Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2011
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Azərbaycan: dinlər, təriqətlər, məzhəblər vadisi
    Burda çoxsaylı dinlər, məzhəblər, təriqətlər və cərəyanlar minillərdir dinc yanaşı yaşayır...

    ...Qapını başında araqçın olan 13-14 yaşlı oğlan uşağı açdı. Bizi mehribanlıqla qarşılayıb, yan otaqlardan birinə ötürdü. Evə daxil olan kimi adamın gözünü oxşayan təmtəraq və zənginlik buranın sakinlərinin heç də sadə insanlar olmamasından xəbər verirdi. Geniş bir otaqda divar boyu yerdən döşəkcələr düzülmüşdü.
    11.08.11 Məqaləni oxumaq
     
    QMİ-DƏ TOPLANTI
    Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Ramazan ayının başlanması ilə bağlı tədbir keçirildi. Qurani-Kərimin oxunuşu ilə başlayan toplantını açan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə torpaqlarımızın və dövlətçiliyimizin qorunması yolunda şəhid olan insanların xatirəsini yad etdi.
    11.08.11 Məqaləni oxumaq
     
    Şeyx vətəndaşları israfçılığa yol verməməyə çağırdı
    “Bir çox hallarda toy və yas mərasimlərinin guya milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər”. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının müraciətində bildirilib.
    11.08.11 Məqaləni oxumaq
     
    Əlaqələri daha da möhkəmləndirən səfər
    Türkiyə prezidenti Abdulla Gül: “Şeyxülislam Allahşükür Paşazadənin xidmətləri danılmazdır”

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Diyanət İşləri Başkanı Mehmet Görməzin dəvəti ilə qardaş ölkəyə səfər edib.
    11.08.11 Məqaləni oxumaq
     
    Xalqların öz müqəddəratı
    Azərbaycan xalqı 200 il ərzində müxtəlif hegomon dövlətlərin himayəsini görən erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Ermənilər öz havadarlarının dəstəyi ilə xalqımıza qarşı dəfələrlə qanlı cinayətlər törədiblər. Bu cinayətlərin sırasına 1905-1907-ci illərin qanlı hadisələrini, 1918-ci ilin mart soyqırımını, 1937-ci ilin repressiyalarını aid etmək olar. Müxtəlif zamanlarda törədilən bu hadisələr zamanı dinindən, dilindən, irqindən və milliyyətindən asılı olmayaraq, on minlərlə azərbaycanlı günahsız yerə qətlə yetirilib.
    11.08.11 Məqaləni oxumaq
     
    Doktor Bəşər
    Suriya prezidenti Bəşər Əsəd 1965-ci il 11 sentyabrda Dəməşqdə Hafiz Əsədin ailəsində göz açıb. Bəşər Əsəd doğulandan beş il sonra -1970-ci ildə müdafiə naziri olan atası Hafiz Əsəd dövlət çevrilişi nəticəsində Suriyada hakimiyyət başına gəlib. 1971-ci ildə prezident seçilib. Əsəd nəsli ələvilər təriqətinin üzvləridir. Suriyada bu təriqətin üzvlərinin ümumi sayı 10-12 faizdir.
    11.08.11 Məqaləni oxumaq
     
    Ərdoğan Bakıda
    Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda Prezident İlham Əliyevlə görüşdü.  Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi.  Prezident İlham Əliyev ziyafətdə çıxış edərək R.T.Ərdoğanı rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qazandığı çox parlaq qələbə münasibətilə təbrik etdi.
    11.08.11 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Əsədlə görüşün nəticəsini irəliləyən zaman içində görəcəyik”
    Dünən baş tutan Əsəd-Davudoğlu görüşündən sonra Türkiyə xarici işlər naziri heç bir açıqlama vermədən Suriyanı tərk edib. Görüşə aid ilk açıqlama isə bu gün rəsmi Ankaradan gəlib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, nazir mühüm addımlar atıldığını bildirib. O qeyd edib ki, görüşdə Türkiyənin qəti mövqeyi açıqlanıb. “Mən Əsədin nə dediyini burda kəlmə-kəlmə açıqlaya bilmərəm. Lakin prezidentlə görüşümüzdə “terror” sözü keçmədi. O bildirdi ki, sadəcə, bir qrup yaraqlı ölkədəki sabitliyi pozmağa çalışır. Hökumət isə onlarla mübarizə aparır. Biz isə Türkiyənin günahsız insanların qətli ilə bağlı narahatlığını çatdırdıq. Suriyada qısa bir zamanda reformasiya tədbirlərinin gerçəkləşdiriləcəyinə ümid etdiyimizi bəyan etdik. Görüşün nəticəsini isə irəliləyən zaman içində görəcəyik”. Məlumat üçün onu da bildirək ki, prezidentlə nazirin görüşü 6 saat davam edib.
    11.08.11 Məqaləni oxumaq
     
    Litva universitetlərinə qəbul olan azərbaycanlı tələbələr müəyyən olunub
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün Litva universitetlərinə sənəd vermiş azərbaycanlı abituriyentlərin ingilis dilində inşa üzrə qiymətlərini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. İngilis dilində inşa üzrə 3, 4 və 5 qiyməti almış abituriyent və bakalavrlar avqustun 11-i saat 15.00-da TQDK-ya dəvət olunurlar. Qiymətlərin nəticələri üzrə cədvəl www.tqdk.gov.az internet səhifəsində yerləşdirilib.
    11.08.11 Məqaləni oxumaq
     
    “Hərbi təcavüz Rusiyanı çıxılmaz vəziyyətə sala bilər”
    “Bütün bəyanatlara baxmayaraq, heç inandırıcı deyil ki, Rusiya indiki şəraitdə hansısa səbəbdən Gürcüstanı işğal etmək istəsin, ümumiyyətlə, Cənubi Qafqazda yeni müharibəyə başlasın”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, heç bir əsas olmadan başqa bir dövlətə qarşı hərbi təcavüzə yol vermək Rusiyanı xüsusən də indiki müxtəlif geosiyasi gəlişmələr fonunda çıxılmaz vəziyyətə sala bilər. “Amma gərək Gürcüstan da Cənubi Osetiyanı və ya Abxaziyanı işğaldan azad etmək kimi planlarla yanlışlığa yol verib, Rusiyaya rəvac verməsin” - deyə Ə.Oruclu vurğulayıb. Politoloq deyir ki, Rusiya bu dönəmdə Cənubi Qafqazda hərbi qarşıdurmalarda maraqlı olmamalıdır. “Çünki bu gün qaynar qazanı xatırladan Qafqaz regionu faktiki olaraq Rusiyanın üzərində bir detonatordur və bu detonatorun yaxınlığında partlayış törətmək Rusiyaya lazım deyil” - deyə o, əlavə edib. Qeyd edək ki, bu günlərdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze rus-gürcü müharibəsinin üçüncü ildönümünə həsr olunmuş mətbuat konfransında ölkəsinin ərazi bütövlüyünün bu günə kimi Rusiya dövləti tərəfindən kobudcasına pozulduğunu vurğulayıb.
    11.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Avq.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031