|
Səhifələr : # 11 12 13 14 15 16 17 18 19 #
Baş Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru axtarır
|
DİN Baş Dövlət Yol Polis İdarəsi Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. DİN Baş Dövlət Yol Polis İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqədə yalnız orta ixtisas və ali hüquq, eləcə də avtomobil nəqliyyatına aid olan ixtisaslara və sürücülük vəsiqələrinə malik olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vuran, boyu 175 santimetrdən yuxarı, ingilis dilində sadə danışıq bacarığı olan, Sabirabad, Saatlı, İmişli, Şırvan, Şəki, Zaqatala, Balakən, Qax rayonlarında daimi qeydiyyatda olan, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunan digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
|
07.07.11 Məqaləni oxumaq
|
|
|
Laqard ildə 552 min dollar qazanacaq
|
Fransanın keçmiş maliyyə naziri Kristin Laqard Beynəlxalq Valyuta Fondunun yeni rəhbəri vəzifəsində işə başlayıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Laqard ildə 552 min dollar qazanacaq. Fondun ilk qadın direktoruna veriləcək bu əməkhaqqı keçən həftə BVF İcraçı Direktorlar Şurasının iclasında müəyyənləşib. BVF ilə Kristin Laqard arasında bağlanan müqaviləyə görə bu məbləğin 467 940 dolları maaş, 83 760 dolları isə icra kompensasiyasıdır. Fransanın sabiq maliyyə naziri Kristin Laqardın yeni vəzifəsindəki aylıq maaşı isə təxminən 31 700 avro olacaq.
|
07.07.11 Məqaləni oxumaq
|
|
|
Ağabəy Əsgərov: “Qəzetlər onlara ayrılan yardımlardan nəşriyyata olan borclarını ödəmirlər”
|
“Təəssüf ki, qəzetlər onlara ayrılan yardımlardan nəşriyyata olan borclarını ödəmirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov bildirib. O, dəqiq rəqəm açıqlamasa da, nəşriyyatda yerləşən əksər qəzetlərin onlara borcu olduğunu vurğulayıb. Onun sözlərinə görə, elə qəzetlər var ki, xeyli vaxt keçsə də, hələ də borclarını ödəyib qurtara bilmirlər. “Reket” qəzetlərlə bağlı münasibət bildirən direktor dedi ki, artıq nəşriyyatda “reket” qəzet yoxdur. “İndiyə qədər 50-ə yaxın “reket” elan olunan qəzeti nəşriyyatdan çıxarmışıq. Mətbuat Şurası tərəfindən hər dəfə siyahı yeniləndikcə də biz bunu davam etdirəcəyik” - deyə A.Əsgərov vurğulayıb. O, həmçinin əlavə edib ki, Azərbaycanda qəzetlərin çap qiymətləri dünya standartlarına uyğun qiymətlərdir.
|
07.07.11 Məqaləni oxumaq
|
|
|
|
Sergey Lavrov Azərbaycana səfərə gələcək
|
Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gələcək. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləib.
Səfər onu da bildirib ki, həmin səfərdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Rusiyaya gedəcək. Onun sözlərinə görə, hər iki səfər çərçivəsində geniş müzakirələr aparılacaq. O, hər iki səfərin dəqiq tarixinin bu yaxınlarda bəlli olacağını qeyd edib.
|
07.07.11 Məqaləni oxumaq
|
|
|
“Eurovision”a gələcək qonaqlarımız üçün köməkçi atlas hazırlanır
|
2012-ci ilin may ayında “Eurovision” mahnı yarışmasını izləmək üçün ölkəmizə gələcək iştirakçılar və qonaqlar Bakıda öz ölkələrindəki kimi hərəkət edəcəklər. “KƏLAMİNFO”nun xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ölkəmizə gələcək qonaqların çətinlik çəkməmələri üçün köməkçi atlas hazırlayır. Bu onların Bakıda sərbəst hərəkət etmələri üçün şərait yaradacaq.
Xatırladaq ki, sözügedən atlasda paytaxtdakı mədəni-tarixi abidələr, görməli ərazilər, parklar və digər yerlər dəqiqliklə göstəriləcək, Bakı şəhərinin bütün əraziləri haqda geniş məlumat veriləcək.
|
07.07.11 Məqaləni oxumaq
|
|
|
Əbülfəz Qarayev diaspora çağırış etdi
|
“Azərbaycana qarşı yönələn təxribatlara vaxtında cavab vermək xaricdə yaşayan diasporumuz üçün prioritet olmalıdır. Belə olan halda Azərbaycan dövlətinin, yaxud Diasporla İş üzrə Dövlət Komitəsinin münasibətini gözləmək lazım deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev söyləyib.
Onun sözlərinə görə, Azərbaycan dəyərlərinin xaricdə qorunması diasporun başlıca məqsədlərindən biri olmalıdır.
O, Azərbaycanda turizm imkanlarının genişlənməsi üçün diaspor tərəfindən göndərilən təkliflərə də baxmağa hazır olduqlarını açıqlayıb.
|
06.07.11 Məqaləni oxumaq
|
|
|
Dəyəri 61 mln. dollar olan kokain daşıyan gəmi saxlanıldı
|
Karib dənizində fransız gömrükçüləri narkotik vasitələr daşıdığı güman edilən gəmini saxlayıblar. Yoxlama zamanı müəyyən edilib ki, gəmi dəyəri 61 mln. dollar olan kokain daşıyıb. «KƏLAMİNFO» «Reuters»ə istinadən xəbər verir ki, Qrenadadan Avropaya doğru hərəkət edən gəmi Müqəddəs Martin adası yaxınlığında saxlanılıb. Gəmi ekipajının bütün üzvləri - cənubi afrikalı kapitan, iki alman və hollandiyalı həbs edilib.
|
06.07.11 Məqaləni oxumaq
|
|
|
AMEA-nın Aqrar və Tibb Elmləri Bölməsi hələ yaradılmayıb
|
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Aqrar və Tibb Elmləri Bölməsinin yaradılması ilə bağlı ilkin işlərə başlanılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində AMEA-Rəyasət Heyətinin elmi katibi Sərxan Xavəri deyib.
Onun sözlərinə görə, bölmənin infrastrukturu və strukturunun formalaşdırılması məsələsi hələlik həll edilməyib. Bölmənin yaradılması, gələcəkdə aqrar sahədə tədqiqatların aparılması və digər işlərin görülməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə birgə müvfiq tədbirlərin də görüldüyünü xatırladan S.Xavəri prosesin tam formalaşdırılması ilə bağlı bəzi problemlərin də mövcudluğunu söyləyib.
|
06.07.11 Məqaləni oxumaq
|
|
|
Türkiyədə turistlərə hücum edilib
|
Türkiyədə naməlum şəxslərdən ibarət qrup İstanbulun Kadık bölgəsində dincələn turistlərə hücum edib. Daha çox «barlar küçəsi» kimi tanınan həmin ərazidə baş verən insident zamanı onlarla insan bıçaq zərbəsi alıb. Onlardan birinin vəziyyəti ağır olaraq qalır. «KƏLAMİNFO» «Baltİnfo»a istinadən xəbər verir ki, insident iyulun 5-də baş verib. Köynəklərinin üstündə «Türkiyə» sözü yazılmış təqribən 30-a yaxın şəxs «Alkoqolsuz Türkiyə», «Burada içmək olmaz» şüarları qışqıra-qışqıra yerli barlardakı insanlara hücum ediblər. Hücum edənlər qaçıb gizlənməyə müvəffəq olublar. Hadisənin şahidləri sosial şəbəkələrdə bildiriblər ki, onlar motosikletlərdə olublar.
|
06.07.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 11 12 13 14 15 16 17 18 19 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|