Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2011
    Səhifələr : #  20 21 22 23 24 25 26 27 28  #
    Narkodiler 1500 nəfərin qətlini həyata keçirib
    Meksikanın «Xuares» narkokartellərindən birinin rəhbəri Antonio Aqosta Ernandes narkomüharibə gedişində 1500 qətldə əli olduğunu bəyan edib. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə «Lenta.ru» «Associated Press»ə istinadən məlumat yayıb. Narkodiler, həmçinin 2010-cu ildə Syudad-Xuraes şəhərində avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində baş verən irimiqyaslı ölüm halında günahlandırılıb. Hüquq-mühafizə orqanları onu, həmçinin ABŞ səfirliyinin əməkdaşı və onun ərinin ölümündə də təqsirli bilirlər. Polisdə hesab edirlər ki, Ernandes hər bir qətllə bağlı şəxsən qərar verirmiş. Meksika polisi yaxın vaxtlarda ABŞ hakimiyyət orqanlarına onun ekstradisiyası ilə bağlı sorğu göndərəcək. Ernandes iyulun 29-da həbs edilib. Keçmiş polis zabiti olan Ernandesin tutulması üçün Meksikanın hakimiyyət orqanları 1,25 mln. dollar sərf edib.
    01.08.11 Məqaləni oxumaq
     
    Suriyanın Hama şəhərində 140 adam ölüb
    Suriyanın Hama şəhərində nümayişçilərlə hərbçilər arasında baş verən toqquşmalar nəticəsində 140 adam ölüb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, şəhərə yeridilən tanklar adamlara atəş açılıb. ABŞ və Avropa Birliyi Dəməşqə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. BMT-nin baş katibi Pan Gi Mun bir daha Suriya hakimiyyətini zorakılığa son qoymağa çağırıb.
    01.08.11 Məqaləni oxumaq
     
    3 liviyalı jurnalist həlak oldu
    Liviyada artıq 6 aydır ki, qarşıdurmalar davam edir. NATO tәyyarәlәrinin Liviya dövlәt televiziyasının peyk sistemini bombalaması nəticəsində 3 liviyalı jurnalist hәlak olub, 15 nәfәr isə xәsarәt alıb. «KƏLAMİNFO» «İTAR TASS»a istinadən xəbər verir ki, «Әl Cәmahiriyyә» televiziyasının rәhbәri Xalid Baziliya hücumu beynәlxalq terror aktı olaraq xarakterizә edib. NATO-dan verilәn açıqlamada isә televiziyanın Qәddafi ilə bağlı terror verilişlәrinә son qoymaq mәqsәdi ilә bombardman edildiyi bildirilib. Müxaliflәrin komandiri Abdülfәttah Yunisi isə Qәddafiyә qarşı mübarizә aparan qruplardan birinin liderinin qәtlә yetirildiyini bildirib. Qeyd edək ki, uzun illәr Qәddafi rəhbərliyində yer alan Yunis daxili işlәr naziri ikən müxaliflәrin tərəfinə keçərək onların komandiri vәzifәsini öhdәsinә götürüb.
    01.08.11 Məqaləni oxumaq
     
    Azərbaycanda temperatur iqlim normasından kifayət qədər yüksək olacaq
    Azərbaycanda avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən veriblər. Yağıntıların da ay ərzində Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 27-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 38-42 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
    01.08.11 Məqaləni oxumaq
     
    Əli Abbasov rəqəmli TV-nin təşkilinə dair Tədbirlər Planını təsdiq edib
    Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə rəqəmli TV-nin təşkilinə dair Tədbirlər Planını təsdiq edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşviq Əmirov verib. O, qeyd edib ki, Tədbirlər Planında respublikada əhali yaşayan ərazilərin ən azı 85 faizini əhatə edəcək 1 paketdən ibarət “DVB-T” rəqəmli TV yayımının tətbiq ediləcəyi qeyd olunur.
    01.08.11 Məqaləni oxumaq
     
    BAXCP yeni kampaniyaya start verdi
    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) yeni kampaniyaya start verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya partiyadan veriblər. Partiyadan bildirilir ki, fəaliyyət istiqamətləri və prioritetləri hər kəsə bəlli olan bir qrup nüfuz müvəkkili tərəfindən “Azad müsiqi azad olmayan ölkədə” adlı təxribat xarakterli kampaniyaya başlanılıb. BAXCP sədri Qüdrət Həsənquliyev isə “Eurovision-2012” mahnı müsabiqəsi öncəsi diqqəti Azərbaycan torpaqlarının işğalına yönəltmək üçün yeni təşəbbüslə çıxış edib. Q.Həsənquliyev ölkənin ərazi bütövlüyünün bərpa olunmasını arzulayan hər kəsi “Azad musiqi torpaqları işğal altında olan ölkədə” kampaniyasına qoşulmağa və dəstək verməyə çağırıb. Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində qələbəsindən sonra bəyanatla çıxış edən BAXCP ölkənin bütün siyasi qüvvələrini 1 il müddətinə kütləvi aksiyalara moratorium qoymağa çağırmışdı.
    01.08.11 Məqaləni oxumaq
     
    Rusların 17 faizi Ermənistanı Rusiyaya birləşdirmək istəyir
    Rusların 17 faizi Ermənistanın Rusiyaya birləşməsini mümkün hesab edir. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (Levada) keçirdiyi sosioloji sorğunun nəticələri bu qənaətə gəlməyə əsas verir. Rəy zamanı müəyyən olunub ki, rusların 36 faizi hansısa bir dövlətlə ittifaqa girməyin əleyhinədir. Analoji sorğu ötən il keçirilən zaman bu suala 40 faiz respondent “yox” cavabı vermişdi. Birləşmiş SSRİ-yə gəldikdə, burada respondentlərin 20 faizi, ya da hər 5 respondentdən biri belə bir qurumda yaşamaq istədiyini bildiriblər. Ukrayna, Belarus, Qazaxıstanla rəyi soruşulanların 17 faizi vahid dövlətdə birləşmək istəyərdi. Avropa ilə daha az -13 faiz. O ki qaldı MDB-yə, yalnız 10 faiz belə bir ittifaqda yaşamağı istəyir. Ötən sorğuda isə bu rəqəm 4 faiz idi. Rusların daha çox birləşmək istədikləri ölkə Belarus (35), Ukrayna (33), Qazaxıstan (27 faiz) olub. Sonrakı yerlərdə Ermənistan - 17, Moldova - 16, Azərbaycan -14, Tacikistan və Qırğızıstan hər biri ayrılıqda 12 faizlə gəlir.
    01.08.11 Məqaləni oxumaq
     
    Araz Əlizadə: “Qarabağ probleminin həlli üçün peşəkar ordu yaratmalıyıq”
    “Bundan sonra çətin ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə görüşü keçirilsin”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Araz Əlizadə bildirib. O qeyd edib ki, bu üçlük danışıqlardan heç bir şey gözləmir. “Qarabağ probleminin həlli üçün Azərbaycanda peşəkar ordu yaratmalıyıq və yaradırıq. Bundan sonra da müharibə yolu ilə torpaqlarımızı azad etməliyik. Ayrı çıxış yolu yoxdur. Bu mənim hər zamankı mövqeyimdir” - deyə politoloq vurğulayıb. Qeyd edək ki, ötən həftə Rusiya Prezident Administrasiyası yaxın vaxtlarda Soçidə Ermənistan və Azərbaycan prezidentləri arasında növbəti görüşün təşkilinin planlaşdırılması barədə məlumat yayıb. Bu dəfə görüşə ABŞ və Fransa prezidentlərinin də qatılacağı istisna deyil.
    01.08.11 Məqaləni oxumaq
     
    Ekspert: “Rəsmi Bakı Ərdoğana səmimi cavab verdi”
    “Şübhəsiz ki, Türkiyə baş naziri R.T.Ərdoğanın Bakı səfərində bağlı qapılar arxasında ciddi müzakirələr gedib”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspertin fikrincə, əslində həllini gözləyən mövzular artıq məlumdur. “Birincisi, Azərbaycan qazının Türkiyə üzərindən üçüncü ölkələrə daşınmasının iqtisadi-texniki məsələləri həll olunmayıb və bu proses uzanır. Təsadüfi deyil ki, R.T.Ərdoğan danışıqların sonrakı mərhələsini gözləmədən bu mövzunu nazirinə tapşıraraq Bakını tərk edib. Demək müzakirələr hələ çox çəkəcək. Elə Azərbaycan rəsmiləri də Türkiyə ilə tranzit anlaşmasıyla bağlı danışıqlarda mühüm amillərin hələ həll olunmadığını etiraf edirlər. İkincisi, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyəti dalana dirənib. Halbuki Şuranın yaradılmasına dair anlaşma Ərdoğanla İlham Əliyev arasında hələ ötən ilin sentyabrında İstanbulda imzalanmışdı. Qurumun komitələri də indiyə qədər formalaşdırılmayıb”,-deyə E.Şahinoğlu vurğulayıb.
    01.08.11 Məqaləni oxumaq
     
    Azərbaycanın xaricdəki hərbi attaşelərinin toplantısı keçiriləcək
    Azərbaycanın xaricdəki hərbi attaşelərinin toplantısı keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Avqustun 3-dən 5-dək Bakıda keçiriləcək toplantıda Azərbaycan Silahlı Qüvvələrin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələri iştirak edəcək. Qeyd edək ki, hərbi attaşelərin toplantısı ildə bir dəfə keçirilir.
    01.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  20 21 22 23 24 25 26 27 28  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Avq.2011
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031