Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2011
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    ABŞ əsgərləri əfqan polisinə atəş açıb
    NATO və əfqan təhlükəsizlik xidməti əməkdaşları əfqan polisinin ABŞ əsgərlərinin onlara atəş açdığı ilə bağlı qaldırdıqları ittihamı araşdırır. “KƏLAMİNFO” “LATimes”a istinadən xəbər verir ki, hadisə şahidləri hücum nəticəsində 4 əfqan polisinin öldüyünü, ikisinin isə yaralandığını bildirib. Xəstəxanaya aparılan yaralı polislər ABŞ əsgərlərinin Qəndaharda əfqan polisinin fəaliyyətinə imkan vermədiklərini deyiblər. NATO rəsmiləri hadisə ilə bağlı verdikləri açıqlamada polislərin iddialarını əsassız adlandırıblar və hadisənin araşdırılacağını vurğulayıblar. Onlar, həmçinin qeyd ediblər ki, əfqan polisinin NATO qüvvələrinə hücumu və ya atəş açması adət halını almış olsa da, NATO-ya məxsus qüvvələrin yerli polisə atəş açması nadir təsadüf olunan haldır. Buna görə də hadisənin motivləri araşdırılır.
    12.08.11 Məqaləni oxumaq
     
    İran-Türkiyə boru xəttində partlayış baş verib
    İrandan Türkiyənin Ərzurum şəhərinə gedən təbii qaz boru xəttində partlayış baş verib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış Ağrı vilayətinin Şərqi Bəyazit mahalı yaxınlarında olub. Partlayışdan sonra yaranan yanğının hündürlüyü 60-ə qədər yüksəlib. Partlayışdan sonra həmin boru kəmərinə qazın verilişi dayandırılıb. Yanğını söndürmək üçün xətdəki qazın bitməsi gözlənilir. Hadisənin dəqiq səbəbi bilinməsə də, onun təxribat olması istisna edilmir.
    12.08.11 Məqaləni oxumaq
     
    Dövlət Qulluğu Məsələləri üzrə Komissiya açıq tender elan edib
    Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsini keçirmək üçün tətbiqi proqram təminatının satınalması üzrə açıq tender elan edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DQMK-dan veriblər. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər müvafiq hesaba 500 manat köçürməlidir.
    12.08.11 Məqaləni oxumaq
     
    Məktəblərə 102 adda dərslik və müəllim üçün metodik vəsait veriləcək
    Respublikamızda təlim Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəb şagirdlərinin dərsliklərlə pulsuz təmin edilməsi üçün 2011-2012-ci tədris ilinə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3463170 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı, eləcə də müvafiq bölgü əsasında yerlərə çatdırılması nəzərdə tutulub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün 38, II və VII-XI siniflər üçün 24 adda dərslik daxildir. Yeni kurrikulum əsasında işlənən bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilib.
    12.08.11 Məqaləni oxumaq
     
    Əlaçılardan 100 bal toplaya bilməyən abituriyentlər olub
    Cari tədris ili üçün ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edən əlaçılardan 100 bal toplaya bilməyən abituriyentlər olub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, bu il əlaçı attestat alanların 1,2 faizi 0-100 bal arasında nəticə göstərib. “Nəzərə alsaq ki, 2004-cü ildə bu nəticə 14 faizə bərabər idi, bu il göstərici yaxşılaşıb, lakin yalançı əlaçıların sayı daha da yaxşılaşmalıdır” - deyə MAbbaszadə vurğulayıb. Onun sözlərinə görə, qəbul imtahanlarında 0-100 bal toplayan şəxslər “2” kimi qiymətləndirilir. “Lakin attestat qiyməti “3” olan 87 faiz abituriyent 100 baldan çox toplaya bilməyib. Bu da həmin şəxslərin attestat qiymətini şübhə altına alır” - deyə o, əlavə edib. O deyir ki, TQDK-nın nümayiş etdirdiyi nəticələrin aşkarlığı yalançı attestat qiymətlərinin aşkarlanmasına təsir göstərir. “Ümumilikdə bu il orta məktəbi qızıl diplomla və əlaçı bitirənlərin qəbul imtahanlarında orta balı 500 bal təşkil edib” - deyə M.Abbaszadə bildirib.
    12.08.11 Məqaləni oxumaq
     
    Qahirədə “Azərbaycan günü” keçirilib
    Azərbaycanın müstəqilliyinin 20 illiyi çərçivəsində İSESCO-un rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Dr. Salah Əlcəfəravinin (əvvəllər İSESCO-un Avropa və Amerika üzrə nümayəndəsi olmuşdur) iştirakı ilə Misirin ictimai-siyasi və mədəniyyət xadimlərinin, din adamlarının, işgüzar dairələrin və gənclərin iştirakı ilə Qahirədə “Azərbaycan günü” keçirilib. Tədbirdə Azərbaycanla bağlı Misirin “Nil” peyk televiziya kanalı tərəfindən bir saatlıq veriliş hazırlanıb və efirə verilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Misirdəki səfirliyimizdən veriblər. “Azərbaycan günü”nə həsr olunmuş bir saatlıq verilişdə səfir Ş.Abdullayev və Dr. Salah Əlcəfəravi çıxış edib və “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli gənclər öz təəssüratlarını bölüşüblər.
    12.08.11 Məqaləni oxumaq
     
    Astanada KTMT-nin qeyri-rəsmi sammiti işə başlayıb
    Bu gün Qazaxıstan paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qeyri-rəsmi sammiti işə başlayıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın dövlət başçıları Əfqanıstan və Pakistanda fəaliyyət göstərən “Taliban” qruplaşmasının Mərkəzi Asiyadakı vəziyyətə təsirini müzakirə edəcəklər. O cümlədən Yaxın Şərq və Şimali Afrikadakı inqilablar diqqətdə olacaq. Sammit gedişində Rusiya prezidenti Dmitri Medvedyevin erməni həmkarı Serj Sarksiyanla görüşü də nəzərdə tutulub.
    12.08.11 Məqaləni oxumaq
     
    Azərbaycan Somaliyə yardım ilə əlaqədar BMT-nin Çoxtərəfli Etimad Fondu ilə saziş imzalayıb
    Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev və BMT-nin Çoxtərəfli Etimad Fondunun Ofisinin icraçı əlaqələndiricisi Bisrat Akiullu müvafiq olaraq Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramı adından Somalidə Ümumi Humanitar Fond üçün Standart İnzibati Sazişi imzalayıblar. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sazişi imzalamaqla, Azərbaycan hökuməti Somalidə qida böhranının aradan qaldırılması və Somali xalqının əzabının azaldılması istiqamətində davam edən beynəlxalq və milli səylərə dəstəklə bağlı Somali hökumətinin və digər beynəlxalq təşkilatların təcili yardım çağırışlarına cavab verib. Sazişə əsasən, Azərbaycan hökuməti yuxarıdakı məqsədlər üçün 100 min ABŞ dolları ayırıb və bu məbləğ Saziş imzalandıqdan dərhal sonra Çoxtərəfli Etimad Fondunun Ofisi vasitəsilə Somalidə Ümumi Humanitar Fonda köçürülüb.
    12.08.11 Məqaləni oxumaq
     
    “5-ci Türkiyə teatrları görüşü”nə “YUĞ”un rejissoru da qatılacaq
    Dünəndən etibarən Türkiyənin İzmir şəhərində keçirilən “5-ci Türkiyə teatrları görüşün”ə Yuğ Dövlət Teatrının rejissoru Rasim Aşın da qatılıb. Teatrdan bu barədə “KƏLAMİNFO”ya verilən məlumatda R.Aşının artıq 5 ildir İzmir şəhərində təşkil edilən tədbirə qonaq qismində dəvət olunduğunu bildirilib. Qeyd edək ki, müasir teatr mövzusunda müzakirələrin aparılacağı görüşdə Türkiyənin məşhur teatrlarının rəhbərləri Ahmet Önəl, Nurqut İlhan, Mehmet Esatoğlu, Tuncər Cücənoğlu, həmçinin rejissor və yazıçılar iştirak edəcək. Tədbir avqustun 14-ə kimi davam edəcək.
    12.08.11 Məqaləni oxumaq
     
    Bakıda beynəlxalq elmi konfrans keçiriləcək
    Sentyabrın 28-30-u tarixlərində Bakıda “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans AMEA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər.
    Konfrans  “Xalq Cümhuriyyətinin qurulması ərəfəsində Azərbaycan”, “Azərbaycan Xalq Cümhuriyyəti - şərqdə ilk hüquqi, dünyəvi, demokratik respublika” və “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” bölmələri üzrə fəaliyyət göstərəcək.
    12.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Avq.2011
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031