Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2011
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Əziz PÜNHAN. QƏZƏL
    Bizə Allah yetirən incə nəzərdir Ramazan, 
    Nəxli-imanda bitən dadlı səmərdir Ramazan.

    Onda Əhməd adı var, ondadı Zəhra nəfəsi,
    Etsin üst-üstə hesab oniki nəfərdir Ramazan.
    16.08.11 Məqaləni oxumaq
     
    Seyyidden iynə udan qıyıq Qusar
    Mən bu məqaləni yazmaya da bilərdim. Amma qiyamət günü cavab verəcəyimdən qorxdum. Niyə mən kimi bir seyyidin, şəriət aliminin pulunu bir dələduz, bir fırldaqçı yeyə. Niyə ibadət əhlinin pulunu təharəti olmayan bir napak adam yeyə. Hansı qanunda var ki, xalqın malını yeyəsən ona göz də ağardasan. Hələ üstəlik müəyyən dostların yanında onu yalançı da adlandırasan. Mənim babam Həzrəti Əli (ə) buyurur ki, haqqının ardınca o qədər gedəcəyəm ta, paltarlarım cırılıb tökülə. Mərhum atam da deyərdi ki, əgər sənin bir adamda on manat pulun qalsa, yüz manat da olsa xərclə, on manatını al. Mənim isə bu adamda nə az nə də çox 5000$ ABŞ dollan və 3000 AZN manat pulum qalıb. Onun 1500$ ABŞ dollarını verdiyi transformatora çıxıb, qalan pullar isə hələlik ki, bu adamın - "özəl kassasında" yatıb...
    16.08.11 Məqaləni oxumaq
     
    “Eurovision–2012”-də iştirak edəcək ölkələrin sayı 29-a çatdı
    Ölkəmizdə ilk dəfə keçiriləcək “Eurovision–2012” mahnı yarışmasında iştirak etmək istəyən daha 4 ölkə təsdiqlənib. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, hələlik son olaraq təsdiqlənən ölkələr İspaniya, Fransa, Yunanıstan və Bosniya-Herseqovina olub. Qeyd edək ki, Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək üçün bu vaxta qədər təsdiqlənən ölkələrin sayı Azərbaycan da daxil olmaqla - Türkiyə, Almaniya, Avstriya, Belçika, Belarus, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, İsveç, İsveçrə, İsrail, İtaliya, Kipr, Gürcüstan, Macarıstan, Niderland, Norveç, Xorvatiya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, İspaniya, Fransa, Yunanıstan və Bosniya-Herseqovina olmaqla 29-a çatıb.
    13.08.11 Məqaləni oxumaq
     
    Ərdoğan Obama ilə Suriyadakı vəziyyəti müzakirə edib
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. “KƏLAMİNFO” Türkiyə baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər regional məsələləri və Suriyadakı vəziyyəti müzakirə ediblər. Rəsmi Dəməşqin yaxın günlərdə atacağı addımları yaxından izləmək, bununla bağlı qarşılıqlı məsləhətləşmələri davam etdirmək qərara alınıb. ABŞ prezidenti və Türkiyənin baş naziri Suriya hökumətinin mülki əhaliyə qarşı silahdan istifadə etməsindən narahatlıqlarını da ifadə ediblər. Hər iki lider bu ölkədə axan qanın kəsilməsi və xalqa qarşı zorakılığın dayandırılmasının zəruriliyini vurğulayıb.
    13.08.11 Məqaləni oxumaq
     
    Ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahanda iştirak etmək üçün 31272 abituriyent ərizə təqdim edib
    Cari tədris ilində ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. M.Abbaszadə bildirib ki, qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub. TQDK sədri qeyd edib ki, xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər yaradıcılıq qabiliyyətlərinin yoxlanılması məqsədilə seçmə turda iştirak ediblər. “Seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilib. İlkin statistik məlumata əsasən ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahanda iştirak etmək üçün 31272 abituriyent ərizə təqdim edib”-deyə TQDK səədri vurğulayıb. Onun sözlərinə görə, qəbul imtahanı avqustun 28-də keçiriləcək.
    13.08.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə hərbi komissarların həbsindən danışdı
    “Yeni tədris ilinin başlanğıcında keçiriləcək rezidentura imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) sənəd verən tələbələrdən kim Təhsil Nazirliyi tərəfindən verilən diploma sahibdirsə, o da imtahanlara buraxacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. M.Abbaszadə qeyd edib ki, bu məsələ ilə bağlı TQDK ilə Odlar Yurdu Universiteti arasında yaranan problemin kökündə bu ali məktəbin oğlan tələbələrinin rezidentura imtahanlarına qədər hərbi xidmətdən möhlət hüququ alması dayanırdı. “TQDK bu il ilk dəfə keçiriləcək rezidentura imtahanlarında iştirak etmələri üçün Müdafiə Nazirliyinə yalnız Tibb Universitetinin oğlan tələbələrinə möhlət hüququ verilməsi ilə bağlı müraciət edib. Digər universitetlərdə tibb təhsili alan və həmin yerlərdə necə oxuduqları bəlli olmayan tələbələrlə bağlı nazirliyə müraciət etmədik. Ola bilsin, onlar bu problemlərini hansısa yolla həll ediblər. Ancaq mən tez-tez görürəm ki, Korrupsiya ilə Mübarizə İdarəsi qanunsuz fəaliyyətlə məşğul olan hərbi komissarları həbs edir” - deyə M.Abbaszadə vurğulayıb.
    13.08.11 Məqaləni oxumaq
     
    Fazil Mustafa “Eks-prezident statusu haqqında” layihə təqdim edib
    Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa qəbul olunacağı gözlənilən “Eks-prezident statusu haqqında” qanunla bağlı Milli Məclisə layihə təqdim edib. Bu barədə “KƏLAMİNFO” F.Mustafa özü bildirib. Layihə barədə məlumat verən millət vəkili deyib ki, burada eks-prezident statusu həm Ayaz Mütəllibova, həm mərhum Əbülfəz Elçibəyə, həm də mərhum Heydər Əliyeva şamil edilir. Onun sözlərinə görə, təqdim etdiyi layihə hazırda müvafiq komitənin gündəliyinə daxil edilib və parlamentin payız sessiyasında müzakirəyə çıxarıla bilər. “Fikrimcə, Azərbaycan müstəqillik qazandıqdan sonra bu ölkədə rəsmi olaraq kim prezident olubsa, eks-prezident statusu onların hamısına şamil olunmalıdır və bunda heç bir problem yoxdur” - deyə F.Mustafa vurğulayıb. Millət vəkili onu da əlavə edib ki, layihədə eks-prezidentlər və onların ailəsi üçün nəzərdə tutulan status beynəlxalq prinsiplərə əsaslanır. Qeyd edək ki, Milli Məclisin payız sessiyasında Azərbaycanda “Eks-prezident statusu haqqında” qanun layihəsinin qəbul olunacağı gözlənilir.
    13.08.11 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: Qarabağ münaqişəsindən Azərbaycana qarşı təzyiq kimi istifadə etmək əhəmiyyətsizdir
    “Reallıq ondan ibarətdir ki, Rusiya vasitəçi olaraq Dağlıq Qarabağ münaqişənin həllinə maraq göstərir. Bunun başlıca səbəblərindən biri Rusiyanın xarici siyasətində müəyyən keyfiyyət dəyişikliyinin baş verməsidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, həmişə təzyiq dili ilə danışmaq istənilən nəticəni vermir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi də yarandığı vaxtdan bəzi dövlətlərin Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməsi istənilən nəticəni verməyib. “Azərbaycan ağır, çətin yol keçib, amma düzgün balans siyasəti, iqtisadi siyasət təzyiqlərə imkan verməyib. Çünki ölkəmizin siyasəti çox güclü işlənib hazırlanıb və bu da öz nəticəsini verməkdədir. Ona görə də bu münaqişədən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadənin əhəmiyyətsizliyi üzə çıxıb. Bu münaqişədən Azərbaycana təzyiq kimi istifadə edib onu tutduğu siyasi xətdən çəkindirmək mümkün deyil. Baxmayaraq ki, 20 faiz torpağımız işğal altındadır, biz bu münaqişənin təsiri və təzyiqi ilə hansısa siyasətimizi ertələmədik, geri çəkilmədik, onu davam etdirdik” - deyə YAP icra katibinin müavini vurğulayıb.
    13.08.11 Məqaləni oxumaq
     
    Prokurorluqda işlə qəbulla əlaqədar keçirilən imtahanda uğur qazananların siyahısı açıqlanıb
    Prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilən yazılı imtahanda uğur qazanan namizədlərin siyahısı açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Baş Prokurorluğun mətbuat xidmətindən veriblər. Yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçən namizədlərin siyahısı Baş Prokurorluğun saytında (http://www.genprosecutor.gov.az/index.php?/az/news/view/274/) yerləşdirilib. Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət əldə edən 136 namizəd Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində 15 avqust 2011-ci il tarixdən şəxsiyyət vəsiqəsini təqdim edərək tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcək. Müsahibə mərhələsi 2011-ci il avqustun 18-dən etibarən Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7). Namizədlər həmin gündən başlayaraq növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər. Namizədlər şəxsiyyət vəsiqəsini təqdim etməklə müsahibədə iştirak etməlidirlər.
    13.08.11 Məqaləni oxumaq
     
    Alman adəti: iş yerində öpüşmək olmaz
    Almaniyada iş yerində öpüşmək etik normalara ziddir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, etik normalar və cəmiyyətdəki yazılmamış qanunlarla bağlı fəaliyyət göstərən və immiqrantlara təlimlər verən Knigge cəmiyyəti əvvəlcə məhz bu vacib detaldan başlayır. Cəmiyyətin sədri Hans Mişel Kleyn bununla bağlı şikayət məktublarının son zamanlar çox artdığını bildirib. Belə ki, almanlar nə qədər səmimi və istiqanlı olsalar da, xüsusilə alman xanımlar üçün öpüşmək erotik ünsürdür və bu, bədən təması qurmağa çalışan insanların metodudur. Almanlara xas olmayan bu adət Fransa, İtaliya, Cənubi Amerika və Şərqi Avropadan gələnlər üçün olduqca adidir. Almanlar isə “bu pis və dözülməz vərdişə” son qoymaq üçün hava limanında xarici vətəndaşlara davranış qaydalarını göstərən kitabçalar payalanmasını tələb edir.
    12.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Avq.2011
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031