|
Səhifələr : # 6 7 8 9 10 11 12 13 14 #
BQXK-nin əməkdaşları Ermənistanda saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər
|
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər. Bu barədə “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova məlumat verib.
O bildirib ki, BQXK nümayəndələri hərbi əsirin saxlanma şəraitinin monitorinqini aparıb, onun sağlıq durumunu araşdırıb. Ailəsinin məktubu əsirə çatdırılıb, ondan da ailəsinə çatdırılması üçün məktub alınıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov hazırda Ermənistanda əsir saxlanılır. O, ötən il avqustun 27-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
|
17.08.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 4 gün iş olmayacaq
|
Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 4 gün iş olmayacaq. Nazirlər Kabinetindən “KƏLAMİNFO”ya verilən məlumata görə, hökumət Ramazan bayramı ilə bağlı iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib. Qərara görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib. Beləliklə, avqustun 28, 29, 30 və 31-i qeyri-iş günü olacaq. Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayıb. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Ramazan ayının 29-u və ya 30-na (miladi təqvimlə avqustun 30-na və ya 31-nə) təsadüf edəcək.
|
17.08.11 Məqaləni oxumaq
|
|
|
16 bələdiyyənin hüquq pozuntuları ilə əlaqədar materiallar prokurorluğa göndərilib
|
Cari ildə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin rifahının yaxşılaşdırılmasına yönələn çoxsaylı qanunvericilik aktlarının işlənilməsində Ədliyyə Nazirliyi fəal iştirak edib. Nazirlik tərəfindən 159 normativ hüquqi akt layihəsi hazırlanıb, 612 akt hüquqi ekspertizadan keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Ədliyyə Nazirliyinin kollegiya iclasında nazir Fikrət Məmmədov söyləyib. Nazir qeyd edib ki, inzibati nəzarət qaydasında 16 minə yaxın bələdiyyə aktı yoxlanılıb, nazirliyin təklifləri əsasında 400-ə yaxın akt qanuna uyğun olmadığından dəyişdirilib və ya ləğv edilib. 16 bələdiyyənin fəaliyyətində aşkar edilən hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib.
|
17.08.11 Məqaləni oxumaq
|
|
|
ABŞ-da iranlı biznesmen azadlıqdan məhrum olunub
|
Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında iranlı biznesmen ölkəsinə raket hissələri və radio avadanlığı göndərməkdə ittiham edilərək 4 il müddətinə azadlıqdan məhrum olunub. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Davud Baniameri may ayında ABŞ hökumətinin icazəsi olmadan İrana müxtəlif texnika və müdafiə məqsədilə avadanlıq göndərdiyini boynuna alıb. Rəsmilər bu materialların heç birinin İrana çatmadığını bildirir. Davud Baniameri 2009-cu ildə həbs edilmişdi. İşlə əlaqədar daha iki şəxsə qarşı ittihamlar irəli sürülüb. Onlardan biri ABŞ-da vətəndaşlıq almış əslən iranlı Andro Letemi məhkəməni gözləyir. ABŞ Ədliyyə Nazirliyi bəyan edir ki, İran vətəndaşı olan Səid Məcid Musəvi adlı üçüncü şəxs axtarışdadır. Onun İranda olduğu ehtimal edilir.
|
17.08.11 Məqaləni oxumaq
|
|
|
Millət vəkili: “Kreml heç bir halda Bakını özündən narazı salmaq istəmir”
|
“Çox aydın hiss olunur ki, Kazan görüşünün iflasından sonra Rusiya prezidenti Dmitri Medvedyev Qarabağla bağlı situasiyanı tənzimləmək istəyir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili Musa Qasımlı bildirib. O qeyd edir ki, indiki şəraitdə Kreml heç bir halda Bakını özündən narazı salmaq istəmir və Rusiya prezidentinin şəxsi dəvəti ilə Soçidə baş tutan görüş də buna xidmət edir. “Məsələ burasındadır ki, indi eyni zamanda Qarabağ məsələsi ilə yanaşı, bir sıra digər məsələlər var ki, onlar da müzakirə olunmalıdır. Bunlar Qəbələ RLS və digər regional məsələlərdir. Yəqin ki, Soçidə bunlar kompleks şəkildə müzakirə olunub” - deyə M.Qasımlı vurğulayıb. Buna baxmayaraq, millət vəkili hesab etmir ki, burada da Rusiya tərəfindən hansısa ciddi bir nəticə əldə edilmiş olsun. “Çünki Rusiyanın Cənubi Qafqazla bağlı hamıya məlum olan ümumi strategiyası buna imkan vermir. Bu görüşlə sadəcə olaraq, Rusiya dövlət başçısı Kazan uğursuzluğundan sonra vəziyyəti kompensasiya etmək istəyir, ona görə də bu kimi cəhdləri edir” - deyə ekspert əlavə edib. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev avqustun 9-da Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə Soçi şəhərinə işgüzar səfər edib və prezidentlərin təkbətək görüşü baş tutub.
|
16.08.11 Məqaləni oxumaq
|
|
|
Bu il 250 gənc xaricdə təhsil almağa göndəriləcək
|
Ölkə prezidenti İlham Əliyevin təsdiq etdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu il 250 gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov söyləyib. Nazir bildirib ki, sözügedən Dövlət Proqramının reallaşdırılması sayəsində bu işin səmərəliliyi artırılıb, proqram çərçivəsində 800-dən artıq gənc xarici ölkələrin ən nüfuzlu universitetlərinə göndərilib. Onların bir qismi artıq təhsillərini uğurla başa vuraraq vətənə dönüblər. Azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsinin tarixinə qısa nəzər salan nazir ilk dəfə 1919-cu ildə Xalq Cümhuriyyəti dövründə 100 nəfərin xarici ölkələrin ali məktəblərinə göndərildiyini diqqətə çatdırıb. Bu işin ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə xüsusilə geniş vüsət aldığını xatırladan M.Mərdanov respublikamızdan kənarda ali təhsil almağa göndərilən gənclərin sayının ildə 45 nəfərdən 1500 nəfərə çatdırıldığını söyləyib.
|
16.08.11 Məqaləni oxumaq
|
|
|
ABŞ iqtisadiyyatına “sentyabr vədi”
|
ABŞ prezidenti Barak Obama son zamanlar olduqca təhlükəli vəziyyətlərdən çıxan və hərtərəfli zəifləyən ölkə iqtisadiyyatının bərpası və güclənməsi üçün sentyabrda “dəqiq iş planı” açıqlanacağını bildirib. Dünən başlayan avtobusla səyahəti çərçivəsində İova ştatında tribunaya qalxan prezident Konqresin müvəqqəti qəbul edilən plan üzərində yenidən işləməyə başladığını və sentyabrda planın dəqiq formasının açıqlanacağını deyib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, prezidentin avtobus turu Ağ Ev tədbirlərindən olub rəsmi xarakter daşısa da, rəqiblərinə görə, Obama artıq seçki kampaniyasına start verib. Obama İovada açıqlama verərkən dünən partiyadaxili səsvermələrin birinci mərhələsində qalib olan xanım Baxman Nyu-Yorkda keçirdiyi mətbuat konfransında işsizliyin 9%-i keçdiyi bir ölkədə Obamanın ikinci dəfə prezident olmaq ümidlərinin əbəs olduğunu bildirib.
|
16.08.11 Məqaləni oxumaq
|
|
|
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
|
Bu gün Bəxtiyar Vahabzadənin doğum tarixidir. Yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” şeri ilə başlayan Bəxtiyar Vahabzadə sonralar “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət”, “Leninlə söhbət”, “Muğam”, “Gülüstan” adlı şer və poemalar yazaraq xalqın Bəxtiyarına çevrilib. Əsərləri dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilən şair 70-dən artıq şeir kitabı, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. 1925-2009. Bu rəqəmlər Bəxtiyar Vahabzadənin həyata gözünü açıb-yumduğu illəri göstərir. 84 il. Bu heç də böyük göstərici deyil, ömrünü qələminə və maarifə həsr edən bir insan üçün. O qələmə ki, “Ayaqlar altında yer oldu tapdaq., Sirrini, məğzini bilmədik ancaq... Tapdaq etdiyimiz bu qara torpaq., Əbədi mənzilin damı deyilmi?” deyə hayqırırdı. O maarifə ki, “Nə qədər istəyirsə, min o qədər fırlana., Qarşıma gah şər çıxa, gah xeyir dığırlana., Çərxi-fələk istəyir lap dolana tərsinə., Əqidəmi heç nəyə dəyişmərəm mən yenə” deyərək xalqı tarixinə sahib çıxmağa səsləyirdi. Xatırladaq ki, Bəxtiyar Vahabzadə uzun sürən xəstəlikdən sonra 84 yaşında Bakıda vəfat edib.
|
16.08.11 Məqaləni oxumaq
|
|
|
Əziz PÜNHAN. EYPUL
|
Masallı İşıq İdarəsinin 3 aylıq müdiri Aydın Məmmadova "ithaf' edirəm
Dini imammsan ey pul, Cismidə cammsan ey pul, Qeyrətim, arımsan ey pul, Sən mənim peyğəmbərimsən Həm ulu tanrımsan ey pul.
|
16.08.11 Məqaləni oxumaq
|
|
|
Əziz PÜNHAN. AY ZALIM
|
Deyirsən ki, beş il ömrümüz keçib, Böyük zövq yaşıdıb məhəbbət mənə. Ay zalım, eşq üçün beş il nədir ki, Min il də eyləməz kifayət mənə.
|
16.08.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 6 7 8 9 10 11 12 13 14 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|