Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 8.2011
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    İstanbul-Məkkə dəmiryolu xətti bərpa olunur
    Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında olan İstanbul-Məkkə dəmiryolu 100 illik fasilədən sonra yenidən işə salınacaq. “KƏLAMİNFO” Tükkiyə mətbuatına istinadən xəbər verir ki, 1900-cü il sentyabrın 1-də təməli qoyulan və Sultan II Əbdülhəmidin ən böyük layihələrindən biri olan dəmiryolunun bərpası yaxın vaxtlarda başa çatdırılacaq. Bu marşrutun bərpası ilə sərnişinlər və zəvvarlar İstanbuldan Məkkəyə 24 saatlıq yolu qət edərək müqəddəs şəhərdə ola biləcəklər. Qeyd edək ki, 1904-cü ildə mərhələli şəkildə istifadəyə verilən və 4 ölkədən keçən 2 min 241 km-lik dəmiryolunu ingilislər sıradan çıxarıb. Xatırladaq ki, il ərzində 2 milyon sərnişinin istifadə edə biləcəyi bu layihə Qırmızı dəniz sahillərini də əhatə edəcək.
    08.08.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: Qeydiyyatdan keçməyən abituriyentin əmri ali məktəbə göndərilməyəcək
    Cari tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında tələbə adını qazanan şəxslər avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları ali təhsil müəssisələrində təsdiqləməklə qeydiyyatdan keçməlidirlər. “KƏLAMİNFO” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasdan imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri qəbul olunduğu ali məktəbə göndərilməyəcək. TQDK sədri bildirib ki, ali məktəblərin boş qalan yerlərinin siyahısı isə “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Həmin yerlərə qəbul avqustun 5-dən etibarən aparılacaq.
    06.08.11 Məqaləni oxumaq
     
    Azərbaycan kinosu tarixinin səhifələrinə “Dolu” da düşəcək
    Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yazıçı Aqil Abbasın “Dolu” romanı əsasında eyniadlı bədii filmin çəkilişlərinə başlanılıb. Kinostudiyadan “KƏLAMİNFO”ya verilən məlumata görə, çəkilişlərin ilkin mərhələsi İsmayıllı rayonunda aparılır. Dövlət sifarişi ilə çəkilən bu filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı xalq artisti Polad Bülbüloğludur. Qeyd edək ki, digər epizodların Mingəçevir və Sumqayıtda, pavilyon çəkilişlərinin isə Bakıda lentə alınması planlaşdırılan “Dolu”da əsas rolları xalq artisti Fuad Poladov, Əməkdar artistlər Məmməd Səfa, Şamil Süleymanov, Pərviz Bağırov, Fərhad İsrafilov, aktyorlar Rza Rzayev, Elvin Əhmədov, Vaqif Səmədzadə, Vüsal Murtuzəliyev, Gülzar Cəfərova ifa edəcək.
    06.08.11 Məqaləni oxumaq
     
    Medvedyev: Saakaşvili mənə minnətdar olmalıdır
    Rusiya prezidenti Dmitri Medvedyev bəyan edib ki, gürcü həmkarı Mixail Saakaşvili öz postunda qaldığına görə ona minnətdar olmalıdır. Onun sözlərinə görə, əgər 2008-ci il hərbi münaqişəsi zamanı rus qoşunları Tbilisiyə daxil olsaydılar, çox güman ki, Gürcüstanda başqa şəxs prezident olardı. “KƏLAMİNFO”un məlumatına görə, Rusiya prezidentinin bu sözləri “Russia Today”, Gürcüstanın birinci kanalı və “Exo Moskvı” radiostansiyasının efirində gedib. Müsahibənin tam mətni ilə prezidentin rəsmi saytında tanış olmaq olar. D.Medvedyev bəyan edib ki, «Sülhə məcbur etmək» əməliyyatının əsas məqsədi Saakaşvilinin həyata keçirdiyi «işğalın qarşısının alınması idi». Rusiya prezidenti vurğulayıb ki, Saakaşvilinin üzərinə yüzlərlə rusiyalı sülhyaratma missiyasının əsgərinin ölümü düşür: «Mən bunu ona heç bir vaxt bağışlamayacağam və bu səbəbdən də onunla danışmayacağam. Ancaq o, mütəmadi olaraq müxtəlif beynəlxalq dəhlizlərdə mənə yaxınlaşmağa cəhd göstərir». O, etiraf edib ki, Saakaşvili qanuni seçilmiş prezidentdir və yalnız gürcü xalqı ona qiymət verə bilər. D.Medvedyev onu da deyib ki, Gürcüstanın növbəti prezidentinin Rusiya ilə münasibətlər qurmaq üçün imkanları yaranacaq.
    06.08.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi nəticələri açıqladı
    Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”a nazirliyin mətbuat xidmətindən veriblər. Belə ki, avqustun 3-də allerqologiya, otorinolarinqologiya və travmatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 43 həkim iştirak edib. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 38 nəfər uğurlu nəticələr əldə edib. Növbəti test imtahanları epidemiologiya və gigiyena ixtisasları üzrə avqustun 10-da keçiriləcək.
    06.08.11 Məqaləni oxumaq
     
    Nazirlik 80 nəfər əlili Ukraynada müalicə etdirəcək
    Cari ilin iyul-avqust aylarında 80 nəfər əlil həmvətənimizin Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzində müalicə kursu keçməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”a verilən məlumatda bildirilir. Qeyd edilir ki, həmin əlillərdən 40 nəfəri cari ilin 7 iyulunda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xüsusi təyyarə reysi ilə Ukraynaya yola salınıb və onlar müalicə kursunu başa çatdıraraq 4 avqust 2011-ci il tarixdə vətənə dönüblər. Elə həmin günü növbəti 40 nəfər əlilin müalicə kursu keçmək üçün Ukraynaya yola salınması təmin edilib.
    06.08.11 Məqaləni oxumaq
     
    Araz Əzimov Əhməd Davudoğlu ilə görüşüb
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında siyasi məsləhətləşmələr çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinə dair fikir mübadiləsi aparıblar.
    06.08.11 Məqaləni oxumaq
     
    “İlin ən yaxşı bədəninə” 66 yaşlı kino ulduzu Helen Mirren sahibdir
    Los-Ancelesdə keçirilən gözəllik müsabiqəsində “İlin ən yaxşı bədəninə” nominasiyasının qalibi bəlli olub. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “The Queen” (“Kraliça”) filmində yaratdığı obraza görə 2010-cu ildə “Oskar”la mükafatlandırılmış amerikalı kino ulduzu Helen Mirren 66 yaşı olmasına baxmayaraq, gözəllik müsabiqəsində “İlin ən yaxşı bədəninə” malik olduğu üçün elə bu nominasiyada da təltif olunub. İncə görünüşü ilə özündən yaşca balacaları qabaqlayan Mirren 17.65 faiz səs toplayaraq “Qadın bədəni” ləqəbli Elle Makferson, Kerl Kole və Kelli Brouku da geridə qoyub.
    05.08.11 Məqaləni oxumaq
     
    Qəddafinin oğlu öldürülüb?
    Liviya lideri Müəmmar Qəddafinin oğlanlarından biri NATO qüvvələrinin aviahücumu nəticəsində həlak olub. «KƏLAMİNFO»nun «France-Presse» agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə üsyançıların nümayəndələri bildiriblər. Üsyançıların kəşfiyyat xidmətinin məlumatına görə, həlak olanlar arasında Qəddafinin oğlu Hamisin də adı çəkilir. Onun səhvən mart ayında öldürüldüyü barədə məlumat yayılmışdı. Hamis Qəddafi Liviya liderinin kiçik oğlu olmaqla yanaşı, Liviya xüsusi təyinatlılarının 32-ci briqadasının komandiri vəzifəsində çalışırdı.
    05.08.11 Məqaləni oxumaq
     
    Pentaqon müdafiə xərclərinin ixtisarından narahatdır
    ABŞ-ın müdafiə naziri Leon Panetta və Birləşmiş Hərbi Qərargahlar rəisi Maykl Müllen müdafiə xərclərinin ixtisar edilməsindən narahatlıqlarını bildirib. Panetta və Müllen 350 milyard dollarlıq ixtisarın zəruriliyini dərk etdiklərini, lakin Pentaqonun bundan əlavə ixtisarla üzləşməsinə yol verilməməsinin vacibliyini vurğulayıblar. «KƏLAMİNFO» «Newsru.com»a istinadən xəbər verir ki, bu həftə əldə edilən razılığa əsasən, Konqres komitəsi məsrəflərin daha artıq ixtisar edilməsinə dair plan hazırlamalıdır. Əgər plan hazır olmasa, bu, digər agentliklərlə yanaşı, ordunun da xərclərinin azaldılması demək olacaq. Leon Panetta bunun ölkənin təhlükəsizliyinə ciddi ziyan vuracağını deyib.
    05.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Avq.2011
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031