Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2011
    Səhifələr : #  18 19 20 21 22 23 24 25 26  #
    Kitab yazmaq üçün aeroportda yaşayacaq
    İnsanlararası münasibətlər, düzgün interaksiya və emosional mübarizə yolları ilə bağlı çox sayda kitabın müəllifi kimi tanınan məşhur yazıçı Toni Parson daha bir maraqlı addımı ilə gündəmə gəlib. “KƏLAMİNFO” “The İndependent”ə istinadən xəbər verir ki, Parson yeni romanı üçün Londonun “Heatrou” aeroportunda yaşayacaq. Onun əsas məqsədi ayrılan və qovuşan insanları, yolasalma və qarşılama zamanı yaranan emosional vəziyyəti incələməkdir. Parsonun aeroportdakı müşahidələr əsasında qısa hekayələrdən ibarət kitabı noyabr ayında 5 min tirajla nəşr olunub, aeroport işçilərinə və müştərilərə paylanacaq.
    03.08.11 Məqaləni oxumaq
     
    Rahmon 15 min məhbusu azad edəcək
    Tacik rəsmilərinin bildirdiyinə görə, prezident İmomali Rahmon ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə 15 min məhbusun amnistiyası ilə bağlı fərman imzalayacaq. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Prezident Aparatının mətbuat xidməti prezidentin amnistiya qanununu parlamentə göndərdiyini bildirib. Amnistiya Tacikistan məhbuslarının yarısına şamil ediləcək. Amnistiya kiçik cinayətlər törədənlər və ilk dəfə olaraq artıq cəzalarının 3 ildən çoxunu çəkən 1997-98-ci il silahlı qarşıdurmalarında iştirak edənlərə şamil edilir. Bundan əlavə, azyaşlılar və İkinci Dünya və sovet dövrü Əfqanıstan müharibələrinin veteranları da azadlığa buraxılacaq.
    03.08.11 Məqaləni oxumaq
     
    Amerikalı müsəlmanların nikbinliyi artıb
    “Gallup” sorğu təşkilatının bildirdiyinə görə, son illər amerikalı müsəlmanların nikbinliyi artıb. Lakin onların Amerikanın xarici siyasəti ilə razılaşmadığı qeyd edilir. «KƏLAMİNFO» «Amerikanın səsi»nə istinadən xəbər verir ki, təşkilatın Dubayda yerləşən filialının keçirdiyi sorğunun nəticələrinə görə, müsəlman amerikalıların 60 faizi inamlarının artdığını bildirib. Bu isə 2008-ci illə müqayisədə 19 faiz inkişaf deməkdir. 3 il sürən sorğunun müəllifləri göstəricilərin iqtisadi durumun normallaşması və ABŞ prezidenti Barak Obamanın reytinqinin artması ilə izah edir. Amerikada müsəlmanlar və digər dini azlıqlar ordu və hüquq-mühafizə orqanlarına etibar etmirdi. Son sorğu indi onların Federal Təhqiqat Bürosuna etimadının artdığını göstərir. ABŞ müsəlmanları İraq və Əfqanıstan müharibələrini «səhv qərar» adlandırıblar.
    03.08.11 Məqaləni oxumaq
     
    Qəbul imtahanları vaxtı Özbəkistanda bütün mobil telefonların SMS xidməti bağlanıb
    Özbəkistanda universitetlərdə qəbul imtahanı günü mobil operatorlar İnterneti və SMS xidmətini 4 saatlığa bağlayıblar. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, ölkənin 5 mobil operatoru bunu sistemdə profilaktika ilə izah etsə də, məlumatlara görə hakimiyyət bununla universitetlərə qəbul imtahanlarında mobil telefondan istifadə olunmasının qarşısını almaq istəyib. 28 milyonluq Özbəkistanda 19 milyon mobil telefon var.
    03.08.11 Məqaləni oxumaq
     
    Ramazan ayında iş saatlarının azaldılması təklif olundu
    “Monitor Konsaltinq” jurnalının redaksiyası oxucuların müraciətlərini nəzərə alaraq Ramazan ayında iş gününün bir saat azaldılması təklifi ilə çıxış edib. “KƏLAMİNFO”ya jurnalın redaksiyasından verilən məlumatda bu təklifin Müqəddəs Ramazan ayının anomal hava şəraitinin üstünlük təşkil etdiyi isti yay günlərinə təsadüf etməsi ilə bağlı olduğu bildirilir. Eyni zamanda qeyd olunur ki, hansı mövsümə düşməsindən asılı olmayaraq, Ramazan ayında əksər müsəlman ölkələrində gündəlik iş saatları müxtəlif müddətlərdə azaldılır. Bütün bunları nəzərə alan, “Monitor Konsaltinq”inn redaksiyası əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə rəsmi müraciət göndərib.
    03.08.11 Məqaləni oxumaq
     
    Abituriyentlərin ixtisas seçimi başa çatdı
    2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər 2011-ci il iyulun 22-dən avqustun 2-dək (saat 00:00-dək) internet vasitəsilə ixtisas seçimi ediblər. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, bu mərhələdə abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək, ixtisas seçimi ərizələrini təsdiqləyiblər. Qeyd edək ki, I ixtisas qrupu üzrə 9818, II qrupda 9645, III qrupda 9720, IV qrupda 4988 nəfərin, ümumilikdə 34171 abituriyentin müsabiqədə iştirak hüququ var idi. Beləliklə, onlardan 32561 nəfəri ixtisas seçimi ərizəsini təsdiq ediblər. Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin avqustun 4-də elan olunması nəzərdə tutulur.
    03.08.11 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “Saakaşvili həddindən artıq ermənipərəstliyi ilə diqqət çəkməkdədir”
    “Son vaxtlar Gürcüstan prezidenti Mixail Saakaşvili həddindən artıq ermənipərəstliyi ilə diqqət çəkməkdədir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu gün keçirdiyi aylıq hesabatında bildirib. Onun sözlərinə görə, Gürcüstanda erməni kilsələrinə statusun verilməsi erməni apostol kilsəsinin rəhbəri II Qaragenin xidməti olsa da, bu işdə ən çox diqqət çəkən Gürcüstan prezidenti Mixail Saakaşvilinin ABŞ-dakı erməni diasporu ilə gizli sövdələşməsidir. “Apostol kilsəsinə status verilməsi səhv addımdır. Ermənistanın BMT-dəki rəsmi nümayəndəsinin timsalında Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirdiyi günlərdə Mixail Saakaşvilinin təhriki ilə Gürcüstan parlamenti erməni apostol kilsəsini neçə yüz illik arzusuna çatdırdı. Bu, düzgün deyil” - deyə M.Əhmədoğlu vurğulayıb.
    03.08.11 Məqaləni oxumaq
     
    Putin Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsini istisna etmir
    Rusiyanın baş naziri Vladimir Putin Cənubi Osetiyanın Rusiya Federasiyasına birləşdirilməsini istisna etmir. «KƏLAMİNFO» «Armenia Today»ə istinadən xəbər verir ki, baş nazir əlavə edib ki, qərar osetin xalqından asılı olacaq. «Siz Rusiyanın mövqeyini bilirsiniz. Gürcü rəhbərliyi hərbi aksiyaya əl atdıqda, Rusiya rəhbərliyi Cənubi Osetiyanı dəstəklədi» - deyə Putin «Seliger 2011» gənclər forumunun iştirakçılarına müraciətində bildirib. Rəsmi Tbilisi Putinin bu bəyanatını kəskin tənqid edib. Parlamentin viste-spikeri Mixail Maçavariani bildirib ki, bu tip bəyanatlar 2009-cu il avqust müharibəsinin əsas məqsədini ortaya çıxarır. Yəni burada əsas məram Gürcüstan ərazilərinin işğal edilməsi olub.
    03.08.11 Məqaləni oxumaq
     
    “Kaspi” qəzetinin 130 illik ildönümü çərçivəsində yeni nəşr etdiyi kitabların təqdimatı oldu
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Kaspi” qəzeti 130 illik ildönümü çərçivəsində yeni nəşr etdiyi kitabların təqdimat mərasimini keçirib. “KƏLAMİNFO” xəbər verir ki, yeni nəşrlər qəzetin vətənpərvərlik mövzusunda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi müsabiqənin materiallarından ibarət “Mübariz Yol” və tədqiqatçı Nəsiman Yaqublunun müəllifi olduğu “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı kitablardan ibarətdir. Tədbirdə nəşrlərin ideya müəllifi, “Kaspi”nin rəhbəri Sona Vəliyeva çıxış edərək “Mübariz Yol” kitabı barədə bildirib ki, burada müsabiqəyə təqdim olunmuş yazılar arasında daha çox azərbaycançılıq, vətənpərvərlik ideyalarını aşılayan yazılar dərc olunub. S.Vəliyeva qeyd edib ki, indiki dövrdə bu kimi mövzulara daha çox müraciət olunmasına böyük ehtiyac var. “Burada məqsəd Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan, ümumiyyətlə, Vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılan əsərlərdən ibarət müsabiqənin keçirilməsi idi.
    03.08.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının prezidentini təbrik edib
    Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqa təbrik məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə möhkəm can sağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.”
    03.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  18 19 20 21 22 23 24 25 26  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Avq.2011
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031