Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2011
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Qadın millət vəkilləri səfərə çıxıblar
    Millət vəkilləri Leyla Abdullayeva və Sevinc Hüseynova Şimali Kipr Türk Cümhuriyyətinə səfərə yollanıblar. “KƏLAMİNFO” xəbər verir ki, səfərdə əsas məqsəd bu gün Şimali Kiprdə keçirilən Sülh və Azadlıq Bayramında iştirak etməkdir. Deputatların bayram tədbirlərində iştirakı ilə yanaşı, bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi, humanitar-təhsil, mədəniyyət sahələrində təcrübə mübadiləsi aparacaqları gözlənilir.
    20.07.11 Məqaləni oxumaq
     
    Hansı jurnalistlər ev ala bilməyəcək?
    Jurnalistlər üçün tikiləcək evin təməlqoyma mərasimi avqustdan o tərəfə keçməyəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Səbail Rayon İcra Hakimiyyətində milli mətbuatın 136-cı ildönümü münasibətilə keçirilən tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli söyləyib. Fond rəhbəri xatırladıb ki, təməlqoyma mərasimi 22 iyulda nəzərdə tutulmuşdu. Ancaq bəzi sənədlər hələ tam hazır olmadığından bu, başqa vaxt olacaq. Onun sözlərinə görə, təməlqoyma mərasimi 20 günə kimi baş tutacaq. V.Səfərli qeyd edib ki, bu işin reallaşması ilə bağlı bir sıra müzakirələr keçirilib. Onun sözlərinə görə, əvvəlcə 1 blok 9 mərtəbəli binanın tikilməsi nəzərdə tutulmuşdu, ancaq müzakirələr və məsləhətləşmələrdən sonra bina ilə bağlı son qərar qəbul edilib. Qərara əsasən, jurnalistlər üçün tikiləcək bina 2 bloklu, 18 mərtəbəli və 154 mənzilli olacaq. V.Səfərli açıqlayıb ki, binada 2 mərtəbəli qaraj, Mətbuat Klubu və başqa yerlər də nəzərdə tutulub.
    20.07.11 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev Turizm İnstitutunun bir qrup məzunu ilə görüşüb
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm İnstitutunun Avstriyanın Krems Universitetinin proqramı üzrə məzun olan tələbələrini qəbul edib. “KƏLAMİNFO”ya ATİ-dən verilən məlumata görə, görüş nazirin təşəbbüsü ilə baş tutub. Görüş zamanı Ə.Qarayev məzunlara öz nəsihət və tövsiyələrini verib, həmçinin məzunların gələcək planları ilə bağlı fikirlərini bölüşüb. Ə.Qarayev Krems Universitetinin diplomunu alan məzunların peşəkarlığını yüksək qiymətləndirdiyini və onların gələcək turizm sənayesi üçün çox vacib kadrlar olduğunu vurğulayıb. Nazir bildirdi ki, yüksək peşəkarlıqla yanaşı, müasir kadrlarda sərbəst düşünmə qabiliyyətinin və xarici dil bilgilərinin olması da çox önəmlidir.
    20.07.11 Məqaləni oxumaq
     
    Turizm İnstitutu diplom ala bilməyən tələbələrinə əlavə şans verib
    Azərbaycan Turizm İnstitutu diplom ala bilməyən tələbələrinə əlavə şans yaradıb. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə institutun prorektoru Eldar Aslanov açıqlama verib. O bildirib ki, Boloniya prosesinin qaydalarına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1997-ci ildə təsdiq etdiyi “Bakalavr səviyyəsində Dövlət Attestasiyasının keçirilməsi haqqında” əsasnaməyə görə, yekun dövlət attestasiyasından kəsilmiş tələbələrin növbəti beş il ərzində təkrar 2 dəfə dövlət attestasiyasına buraxılmaq hüququ var: “Bu qanun ATİ üçün də mövcuddur. Bizim institutda həm Krems qrupunda, həm də milli proqramda kəsilən tələbələr var. Bu tələbələrə institut rəhbərliyi tərəfindən bütün qaydalar izah edilib və lazımi sənədlər təqdim edilib. Kəsilən tələbələr təkrar imtahana oktyabr ayından başlayaraq, növbəti beş il ərzində nə vaxt istəsələr girə bilərlər. Əgər tələbə verilən bu iki şansdan da istifadə edə bilməsə, onda biz onlara natamam ali təhsil haqqında arayış verəcəyik”.
    20.07.11 Məqaləni oxumaq
     
    Davudoğlu Ermənistanla şərq sərhədlərinin açılacağını deyib
    «Türkiyənin Ermənistanla şərq sərhədləri transsərhəd daşınmaları üçün açılacaq». Erməni mətbuatının iddiasına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşdə bildirib. «KƏLAMİNFO»nun məlumatına görə, «ArmTodey» «Hurriyet Daily News»ə istinadən xəbər verir ki, Davudoğlu ilə görüşün yekunlarından sonra Ermənistan İstehsalçılar və Sabibkarlar İttifaqının rəhbəri Artur Kazaryan bildirib ki, «Türkiyə XİN rəhbəri ümidvar olduğunu bildirib ki, bizim Türkiyəyə gedib və orada tarixi yerlərə baxmağımız üçün gec-tezi sərhəd açılacaq». Qeyd edək ki, erməni QHT-ləri Ankaraya Türkiyə XİN rəhbəri ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını müzakirə etmək üçün gəliblər. «Avrasiya-Əməkdaşlıq» fondunun rəhbəri Mikael Ovvanisyan nazirdən Ermənistan-Türkiyə münasibətlərinin nə vaxt bərpa olunacağını soruşub. «Təəssüf ki, biz konkret cavab ala bilmədik. Dəqiq tarix ala bilmədik. Lakin bizi əmin etdilər ki, türk tərəfi bu istiqamətdə addımlar atacaq».
    20.07.11 Məqaləni oxumaq
     
    Moskvada Xəzərin statusuna dair növbəti iclas işə başlayıb
    Bu gün Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edir. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin iclasın açılışında bildirib ki, işçi qrupun Moskvada keçirilmiş son toplantısından 2 il ötüb: “Bu müddət Xəzər dialoqunun yüksək intensivliyi ilə müşayiət olunub: Xəzərin statusu ilə əlaqədar danışıqların 3 raundu keçirilib. Əlavə olaraq Xəzəryanı dövlətlərin təhlükəsizlik sahəsində əməkdaşlığına dair sazişin hazırlanması üzrə iş aparılıb”. O, iyulun sonunda Həştərxanda Xəzərin su bioresursları üzrə komissiyanın iclasının keçiriləcəyini də açıqlayıb.
    19.07.11 Məqaləni oxumaq
     
    3 dini icma dövlət qeydiyyatından keçib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) daha 3 dini icmaya dövlət qeydiyyatından keçmək haqqında şəhadətnamə və dini qurumların dövlət reyestrindən çıxarış sənədlərini verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DQİDK-dən veriblər. Bunlar Şəki şəhər Aydınbulaq kəndi “Hacı Mir Ələkbərağa” məscidi dini icması, Salyan şəhəri “Mirəşrəf ağa” məscidi dini icması və “Roma-Katolik Kilsəsinin Apostol Prefekturası”dır. Qeyd edək ki, bu vaxta qədər DQİDK-də 513 dini icma dövlət qeydiyyatından keçib. Qeydiyyata alınan icmalar həm islam, həm də qeyri-islam təmayüllüdür. Xatırladaq ki, 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərdən sonra ölkəmizdə fəaliyyət göstərən dini icmaların yenidən dövlət qeydiyyatına alınması başlayıb.
    19.07.11 Məqaləni oxumaq
     
    Araz Əzimov: «Azərbaycan Ermənistanda Rusiya hərbçilərinin olmasından narahatdır»
    «Azərbaycan Ermənistanda Rusiya hərbçilərinin olmasından narahatdır». «KƏLAMİNFO»nun məlumatına görə, bu sözləri “Exo Moskvı” radiosuna müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə şəxsi nümayəndəsi Araz Əzimov deyib. Onun fikrincə, Rusiya Cənubi Qafqazda militarist yanaşmadan iqtisadi yanaşma konsepsiyasına keçməlidir: «Təəssüf ki, Rusiya Ermənistanda silahlı qüvvə saxlamağı önəmli sayır. Biz Cənubi Qafqazda bu cür militarist mövcudiyyətə getdikcə daha az əsas olduğunu görürük. Tankları tankerlərlə dəyişməyin, hərbi formanı iqtisadi mövcudiyyətlə əvəzləməyin vaxtı çatıb». XİN müavini bildirib ki, Ermənistanı danışıqlar prosesindəki konstruktiv təklifləri qəbul etməyə inandırmaq Rusiyanın öz marağındadır.
    19.07.11 Məqaləni oxumaq
     
    Türk rejissorunun filmi Avropada böyük marağa səbəb olub
    Türkiyə rejissoru Semih Kaplanoğlunun çəkdiyi “Qızıl ayı” mükafatı alan “Bal” filmi keçən həftə İngiltərədə ekranlara çıxdıqdan sonra ingilis kino tənqidçilərinin güclü marağına və tərifinə səbəb olub. “KƏLAMİNFO” Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, tənqidçilərin marağına səbəb olan filmə hətta ulduz balları da verilib. “The Independent” və “Financial Times” tənqidçiləri filmə 5 ulduz, “”The Guardian”, “The Times”, “The Metro”, “Time Out” və “Evening Standart” yazarları isə 4 ulduzla rejissorun işinə öz qiymətlərini veriblər. Qeyd edək ki, türk rejissorun ərsəyə gətirdiyi “Bal” filmi yalnız İngiltərədə deyil, diğər Avropa ölkələrində də maraqla qarşılanıb. Xatırladaq ki, 2010-cu ilin sentyabr ayında Almaniyada ekranlara çıxan “Bal” kino tənqidçiləri tərəfindən mükafatlar alıb.
    19.07.11 Məqaləni oxumaq
     
    Angela Merkel avro ilə bağlı nikbin danışıb
    Almaniya kansleri Angela Merkel Avrozona ölkələri ilə bağlı açıqlama verib. “KƏLAMİNFO”nun məlumatına görə, öz ölkəsinin KİV-lərinə danışan kansler hesab edir ki, bəzi avrozona ölkələrinin borc problemləri vahid Avropa valyutası üçün təhlükə deyil. “Avro böhranı yoxdur” deyən Merkelin fikrincə, hazırda yalnız ayrı-ayrı ölkələrə münasibətdə böhran barəsində danışmaq olar: “Biz avronun sabit valyuta olması üzərində çalışırıq. Ümumavropa pul vahidi Almaniyaya çox lazımdır. Avro Avropa eyniliyinin bir hissəsidir”. Merkel Yunanıstanın borcunun restrukturizasiyasını artıq istisna etməyib və eyni zamanda bunun arzuolunmayan ssenari olduğunu vurğulayıb. O, əmin olduğunu bildirib ki, avrozona ölkələrinin iyulun 21-nə nəzərdə tutulmuş növbədənkənar zirvə görüşündə Yunanıstana yardım göstərilməsi məsələsində yekdillik əldə ediləcək: “Yalnız konkret nəticələrin əldə edilməsinin mümkün olacağı təqdirdə həmin danışıqlara qatılacağam”. ABŞ-ın reytinq agentliklərinin fəaliyyətinə toxunan A.Merkel vurğulayıb ki, problem agentliklər deyil, borclardır, lakin böhranlı anlarda bu qurumlar problemi daha da ağırlaşdırırlar. Kansler Avropa Reytinq Agentliyinin yaradılması arzusunda olduğunu da gizlətməyib.
    19.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyul.2011
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031