|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
Böyük Britaniya Azərbaycanla hərbi əməkdaşlıq barədə saziş imzalamaq istəyir
|
Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı müdafiə qərargahı rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavini, aviasiya vitse-marşalı Qraham Hovardı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, S.Əbiyev Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğalı barədə qonağı məlumatlandıraraq qeyd edib ki, artıq 20 ildir bu təcavüz davam edir. Minsk Qrupu tərəfindən aparılan danışıqlar heç bir nəticə verməyib. BMT-nin 4 qətnaməsi də indiyədək icra olunmayıb. Nazir belə bir xoşagəlməz vəziyyətin hökm sürməsini dünyada hələ də ikili standartların mövcud olması ilə əlaqələndirib.
Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsinə də diqqət yetirilib.
Qonaq hərbi sahədə inkişafa nail olmaq üçün Böyük Britaniyanın fəaliyyətini artıracağını bildirərək deyib ki, artıq ikitərəfli hərbi əməkdaşlıq barədə sazişin imzalanmasının vaxtı çatıb. S.Əbiyev bu təkliflə razılaşıb.
|
24.08.11 Məqaləni oxumaq
|
|
|
Ermənilər Füzuli və Ağdam istiqamətdə atəşkəsi pozub
|
Ermənilər avqustun 22-də saat 22.10-dan 22.20-dək və 23.30-dan 23.35-dək Ağdam rayonu Kəngərli və Şüraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10.30-dan 10.50-dək və 22.45-dən 23.05-dək Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
|
23.08.11 Məqaləni oxumaq
|
|
|
Riyaziyyat müəllimi işləmək istəyənlər üçün imtahan keçirilir
|
Bu gün Təhsil Nazirliyi sistemindəki ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, riyaziyyat müəllimi işləmək istəyənlər üçün keçirilən imtahan iki gün davam edəcək. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində reallaşan imtahan bu gün səhər saat 9:00-da başlayıb və saat 18.00-da başa çatacaq. Hər bir namizəd kompyuter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək.
Qeyd edək ki, hazırda ölkədə riyaziyyat müəllimliyi ixtisası üzrə 185 vakant yer var. Vakant yerlərdən 26-sı Bakı şəhəri, 159-u isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 1018 nəfər ərizə verib. Bundan sonrakı imtahanlar isə informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə keçiriləcək.
|
23.08.11 Məqaləni oxumaq
|
|
|
Qəddafi Venesuelaya qaçıb
|
Liviyalı üsyançıların paytaxt Tripolini tutması və şəhərin əksər ərazilərində idarəetməni ələ alması və əhalinin üsyançılara dəstək verməsi Qəddafinin vəziyyətini ağırlaşdırıb. “KƏLAMİNFO” “SkyNews”a istinadən xəbər verir ki, yayılan ilkin qeyri-rəsmi məlumatlara görə, general Venesuelaya qaçıb. Onun üç oğlunun üsyançılar tərəfindən əsir alındığı bildirilir. Lakin Qəddafinin ordusunun heç bir müqavimət göstərməməsi və şəhərin üsyançılar tərəfindən tutulmuş heç bir ərazisində olmaması şübhə doğurub.
|
23.08.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib
|
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıcı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu gün keçirilən görüş zamanı Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfir Hulusi Kılıc Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, briqada generalı Yüçel Karaüzü müdafiə naziri Səfər Əbiyevə təqdim edib.
|
23.08.11 Məqaləni oxumaq
|
|
|
Bir sıra dövlətlərin BMT yanında daimi nümayəndələrinin Azərbaycana səfəri başlayır
|
Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələrinin Azərbaycana səfəri başlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyindən veriblər. Səfər zamanı qonaqlar baş nazir Artur Rasi-zadə tərəfindən qəbul ediləcəklər. Eyni zamanda, Milli Məclis, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Diplomatik Akademiyası və Dövlət Neft Şirkətində qonaqlarla görüşlər keçiriləcək. Səfirlər Fəxri Xiyaban və Şəhidlər Xiyabanını da ziyarət edəcəklər.
BMT yanında daimi nümayəndələrin səfər çərçivəsində onların Quba şəhərinə səfəri də nəzərdə tutulub. Burada onlar kütləvi məzarlıqla, eyni zamanda Quba şəhəri ilə yaxından tanış olacaqlar.
Səfər 27 avqust 2011-ci il tarixinədək davam edəcək.
|
23.08.11 Məqaləni oxumaq
|
|
|
Məhkumlara psixoloji dəstək istiqamətində layihə həyata keçirilir
|
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Avropa Şurası, Avropa Gənclər Fondunun dəstəyi ilə “Gənc Məhkumlara Psixoloji Dəstək” layihəsinin icrasına başlayıb. Bu barədə “KƏLAMİNFO”ya birliyin mətbuat xidmətindən məlumat verilib. 3 ay müddətində davam edəcək layihənin əsas məqsədi gənc psixoloqların penitensiar psixologiya sahəsində hazırlanması və gənc məhkumların psixoloji reabilitasiyası işinin həyata keçirməsindən ibarətdir. Layihə çərçivəsində 2 istiqamətdə iş aparılacaq. İlk olaraq 20 nəfər gənc psixoloq üçün penitensiar psixologiya üzrə xüsusi təlim kursları təşkil ediləcək. Bu kurslarda məhkumun psixoloji portreti və məhkum şəxsiyyətinin xüsusiyyətləri, məhkum qrupunun sosial-psixoloji xüsusiyyətləri, cəzaçəkmə müəssisələrində ünsiyyət, məhkumların fərdi psixoloji xüsusiyyətlərinin öyrənilməsi metodları, psixodiaqnostika və korreksiya işinin planlaşdırılması, cəza müddəti sona yetmiş şəxsin azadlıq şəraitinə adaptasiyasının sosial-psixoloji problemləri, məhkumlarla işləyən heyətlə həyata keçirilən psixoloji fəaliyyət kimi mühüm mövzular tədris olunacaq. İkinci istiqamət olaraq cəzaçəkmə müəssisələrində məhkumlar və müəssisə əməkdaşları üçün psixoloji seminarlar təşkil ediləcək.
|
23.08.11 Məqaləni oxumaq
|
|
|
SAM Finlandiyada keçiriləcək beynəlxalq enerji konfransında təmsil olunacaq
|
Avqustun 25-i Finlandiyanın Turku şəhərində “Avropa regionunun enerji təhlükəsizliyi” mövzusunda illik beynəlxalq enerji konfransı keçiriləcək. Turku İqtisadiyyat Məktəbinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin enerji məsələləri üzrə eksperti Gülmira Rzayeva ölkəmizi təmsil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən veriblər.
Konfransın keçirilməsində məqsəd MDB ölkələrindən olan enerji məsələləri üzrə ekspertləri bir araya gətirərək onlarla fikir mübadiləsi aparmaq və Finlandiyanın ekspert və akademik dairələrini MDB ölkələrinin enerji siyasəti haqda məlumatlandırmaqdır.
|
22.08.11 Məqaləni oxumaq
|
|
|
Hərbçilərimiz Almaniyada keçiriləcək seminarda iştirak edəcəklər
|
Avqustun 23-də Almaniyanın Potsdam şəhərində Beynəlxalq sülhməramlı missiyalar üzrə təcrübə mübadiləsi və “ISAF” əməliyyatları ilə bağlı əldə edilmiş təcrübələr mövzusunda seminar keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən seminarda Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.
Seminar avqustun 26-da başa çatacaq.
|
22.08.11 Məqaləni oxumaq
|
|
|
Doktoranturaya sənəd qəbulu elan edilib
|
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) AMEA-nın və Azərbaycan Respublikasının digər elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə qəbul elan edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov verib. Elan “Elm” qəzetinin 23-24-cü saylarında dərc olunub.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd vermək istəyən şəxslər doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunan elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidirlər.
|
22.08.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|