Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2011
    Səhifələr : #  19 20 21 22 23 24 25 26 27  #
    Fikrət Sadıxov: “Metyu Brayza bilir ki, nə vaxtsa sülh olacaq…”
    “ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın Bakıda erməni kilsəsinin açılması ilə bağlı bəyanatı sülhə, tərəflər arasında gərginliyin azaldılmasına çağırışdır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloq deyib ki, amerikalı diplomat bununla regionda sülhə çağırış etmək istəyib. “Amma Azərbaycanda erməni kilsəsi o vaxt açıla bilər ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. M.Brayza bilir ki, nə vaxtsa sülh olacaq və bundan sonra bütün əlaqələr düzələcək. Diplomat bununla işarə edib ki, haçansa Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanacaq və ölkələr dost olacaq. Ondan sonra hər iki ölkədə kilsə, məscid açıla və tikilə bilər”,-deyə politoloq vurğulayıb. Qeyd edək ki, ötən günlərdə M.Brayza mətbuat vasitəsilə erməni kilsəsinin Bakıda açılmasına ümid bəslədiyini bəyan edib.
    02.08.11 Məqaləni oxumaq
     
    ABŞ-ın Nümayəndələr Palatası dövlət borcu limitinin artırılması planını təsdiq edib
    ABŞ-ın Nümayəndələr Palatası Ağ Ev və Konqresdəki hər iki partiyanın liderləri tərəfindən razılaşdırılmış dövlət borcu limitinin artırılması və federal büdcə kəsirinin azaldılması planını təsdiq edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, spiker Con Beyner bildirib ki, qanun layihəsinin lehinə 269 səs, əleyhinə isə 161 səs toplanılıb ki, bu da sözügedən layihənin təsdiqi üçün kifayət edib. Qəbul olunan plana əsasən, 10 il ərzində dövlət borcunun limiti ən azı 2,1 trln. dollar artırılacaq. Eyni məbləğdə büdcə kəsiri də azaldılacaq. Qeyd edək ki, bu gün Senat da qanun layihəsini təsdiq etməlidir.
    02.08.11 Məqaləni oxumaq
     
    Paytaxt üzrə ölüm hadisələrinin 50%-i yol piyadalarının vurulması ilə nəticələnən avtoqəzalardır
    Ölümlə nəticələnən yol-nəqliyyat qəzaları cüzi sayda artıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi Nuşirəvan Səfərov bildirib. Onun sözlərinə əsasən, bu da ən çox piyadaların vurulması ilə nəticələnən avtoqəzalardır. “Paytaxt üzrə ölüm hadisələrinin 50%-i yol piyadalarının vurulması ilə nəticələnən avtoqəzalardır. Məlumdur ki, bizim piyadalara qarşı mübarizə tədbirlərimiz var. Piyadalar yeraltı və yerüstü keçidlərdən düzgün istifadə etmir. Ən çox yol-nəqliyyat qəzaları, ölüm hadisələri də məhz o keçidlərin yaxınlığında baş verir. Vətəndaşlar keçidlərdən demək olar ki, istifadə etmir”,-deyə N.Səfərov qeyd edib.
    02.08.11 Məqaləni oxumaq
     
    DYP əməkdaşlarının aşkar etdiyi 214 avtoxuliqanlıq edən sürücü saxlanılıb
    Cari ilin yanvarın 1-dən iyulun 30-dək paytaxt üzrə qeydə alınan ümumi yol-nəqliyyat hadisələrində 19 fakt avtoxuliqanlıq əlamətləri qeydə alınıb. Bu da 11 ölüm, 14 müxtəlif dərəcəli xəsarətlə nəticələnib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Bakı şəhər Baş Polis İdarəsinin bölmə müdiri Vaqif Əsədov verib. Onun sözlərinə əsasən, 21 yol–nəqliyyat hadisəsində 16 avtoxuliqanlıq edən sürücülər hadisə yerindən yayınmağa müvəffəq olsa da, sonradan axtarış nəticəsində aşkar edilərək aidiyyatı üzrə məhkəmələrə göndəriliblər. “Bu il DYP əməkdaşlarının aşkar etdiyi 214 avtoxuliqanlıq edən sürücü saxlanılıb və qanunvericiliyə uyğun sənədləşdirilib. Çox təəssüflər ki, inzibati məsuliyyətə cəlb edilən sürücülərin 39-u il ərzində təkrarən avtoxuliqanlığa görə məhkəmə kürsüsündə əyləşməli olub”,-deyə o əlavə edib.
    02.08.11 Məqaləni oxumaq
     
    Nuşirəvan Səfərov: 2-ci dəfə avtoxuliqanlığa görə saxlanılanları həbs gözləyir
    Avtoxuliqanlara qarşı görülən tədbirlər günbəgün sərtləşdirilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Nuşirəvan Səfərov deyib. Onun sözlərinə görə, artıq 2-ci dəfə avtoxuliqanlığa görə saxlanılanları həbs-qəti imkan tədbiri gözləyir. “Belə hallarda 15 sutka həbs-qəti imkanı, sürücülük hüququndan məhrum olma, cərimələnmələr qanunvericilikdə nəzərdə tutulub. Avtoxuliqanlar hətta həm sürücülük hüququndan məhrum olunur, eyni zamanda cərimələnir”,-deyə o əlavə edib.
    02.08.11 Məqaləni oxumaq
     
    Bu gün müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir
    Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, imtahan avqustun 1-dən 5-dək ingilis dili müəllimliyi ixtisası üzrə olacaq. İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində təşkil olunub. Bu gün səhər saat 9.00-da başlayan imtahanlar axşam saat 18.00-dək davam edəcək. Hər bir müəllim kompyuter qarşısında 1 saat ərzində imtahan verəcək. Hər saatın tamamında isə imtahan verən qrup digər qrupla əvəzlənəcək. Qeyd edək ki, hazırda ölkədə ingilis dili müəllimliyi ixtisası üzrə 241 vakant yer var. Vakant yerlərdən 68-i Bakı şəhərində, 173-ü isə digər şəhər və rayonlardadır. Ümumiyyətlə, Azərbaycanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlərə 9342 nəfər ərizə verib. Hazırda Azərbaycanda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 374-ü Bakı şəhəri üzrə, 1803-ü isə digər şəhər və rayonlar üzrədir.
    02.08.11 Məqaləni oxumaq
     
    Demokratlar və respublikaçılar razılığa gəliblər
    ABŞ prezidenti Barak Obama bildirib ki, Konqresdəki demokratlar və respublikaçılar ABŞ tarixində baş verə biləcək ilk defoltun qarşını almaq üçün razılaşma əldə ediblər. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Obama bazar günü axşam Asiya birjalarının açılmasına az qalmış bu barədə açıqlama verib. Bildirib ki, razılaşma Nümayəndələr Palatasında və Senatda təsdiq olunmalıdır. Qanunverici orqanın razılaşmanı təsdiq etməsi üçün son müddət avqustun 2-dir. Razılaşma növbəti 10 il ərzində büdcə kəsirinin 2,5 trilyon azaldılmasını nəzərdə tutur.
    02.08.11 Məqaləni oxumaq
     
    Hərbçilərimiz xaricdə keçirilən bir sıra tədbirlərdə iştirak edəcək
    Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri xaricdə keçirilən bir sıra tədbirlərdə iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, avqustun 8-dən 12-dək İsparta şəhərindəki Eğirdir mərkəzində xüsusi təyinatlılar üçün maneələri dəf etmək üzrə təlimatçı kursu, avqustun 15-dən 26-dək İzmir şəhərində partlatma üsulları, mina və tələ-minalar üzrə kurs, Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, avqustun 8-dən 2012-ci il iyunun 15-dək Estoniyanın Tartu şəhərində Birləşmiş Komandanlıq və Baş Qərargah kursu, avqustun 22-dən dekabrın 23-dək Vilnüs şəhərində ingilis dili kursu keçiriləcək. Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən, avqustun 8-dən 2012-ci il may ayının 26-dək Lahor şəhərində Hərbi Dəniz Qərargah kursu, avqustun 29-dan 2012-ci il aprelin 7-dək Kəraçi şəhərində Tərəfdaş Zabitlərin Sualtı Əsas Əməliyyat kursu, Azərbaycan-ABŞ iş planına əsasən, avqustun 10-dan 2012-ci il dekabrın 14-dək San-Antonio şəhərində Quru Qoşunları Komanda Qərargah Akademiyasında, avqustun 10-dan 2012-ci il may ayının 20-dək Piyada zabitin təməl kursu, Piyada kapitanları kursu keçiriləcək.
    02.08.11 Məqaləni oxumaq
     
    Azərbaycanda yeni zona kodlarının tətbiqinə başlanılır
    Bu gündən etibarən Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün yeni zona kodlarının tətbiqinə başlanılır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Yeni yığım formatı ilə nazirliyin, eləcə də Aztelekom İstehsalat Birliyinin (www.aztelekom.org) saytlarından tanış olmaq mümkündür. Həmçinin əhalinin yeni kodlar barədə məlumatlandırılması məqsədilə Aztelekom İB-də 012 122 ödənişsiz “qaynar xətt” fəaliyyət göstərir.
    01.08.11 Məqaləni oxumaq
     
    ABŞ diplomatlarının səfərlərinə yeni məhdudiyyətlər qoyuldu
    Pakistan ölkədə yaşayan ABŞ diplomatlarının səfərlərinə yeni məhdudiyyətlər qoyub. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, diplomatik mənbələr bildirir ki, ABŞ-ın İslamabaddakı səfirliyi keçən ay Xarici İşlər Nazirliyindən diplomatların paytaxtdan kənarda hərəkət etməsinə qoyulan yeni məhdudiyyətlərlə bağlı məktub alıb. Məktubun surətini almış «Assoşieyted Press» agentliyinin verdiyi məlumata görə, sənəddə ABŞ diplomatlarının şəhəri tərk etməzdən beş gün əvvəl xüsusi icazə almalı olduğu göstərilir. Pakistan mətbuatı ABŞ diplomatlarının rəsmi icazə olmadığı üçün bu ayın əvvəli Peşəvərdən geri qaytarıldığı haqda məlumat verib. Hər iki ölkənin hökuməti Pakistan mətbuatında məhdudiyyətlərlə bağlı bu gün verilmiş məlumatlardan sonra narazılıqları açıq şəkildə bildirməməyə çalışıb. ABŞ səfirliyinin sözçüsü Alberto Rodriqes deyib ki, Birləşmiş Ştatlar məsələni həll etmək üçün yerli rəsmilərlə iş aparır.
    01.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  19 20 21 22 23 24 25 26 27  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Avq.2011
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031