|
Səhifələr : # 4 5 6 7 8 9 10 11 12 #
"Gündəm xəbər" qəzetinin təsisçisi barəsində cinayət işi başlanıb
|
"Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri barəsində cinayət işi başlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Baş Prokurorluğun mətbuat xidmətindən veriblər.
Azərbaycan Mətbuat Şurasının "Qara Siyahısı"na daxil edilən "Gündəm xəbər" qəzetində şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşıldığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığına, "Jurnalistlərin peşə davranışı qaydaları"nın mütəmadi pozulduğuna görə müvafiq tədbirlər görülməsi barədə Şuranın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
|
19.08.11 Məqaləni oxumaq
|
|
|
Türkiyənin müdafiə naziri: “Bunlar etdiklərinin qarşılığını görəcək”
|
Türkiyənin Hakkari vilayətinin Çuxurca kəndində baş verən hadisəyə bu ölkənin müdafiə naziri İsmət Yılmaz münasibət bildirib. “KƏLAMİNFO” “Cnn Türk”ə istinadən xəbər verir ki, hücumdan sonra nazir İsmət Yılmaz deyib ki, PKK terrorla istəyinə nail ola bilməyəcək: “Onlar xəyalla məşğul olurlar. Terrorla Türkiyə Cümhuriyyətindən ala biləcəkləri heç bir şey yoxdur. Türkiyə Cümhuriyyəti bölgədə həm iqtisadi, həm hərbi baxımdan hər kəsin düşünə bilmədiyi qədər liderdir. Yaxşı bunlar nə edəcəklər? Bunlar yalnız bizim səbrimizi daşdırmağa çalışırlar. Onlar hüquq, qayda tanımırlar. İstəyirlər ki, bizi də özlərinə bənzətsinlər. Odur ki, dövlətlə şəbəkə arasındakı fərq budur. Biz hüquq və demokratiya içərisində bunları dəf edəcəyik. Etdiyimizi də hər kəs görəcək”,-deyən İ.Yılmaz deyib ki, onların etdiyi yalnız zülm, təhdid, terrordur: “Amma bunlar etdiklərinin qarşılığını görəcək”.
|
19.08.11 Məqaləni oxumaq
|
|
|
Mərkəzi Seçki Komissiyasının üzvlərinə vəsiqələr təqdim olunub
|
Mərkəzi Seçki Komissiyasının üzvlərinə vəsiqələr təqdim olunub. “KƏLAMİNFO” xəbər verir ki, vəsiqələri bu gün keçirilən iclasda MSK sədri Məzahir Pənahov paylayıb.
“Seçki qanunvericiliyinə uyğun olaraq MSK hər beş ildən bir, parlament seçkilərindən sonra formalaşır. 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərindən sonra, 2011-ci ilin fevral ayında MSK yenidən formalaşıb. MSK-nın 18 üzvü var. Onlardan 6-sı parlamentdə çoxluq təşkil edən partiyaların nümayəndələri, 6-sı azlıq təşkil edən partiyaların nümayəndələri, 6-sı isə bitərəf deputatların nümayəndələridir. Mən ümid edirəm ki, komissiyamızın üzvləri onlara göstərilən etimadı layiqincə doğruldacaqlar” - deyə MSK sədri əlavə edib.
|
19.08.11 Məqaləni oxumaq
|
|
|
Bu il boş qalan bələdiyyələrə seçkilər keçiriləcək
|
Bu il Azərbaycanda boş qalan bələdiyyələrə seçkilər keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. “Ötən bələdiyyə seçkilərindən sonra bir neçə bələdiyyədə problemlər yaranıb və bələdiyyələr buraxılıb. Ona görə də 9 bələdiyyədə boş qalan yerlərə seçkilər keçiriləcək. Bələdiyyə seçkilərinin keçirilməsi bu il bizim qarşımızda duran əsas məsələdir. Ona görə də çalışacağıq ki, bu il ərzində sözügedən məsələni reallaşdıraq" – deyə o qeyd edib.
|
19.08.11 Məqaləni oxumaq
|
|
|
Aşağı seçki komissiyalarının üzvləri üçün kurslar təşkil olunacaq
|
Aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kurslar təşkil olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov söyləyib. Onun sözlərinə əsasən, müvafiq milli fəaliyyət planına uyğun olaraq aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kurslar təşkil olunacaq. “Bu həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən müsbət qarşılanıb. Ölkədə belə maarifləndirməyə olduqca böyük ehtiyac var. Biz çalışırıq ki, beynəlxalq seçki sisteminə uyğunlaşaq. Kurslarda mühazirələr dinləniləcək və bu mühazirələri mütəxəssislər aparacaq” - deyə o qeyd edib. M.Pənahov, həmçinin əlavə edib ki, maarifləndirmə işi əsasən seçkiqabağı aparılacaq.
|
19.08.11 Məqaləni oxumaq
|
|
|
“Facebook” üsyançılarına həbs qərarı çıxarılıb
|
İngiltərədə keçən həftə şiddət və ölümlərlə izlənən üsyanlardan sonra ölkənin təhlükəsizlik xidməti əməkdaşları axtarışlara davam edib. Dünən internetdən paylaşılan çağırışlarla insanları üsyana səsləyən iki nəfər 4 il həbsə məhkum edilib. “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, “Facebook” sosial şəbəkəsindəki “Norviki darmadağın edək” statusunu paylaşdığına və insanları buna dəstək verməyə çağıran 21 yaşlı Cordan Blekşou və 22 yaşlı Perri Kinan “internet üzərindən üsyana və dövlət çevrilişinə cəhd” ittihamı ilə 4 il həbsə məhkum edilib. Baş verənlərlə bağlı hakimlər də sərt mövqe tutublar. Belə ki, hadisələrlə bağlı hakim qarşısına çıxan 1300 nəfərdən 700-ü müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.
|
18.08.11 Məqaləni oxumaq
|
|
|
ABŞ-da sahibkarlarla rəsmilər üz-üzə gəlib
|
ABŞ-ın beş nəhəng siqaret istehsalçısı şirkəti üzərində siqaret çəkməməyə çağıran şəklin məhsulun üzərinə vurulmasını məcburi edən rəsmilərə dava açıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, şirkət sahibləri “siqaret sağlamlığa təhlükədir” mesajı verən etiketlərin vuruluması məcburiyyətinin qaldırılmasını istəyir. Şirkət hüquqşünasları bu qərarın sahibkarlıq hüquqlarına zidd olduğunu iddia edir. Amerika Qida və Dərman İstehsalı Qurumu isə siqaret istehsal edən şirkətlər üçün müzakirə obyekti olan şəklin vurulmasını məcburi etməkdə israrlıdır. Məcburi vurulacaq etiket şəkillər arasında çürük diş, xəstə ağciyər, infarkt keçirmiş ürək və astma xəstələrinin şəkilləri də var. Rəsmilərə və yuxarıda adıçəkilən şirkəti məhkəməyə verən Reynolds, Lorillard, Commonwealth, Ligett və Santa Fe Natural şirkətlərinin hüquqşünasları 41 səhifəlik şikayət ərizəsi təqdim ediblər.
|
18.08.11 Məqaləni oxumaq
|
|
|
Nazirlik dövlət orqanları ilə bağlı sorğuya start verib
|
Rabitə və İnformasiya Texnologiya Nazirliyinin mətbuat xidməti yeni sorğuya başlayıb. Sorğu Azərbaycanda dövlət orqanlarında elektron xidmətlərlə bağlıdır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər.
“Hansı dövlət orqanında elektron xidmətlərinin səviyyəsini yüksək qiymətləndirirsiniz?” başlığı altında keçirilən sorğu 1 ay ərzində davam edəcək. Sorğunun keçirilməsində məqsəd informasiya cəmiyyətinin təşəkkül tapdığı bir vaxtda dövlət orqanlarında elektron xidmətlərin səviyyəsini müəyyən etməkdir.
Sorğuda iştirak etmək üçün hər İP ünvandan bir dəfə səs vermək olar. Bunun üçün xidmətin www.ictnews.az saytında xüsusi rubrika yerləşdirilib.
|
18.08.11 Məqaləni oxumaq
|
|
|
İƏT-in üzvü olan ölkələrin səfirləri “Somaliyə yardım” beynəlxalq xeyriyyə kampaniyasına qoşulublar
|
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) İslam Əməkdaşlığı Təşkilatının (İƏT) üzvü olan ölkələrin Bakıda akkreditə olunmuş səfirliklərinin nümayəndələri üçün ənənəvi iftar süfrəsi təşkil edib. İKGF-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, iftarda qonaqlara Forumun beşillik fəaliyyəti, həyata keçirdiyi layihələr – Sivilizasiyaların Alyansı uğrunda Qlobal Gənclər Hərəkatı, “İslam Əməkdaşlığı Təşkilatı Modeli” adlı Beynəlxalq münasibətlər üzrə Təhsil Proqramı, “Xocalıya ədalət!” kampaniyası, Gənc İş Adamları Beynəlxalq Şəbəkəsi haqqında məlumat slayd-şou formatında təqdimat olunub.
|
18.08.11 Məqaləni oxumaq
|
|
|
Qırğızıstanda prezident seçkilərində iştirak etmək istəyən 83 namizəd var
|
Bu il Qırğızıstanda keçiriləcək prezident seçkilərinə namizədlərin sayı açıqlanıb. “KƏLAMİNFO” xarici mətbuata istinadən xəbər verir ki, Qırğızıstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində iştirak edəcək 83 namizədin qeydiyyatdan keçdiyini bildirib. Onların 16 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, 67 nəfərinin isə müstəqil namizəd kimi irəli sürülüb.
Qeyd edək ki, bu namizədlər seçkilərdə iştirakları üçün tam hüquq qazanmaq üçün 3 min imza toplamalı, 2 min dollar məbləğində pul köçürməlidir. Əsas şərtlərdən biri isə namizədlərin sentyabrın 25-dək qırğız dilindən imtahan verməsidir.
Qabaqcıl namizədlər siyahısında isə Qırğızıstanın hazırkı Baş naziri, Sosial Demokrat Partiyasının sədri Almazbek Atambayev və millətçi Ata Jurt Partiyasının sədri Kamçubek Taşiyev qərar tutub.
Xatırladaq ki, Qırğızıstanda prezident seçkiləri cari ilin oktyabrın 30-da keçiriləcək.
|
18.08.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 4 5 6 7 8 9 10 11 12 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|