Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2011
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər
    Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. “KƏLAMİNFO” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosuna istinadən xəbər verir ki, paytaxtda gecə 22-26°, gündüz 28-33° isti, Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 26-27° isti olacağı proqnozlaşdırılır. Hidrometeoroloqlar tibbi-meteoroloji proqnoz verməklə əhalini ehtiyatlı olmağa çağırır. Belə ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında havanın temperaturunun tədricən enərək iqlim normasına yaxınlaşması əksər meteohəssas insanlar üçün əlverişli olsa da, davamlı olaraq əsən güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
    05.08.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı ekspertlər Almaniyada olublar
    “Sosial Müdafiənin İnkişafı” Layihəsinin alt komponenti olan “ISCO 88/08-ə uyğun olaraq təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması” layihəsinin ekspertlərindən ibarət heyət Almaniya Federativ Respublikası və Sloveniya Respublikasında təlim səfərində olub. “KƏLAMİNFO”un məlumatına görə, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası və Dünya Bankı ilə birgə həyata keçirilir. Səfərin məqsədi həmin ölkələrin təcrübəsini öyrənməkdən və Azərbaycanda peşə standartlarının hazırlanması prosesinə uyğunlaşdırmaqdan ibarət olub.
    05.08.11 Məqaləni oxumaq
     
    İyulda Dövlət Miqrasiya Xidmətinə 4.004 müraciət daxil olub
    Cari ilin iyul ayı ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4.004 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”a DMX-dən veriblər. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.
    05.08.11 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisi Masallıda Dəyirmi masa keçirilib
    Bu gün ATƏT-in Bakı Ofisi və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi məişət zorakılığının qarşısının alınmasında yerli icmaların roluna həsr olunmuş Dəyirmi masa keçirilib. ATƏT-in Bakı ofisindən “KƏLAMİNFO”a verilən məlumata görə, tədbir Masallı rayonunda təşkil olunub və ətraf rayonlardan olan nümayəndələr də müzakirələrdə iştirak edib.
    05.08.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə valideynləri saxta yollardan çəkinməyə çağırdı
    “Bəzi valideynlər övladlarını saxta yolla xarici ölkələrdə ali məktəblərə qəbul etdirməyə cəhd edirlər. Mən onları bu yoldan çəkinməyə çağırıram, əks halda, dövlət onların hüquqlarını qorumayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O, təəssüflə qeyd edib ki, bundan əvvəlki illərdə də belə faktlar müşahidə olunub və həmin valideynlər hansısa uğursuzluqla rastlaşdıqda hüquqlarını dövlətdən tələb etməyə cəhd edirlər. “Bu, yerli universitetlərdə də baş verir. Məsələn, ötən illərdə Azərbaycan Beynəlxalq Universiteti və Azərbaycan Universitetində bu hal bomba kimi “partladı”. Qanunsuz tələbələri qəbul edir, pulla oxudurlar və sonda onlara diploma verilmir” - deyə TQDK sədri bildirib. M.Abbaszadə deyib ki, insanlar belə fırıldaq işlərdə könüllü iştirak edir, sonra isə dövlətdən nəsə tələb edirlər.
    05.08.11 Məqaləni oxumaq
     
    TQDK II ixtisas qrupu ilə bağlı ayrıca qərar qəbul etdi
    Cari tədris ilində ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələri avqustun 10-da açıqlanacaq. “KƏLAMİNFO”un məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qeyd edib ki, müsabiqəyə buraxılan, lakin qəbul ola bilməyən abituriyentlər indidən seçdikləri ixtisasları ərizələrinə əlavə edərək təsdiqləyə bilərlər. TQDK sədri əlavə yerləşdirmə ilə əlaqədar II ixtisas qrupu ilə bağlı ayrıca qərar qəbul edildiyini də açıqlayıb. Onun sözlərinə görə, II qrupda rus bölməsi üzrə 294, Azərbaycan bölməsi üzrə isə 89 boş yer qalıb. Birgə müsabiqə üzrə boş qalan yerlərin sayı 280-dir. Ümumilikdə II qrup üzrə 663 vakant yer var. “II ixtisas qrupunda Azərbaycan bölməsi üzrə müsabiqəyə buraxılanlardan 1119 abituriyent ali məktəbə qəbul ola bilməyib. Ona görə də həmin abituriyentlərin ali məktəbə qəbul olmaq şansını artırmaq üçün boş qalmış 663 yerin birgə müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edilib” - deyə M.Abbaszadə əlavə edib.
    05.08.11 Məqaləni oxumaq
     
    Ali məktəblərə qəbul planı 93,36 faiz yerinə yetirilib
    Bu il ali məktəblərə qəbul planı 93,36 faiz yerinə yetirilib. “KƏLAMİNFO” xəbər verir ki, bunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, 2011/2012-ci tədris ili üçün keçirilən test imtahanları nəticəsində ali təhsil müəssisələrində ayrılan 31 min 419 plan yerinə 29 min 332 abituriyent qəbul olunub. “I qrup üzrə 9047, II qrup üzrə 8325, III qrup üzrə 8258, IV qrup üzrə 3702 nəfər tələbə adını qazanıb” - deyə M.Abbaszadə vurğulayıb. TQDK sədri deyib ki, abituriyentlər ali məktəblərin boş qalan yerləri ilə yanaşı, orta ixtisas məktəblərinin də müvafiq ixtisasını seçə bilərlər.
    05.08.11 Məqaləni oxumaq
     
    55 nəfər ali məktəbə müsabiqədənkənar qəbul olunub
    Cari tədris ilində ali məktəblərə qəbul imtahanlarında 55 nəfər seçdikləri ixtisaslara müsabiqədənkənar qəbul olunub. “KƏLAMİNFO” xəbər verir ki, bunu mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, 2011-2012-ci tədris ili üçün ali məktəblərdə 2087 vakant yer qalıb. “Ali təhsil müəssisələrində boş qalan yerlərə tələbə qəbulu müsabiqəsində I qrup üzrə ümumi balı 200-dən, II və III qrup üzrə 250-dən, IV qrup üzrə isə 350-dən çox olan abituriyentlər iştirak edə bilərlər. Bu yerlərin 776-sı I, 660-ı II, 556-sı III, 92-si isə IV qrup üzrədir. Vakant yerlər əsasən özəl ali məktəblərdə qalıb” - deyə M.Abbaszadə vurğulayıb. Onun sözlərinə görə, özəl ali məktəblər arasında ən yaxşı nəticə göstərənlər plan yerləri 96 faiz dolan Qafqaz Universiteti və plan yerləri 94 faiz dolan Xəzər Universitetidir. “Özəl ali məktəblər arasında ən aşağı nəticəni Asiya və Odlar Yurdu universitetləri göstərib. Hər iki ali məktəbin plan yerləri 46 faiz dolub” - deyə o, əlavə edib.
    05.08.11 Məqaləni oxumaq
     
    Bakının mərkəzində 2012-ci ilədək 75 yeraltı keçid tikiləcək
    Yaxın vaxtlarda Şəhidlər xiyabanı yaxınlığında bir neçə istiqamətə çıxışı olan yeraltı piyada keçidinin inşasına başlanılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, bu istiqamətdə yeraltı piyada keçidi yol hərəkətinin təhlükəsizliyi baxımından zəruridir. Hazırda Bakının bir çox yerində yeraltı piyada keçidləri tikilir. Ümumiyyətlə, 2012-ci ilədək Bakının mərkəzi hissələrində 75 yeraltı keçidin inşası nəzərdə tutulur. Həmçinin avtomobil dayanacaqlarının inşası da planlaşdırılır.
    05.08.11 Məqaləni oxumaq
     
    General-mayor Yücel Karauz Türkiyənin Azərbaycana hərbi attaşesi təyin edilib
    Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin olunub. “KƏLAMİNFO” Türkiyə mətbuatına itinadən xəbər verir ki, yeni hərbi attaşenin təyinatı ilə bağlı qərar Ali Hərbi Şurada qəbul edilib. Şuranın qərarı ilə general-mayor Yücel Karauz Azərbaycana hərbi attaşe təyin edilib. O, bu postda general-mayor Özhan Ayaşı əvəz edəcək.
    05.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Avq.2011
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031