Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2011
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Naoto Kan istefa verdi
    Yaponiyanın baş naziri Naoto Kan vəzifəsindən istefa verib. Baş nazir hakim Yaponiya Demokratik Partiyasının sədri postunu da tərk edib. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, Kan bu açıqlamanı təxminən bir qədər əvvəl verib. Qeyd edilir ki, onun istefası siyasi yerdəyişmələr üçün vacibdir. Şənbə günü Demokrat Partiyasının sədri vəzifəsinə seçkilərlə bağlı namizədlər irəli sürüləcək. Bazar ertəsi parlamentin hər iki palatasındakı demokrat deputatlar partiyanın sədrini səsvermə ilə seçəcəklər. Avqustun 27-də isə o, Yaponiyanın baş naziri təyin edilə bilər.
    26.08.11 Məqaləni oxumaq
     
    ATİ-də təhsil haqlarının yüksək olmasına aydınlıq gətirildi
    “Təhsil haqqının miqdarını ali məktəb özü müəyyənləşdirimir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Turizm İnstitutunun (ATİ) prorektoru Eldar Aslanov müəssisədə təhsil haqlarının yüksək olması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, ali məktəbdə təhsil haqqının müəyyənləşdirilməsinin xüsusi mexanizmi var: “Bir bakalavr tələbəsi kurrikuluma görə 240 kredit toplayır. Burada ilk öncə bir kreditin ali məktəbə neçəyə başa gəlməsi hesablanır və bu məbləğ 240-a vurulur. Həmin məbləğ də 4 ilə bölünür.
    26.08.11 Məqaləni oxumaq
     
    Xaricdə təhsil alan azərbaycanlı tələbələr Azərbaycanın maraqlarını təhsil aldıqları dövlətlərdə təbliğ etməlidirlər
    Xaricdə təhsil alan azərbaycanlı tələbələr Azərbaycanın maraqlarını təhsil aldıqları dövlətlərin universitetlərində həmyaşıdları arasında təbliğ etməli və müdafiə etməlidirlər. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda öz işinə başlayan IX ASAİF beynəlxalq yay forumunda gənlər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, xaricdə təhsil alan tələbələr Dağlıq Qarabağ həqiqətlərini, Azərbaycanın qədim mədəni irsini təhsil aldıqları ölkələrdə təbliğ etməlidirlər. Nazir qeyd edib ki, bir sıra təşkilatlar, həmçinin Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) bu ölkənin ictimai həyatında xüsusi çəkisi var. “Təşkilat bu günə kimi bir sıra maraqlı layihələr həyata keçirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiyanın bütün subyektlərində xüsusi şəbəkə yaradaraq vahid mexanizm təşkil edə bilib”-deyə A.Rəhimov vurğulayıb.
    26.08.11 Məqaləni oxumaq
     
    Herbert Kvelle ADU-nun qonağı olub
    Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelleni qəbul edib. Bu barədə “KƏLAMİNFO”ya universitetin mətbuat xidmətindən məlumat verilib. Rektor qonağa universitetdə bütün dünya ölkələrinin, xüsusilə Qərbi Avropa ölkələrinin dillərinin öyrənildiyini bildirib. “Tədris olunan dillərlə yanaşı, həmin ölkələrin dil və mədəniyyət mərkəzlərinin universitetdə mövcudluğu tələbələrə həmin dillərin mənimsəmək və ölkələri öyrənməkdə kömək edir. Bu baxımdan ADU-dakı Alman dili Mərkəzinin fəaliyyətini qənaətbəxş hesab edirik. Alman mərkəzini universitet öz dəstəyi hesabına yaradıb, çünki buna ehtiyac vardı” – deyə o, əlavə edib. S.Seyidov, həmçinin Almaniya daxil olmaqla müxtəlif ölkələrdən yüksək ixtisaslaşmış müəllimlərin ADU-da dərs dediklərini söyləyib. Səfir Herbert Kleven isə öz növbəsində ADU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qonaq Almaniya universitetlərinin ADU ilə əlaqələrinin yaradılmasının ikitərəfli əlaqələrin dərinləşməsinə, elmi-mədəni əlaqələrə töhfəsini verəcəyinə əminlik ifadə edib.
    26.08.11 Məqaləni oxumaq
     
    Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb
    Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirlikdən “KƏLAMİNFO”ya bildiriblər ki, 24.08.2011-ci il tarixində nefrologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 92 həkim imtahan verib. İmtahanlarda iştirak edən həkimlərdən 86 (94%) nəfər uğurlu nəticələr əldə edib. Növbəti test imtahanları ftiziatriya və pediatriya ixtisasları üzrə 07.09.2011-ci il tarixində keçiriləcək.
    26.08.11 Məqaləni oxumaq
     
    Qəddafinin başına pul qoyuldu
    Liviyalı üsyançılar Qəddafinin ölü, ya da diri gətirənə 2 milyon Liviya dinarı (1,7 milyon dollar) mükafat təyin edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Liviya liderinin harada gizləndiyi bilinməsə də, onun Tripoliyə yaxın bir yerdə olduğu iddia edilir. Şəhərin bəzi ərazilərində üsyançılarla Qəddafi qüvvələri arasında silahlı qarşıdurmalar davam edir. Beynəlxalq Müvəqqəti Şuranın sədri Mustafa Əbdülcəlil Qəddafi üçün qoyulan mükafat miqdarını açıqlayarkən: “Əgər Qəddafi tutulmasa, onun tərəfdarları mübarizədən əl çəkməyəcək. Liviyada yeni bir həyat qurmaq və sülh üçün Qəddafi tutulmalıdır” deyib.
    26.08.11 Məqaləni oxumaq
     
    Politoloq: “Qarabağ məsələsinin həlli Abdulla Gülün bir razılığından asılıdır”
    “Qarabağ məsələsinin həlli Abdulla Gülün bir razılığından asılıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu söyləyib. Onun sözlərinə görə, Rusiya Türkiyədən “Raket Əleyhinə Müdafiə Sistemləri”nin (RƏMS) yerləşdirilməsi məsələsində asılıdır. Belə ki, Rusiya dərk edir ki, bu sistemlər Türkiyədə yerləşdirilsə, bu birdəfəlik yerləşmə olacaq və Rusiyanın regionda mövqeyni zəiflədəcək, Rusiyanı 10 mlrd. dollardan məhrum edəcək, ölkənin Türkiyəyə təsirini sıfra endirəcək. “NATO qərara aldı ki, RƏMS Türkiyə ərazisində yerləşdirilsin. RƏMS-ləri yerləşdirməmə məsələsində Türkiyə Rusiyanın qarşısına bir neçə məsələ qoya bilər ki, bunlardan da biri Dağlıq Qarabağ problemi olsun. Oktyabrın əvvəlində Mevedev ilə Gülün görüşü nəzərdə tutulub və bu qarşılaşmada böyük ehtimalla RƏMS əsas müzakirə obyekti olsun. Bu rakursdan da görünür ki, Qarabağ münaqişəsinin həllində A.Gülün bir razılığı çox şeyi dəyişə bilər”,-deyə o diqqətə çatdırıb.
    26.08.11 Məqaləni oxumaq
     
    Fransa varlıları: Bizdən alınan verginin həcmi artırılsın
    Fransa hökuməti büdcə kəsirini bağlamaq üçün tədbirlər planı hazırlayarkən, ölkənin varlı təbəqəsindən dəstək gəlib. “KƏLAMİNFO” “The Daily Telegraph”a istinadən xəbər verir ki, ölkənin 16 ən böyük şirkət sahibi parlamentə ünvanladıqları məktubda büdcə kəsirini bağlamaq üçün iri həə ödəniş etməyə hazır olduqlarını bildiriblər. Bu siyahıya ən iri həcmli dəstəklə “L’Oreal” şirkətinin sahibəsi Liliyan Bettenkort başçılıq edir. Xanım Bettenkort ölkənin kasıb əhalisinə yük olmamaq üçün illik gəliri 1 milyon avronu keçən şirkətləri bu işə məcburi dəstək verməyə də çağırıb.
    26.08.11 Məqaləni oxumaq
     
    İraq Türkiyəyə nota verib
    İraq Türkiyənin Şimali İraqda PKK terrorçularına qarşı keçirdiyi əməliyyatlar səbəbi ilə bu ölkəyə nota verib. “KƏLAMİNFO” “Hurriyət” qəzetinə istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyinin rəsmi internet saytında yayılan məlumata görə, Türkiyənin Bağdad səfiri Murad Özçelik bu məqsədlə XİN-ə dəvət olunub. Səfiri qəbul edən xarici işlər nazirinin müavini Məhəmməd Cavad əl-Durki Türkiyənin Şimali İraqda sərhədi pozduğunu deyib və burda aparılan hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib. Qeyd edək ki, bu məlumat iki dildə fəaliyyət göstərən saytın sadəcə ərəbcə hissəsində yerləşdirilib.
    26.08.11 Məqaləni oxumaq
     
    Yaş senzi Dövlət Komitəsindən təsirsiz ötüşdü
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının 99 faizini gənclər təşkil edir. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya DQİDK-nin mətbuat xidmətinin rəhbəri Saleh Arslanov söyləyib. Yaş senzinin tətbiqi ilə bağlı Komitədə neçə nəfərin ixtisar olduğu, yaxud olacağı barədə sorğuya cavab olaraq S.Arslanov bildirib ki, DQİDK-də yaşı 65 və ya daha çox olan əməkdaş yoxdur. Onun sözlərinə görə, DQİDK-nin kollektivinin 99 faizi gənclərdən ibarətdir.
    25.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Avq.2011
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031