Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2011
    Səhifələr : 1 2 3 4 5 » #
    Misir Mərdanov: Orta məktəbi qızıl və gümüş medallarla bitirən tələbələr qəbul imtahanlarında yüksək nəticə göstəriblər
    Bu il Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq orta məktəb məzunları qızıl və gümüş medallarla təltif edilib. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, qızıl və gümüş medallarla təltif olunun məktəb məzunlarının sayı 53 nəfər olub. M.Mərdanov sözügedən məzunların ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yüxarı bal topladıqlarını söyləyib. M.Mərdanov həmçinin Azərbaycan təhsilinin 10 illik strategiyasının hazırlanması ilə bağlı ölkə prezidentinin tapşırığının uğurla icra olunduğunu deyib. “Yaxın zamanlarda ölkə prezidenti tərəfindən Azərbaycan təhsilinin 10 illik strategiyası ilə bağlı sərəncam imzalanacaq” deyə nazir vurğulayıb. Nazir həmçinin deyib ki, Azərbaycan son 20 illik müstəqillik dövründə 50-60 illik inkişaf yolu keçib: “Azərbaycan dünyanın stabillik cəhətdən ən sabit ölkəsidir. İqtisadi cəhətdən də dünyanın ən qabaqda gedən ölkələrindən biridir”-deyə M.Mərdanov qeyd edib.
    27.08.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Afrikanın BMT yanındakı daimi nümayəndələrindən dəstək istədi
    Xarici işlər naziri Elmar Məmmədyarov Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent və Qrenadin, Seyşel adaları, Syerra Leone, Şri Lanka, Yamayka və Zimbabvenin BMT yanında Daimi nümayəndələrini qəbul edib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı nazir qonaqları salamlayaraq, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yol və bu il müstəqilliyinin bərpasının 20 illiyinin qeyd edildiyini qonaqların nəzərinə çatdırıb. Nazir E.Məmmədyarov ölkənin enerji siyasəti, Avropa və dünya bazarının Azərbaycanın hidrokarbon ehtiyatları ilə təchiz edilməsi, qədim İpək Yolu üzərində qurulmuş nəqliyyat layihələri və Azərbaycanın bu layihələrdə iştirakı, Şərq və Qərbi birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu layihəsi və digər regional və beynəlxalq əhəmiyyətli layihələr haqqında qonaqları ətraflı məlumatlandırıb.
    27.08.11 Məqaləni oxumaq
     
    Ukraynanın xarici işlər naziri Azərbaycana işgüzar səfərə gəlib
    Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko Azərbaycana işgüzar səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, səfər zamanı K.Qrişenkonun Azərbaycaın Baş naziri Artur Rasizadə, Baş nazirin birinci müavini Yaqub Eyyubov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.
    27.08.11 Məqaləni oxumaq
     
    Azərbaycan Turizm İnstitutuna bu il 318 nəfər qəbul olub
    Bu il Azərbaycan Turizm İnstitutuna (ATI) həyata keçirilən qəbul zamanı mövcud yerlərin hamısı dolub. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə ATİ-nin prorektoru Eldar Aslanov açıqlama verib. 2011-2012-ci tədris ili üçün instituta 11 ixtisas üzrə 318 tələbə qəbul olub. Onlardan 97 nəfəri turizm və hotelçilik, 44 nəfər menecment, 22 nəfər marketinq, 29 nəfər tərcümə, 24 nəfər muzeyşünaslıq və abidələrin qorunması, 10 nəfər regionşünaslıq, 15 nəfər nəqliyyat, 24 nəfər sosial iş, 23 nəfər beynəlxalq münasibətlər, 18 nəfər qida mühəndisliyi və 12 nəfər bədən tərbiyəsi və idman ixtisasını seçib. E.Aslanov bildirib ki, ötən illə müqayisədə bu il də keçid balların aşağı hədlərində çox ciddi sıçrayışlar var: “İxtisaslar üzrə təxminən 12-15 baldan bəzi ixtisaslar üzrə 80 bala qədər keçid ballarının qalxması müşahidə olunub. Məsələn, tərcümə ixtisası üzrə ötən il keçid balı 516 olmuşdusa, bu il bu rəqəm 550-dir və yaxud muzeyşünaslıq üzrə 366-dan 396-ya qalxıb. İnstitut üzrə orta keçid balı əyani Azərbaycan sektorunda 414, əyani rus sektorunda isə 330-dur”. Bu il ATİ-yə 11 nəfər 600-dən, 50 nəfər 550-dən yuxarı bal toplayan tələbə daxil olub. Avqust ayının sonlarında institutun Elmi Şurası toplaşıb builki qəbulun nəticələrini müzakirə edəcək.
    27.08.11 Məqaləni oxumaq
     
    Azərbaycan Sloveniyada keçirilən elmi konfransda iştirak edir
    Sloveniyanın paytaxtı Lyublyana şəhərində Beynəlxalq Ənənəvi Musiqi Şurasının “Müxtəlif yer və vaxtlarda ənənəvi musiqi və rəqs ilə Avropa Musiqi Mədəniyyətinin görüşü” adlı elmi konfransı keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbir İmago Sloveniae, Sloveniyanın Mədəni və Etnomusiqi Cəmiyyəti və digər təşkilatların dəstəyi ilə Lyublyana Universitetində təşkil olunur. Ənənəvi musiqi və müqayisəli musiqişünaslıqla bağlı tədqiqat işləri, müasir etnomusiqi tendensiyaları, ənənəvi musiqinin globallaşma, milli hərəkatlarda rolu və s mövzular müzakirə olunması nəzərdə tutulub. Tədbirdə iştirak etmək və məruzə ilə çıxış etmək məqsədilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Azərbaycan tərəfindən eksperti Sənubər Bağırova Lyublyanaya ezam olunub.
    27.08.11 Məqaləni oxumaq
     
    Ombudsmanın əməkdaşları Qubada maarifləndirmə tədbiri keçirib
    Bu günlərdə Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları Quba rayonunun Qəçrəş bələdiyyəsində olub, yerli sakinlər, o cümlədən icmalarla görüş keçiriblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Rayon İcra Hakimiyyəti nümayəndələri, bələdiyyə üzvləri, kənd icra nümayəndəlikləri və əhalinin iştirakı ilə təşkil olunan bu maarifləndirmə tədbirində regional mərkəzin nümayəndələri iştirakçılara insan hüquq və azadlıqları, bu sahədə müvafiq beynəlxalq konvensiyalar və milli qanunvericiliyin əsas müddəaları, Ombudsman E.Süleymanovanın insan hüquqlarının müdafiəsi və təmini üzrə fəaliyyəti barədə ətraflı məlumat verib, sualları cavablandırıblar. Regional mərkəzin fəaliyyəti barədə də məlumat verilib, mərkəzə müraciət etmə qaydaları izah edilib, pozulan insan hüquqlarının bərpası istiqamətində maarifləndirici məsləhətlər verilib, eyni zamanda Müvəkkilə ünvanlanan müraciətlər qəbul edilib. Tədbirin sonunda Ombudsman təsisatında hazırlanan hüquqi nəşrlər və plakatlar iştirakçılara paylanıb.
    27.08.11 Məqaləni oxumaq
     
    Coğrafiya müəllimi işləmək istəyənlər imtahan verir
    Bu gün ümumtəhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində keçirilən imtahan bu gün səhər saat 09.00-da başlayıb və axşam saat 18.00-dək davam edəcək. Coğrafiya müəllimi işləmək istəyənlər üçün keçirilən imtahan bir gün davam edəcək. İmtahanda hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatandan sonra topladığı balı öyrənəcək. Qeyd edək ki, ölkədə coğrafiya müəllimliyi ixtisası üzrə 261 vakant yer var. Vakant yerlərdən 17-si Bakı şəhəri, 244-ü isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 408 nəfər ərizə verib. İyulun 26-dan başlayan imtahanların sentyabrın 1-də başa çatması nəzərdə tutulub.
    27.08.11 Məqaləni oxumaq
     
    İraqdakı partlayışlarda 14 adam ölüb
    İraqda baş verən bir neçə partlayış nəticəsində azı 14 nəfər ölüb. “KƏLAMİNFO” “Associated Press”ə istinadən xəbər verir ki, ölənlər arasında 8 polis zabiti və 1 hərbçi var. Partlayışlardan biri Bəsrə şəhərində baş verib. İntiharçının şiə məscidi yaxınlığında törətdiyi həmin partlayışda 4 adam ölüb, onlarla adam yaralanıb. Digər partlayışlar isə Fəlludca, al-Karme və paytaxt Bağdadda törədilib.
    26.08.11 Məqaləni oxumaq
     
    Şahmar Mövsümov: ARDNF gözləmə mövqeyi tutub
    Azərbaycan Dövlət Neft Fondu (ARDNF) xarici bazarlarda ayrı-ayrı şirkətlərin səhmlərinin alınmasını artırmaq niyyətində deyil. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hazırda dünya maliyyə bazarlarında vəziyyət qeyri-sabitdir və sabitlik bərpa olunmayana qədər ARDNF səhmlərin alınmasına vəsait yönəltməyəcək. Qeyri-sabit vəziyyətin nə vaxta qədər davam edəcəyini məlum olmadığını bildirən Ş.Mövsümov bəyan edib ki, hazırda Fond səhmlərin alışı istiqamətində gözləmə mövqeyi tutub.
    26.08.11 Məqaləni oxumaq
     
    Meksikada kazinoya hücum olub, 40 adam ölüb
    Meksikanın Monterrey şəhərindəki kazinoda baş verən silahlı hücum nəticəsində 40-a yaxın adam ölüb. Yaralılar var. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, bir neçə silahlı kazinoya girib içəriyə yandırıcı maddə atıblar. Meksikanın üçüncü böyük şəhəri olan Montereeydə narkobaronlar arasında rəqabət də var. Ancaq kazinoya hücumun onlarla bağlı olub-olmadığı məlum deyil.
    26.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Avq.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031