Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2011
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Qəbul imtahanlarının cavabları avqustun 4-ü açıqlanacaq
    Bu vaxta qədər bütün qruplar üzrə müsabiqəyə buraxılanların 22619 nəfəri öz ərizələrini təsdiqləyib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında söyləyib. İxtisas seçiminin 22 iyuldan başladığını diqqətə çatdıran M.Abbaszadə ümid etdiyini bildirib ki, qalan abituriyentlər də öz ixtisas seçimini edərək ərizələrini təsdiqləyəcəklər. Bu prosesin avqustun 2-də başa çatacağını diqqətə çatdıran M.Abbaszadə bu tarixə qədər ixtisasını seçməyən və ərizələrini təsdiqləməyən abituriyentlərə güzəşt olunmayacağını qeyd edib. Onun sözlərinə görə, bir gün ərzində baza yoxlanacaq və çox güman ki, avqustun 4-də nəticələr açıqlanacaq. Nəticələr həm jurnalda həm də internetdə əks olunacaq.
    29.07.11 Məqaləni oxumaq
     
    Orta ixtisas təhsili müəssisələrində oxumaq istəyənlərin 23034 nəfəri ərizəsini təsdiq edib
    Bu vaxta qədər orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 23034 nəfər ərizəsini təsdiq edib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında söyləyib. Ərizə qəbulunun internet vasitəsilə iyulun 5-dən başladığını xatırladan M.Abbaszadə bu prosesin avqustun 10-da başa çatacaqını açıqlayıb. TQDK sədri deyib ki, qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar “Abituriyent” jurnalının 4-cü sayında dərc edilib. Onun sözlərinə görə, qəbul imtahanının avqustun 28-də keçirilməsi nəzərdə tutulub.
    29.07.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Sarkisyan başda olmaqla erməni siyasətinin iç üzü ifşa olunmalıdır”
    “13 yaşlı qızın ermənilər tərəfindən öldürülməsi daim gündəmdə saxlanılmalı, bununla əlaqədar ATƏT-ə, cavabdeh olan bütün aidiyyəti qurumlara sorğular göndərilməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Onun sözlərinə əsasən, qarşı tərəfin bu addımları cavabsız qoyulduqca, erməni gülləsinin qurbanları da günbəgün artacaq. “Sarkisyan başda olmaqla erməni siyasətinin iç üzü ifşa olunmalıdır. Mən özün beynəlxalq qurumlara, təşkilatlara 13 yaşlı qızın faciəli ölümü ilə bağlı sorğular göndərmişəm. Ancaq bizə hələ ki, cavab məktubu göndərilməyib” - deyə o, əlavə edib.
    29.07.11 Məqaləni oxumaq
     
    Rumıniyanın mədəniyyət naziri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
    Azərbaycanda səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub. “KƏLAMİNFO” xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra Şəhidlər Xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb. Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
    29.07.11 Məqaləni oxumaq
     
    Qəddafi: “Qorxmuruq, onlara meydan oxuyuruq”
    Liviya prezidenti Müəmmar Qəddafi NATO-ya yenə meydan oxuyub. Paytaxt Tripolinin 120 kilometr qərbində yerləşən Zaltendə səsli mesajla tərəfdarlarına səslənən Qəddafi: «Qorxmuruq, onlara meydan oxuyuruq. Həyatlarımız, qadınlarımız və uşaqlarımızla bir əvəz ödəyirik. Düşmənə qalib gəlmək üçün canımızı fəda etməyə hazırıq» deyib. «KƏLAMİNFO»nun məlumatına görə, Liviya dövlət televiziyasında yayımlanan mesajda Qəddafi tərəfdarlarını ölkənin cənub-qərbindəki dağlıq bölgəyə - Əl Abal Əl Harbiyə yürüşə keçməyə çağırıb. Qəddafi müxalifətə xitabən: «Xainlər, silahlarınızı atın. Təslim olmaq, ya da ölmək arasında seçim edin» ifadəsini işlədib. Liviya hökuməti isə İngiltərənin yeganə legitim hökuməti olaraq Milli Keçid Şurasını tanımasını və Qəddafi hökuməti ilə diplomatik əlaqələri kəsməsini qanunsuz və məsuliyyətsiz qərar kimi dəyərləndirib.
    29.07.11 Məqaləni oxumaq
     
    Qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərin adı məlum olub
    Bu il ali məktəblərə qəbul imtahanlarında respublika üzrə 4 məzun ən yüksək nəticə əldə edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumasta görə, 700 bal toplayanların hamısı İdarənin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarıdır. Həmin şagirdlər 287 saylı “Zəkalar liseyi”nin məzunu Əliyev Əli, 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva, 169 saylı məktəbin məzunu Ləman Məmmədova və 263 saylı məktəbin məzunu Cahandar Camallıdır.
    29.07.11 Məqaləni oxumaq
     
    Hidayət Orucov: QMİ-nin təqvimindən istifadə edin
    “Bəzi şiə məscidlərində sünnilərə “Təvvərrük” namazının qılınmasına, sünni məscidlərində isə Məhərrəmlik ayının qeyd olunmasına imkan verilmir. Belə şeylər yolverilməzdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. O, həmçinin Ramazan ayında təqvimlə bağlı problemlərin təkcə Azərbaycanda deyil, digər İslam ölkələrində də müşahidə olunduğunu söyləyib. Onun sözlərinə əsasən, bəzi məscidlər Qafqaz Müsəlmanları İdarəsinin təqvimi, bəziləri isə digər təqvimlərlə bayramı keçirir. Bu isə məscidlərdə azanın verilməsində vaxt fərqi yaradır. Komitə sədri tövsiyə edib ki, QMİ-nin təqvimindən istifadə olunsun.
    29.07.11 Məqaləni oxumaq
     
    SAM ilin ilk altı ayı ilə bağlı hesabatını açıqlayıb
    Strateji Araşdırmalar Mərkəzinin (SAM) bu ilin ilk altı ayı ərzində mətbuatda və elektron mediada 91 məqalə və 16 müsahibəsi çap edilib. Bu barədə “KƏLAMİNFO”ya SAM-dan məlumat verilib. SAM-ın elmi tədqiqatları arasında türk dilində yazılmış “Güney Kafkasiya. Toprak bütünlüyü, jeopolitik mücadeleler ve enerji” kitabı, Türkiyədə fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi tərəfindən təsis edilmiş və SAM-ın dəstəyi ilə nəşr olunmuş Caucasus International (ingilis dilində) rüblük jurnalının ilk sayı, “2011-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərin makroiqtisadi sabitlik, iqtisadi inkişaf və sosial rifaha təsirləri” adlı hesabat yer alıb. Bu siyahıya eləcə də Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Yaxın xarici ölkələr tarixi kafedrası və SAM-ın birgə layihəsi çərçivəsində ərsəyə gəlmiş "Mayendorfdan Astanayadək: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin prinsipial aspektləri" adlı kitab daxildir ki, o, Cənubi Qafqazda problemlərin təhlili və münaqişədən sonrakı nizamlanmanın optimal modellərinin axtarışı üçün maraqlı bələdçidir.
    29.07.11 Məqaləni oxumaq
     
    Gürcüstanda III Elat Mədəniyyəti günləri keçirilib
    “Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında III Elat Mədəniyyəti günləri keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, “Borçalı türklərinin elat mədəniyyəti günü” mövzusunda keçirilən tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstan ziyalıları iştirak edib. Tədbirdə çıxış edən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli xatırladıb ki, Armudlu yaylasında 2009 və 2010-cu illərdə də eyni bayram təşkil edilib. Cəmiyyət sədri vurğulayıb ki, Gürcüstanla Azərbaycan tarix yaranandan və bu millətlər mövcud olandan bir-biri ilə qonşudurlar. Onun sözlərinə görə, bu illər ərzində hər iki xalq bir-birinə sevgi və sayğı şəraitində yaşayıb, həmçinin bütün zamanların ağrı-acılarına bərabər sinə gəriblər: “Bu gün Gürcüstan və Azərbaycan müstəqil dövlətdir. Hər iki ölkənin müstəqilliyinin əbədiləşdirilməsində, hər iki xalqın layiq olduğu daha firavan həyata qovuşmasında bu dostluğun əsas amil olduğunu düzgün dərk edən və bunu yüksək qiymətləndirən “Borçalı” İctimai Cəmiyyəti bu xalqların bir-birinə daha da yaxınlaşması yolunda çox uğurlu addımlar atır”.
    29.07.11 Məqaləni oxumaq
     
    QMİ-nin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. QMİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Qazılar Şurasının cümə axşamı keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayır və iyul ayının 31-i niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Ramazan ayının 29-u və ya 30-na (miladi təqvimlə avqustun 30-na və ya 31-nə ) təsadüf edəcək. QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. Cədvələ riayət olunmasının təmin edilməsi qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə olunub. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, və 26-dan 27-nə keçən gecələrə təsadüf edir.
    29.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyul.2011
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031