Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2011
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Elmar Məmmədyarova təşəkkür məktubu gəlib
    Afrika İttifaqı Komissiyasının sədri Jan Ping Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür məktubu göndərib. Xarici İşlər Nazirliyindən ”KƏLAMİNFO”ya verilən məlumata görə, məktubda Afrika İttifaqının Komissiyasının sədri Afrika İttifaqı təşkilatı adından Somalidə yaşanan humanitar faciənin aradan qaldırılması üçün Azərbaycanın Somali xalqına etdiyi maliyyə yardımına görə Azərbaycan prezidenti, Azərbaycan Hökuməti və bütün Azərbaycan xalqına səmimi təşəkkürünü bildirib.
    20.08.11 Məqaləni oxumaq
     
    Şəmkirdə aparılan arxeoloji qazıntıların təqdimatı keçiriləcək
    Avqustun 20-si Şəmkir rayonunun Qaracəmirli qədim yaşayış məskəni ərazisində aşkar edilən maddi-mədəniyyət nümunələrinin təqdimat mərasimi keçiriləcək. AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimovun iştirakı ilə keçiriləcək təqdimat Şəmkirdə reallaşacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə institut əməkdaşları Şəmkirin köhnə yaşayış məskənlərindən hesab olunan Qaracəmirli kəndində apardıqları arxeoloji qazıntılar zamanı eramızdan əvvəlki əsrlərə təsadüf edən şəhər yerini müəyyən ediblər. Burada Qafqazın ən qədim tikilisi, təxminən 2500 il bundan öncə inşa olunan saray tipli inzibati bina aşkarlanıb.
    19.08.11 Məqaləni oxumaq
     
    Yaponiyada sunami xəbərdarlığı
    Yaponiyada 6.8 ballıq zəlzələ qeydə alınıb. “KƏLAMİNFO” CNN-ə istinadən xəbər verir ki, ölkənin cənub-şərq ərazilərində sunami xəbərdarlığı edilib.
    19.08.11 Məqaləni oxumaq
     
    TQDK jurnalistləri mükafatlandırdı
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprel ayında jurnalistlər arasında elan etdiyi müsabiqənin qaliblərini mükafatlandırıb. “KƏLAMİNFO” xəbər verir ki, iki nominasiya üzrə aparılan müsabiqə 2011-2012-ci il tədris ili üçün ali və orta ixtisas tədris müəssisələrində qəbul kampaniyasının gedişinə həsr olunub. Mükafatlandırmada ən yaxşı televiziya reportajı nominasiyası üzrə birinci yeri “Xəzər” Televiziyasından Firüzə Qurbanlı (800 manat), ikinci yeri Azərbaycan Dövlət Televiziyasından Ramin Qurbanov (600 manat), üçüncü yeri İctimai Televiziyanın əməkdaşı Ülviyyə Əlləzova (400 manat) tutub. Ən yaxşı məqalə nominasiyası üzrə birinci yer “Üç nöqtə” qəzetini əməkdaşı Xalid Vahidoğluna (800 manat), ikinci yer “Trend” İnformasiya Agentliyindən İlhamə İsabalayevaya (600 manat), üçüncü yer APA- İnformasiya Agentliyindən Kəmalə Quliyevaya (400 manat) verilib.
    19.08.11 Məqaləni oxumaq
     
    53 məzunun 49-u respublika, 4 isə xarici ölkələrin ali məktəblərinə qəbul olub
    2010-2011-ci il tədris ilini qızıl və gümüş medallarla başa vuran məzunlar yüksək balla Azərbaycan və digər ölkələrin ali məktəblərinə qəbul olublar. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil nazirinin təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrində qeyd edilib. Qeyd olunub ki, Azərbaycanın təhsil tarixində ilk dəfə qızıl medala layiq görülən 37 nəfər, gümüş medalla təltif olunan 16 nəfər məzundan 49-u respublika, 4 nəfəri isə xarici ölkələrin ali məktəblərinə yüksək balla qəbul olunublar.
    19.08.11 Məqaləni oxumaq
     
    Məktəb direktorları yuxarı siniflərdə dərsə davamiyyətin normal təşkilini təmin edə bilmirlər
    “Etiraf etmək lazımdır ki, ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyəti müasir dövrün tələblərinə tam cavab vermir, bu sahədə problemlər hələ də qalmaqdadır. Təhsil orqanları tərəfindən məktəb rəhbərlərinin vəzifə funksiyalarını lazımi səviyyədə yerinə yetirmələrinə ciddi nəzarət olunmur, idarəetmənin hesabat vermə, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında qurulması diqqətdən kənarda qalıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil nazirinin təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrində əks olunub.
    19.08.11 Məqaləni oxumaq
     
    Bölgələrdəki məktəblərə 2 mln. manat dəyərində ləvazimat verilib
    2011-2012-ci dərs ilində ölkədə 12180 nəfər şagird yerlik yeni 47 məktəb tikilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil nazirinin Təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrində qeyd edilib. Bundan başqa, Lənkəran şəhəri 4 nömrəli məktəbdə 560 yerlik əlavə 28 sinif otağı inşa olunub. Yeni dərs ili ərəfəsində 6 məktəb əsaslı təmir edilib. Eyni zamanda, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Məlumata görə, 2010-2011-ci dərs ili ərəfəsində respublikada 9380 yerlik 26 məktəb istifadəyə verilib, 12 məktəb və 6 uşaq bağçası əsaslı təmir edilib. 50-dən artıq rayonun ümumtəhsil məktəblərinə 2009-2010-cu dərs ilində olduğu kimi, 27414 parta, 2315 yazı lövhəsi, 4313 müəllim stolu, 7662 müəllim stulu göndərilib.
    19.08.11 Məqaləni oxumaq
     
    Ali məktəblərə qəbul olunan tələbələrin 96,29 faizi qeydiyyatdan keçib
    Cari tədris ili üçün ali məktəbə qəbulla bağlı bu günə qədər dövlət sifarişli yerlərin 99,15 faizi, ümumilikdə isə ali məktəblərə qəbul olunan tələbələrin 96,29 faizi qeydiyyatdan keçib. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, dövlət ali məktəblərində yerlərin 95 faizindən çoxu dolub. “Özəl təhsil müəssisələrində isə rəqəmlər müxtəlifdir. Özəl universitetlər arasında ən yüksən qəbul göstəricisi Qərb, Qafqaz və Xəzər universitetlərinə aiddir” - deyə TQDK sədri vurğulayıb. Onun sözlərinə görə, sentyabrın ayının 1-dən etibarən ali məktəblərə əmrlər daxil olacaq. M.Abbaszadə onu da deyib ki, avqustun 28-də orta ixtisas təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanının nəticəsinin açıqlanması Ramazan bayramı ilə əlaqədar gecikəcək. O qeyd edib ki, adətən imtahanın nəticəsi 1 gün sonra açıqlansa da, bu il həmin ərəfə Ramazan bayramına düşdüyündən nəticələr sentyabrın 2-də açıqlanacaq.
    19.08.11 Məqaləni oxumaq
     
    Ermənistanın hakim düşərgəsində kompromat savaşı başlayacaq
    Qarşıdan gələn payız aylarında tək hakimiyyətlə müxalifət arasında deyil, həmçinin hakim düşərgənin içində də kompromat savaşı başlayacaq. «KƏLAMİNFO» «Qraparak» qəzetinə istinadən məlumat verir ki, qarşıdan gələn parlament seçkilərində Respublika Partiyasının proporsional siyahısına düşmək uğrunda mübarizə o qədər gərgin keçir ki, bir sıra hakimiyyət dairələri bir-birinə qarşı kompromat savaşına çıxıblar. Bir qrup çalışır ki, digər qrupun nüfuzunu aşağı salsın və bundan sonra da Serj Sarkisyan yerdəyişmələr etsin. Qəzetin yazdığına görə, hazırda ən çox kompromat təhsil naziri Armen Aşotyana və vitse-spiker Smavel Nikoyana, eləcə də Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanova qarşı toplanıb. Məhz onların çiyninə də Serj Sarkisyan və hakim Respublika Partiyasının piarını aparmaq düşüb. Kompromatlar çox yaxın vaxtlarda elektron KİV və yaxud qəzet səhifələrində görünəcək.
    19.08.11 Məqaləni oxumaq
     
    Politoloq: “Rusiyada seçki qabağı mübarizədə Qarabağ siyasəti ciddi kart kimi oynanılır”
    “Hazırda Qarabağ problemi ilə bağlı danışıqlarda irəliləyiş məsələnin açarı rolunu oynayan Moskvadakı vəziyyətdən, daha doğrusu Baş nazir Vladimir Putin və prezident Dmitri Medvedev qarşıdurmasının nəticələrindən asılıdır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. Politoloq deyib ki, Kremldəki bu vəziyyətin də nə ilə bitəcəyini indi heç kəs bilmir. “Yəni, Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın bir qanadından aldığı əmrlərə tabedir. O qanad, Qarabağ münaqişəsinin həllində ümumiyyətlə maraqlı deyil. D.Medvedev isə istərdi ki, hansısa inkişaf olsun. Lakin, onun gücü S.Sarkisyanı inandırmağa çatmır. Beləcə, hər hansısa irəliləyiş üçün mən əsas görmürəm”,-deyə R.Ağayev vurğulayıb.
    19.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Avq.2011
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031