Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2011
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    İstanbul aeroportunda qaçaqmalçı iki erməni qadın saxlanılıb
    Atatürk adına İstanbul hava limanında gömrük işçiləri Ermənistandan olan iki qadını saxlayıblar. Erməni qadınların Türkiyə ərazisinə keçirmək istədikləri alkoqollu içkilər, siqaretlər və ümumi dəyəri 200 min dollar qara kürü müsadirə olunub. «KƏLAMİNFO» Türkiyənin «Haberler» nəşrinə istinadən bildirir ki, Moskvadan İstanbula gələn qadınlar aeroportda şübhəli hərəkətləri ilə gömrük işçilərinin diqqətini cəlb ediblər. Onların yükləri açıldıqdan sonra təhqiqat başlayıb.
    28.09.11 Məqaləni oxumaq
     
    40 ildir axtarışda olan cinayətkar ələ keçib
    Portuqaliyada adam öldürdüyünə görə həbs olunan və 40 il bundan öncə Nyu-Cersi ştatındakı həbsxanadan qaçan amerikalı saxlanıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, indi 68 yaşlı Corc Vriqt ABŞ-a ekstradisiya olunmalıdır. 1962-ci ildə yanacaqdoldurma məntəqəsinin sahibini öldürən Vriqht 1970-ci ildə həbsxanadan qaçıb və «Qara xilaskar ordu» adlı sol radikal silahlı qruplaşmasına qoşulub. 1972-ci ildə Vriqt yoldaşları ilə birlikdə rahib kimi geyinərək Amerika təyyarəsini ələ keçiribl və onun istiqamətini Əlcəzairə doğru dəyişib.
    28.09.11 Məqaləni oxumaq
     
    II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmakasında 25 ölkə təmsil olunur
    “Azərbaycan son bir il ərzində 20 beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunub və kitablarımız birinci, ikinci, üçüncü mükafatla yanaşı, “Qran-pri”yə də layiq görülüb”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. 3 gün davam edəcək sərgi-yarmarka çərçivəsində kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və müzakirələr keçiriləcəyini bildirən nazirin sözlərinə görə, 25 ölkəni əhatə edən tədbirdə 121 Azərbaycan, 135 beynəlxalq nəşriyyatın kitabları təqdim olunur:
    28.09.11 Məqaləni oxumaq
     
    Fizuli Ələkbərov Beynəlxalq Əmək Təşkilatının rəhbər şəxslərini qəbul edib
    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Beynəlxalq Əmək Təşkilatının (BƏT) Transmilli şirkətlər və sosial siyasət şöbəsinin direktoru xanım Rikarda Msfallsı və BƏT-in İşdə fundamental prinsiplər və hüquqlar üzrə proqram direktoru Kamran Fənnizadəni qəbul edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, hər iki qonaq “Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: Əsas hədəflər və nəticələr” mövzusunda sentyabrın 29-da Bakıda keçiriləcək konfransda iştirak etmək üçün ölkəmizdə səfərdədirlər. Fizuli Ələkbərov qonaqlara müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər barədə məlumat verib. Vətəndaşların iş yerləri ilə təminatının dövlət siyasətinin prioritetlərindən biri olduğunu və son 7 ildə ölkədə 900 mindən artıq iş yerinin yaradıldığını qeyd edən nazir bildirib ki, hazırda modern inkişaf mərhələsində olan Azərbaycan üçün yeni hədəf - mövcud əmək potensialının iqtisadi tərəqqiyə uyğun olaraq keyfiyyətcə yüksəldilməsi və eyni zamanda layiqli əməyin təminatıdır.
    28.09.11 Məqaləni oxumaq
     
    Sosial Rifah Partiyası yeni qərargah inşa etdirib
    Millət vəkili Xanhüseyn Kazımlının rəhbərlik etdiyi Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa olunan yeni qərargah binası artıq istifadəyə hazırdır. “KƏLAMİNFO”nun berdiyi xəbərə görə, bunu ASRP-nin Ali Məclisinin sədri Həmid Verdixanov bildirib. H.Verdixanovun sözlərinə görə, yeni qərargahın istifadəyə verilməsi ASRP-nin ictimai, siyasi fəaliyyətinin və beynəlxalq əlaqələrinin daha da yaxşılaşdırılmasına önəmli təsir göstərəcək. Adıçəkilən partiyanın mərkəzi qərargahı uzun illər idi ki, Bakı şəhərinin müxtəlif yerlərində icarə müqaviləsi ilə fəaliyyət göstərirdi.
    28.09.11 Məqaləni oxumaq
     
    Metyu Brayza: “Münaqişənin hərbi yolla həll olunması gündəmdə yoxdur”
    “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla nizamlanması barədə bu gün heç kim danışmır, hərbi yol mümkün deyil və heç vaxt da mümkün olmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Azərbaycandakı səfiri Metyu Brayza bildirib. O qeyd edib ki, indi əvvəlki qədər münaqişənin hərbi yolla həlli barədə bəyanatları eşitmir. M.Brayza bunu müsbət bir inkişaf kimi hesab edir. “Mən Azərbaycanda olduğum müddətdə buradakı rəsmilərlə apardığım çoxsaylı görüşlərdən belə bir qənaətə gəlmişəm ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına çox ciddi yanaşır” - deyə M.Brayza vurğulayıb. Səfir deyib ki, bu gün əsas tapşırıq baza prinsiplərinin yekunlaşdırılmasıdır ki, bu da özlüyündə mümkünsüz bir iş deyil. “Bu, həyata keçiriləcək bir variantdır. Bir daha xatırladıram ki, münaqişənin hərbi yolla həll olunması kimi bir variant gündəmdə yoxdur” - deyə o, əlavə edib.
    28.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanda 10 bal gücündə ehtimal edilən zəlzələ ocaqları var
    Azərbaycanın bəzi ərazilərində 10 bal gücündə zəlzələ ocağının olduğu ehtimal edilən rayonlar var. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmiloji geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli bir neçə ildir apardığı tədqiqatlara əsaslanaraq söyləyib. Onun sözlərinə görə, tədqiqatlar nəticəsində ehtimal olundu ki, Şamaxı, İsmayıllı, Siyəzən və Qəbələ zonasında 10 bal gücündə zəlzələ ola bilər.
    28.09.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə: “Barak Obama da kilsəni ziyarət etdiyi kimi, məscidlərə getsə bu çox gözəl nümunə ola bilər”
    Regionun əksər ölkələrindən fərqli olaraq Azərbaycan bütün dinlərin və mədəniyyətlərin cəmləşdiyi ölkəyə çevrilib. “KƏLAMİNFO” xəbər verir ki, bunları Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ABŞ-ın Kaliforniya senatının qanunvericiliyindən ibarət nümayəndə heyəti ilə görüşündə bildirib. O, qeyd edib ki, Azərbaycan tolerantlıq və dinlərarası dialoqa nümunədir, burada müxtəlif dinlər birləşir. “Ölkədə bu əlaqələrin yaradılmasına ümummilli lider Heydər Əliyev təkan verib. Hazırda Azərbaycanda dövlət və din münasibətlərində böyük problemlərimiz yoxdur, kiçik məsələlər isə dialoqla həll olunur”,-deyə Bütün Qafqazın Şeyxi vurğulayıb.
    28.09.11 Məqaləni oxumaq
     
    Asim Mollazadә İsrailin Azәrbaycandakı sәfiri ilә görüşüb
    Demokratik İslaһatlar Partiyasının sәdri Asim Mollazadә İsrailin Azәrbaycandakı sәfiri Mixael Lavon Lotemlә görüşüb. DİP-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azәrbaycan-İsrail əlaqələri, ölkәmizdәki ictimai-siyasi durum, Ermənistan-Azərbaycan münaqişəsi, Yaxın Şərqdəki vəziyyət, İsrail-Fələstin münaqişəsinin həlli perspektivləri müzakirə edilib. Partiyanın fəaliyyəti barədə qonağa məlumat verən A.Mollazadə səfiri İsrail xalqının milli yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik edib.
    28.09.11 Məqaləni oxumaq
     
    Prezident dövlət müstəqilliyimizin 20 illiyinə həsr olunmuş sərginin açılışında iştirak edib
    Prezident İlham Əliyev dövlət müstəqilliyimizin 20 illiyinə həsr olunmuş sərginin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, “Baku Ekspo” Mərkəzində təşkil olunan sərgidə ölkə başçısı müstəqillik dövründə əldə edilmiş naliyyətlərlə bir daha tanış olub. İqtisadi inkişaf naziri Şahin Mustafayev prezidentə sərgi ilə bağlı ətraflı məlumat verib. Qeyd edək ki, sərgidə dövlət qurumları və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər öz məhsullarını nümayiş etdirirlər.
    28.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Sen.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930