|
Səhifələr : # 16 17 18 19 20 21 22 23 24 #
84-cü “Oskar” mükafatını almaqda iddialı olan filmlər bəlli olur
|
Növbəti ilin “Oskar” mükafatını almaqda iddialı olan filmlərdən bir neçəsinin adı artıq açıqlanıb. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu filmlər sırasında 64-cü Kann Film Festivalında mükafatlandırılan türkiyəli rejissor Nuri Bilge Ceylanın çəkdiyi “Bir zamanlar Anadoluda” filmidir. Kənd həkiminin cinayət işini aparan hakimin 12 saatlıq hekayəsindən bəhs edən film “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasında iştirak edəcək.
84-cü dəfə keçiriləcək “Oskar” film müsabiqəsinə iddialı olan 2-ci film isə məşhur amerikalı müğənni Modonnanın rejissorluğu ilə Hollivud aktyorları Ebbi Korniş, Ceyms Darsi və Andrea Rayzboronun baş rol aldıqları “Biz sevgiyə inanırıq” filmidir. Qeyd edək ki, hələlik bu iki filmin adı açıqlanıb.
Xatırladaq ki, 84-cü “Oskar” mükafatı gələn ilin fevralın sonu və ya martın əvvəllərində Los-Anceles şəhərində təqdim ediləcək.
|
05.08.11 Məqaləni oxumaq
|
|
|
Barak Obama: Rusiya ilə ABŞ arasında nüvə tərksilahı barədə yeni razılıq böyük irəliləyişdir
|
Birləşmiş Ştatlar prezidenti Barak Obama «İTAR TASS»a müsahibəsində deyib ki, Rusiya ilə ABŞ arasında nüvə tərksilahı barədə yeni razılıq iki ölkə arasındakı əlaqələrdə böyük irəliləyişdir. «KƏLAMİNFO» agentliyə istinadən xəbər verir ki, media ilə ad günü ərəfəsində danışan Obama “soyuq müharibə” dövründə anadan olduğunu deyib və əlavə edib ki, o dövrdə Moskva ilə Vaşinqtonun beynəlxalq müstəvidə tərəfdaşlıq edəcəyi heç kəsin ağlına belə gəlməzdi. Obama Rusiya prezidenti Dmitri Medvedyevin vətənpərvər bir şəxs olduğunu və ölkəsinin maraqlarını müdafiə etdiyini deyib.
Qeyd edək ki, Rusiya Obamanın ad günü münasibəti ilə yeni marka və zərflər buraxıb.
|
05.08.11 Məqaləni oxumaq
|
|
|
“Xarici ölkələrin kino həftələri” çərçivəsində işlər davam etdirilir
|
Cari ilin noyabr ayında ölkəmizdə xarici ölkələrin film həftələrinə start veriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan kinoteatrlarında nümayiş olunacaq xarici filmlər Azərbaycan dilinə dublyaj olunaraq göstəriləcək.
Qeyd edək ki, ilk olaraq Rusiya kino həftəsinin keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırda həmin ölkə ilə danışıqlar aparılır.
Xatırladaq ki, xarici ölkələrin kino həftələri çərçivəsində nümayiş etdiriləcək filmlərin mətnləri əvvəlcədən ölkəmizə göndəriləcək. Tərcümələr başa çatdıqdan sonra isə “Xarici ölkələrin kino həftələri”nə start veriləcək.
|
05.08.11 Məqaləni oxumaq
|
|
|
Ötən ay Səhiyyə Nazirliyinə 669 müraciət daxil olub
|
Ötən ay ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 669 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Daxil olmuş müraciətlərin 362-si şikayət, 170-i sorğu xarakterli olub, 41-i aidiyyəti üzrə olmayıb, 96-sı isə cari problemlərə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
|
05.08.11 Məqaləni oxumaq
|
|
|
Abdulla Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitinə qatılacaq
|
Türkiyə prezidenti Abdulla Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının oktyabrın sonunda Almatıda keçirilən sammitində iştirak edəcək. «KƏLAMİNFO» «Novosti-Kazaxıstan»a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə Astanada keçirdiyi brifinqdə bildirib. O deyib ki, sammit oktyabrın 21-22-də keçiriləcək. Onun sözlərinə görə, sammitin məqsədi şuranın qaydalarının müəyyən edilməsi və əsas sənədlərin qəbuludur. «Hesab edirik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işıqlı gələcəyi var».
Qeyd edək ki, Şura dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda təsis edilib. Kazıxanov, həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana planlaşdırılan səfəri barədə də məlumat verib. O bildirib ki, Ərdoğanın səfəri ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə yeni perspektivlər verəcək. XİN rəhbəri səfərin dəqiq tarixini deməyib və yalnız onu əlavə edib ki, Astana Ərdoğanı ilin sonuna kimi gözləyir.
|
05.08.11 Məqaləni oxumaq
|
|
|
Nazirlik: “Elektron hökumət” informasiya sisteminin həyata keçirilməsinə başlanılıb
|
Dövlət müəssisələri arasında informasiya mübadiləsi üçün “Elektron hökumət” informasiya sisteminin həyata keçirilməsinə başlanılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib. Qeyd edilib ki, yaxın günlərdə Təhsil və Səhiyyə nazirlikləri “Elektron hökumət” dövlət informasiya sisteminə qoşulacaq və Azərbaycanda bu sistemə qoşulan dövlət idarələrinin sayı 8-ə çatacaq. İndiyədək əsas serveri RİTN-də yerləşən sistemə nazirliyin özündən başqa Ədliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu qoşulub. Bu dövlət müəssisələrində serverlər və informasiya təhlükəsizliyi sistemləri quraşdırılıb, servislərin və onların sistemdə informasiya məlumatlarının əlaqələndirilməsi üzrə işlər aparılıb. Bundan başqa, “Elektron hökumət”in informasiya sistemi bazası əsasında ödənişli xidmətlərdən istifadənin təmini üzrə də işlərə başlanılıb.
Dövlət idarələri tərəfindən göstərilən bütün elektron xidmətlər, eləcə də yaranacaq yeni xidmətlər “Elektron hökumət”in vahid portalına köçürüləcək.
|
05.08.11 Məqaləni oxumaq
|
|
|
Tarixi filmlərimizdəki geyimlərin muzeyi yaradılacaq
|
“Nizami” kinoteatrının təmiri başa çatdıqdan və fəaliyyətə başladığı ilk həftənin müəyyən bir günü yeni çəkilən Azərbaycan filmləri nümayiş olunacaq”. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu fikiri nazirliyin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov bildirib.
M.Hətəmov həmçinin, C.Cabbarlı adına “Azərbaycanfilm” dövlət kinostudiyasının təmiri başa çatdıqdan sonra kinostudiyanın nəzdində Azərbaycanın tarixi filmlərdəki geyimlərindən ibarət muzeyin də yaradılacağının planlaşdırıldığını bildirib: “Biz bu barədə düşünürük. Gərək həmin paltarlar elə vəziyyətdə saxlanılsın ki, gənclər, uşaqlar həmin geyimləri rahatlıqla seyr edə bilsinlər. Burada da iki əsas məqsədimiz var. Bunlardan birincisi bu kimi geyimlərin qorunub saxlanılması, ikincisi, isə uşaqlar üçün tərbiyəvi əhəmiyyət daşımasıdır”.
|
04.08.11 Məqaləni oxumaq
|
|
|
BMT-nin baş katibi Bəşər Əsədlə görüşəcək
|
BMT Təhlükəsizlik Şurası Suriya iqtidarının fəaliyyətini pisləyib. Şura ölkədə baş verən hadisələrdən dərin narahatlıq keçirdiyini bildirib. TŞ həm hökumət qüvvələrini, həm də nümayişçiləri zor tətbiqindən çəkinməyə çağırıb. Açıqlamada prezident Bəşər Əsəd iqtidarının dinc vətəndaşlara güc tətbiq etməyəcəyinə dair beynəlxalq sazişlərə əməl etməsi və güc tətbiq edənləri məhkəmə qarşısına çıxarması tələb edilib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Şura Dəməşq hökumətindən söz verdiyi islahatları dərhal tətbiq etməsini istəyib. Ancaq Şura üzvü olan Livan açıqlamanı dəstəkləmədiyini bəyan edib.
BMT-nin baş katibi Pan Ki Mun bu həftə içərisində Əsədlə görüşəcəyini və Suriya ilə bağlı tərəfsiz bir hesabat hazırlayacağını bəyan edib. ABŞ isə Suriyanın Əsədsiz daha yaxşı yer olacağını açıqlayıb.
|
04.08.11 Məqaləni oxumaq
|
|
|
İsraillə Türkiyə arasında növbəti qalmaqal
|
Sankt-Peterburqda qalmaqal: Rusiyanın şimal paytaxtında türk konsul Mehmet Çinar israilli həmkarı Eduard Şapiri aşağılayıb. Məlumata görə, Çinar israillini yanına çağıraraq, ona Peterburqdakı Xoral sinaqoqunda birgə rəsm sərgisinin təxirə salındığını deyib. Problem onda olub ki, türk konsul onu aşağı divanda oturdub, özü isə hündür stulda əyləşib. «KƏLAMİNFO»nun məlumatına görə, bunu «İzrus» «Vesti» qəzetinə istinadən yayıb. Nəşr iddia edib ki, bu, müsəlman dünyasında təhqir hesab edilir. Stulla divan arasında fərq 20 sm. olub. Qeyd edilib ki, bu, İsrail və Türkiyə nümayəndələri arasında baş verən ilk insident deyil. 2010-cu ilin əvvəlində İsrail XİN-in müavini Dani Ayalon türk səfirini telekameraların qarşısında aşağı yerdə əyləşdirmişdi. Məlumatda qeyd edilir ki, ola bilsin bu dəfə Çinar bunu Şapirə qarşı həyata keçirmək istəyib.
|
04.08.11 Məqaləni oxumaq
|
|
|
ABŞ-da uşaq pornoqrafiyası şəbəkəsi ilə əlaqəsi olan 72 nəfərə ittiham irəli sürülüb
|
ABŞ-da uşaq pornoqrafiyası şəbəkəsi ilə əlaqəsi olan 72 nəfərə qarşı ittiham irəli sürülüb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Amerikanın baş prokuroru Erik Holder və daxili təhlükəsizlik naziri Con Napolitano tərəfindən ittihamnamələr bu gün irəli sürülüb. Holder deyib ki, ittihamnamələr uşaqları istismar edənlərin ədalət məhkəməsi qarşısına çıxarılacağına dair ciddi bir xəbərdarlıqdır. O, Deledo əməliyyatı kimi tanınan təhqiqatın dünyada yüzlərlə insanı hədəf aldığını deyib. Baş prokuror bildirib ki, «Dreamboard» şəbəkəsi uşaq pornoqrafiyasını yaymaqla yanaşı, insanları pornoqrafiya videoları hazırlamağa təşviq edir. Videolarda göstərilən uşaqların bəziləri körpələrdir.
İndiyədək 13 adam günahkar olduğunu etiraf edib. Onlardan 4-ü 20-30 il müddətinə azadlıqdan məhrum edilib. İttihamlarla üzləşənlərin 52-si 14 ölkədə nəzarət altına alınıb. Təhqiqat 2009-cu ilin dekabr ayından davam edir.
|
04.08.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 16 17 18 19 20 21 22 23 24 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|