Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2011
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rəcəb Tayyip Ərdoğan iyulun 27-də gəlir
    Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan iyulun 27-də Azərbaycana səfərə gələcək. “Azadinform” Türkiyə Baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində R.T.Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli və nümayəndə heyətləri çərçivəsində görüşləri planlaşdırılır. “İyun ayının 12-də keçirilən seçkilərdən sonra baş nazir Ərdoğan ikinci xarici səfərini qardaşlıq və dostluq əlaqələrinə sahib olduğumuz Azərbaycana gerçəkləşdirir”- deyə məlumatda bildirilib. Görüşmələrdə Türkiyə və Azərbaycan arasında ikitərəfli əlaqələrin gündəmində yer alan məsələlərlə yanaşı hər iki ölkənin ortaq maraqlarına uyğun olan regional və beynəlxalq vəziyyət dəyərləndiriləcək.
    26.07.11 Məqaləni oxumaq
     
    Polşa prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri başlayıb
    Polşa Respublikasının prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri başlayıb. “Azadinform” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda Prezident Bronislav Komorovski və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub. Səfər zamanı Polşa prezidenti Azərbaycan prezidenti İlham Əliyev və Milli Məçlisin sədri Oqtay Əsədovla görüşəcək. Danışıqlardan sonra dövlət başçıları xarici siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahəsində əməkdaşlığı ehtiva edən bir sıra sazişlərə imza atacaqlar. Səfər gedişində iki ölkə arasında 2011-2013 illəri əhatə edən mədəniyyət sahəsində əməkdaşlığa dair, baytarlıq qurumları arasında və informasiya sahəsində əməkdaşlığa dair sazişlərin imzalanacağı gözlənilir.
    25.07.11 Məqaləni oxumaq
     
    İran rialı tarixə qovuşa bilər
    İran Mərkəzi Bankı milli məzənnənin denominasiyasını keçirmək niyyətindədir. Bu barədə “Azadinform” İran mətbuatına istinadən xəbər verir. Ölkənin Mərkəzi Bankının veb-saytında xüsusi bölmə-forum açılıb və vətəndaşlara milli məzənnə üçün təklif edilmiş adlardan birini seçmək təklif olunur. Təkliflər arasında indiki rialdan başqa, duman, parsi və derik pul vahidləri yer alıb. Yaxın vaxtlarda dövriyyəyə buraxılacaq yeni valyuta, Mərkəzi Bankın təklifinə əsasən, dörd sıfırdan məhrum olacaq. Məsələn, 100 000 rial təxminən 9 dolların ekvivalenti olacaq. Qanun layihəsi parlamentə yönəldilməmişdən öncə vətəndaşlar arasında sorğu keçiriləcək.
    25.07.11 Məqaləni oxumaq
     
    Sarkisyan Medvedyevin müraciətinə rəsmən cavab verib
    Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Dmitri Medvedyevin Qarabağ münaqişəsi ilə bağlı müraciətinə rəsmən cavab verib. «KƏLAMİNFO» erməni KİV-inə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan bildirib. Qeyd edilib ki, az əvvəl Rusiya prezidentinin müraciətində Azərbaycan prezidenti İlham Əliyev cavab verib. Onun cavabını Moskvaya xarici işlər naziri Elmar Məmmədyarov çatdırıb.
    23.07.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə Odlar Yurdu Universitetinin rektorunun müraciətinə rədd cavabı verdi
    “Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev tibb fakültəsini bu il bitirən oğlan tələbələrin rezidentura imtahanlarına buraxılması ilə bağlı mənə müraciət edib”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib O qeyd edib ki, burada söhbətin əsasında Müdafiə Nazirliyindən xahişlə bağlı məsələ durur. “Mən Azərbaycan Tibb Universitetinin oğlan tələbələri ilə bağlı Müdafiə Nazirliyindən xahiş etmişdim ki, onlar iyul çağırışında yox, oktyabr ayında hərbi xidmətə çağırılsınlar. Çünki bu il rezidentura imtahanları sentyabr ayında keçiriləcək” - deyə TQDK sədri vurğulayıb. O bildirib ki, bu barədə qərara Tibb Universitetinin tələbələri ilə görüşdə gəlib və həmin tələbələrə bununla bağlı söz verib. “Ancaq hər hansı qurumdan xahiş etmək və ya etməmək qanun pozuntusu, yaxud qanunun tələbi deyil. Odlar Yurdu Universitetinin oğlan tələbələri ilə bağlı Müdafiə Nazirliyindən xahiş etməyəcəyəm. Bu, hər hansı qanunun tələbi də deyil ki, mən xahiş edim. O tələbələrin həmin universitetə necə qəbul olunduğu bilinmir. Onlar 2005-ci ildə TQDK-nın keçirdiyi imtahanda iştirak edib və heç bir universitetə qəbul olunmayıb.
    23.07.11 Məqaləni oxumaq
     
    TQDK sədri: “Bəzi özəl universitetləri yalnız tələbənin sayı maraqlandırır”
    “Bu gün Azərbaycanda bəzi özəl universitetləri yalnız tələbənin sayı maraqlandırır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, TQDK ali məktəbə qəbul zamanı müsabiqəyə buraxılmış abituriyentlərin ən yaxşılarını seçir. “200 bal toplamış abituriyentlər prestij ixtisaslara qəbul oluna bilmirlər. Onların əsas qəbul olunduqları yerlər özəl ali məktəblərdir” - deyə M.Abbaszadə vurğulayıb. TQDK sədri deyir ki, özəl universitetlər 200 bal toplamış abituriyentləri məmnuniyyətlə qəbul edirlər. “Universitetlərdən soruşmaq lazımdır ki, belə tələbələr universitetlər üçün qaneedicidir, ya yox. Onlar bu tələbələri istəyirlər. Biz hətta o balı aşağı salsaq - 100 bal toplamış abituriyentləri qəbul etsək, bir çox özəl universitet belə tələbələri də qəbul edərlər. Görürsünüz ki, Odlar Yurdu Universiteti 20 bal toplamış abituriyentləri də qəbul edib” - deyə o bildirib.
    22.07.11 Məqaləni oxumaq
     
    “Mətbuat Ensiklopediyası” hazırlanacaq
    Parlament Jurnalistləri Birliyi (PJB) Bakı Dövlət Universiteti ilə birgə milli KİV tariximizin əks olunacağı böyük bir layihənin icrasına başlayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə PJB sədri Elşad Eyvazlı bildirib. O qeyd edib ki, “Mətbuat Ensiklopediyası” adlanan layihə çərçivəsində çap olunacaq eyni adlı kitabı BDU-nun jurnalistika fakültəsi ilə birgə tərtib etmək nəzərdə tutulub. Kitabda “Əkinçi” qəzetindən başlayaraq ötən əsrdə və çağdaş Azərbaycanda çap olunmuş qəzetlər və bu qəzetlərə rəhbərlik edən baş redaktorlar barədə ensiklopedik məlumatlar əksini tapacaq. “Mətbuat Ensiklopediyası” layihəsilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə PJB arasında anlaşma sənədinin imzalanması nəzərdə tutulur. Sənədin avqust ayında təsdiq ediləcəyi gözlənilir.
    22.07.11 Məqaləni oxumaq
     
    Ərdoğan: “Avropa Birliyi cavab verməli olacaq”
    “Avropa Birliyi öz sözünü tutmadığına görə cavab verməli olacaq”. "KƏLAMİNFO" xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdə çıxışında deyib. "Bütün dünya bilsin ki, Kipr türkləri ilə aramızda qardaşlıq münasibətləri hər zaman olacaq. Biz Türkiyə olaraq Kipr adasında iki bərabərhüquqlu dövlətin federal dövlət yaratmasını və dövlətin federal hökumətlə idarə olunmasının tərəfdarıyıq. Ancaq Türkiyə yunan Kiprini ayrıca dövlət kimi tanımayacaq" - deyə o vurğulayıb. Ərdoğan, həmçinin qeyd edib ki, Kipr problemi 2012-ci ilə qədər həll olunmalıdır. "Kipr problemi 2012-ci ilə qədər, yəni AB-yə sədrlik yunan Kiprinə keçənə qədər həll olunmalıdır. Əks halda biz AB ilə əlaqələri kəsəcəyik. Özünü ədalət tərəfdarı kimi təqdim edən AB 2004-cü ildə verdiyi sözlərin üstündə durmadı. Onlar bu səhvlərinə görə cavab verməli olacaqlar" - deyə Ərdoğan diqqətə çatdırıb.
    22.07.11 Məqaləni oxumaq
     
    Məktəblərdə yaş həddi 65-ə çatan işçilərin siyahısının hazırlanması barədə rəsmi qərar verildi
    Təhsil naziri Misir Mərdanov "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Qanuna edilən dəyişikliyin icrasını təmin etmək məqsədilə əmr imzalayıb. “KƏLAMİNFO” xəbər verir ki, əmrdə Aparat rəhbəri və şöbə rəhbərlərinə tapşırılıb ki, Təhsil Nazirliyinin nomenklaturasına əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısını hazırlayıb rəhbərliyə təqdim etsinlər.
    22.07.11 Məqaləni oxumaq
     
    “Turizm haqqında” yeni qanun layihəsi hazırlanacaq
    Azərbaycanda “Turizm haqqında” yeni qanun layihəsi hazırlanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat prezidentin təsdiq etdiyi Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub. Tədbirlər Planında qeyd edilib ki, yeni qanun layihəsi bu ilin avqust-sentyabr aylarınadək hazırlanaraq Milli Məclisə təqdim edilsin. İşin icraçıları Mədəniyyət və Turizm və Ədliyyə nazirlikləri olacaq.
    22.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyul.2011
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031