədri Jana Linzenburqla 13 sentyabr görüşündə əldə olunub. Görüşdə Yaşar Millnitts Niftəliyev Maqdeburqda yaşayan, orta məktəbi kafi qiymətlərlə bitirmiş azərbaycanlı şagirdlər üçün ali məktəbə hazırlıq kurslarının təşkil olunması təşəbbüsü ilə çıxış edib.
    21.09.11 Məqaləni oxumaq
     
    Məcburi köçkünlər üçün tikilən 3 yaşayış binasının açılışı olacaq
    Azərbaycanda bu il üç yerdə qaçqınlar və məcburi köçkünlər üçün tikilən yaşayış binalarının açılışı olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov açıqlayıb. Ə.Həsənov deyib ki, Ağcabədi rayonunda Laçından olan məcburi köçkünlər üçün 552 fərdi evdən ibarət qəsəbənin tikintisi başa çatıb. Həmin qəsəbənin oktyabr ayında açılışı nəzərdə tutulub. “Dövlətqaçqınkom”un sədri bildirib ki, həmin evlərdə Taxtakörpü ərazisində pis şəraitdə yaşayan laçınlı məcburi köçkünlər yerləşdiriləcək. Ə.Həsənov əlavə edib ki, həmin rayonda 10 ədəd 556 evdən ibarət beşmərtəbəli yaşayış binası tikilir. Binanın bu ilin noyabr və ya dekabr aylarında açılışı gözlənilir. Ə.Həsənov deyib ki, digər bir yaşayış məntəqəsi isə Goranboyda inşa edilir. Həmin 9 ədəd beşmərtəbəli binaya Xocalıdan olan məcburi köçkünlər yerləşdiriləcək.
    21.09.11 Məqaləni oxumaq
     
    “Rosbalt”: Ağdam şəhərinin qalıqlarını qədim yunan xarabalıqlarından fərqləndirmək olmur
    Rusiyanın «Rosbalt» nəşri işğal altında olan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı reportaj dərc edib. Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağda dağıntıların miqyasını hətta hər tərəfi bürüyən yaşıllıq da gizlədə bilmir. Dağlarda bir çox kənd daş yığınından ibarətdir və kimsəsiz yerləri xatırladır. Ağdam şəhərinin qalıqlarını isə qədim yunan xarabalıqlarından fərqləndirmək olmur. Fərqi yalnız vurulmuş zirehli döyüş maşınlarının qırıqlarında görmək olar. Dağlar arasında xüsusi troslar qoyulub və bu, qarşı tərəfin aviasiyasının uçuşunun qarşısını almaq üçün edilib. Bir çox kənddə su təchizatı və suvarma ilə bağlı ciddi problemlər var. Müharibə onların hamısını sıradan çıxarıb. Ən ciddi problem kimi demoqrafiya göstərilir. Əhalini burada saxlamaq üçün həddən artıq şirnikləndirici vədlər verilir. Bu yaxınlarda isə erməni mənşəli rusiyalı milyarder Levon Ayrapetyan 700 gəncin toyunu təşkil edib. İşğal olunmuş torpaqlardakı qondarma yerli idarəetmə orqanlarının hesablamalarına görə, gələcəkdə burada əhalinin sayını 150 minə çatdırmaq planı var.
    21.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930