|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 #
Əli Həsənov: “Ermənilər dünyanın qlobal inkişafından geridə qalır”
|
“Bu gün Cənubi Qafqaz dünyanın ən zəngin etnik və dini tolerantlıq mənbəyidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda keçirilən Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, Azərbaycanda yaşayan hər bir xalqın dini, mədəniyyəti, etnik məsuliyyəti Azərbaycanın zənginliyidir, varlığıdır. “Bu dinlərin yaşadılması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərdən biridir” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ən çox etnik və dini separatizmə məruz qalan ölkələrdəndir. “Onların ən bariz nümunələrindən olan Ermənistanın bizə qarşı etnik separatizmi bu gün də davam edir.
|
29.09.11 Məqaləni oxumaq
|
|
|
Din xadimləri bəyanat qəbul etdilər
|
Bu gün Bakıda Azərbaycan və Rusiya din xadimləri və ilahiyyatçıları Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş və Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması məsələlərinə dair konfrans keçirib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan və Rusiyanın din xadimləri, ənənəvi konfessiya rəhbərləri, ziyalılar və tanınmış ictimai xadimləri iştirak ediblər.
|
29.09.11 Məqaləni oxumaq
|
|
|
Mahmud Kərimov: Metsamor AES bölgə üçün təhlükədir və bu bizi narahat edir
|
Ermənistanın Metsamor Atom Elektrik Stansiyası bölgə üçün təhlükədir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı AMEA prezidenti, akademik Mahmud Kərimov söyləyib.
Akademik deyib ki, Metsamor AES heç bir Avropa standartlarına uyğun gəlməyən, fəaliyyəti tükənmiş bir stansiyadır. Onun sözlərinə görə, Avropa İttifaqı bu stansiyanın bağlanmasını dəfələrlə tələb edib. “Ancaq buna baxmayaraq Ermənistan bu stansiyanı işlədir, hətta yeni reaktorun qurulması haqqında da qərar qəbul ediblər. Bu stansiyada hansısa qeyri-standart bir vəziyyət alınarsa, nə isə bir hadisə baş versə, onun qarşısını almaq çətin olacaq. Bu məsələ bizi narahat edir”.
|
29.09.11 Məqaləni oxumaq
|
|
|
Bakıda Diplomatik Akademiyaların rektorlarının Ümumdünya Forumu keçiriləcək
|
Diplomatik Akademiyaların rektorlarının Ümumdünya Forumunun növbəti illik toplantısı Bakıda keçiriləcək. Bu barədə “KƏLAMİNFO”ya Akademiyanın mətbuat xidmətindən məlumat verilib. Bu varədə qərar 25-28 sentyabr günlərində ABŞ-ın Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində Diplomatik Akademiyalar və Beynəlxalq Münasibətlər üzrə ixtisaslaşan universitetlərin və ali məktəblərin ənənəvi illik Forumunda qəbul edilib.
|
29.09.11 Məqaləni oxumaq
|
|
|
ABŞ-ın yəhudi icmasının nümayəndələri Azərbaycanda səfərdədirlər
|
ABŞ-ın yəhudi icmasının nümayəndələri Azərbaycanda səfərdədirlər. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, ABŞ-ın yəhudi icmasının fəal nümayəndələrindən olan Dafna Zimanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər.
Daha sonra nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin məzarını ziyarət edib.
Nümayəndə heyətinin rəhbəri D.Ziman Bakıda səfərdə olduqları müddətdə Azərbaycan hökumətinin və Milli Məclisin nümayəndələri ilə görüşlərinin planlaşdırıldığını bildirib.
|
29.09.11 Məqaləni oxumaq
|
|
|
Əbülfəs Qarayev Azərbaycan haqqında 2 bələdçi kitabın təqdimatında olub
|
Ümumdünya Turizm Gününə həsr olunmuş tədbirlər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatı tərəfindən çap olunan “Azerbaijan-Live Work Explore” və “Baku Mini Visitors’ Guide” adlı bələdçi kitabların təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təqdimat mərasimində nazir Əbülfəs Qarayev Azərbaycanın mənsub olduğu zəngin mədəniyyəti, tarixi, adət-ənənələri və turizm potensialını əks etdirən bu bələdçi kitabların ölkəmizin beynəlxalq aləmdə təbliğ olunması üçün faydalı olacağına əminliyini bildirib: “Bu layihənin həyata keçirilməsi üçün dünyanın müxtəlif nəşriyyat evlərinə göndərilən müraciətlərə ilk olaraq müsbət cavab verən nəşriyyatlardan biri məhz “Explorer Publishing & Distribution” nəşriyyatı olub. Başlanan işin davamı olaraq ərəb dilində “Baku Mini Visitors’ Guide” kitabının hazırlanması üçün “Explorer Publishing & Distribution” nəşriyyatı ilə müzakirələr aparılacaq”.
|
29.09.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda hərbi vəzifələrlə bağlı dəyişikliklər olacaq
|
Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinə əlavə və dəyişikliklərdə hərbi vəzifələrlə bağlı yeni müddəalar var. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bu, Azərbaycan Silahlı Qüvvələrində islahatların tərkib elementi kimi özünü göstərəcək. Onun sözlərinə görə, qanuna ediləcək dəyişikliklərdə ikinci zəruri məsələ möhlət hüququ ilə bağlıdır. “2008-ci ildə qanunda möhlət hüququ ilə bağlı imtiyazlar tamamilə ləğv olunub. O vaxt bu onunla izah olunurdu ki, 1988-94-cü illərdə ölkə müharibə şəraitində olduğu üçün ailə quranların sayı az olub və bu da o deməkdir ki, 2006-2012-ci illərdə dünyaya gələnlərin, xüsusilə oğlan uşaqlarının sayında da müəyyən dəyişiklər olur.
|
29.09.11 Məqaləni oxumaq
|
|
|
Milli Məclisin birinci iclasında 27 məsələ müzakirə olunacaq
|
Milli Məclisin sentyabrın 30-da keçiriləcək birinci iclasının gündəliyinə 27 məsələ daxildir. “KƏLAMİNFO” xəbər verir ki, bunları qurumun mətbuat katibi Akif Təvəkküloğlu keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, birinci iclasda payız sessiyasının gündəliyi təsdiqlənəcək. “Həmçinin Azərbaycan hökuməti ilə bir sıra hökumətlər arasında imzalanmış 14 hökumətlərarası saziş təsdiqlənəcək. Eləcə də Cinayət Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsinə, “Konstitusiya Məhkəməsi haqqında”, “Dövlət rüsumu haqqında” “Daşınmaz əmlakın qeydiyyatı haqqında”, “Sosial sığorta haqqında”. “Məşğulluq haqqında” və sair qanunlara dəyişikliklərin əks olunduğu layihələr müzakirəyə təqdim olunacaq” - deyə mətbuat katibi vurğulayıb.
|
29.09.11 Məqaləni oxumaq
|
|
|
Milli Məclisin payız sessiyasının qanunvericilik planına 18 məsələ daxildir
|
Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planına 18 məsələ daxildir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə parlamentin bu il payız sessiyasının açılışına həsr olunmuş mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. O qeyd edib ki, bu rəqəmin dəyişməsi gözlənilir və qanunvericilik təşəbbüsü əsasında sessiya dövründə parlamentə xeyli sayda qanun layihəsi daxil olur ki, bu da sayın artmasına şərait yaradır. “Payız sessiyası çərçivəsində Azərbaycanın dövlət büdcəsi zərfinə daxil olan sənədlərə baxılacaq.
|
29.09.11 Məqaləni oxumaq
|
|
|
Prezident Böyük Britaniyadan gəlmiş nümayəndə heyətini qəbul edib
|
Prezident İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Krallığının energetika üzrə dövlət naziri Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.
Görüşdə ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın uğurla davam etdiyi vurğulanıb və bu əməkdaşlığın qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
|
29.09.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|