Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2011
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Nazirlər Kabineti bir sıra dövlət müəssisələrinin borclarını tənzimləyib
    Nazirlər Kabineti bir sıra dövlət müəssisələrinin borclarının tənzimlənməsi barədə qərar qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Nazirlər Kabinetinin mətbuat xidmətindən veriblər.
    Belə ki, “Azərsu” ASC-nin bu il fevralın 1-nə “Bakıelektrikşəbəkə” ASC-nin balans və balansarxası hesabları üzrə 83 mln. manat, “Sumqayıtelektrikşəbəkə” ASC-nin balans və balansarxası hesabları üzrə 64,1 mln. manat, “Azərenerji” ASC üzrə 9,3 mln. manat, Meliorasiya və Su Təsərrüfatı ASC üzrə 65,6 mln. manat kreditor borcu silinib. Maliyyə Nazirliyinə və “Azərsu” ASC-yə “Azərsu” ASC-nin elektrik enerjisinə görə olan borclarının xəzinə vekselləri vasitəsilə ödənilməsi nəticəsində yaranan 56,5 mln. manat, habelə həmin ASC-nin dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna ödənilməli olan 3,8 mln. manat borclarını nizamnamə kapitalına yönəldilməklə silinmək tapşırılıb.
    12.08.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə: "Yenə İslamafobiya axtarırlar"
    Şeyxülislam hesab edir ki, indi inkişaf etmiş xalqlarda mənəvi cəhətdən çatışmazlıq var

    “Təəssüf ki, bu qədər insanı qətlə yetirən şəxs öz günahını bilmir. Avropada mühit görün hansı həddə çatıb ki, baş verənlərdə yenə də İslamafobiya axtarırlar”. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Norveçdə törədilən terror haqqında danışarkən deyib. Şeyxin sözlərinə görə, Avropada “Quran”ın yandırılması ilə müşayiət olunan proses onu göstərir ki, inkişaf etmiş xalqlarda mənəvi cəhətdən çatışmazlıqlar var. 
    12.08.11 Məqaləni oxumaq
     
    Müsəlmanların sayı artır
    20 il ərzində İslam inanclılarının sayı 2 milyardı keçəcək

    Yaxın 20 il ərzində dünyada müsəlman əhalisinin 35 faiz arta bilər. Bu proqnoz  İslam Forumunun “Din və ictimai həyat” Tədqiqat Mərkəzi tərəfindən açıqlanıb. Mərkəzin hazırladığı hesabata görə, 2030-cu ilədək müsəlmanların sayının 1 milyard 600 milyondan 2 milyard 200 milyonadək artacağı gözlənilir. Yaxın Şərq və Şimali Afrika regionunda bu artım daha çox olacaq. Hesabata görə, 20 il ərzində təkcə Yaxın Şərqin və Şimali Afrikanın müsəlman əhalisinin 321 milyondan 439 milyona qədər çoxalacağı gözlənilir. Bu, 1990-cı ilə nisbətən 2 dəfə yüksək göstəricidir. 2020-ci ildən müsəlman əhalisinin hər il 1,4 faiz artımı planlaşdırılır. Bu baxımdan ən yüksək göstərici ABŞ-da gözlənilir ki, bu da ölkədəki mühacirlərin sayının müntəzəm olaraq artması ilə əlaqəlidir.
    12.08.11 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: “Azərbaycan status-kvonun saxlanmasının əleyhinədir”
    “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar irəli sürdüyü konsepsiya beynəlxalq hüquqa söykənir. Prezident İlham Əliyevin Soçi şəhərində Rusiya prezidenti Dmitri Medvedev ilə görüşü də əsasən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində aparılan danışıqların növbəti mərhələsini təşkil edir”.
    “KƏLAMİNFO” xəbər verir ki, bunları yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O, bir müddət öncə Kazanda üçtərəfli görüş keçirildiyini xatırladaraq bildirib ki, Ermənistanın indiki vəziyyəti, ağır sosial-iqtisadi problemlərlə üz-üzə qaldığı bir şəraitdə Rusiya bu münaqişənin həllində daha çox fəallıq göstərməkdədir. Onun sözlərinə görə, prezident İlham Əliyev bütün görüşlərdə Azərbaycanın Qarabağla əlaqədar müəyyən etdiyi konsepsiyanı aydın şəkildə diqqətə çatdırıb.
    12.08.11 Məqaləni oxumaq
     
    Rüşvət almaqda ittiham olunan nazir istefa verib
    Sloveniyanın daxili işlər naziri Katarina Kresal haqqında yayılan rüşvətxorluq ittihamlarından sonra istefa ərizəsi verib. “KƏLAMİNFO” UPİ-yə istinadən xəbər verir ki, daxili işlər naziri və Liberal Demokrat Partiyasının lideri Kresal sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada: “Rüşvətxorluqla Mübarizə Komissiyasının mənim və mənimlə çalışan insanların işinə şübhə ilə yanaşması ilə bağlı daxili işlər naziri postundan istefa edirəm. Bu quruma rəhbərlik etdiyim ilk gündən rüşvətxorluqla mübarizənin ən fəallarından olmuşam. Bu ittihamı qəbul edə bilmərəm” – deyə bildirib.
    11.08.11 Məqaləni oxumaq
     
    Bəşər Əsədi ancaq Türkiyə iqtidardan uzaqlaşdıra bilər
    Əsəd-Davudoğlu görüşünün nəticələri ictimaiyyətə açıqlanmasa da, Türkiyənin Suriyaya iki həftə vaxt verdiyi bildirilir. “KƏLAMİNFO” “The Times”a istinadən xəbər verir ki, Davudoğlu qırğınlar durdurulmadığı təqdirdə ölkə maraqlarını qorumaq naminə hərbi müdaxiləyə əl atılacağını deyib.
    Avropa isə görüşün nəticəsiz bitməsinə baxmayaraq, Türkiyəni siyasi gündəmin mərkəzinə gətirərək, Suriyadakı məsələnin həllini ondan gözləməklə yanaşı, bunu dəstəklədiyini göstərir. Bu gün Barak Obamanın da Türkiyəni Suriyaya hərbi müdaxilə etməyə çağıracağı gözlənilir.
    11.08.11 Məqaləni oxumaq
     
    İran: İngiltərəyə getmək olmaz!
    İran hökuməti İngiltərədə baş verən üsyan və silahlı qarşıdurmalarla əlaqədar vətəndaşlarına ciddi bir ehtiyac yaranmadığı müddətcə İngiltərəyə getməmək göstərişi verib. “KƏLAMİNFO” CNN-ə istinadən xəbər verir ki, hökumətin yaydığı bəyanatda İngiltərənin İran vətəndaşları üçün təhlükəli yer olduğu bildirilib.
    Məlumat üçün bildirək ki, Londonda polislə əhali arasında baş verən qarşıdurma nəticəsində ölənlər arasında Britaniyada təhsil alan üç müsəlman gənc də var.
    11.08.11 Məqaləni oxumaq
     
    ABŞ vertolyotunu vuran “talibançı”lar öldürülüb
    Əfqanıstandakı NATO rəsmiləri cümə günü ABŞ-a məxsus hərbi vertolyotu salaraq, 38 nəfərin ölümünə səbəb olan “Taliban” yaraqlılarının öldürüldüyünü açıqlayıb.
    “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, general Con Alen verdiyi açıqlamada F-16 hərbi təyyarələri ilə aparılan əməliyyat nəticəsində “Taliban” liderlərindən birinin öldürüldüyünü də deyib.
    Məlumat üçün onu da bildirək ki, dünən ABŞ prezidenti Barak Obama və müdafiə naziri Leon Panetta həyatını itirmiş əsgərlərin dəfn mərasimində iştirak edib.
    11.08.11 Məqaləni oxumaq
     
    “Xəzər dənizi ərazisində külək enerji potensialının öyrənilməsi” layihəsinin sonuncu hesabatı hazırlanıb
    Sənaye və Energetika Nazirliyinin müraciətinə əsasən, Avropa Komissiyasının İNOGATE Proqramı çərçivəsində SEMİSE layihəsi tərəfindən texniki dəstək kimi “Azərbaycanın Xəzər dənizi ərazisində külək enerji potensialının öyrənilməsi” layihəsi icra olunur.
    Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, artıq sonuncu hesabatın layihəsi hazırdır və sənədin təqdimatı sentyabrın 1-nə planlaşdırılır. Tədbirdə layihənin danimarkalı ekspertləri Kim Jansen və Jesper Thisen, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Energetika Elmi Tədqiqat Layihə İnstitutunun nümayəndələri iştirak edəcəklər.
    11.08.11 Məqaləni oxumaq
     
    İqbal Ağazadə: “İctimai Palata müxalifətin müəyyən kəsimini özündə birləşdirən strukturdur”
    “Parlamentdə təmsil olunmayan bəzi müxalif qrupları əhatə edən İctimai Palata müxalifətin müəyyən kəsimini özündə birləşdirən strukturdur və bu qurum ölkə müxalifətini tam əhatə etmir.
    Bu qurumda təmsil olunmaq məsələsi isə istəkdən irəli gəlir. Ona görə də iri nəticələrə nail ola bilmirlər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.
    11.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Avq.2011
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031