|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
Tibb mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir
|
Bu gün Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, imtahanlar ümumi cərrahiyə və anesteziologiya – reanimotologiya ixtisasları üzrədir.
Qeyd edək ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvar ayında start verilib. Sertifikasiya prosesinin birinci mərhələsində tibb mütəxəssislərinin hər biri ixtisaslarına uyğun test imtahanlarında iştirak edirlər. Birinci mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə dəvət olunurlar. Test imtahanları Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi Kitabxanasının binasında keçirilir.
|
18.08.11 Məqaləni oxumaq
|
|
|
Biologiya müəllimi işləmək istəyənlər üçün imtahan keçirilir
|
Bu gün Təhsil Nazirliyi sistemindəki ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, biologiya müəllimi işləmək istəyənlər üçün keçirilən imtahan iki gün davam edəcək.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində reallaşan imtahan bu gün səhər saat 9:00-da başlayıb və saat 18.00-da başa çatacaq. Hər bir namizəd kompyuter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək.
Qeyd edək ki, hazırda ölkədə biologiya müəllimliyi ixtisası üzrə 166 vakant yer var. Vakant yerlərdən 10-u Bakı şəhəri, 156-sı isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 436 nəfər ərizə verib. Bundan sonrakı imtahanlar isə fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışa qədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək.
|
18.08.11 Məqaləni oxumaq
|
|
|
Ekspert: “İsmət Yılmaz Bakıya səfəri zamanı müəyyən razılaşmaların əldə olunmasına çalışacaq”
|
“Böyük ehtimalla Türkiyə müdafiə naziri Azərbaycana kifayət qədər yüksək heyətlə gələcək və müxtəlif istiqamətlərdə danışıqlar apararaq müəyyən razılaşmaların əldə olunmasına çalışacaq”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində hərbi ekspert Cəsur Sümərinli bildirib.
Ekspert hesab edir ki, bu səfərdə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri əsas diqqət mərkəzində olacaq. “Gələcəkdə əməkdaşlığın necə davam edəcəyi bu danışıqlar üzərində qurulacaq. Eyni zamanda bir sıra problemlər də mövcuddur və bir sıra istiqamətlərdə əməkdaşlıqları möhkəmləndirməyə ehtiyac var. Xüsusilə də Azərbaycan ali hərbi məktəbləri əvvəllər Türkiyədə əməliyyatlarda daha fəal idilər, amma sonralar onların sıralarında azalmalar baş verdi. Türkiyə Azərbaycandakı əməliyyatlarda Türkiyənin əməliyyatlarını daha üstün səviyyəyə qaldırılması və Azərbaycanın NATO standartlarında Türkiyədən maksimum səviyyədə istifadə edilməsi kimi məlumatlar var idi. Bu məsələdə müəyyən anlaşılmazlıqlar var idi.
|
18.08.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələri genişlənir
|
Azərbaycan kitabxanaları ilə dünya kitabxanalarının əlaqələrinin genişləndirilməsi sahəsində görülən işlər davam etdirilir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin Kitabxana Sektorunun məsləhətçisi Samir Abbasov Azərbaycan kitabxanaları ilə Bosniya və Hersoqovina kitabxanaları arasında əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə Sarayevo və Tuzla kantonuna səfər edib.
Qeyd edək ki, səfər çərçivəsində kitabxanalararası əməkdaşlığın yaradılması, sözügedən ölkə kitabxanalarında Azərbaycan guşəsinin yaradılması, kitabxana-informasiya sahəsində təcrübə mübadiləsinin aparılması və s. məsələlər müzakirə olunacaq.
|
17.08.11 Məqaləni oxumaq
|
|
|
TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri öz işinə başlayıb
|
Bu gündən etibarən Qazaxıstan Respublikasında Ust-Kamenoqorsk şəhərində TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri start götürüb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, tədbir Qazaxıstan Respublikasının Dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönmünə həsr olunub. TÜRKSOY foto-rəssamlarının bu ilki yaradıcılıq görüşündə ölkəmizi gənc fotoqraf-rəssam, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Şamil Talıbov təmsil edir.
|
17.08.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycana gəlmək istəyən ölkələrin sayı 42-yə çatıb
|
Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision–2012” mahnı yarışmasında iştirak etmək istəyən Albaniya, Bolqarıstan, Böyük Britaniya, İrlandiya, Makedoniya, Malta, Moldova, Latviya, Litva, Polşa, Rusiya, Serbiya və Ukraynanın da adları təsdiqlənib. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, bu ölkələrin də müsabiqədə iştirak istəyi təsdiqləndikdən sonra 2012-ci il müsabiqəsinin iştirakçılarının sayı 42-yə çatıb.
Qeyd edək ki, bunlar Azərbaycan da daxil olmaqla Almaniya, Albaniya, Avstriya, Böyük Britaniya, Belçika, Belarus, Bosniya-Herseqovina, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, İsveç, İsveçrə, İsrail, İtaliya, İspaniya, İrlandiya, Yunanıstan, Kipr, Türkiyə, Gürcüstan, Latviya, Litva, Macarıstan, Makedoniya, Malta, Moldova, Niderland, Norveç, Polşa, Xorvatiya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, Serbiya və Ukraynadır.
Xatırladaq ki, 57-ci “Eurovision” mahnı müsabiqəsi Bakıda 2012-ci ilin mayın 22-si, 24-ü və 26-da keçiriləcək.
|
17.08.11 Məqaləni oxumaq
|
|
|
Yəmən prezidenti ölkəsinə qayıtmaq istəyir
|
Yəmən prezidenti Əli Abdullah Saleh ölkəyə qayıdır. Müxalif partiya liderləri isə prezident Əli Abdullah Salehi verdiyi sözdə durmamaqda ittiham edir və ona Yəməndə liderlik fürsəti verməyəcəklərini bildirir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Yəmənin Səudiyyə Ərəbistanında müalicə alan prezidenti Abdullah Salehin videolenti paytaxtda onu dəstəkləyən tayfa liderləri tərəfindən dövlət televiziyasında yayımlanıb. Saleh tezliklə vətənə dönəcəyini bildirməklə yanaşı, onun Yəmənə qayıtmayacağını iddia edənləri “dar düşüncəli insanlar” adlandırıb, müxalifləri silkələməyi də unutmayıb. Məlumat üçün bildirək ki, Salehi taxtdan salmaq üçün müxalifət liderlərinin başçılığı ilə fevral ayında başlayan üsyanlarda 400 nəfər həyatını itirib. Üsyanlar zamanı Prezident sarayına silahlı hücum edilib və ağır bədən xəsarətləri alan prezident müalicə üçün Səudiyyə Ərəbistanına gedib.
|
17.08.11 Məqaləni oxumaq
|
|
|
Efiopiya qaçqın şəhərciyində hər gün 10 somalili uşaq ölür
|
Birləşmiş Millətlər Təşkilatı Efiopiya qaçqın şəhərciyində yerləşdirilən somalililərin vəziyyəti ilə bağlı həyəcan siqnalı verib. “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, təşkilatın yaydığı açıqlamada bu şəhərcikdə hər gün 10 və daha çox uşağın öldüyü bildirilir. Ölən uşaqların çoxu 5 yaşın altında, yaşlıların çoxu isə 55 yaşın üstündədir. Somalililərin ölüm sürətinin aşağı düşməməsi isə vəziyyəti daha da ağırlaşdırıb. Çünki ölənlərin sayının artması insanları ümidsizliyə sürükləyib. Təşkilatın Efiopiyadakı nümayəndəsi Ron Redmond: “Burdakı qadınlar artıq övladlarını tanımazlıqdan gəlir. Burda bütün övladlarını itirmiş qadınlar var. Onlar ağlamağı belə unudub. Hamının vəziyyəti digərindən ağırdır. Artıq onları bu vəziyyətdən çıxış üçün yolun sonunda işıq olduğuna heç kim inandıra bilmir”.
|
17.08.11 Məqaləni oxumaq
|
|
|
Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri üçün ingilis dili proqramı elan edilib
|
British Council, Vorvik Universiteti və BMİ (British Midland International) aviaşirkəti ilə birgə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bakalavr pilləsində təhsil alan tələbələri üçün ingilis dili bacarıqlarının təkmilləşdirilməsi proqramını elan edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya “British Council”dən veriblər.
2011-ci ilin 22-31avqust tarixində Vorvik Universitetinin Tətbiqi Linqvistika Mərkəzi tərəfindən təşkil ediləcək bu xüsusi proqram çərçivəsində universitetin ingilis dili fakültəsindən seçilən, bakalavr pilləsində təhsil alan altı tələbəyə bir həftəlik həm ingilis dili kursları, həm də mədəniyyət proqramı təşkil ediləcək.
|
17.08.11 Məqaləni oxumaq
|
|
|
Türkiyədə İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin fövqəladə iclası işə başlayır
|
Bu gün Türkiyədə İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin fövqəladə iclası işə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, 57 müsəlman ölkəsinin təmsilçisi Somalidəki insanlıq faciəsi və bu ölkə əhalisinə əlaqələndirilmiş yardım yollarını müzakirə edəcək. Somalidəki vəziyyətlə əlaqədar Türkiyə, Azərbaycan, İran və bir çox digər İƏT ölkəsi bu ölkəyə yardım kampaniyasına başlayıb. Bu gün İstanbulda başlayacaq beynəlxalq toplantıda Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndə, səfir Tofiq Abdullayev təmsil edəcək.
Konfransda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
|
17.08.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|