Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
|
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
|
29.07.11 Məqaləni oxumaq
|
|
|
“Əl-Qaidə” Suriya müxalifətçilərini dəstəklədi
|
«Əl-Qaidə» terror təşkilatının lideri Ayman əl-Zəvahiri videomüraciətində Suriyada etiraz aksiyası keçirənləri dəstəkləyib. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə «France-Presse» agentliyi SITE - terror resurslarının monitorinqini aparan xidmətə istinadən xəbər yayıb. 7 dəqiqəlik videomüraciətdə Zəvahiri adi türban və ağ paltarda olub. O, Bəşər Əsəd rejiminə qarşı çıxanları müqəddəs döyüşçülər adlandırıb və onları «işğalçı, satqına və onun zülmünə» qarşı üsyan etməyə çağırıb. Əl-Zəvahiri təəssüflə qeyd edib ki, «Əl-Qaidə» Suriyanın müxalifət qüvvələrinə lazımi formada dəstək göstərə bilməyib. O, bunu ABŞ və digər ölkələrə qarşı apardığı mübarizə ilə əlaqələndirib. Zəvahiri çıxışında ABŞ-ı Suriya üsyanından öz məqsədləri üçün istifadə etməkdə və Əsədin hökumətini ABŞ və İsrailin mənafelərini qoruyacaq rejimlə əvəzləmək niyyətində günahlandırıb.
|
28.07.11 Məqaləni oxumaq
|
|
|
Dağıstan prezidentinin mətbuat xidmətinin rəhbəri öldürülüb
|
Mahaçqala şəhərində Dağıstan prezidentinin informasiya siyasəti və mətbuat xidmətinin rəhbəri Qarun Qurbanov öldürülüb. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə məlumatı RİA «Novosti» respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən yayıb. Naməlum şəxslər Qurbanovun avtomobilini atəşə tutublar. Nəticədə Qurbanovla yanaşı, onun sürücüsü də həlak olub. İlkin məlumatlara görə, Qurbanov evindən çıxıb avtomobilə yaxınlaşan zaman öldürülüb.
Qurbanov əvvəlki hökumətdə milli siyasət, informasiya və xarici əlaqələr naziri vəzifəsində salışıb. Mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə ötən ilin yayında təyin edilib.
|
28.07.11 Məqaləni oxumaq
|
|
|
Norveçdə terror aktlarını araşdırmaq üçün xüsusi komissiya yaradılıb
|
Norveçdə iyulun 22-də törədilmiş terror aktlarını araşdırmaq üçün xüsusi komissiya yaradılıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Yens Stoltenberq bildirib. O, həmçinin qeyd edib ki, bu terror aktları zamanı polisin fəaliyyəti də araşdırılacaq. Polis bu terror aktlarına ləng reaksiya verməkdə ittiham olunur. İyulun 22-də sağçı ekstremist Anders Breyvikin törətdiyi iki hücumda 76 adam ölüb.
|
28.07.11 Məqaləni oxumaq
|
|
|
Breyviki dəstəkləyənlər ortaya çıxıb
|
Avropa Parlamentində İtaliyanın «Şimal liqası» Partiyasından olan deputat Mario Borqeçio norveçli terrorçu Anders Breyvikin bir sıra ideyalarını «əla» adlandırıb. «KƏLAMİNFO» «BBC News»a istinadən xəbər verir ki, Borqeçio bunu İtaliyanın radiostansiyalarından birinə müsahibəsində bildirib. O deyib ki, Breyvikin güc tətbiq etməsini pisləyir, lakin onun antiislam mövqeyini, xüsusən də Norveçin regionun islamlaşması qarşısında təslim olması barədə fikirlərini bəyənir.
|
28.07.11 Məqaləni oxumaq
|
|
|
Gürcüstanda yaşayan azərbaycanlı uşaqlar da yay düşərgələrində dincələ biləcək
|
Bu ildən Gürcüstanda yaşan azərbaycanlı uşaqlar da yay düşərgələrində dincələ biləcək. Bu barədə “KƏLAMİNFO” gürcü mətbuatına istinadən xəbər verir. Öncələr Gürcüstanda istirahət düşərgələrində erməni və gürcü uşaqları birgə dincəlirdisə, bu ildən artıq onların arasına azərbaycanlılar da qatıla bilər. Ümumilikdə 90 gürcü, 20 erməni və 30 azərbaycanlı uşaq üçün nəzərdə tutulan laqer Barjomi yaxınlığında yerləşir. Bu, “Qafqaz regionunda uşaqlar üçün yay düşərgələrinin təşkili” layihəsi çərçivəsində reallaşdırılıb. Layihə İsveçrənin “Hex- Eper” təşkilatı tərəfindən maliyyələşdiriləcək.
|
28.07.11 Məqaləni oxumaq
|
|
|
Gürcüstandakı azərbaycanlıların təhsili ilə bağlı yeni layihələr həyata keçirilir
|
Gürcüstanda yaşayan azərbaycanlıların təhsili ilə bağlı yeni layihələr həyata keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində Gürcüstanın Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifov söyləyib.
H.Yusifov xatırladıb ki, Gürcüstanda yaşayan milli azlıqlarla bağlı layihə həyata keçirilir və bu layihəyə əsasən, ali məktəbə daxil olan milli azlıqlar, o cümlədən azərbaycanlı gənclərə 1-ci kursda gürcü dili öyrədilir. Digər kurslarda isə onlar ixtisas fənlərindən imtahan verirlər. Qubernator müavini xatırladıb ki, ötən tədris ilində 300 azərbaycanlı Gürcüstanın dövlət ali təhsil ocaqlarına qəbul olunub və onlar bu layihədən yararlanırlar. Onun sözlərinə görə, bu il isə Kvemo-Kartli Quberniyası üzrə 600-dən artıq azərbaycanlı Gürcüstanın ali məktəblərində təhsil almaq üçün sənəd verib.
|
28.07.11 Məqaləni oxumaq
|
|
|
Qafqaz Müsəlmanları İdarəsinin yeni Nizamnaməsi təsis ediləcək
|
Hazırda Azərbaycanda 520 dini icma fəaliyyət göstərir. Bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov verib. “KƏLAMİNFO”nun məlumatına görə, H.Orucov, həmçinin bildirib ki, qeydiyyatdan keçməsi üçün 219 dini icmanın sənədləri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən DQİDK-yə təqdim edilib. Onun sözlərinə görə, məsləhətləşmələrdən sonra həmin dini icmaların sənədlərinə baxılacaq.
Bu günlərdə Mili Məclis tərəfindən “Dini etiqad azadlığı” haqqında qanuna bəzi dəyişikliyin edildiyini xatırladan H.Orucov onu da açıqlayıb ki, QMİ-nin yeni Nizamnaməsi təsis ediləcək.
|
28.07.11 Məqaləni oxumaq
|
|
|
Medvedyev Soçidə növbəti görüşün keçirilməsinə çalışır
|
Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi üçün ciddi səy göstərir. Bu barədə ermənilərə məxsus “Jamanak” qəzeti məlumat yayıb. “KƏLAMİNFO” qəzetə istinadən xəbər verir ki, Qarabağ üzrə sənədin imzalanması üçün Rusiya prezidenti çox yaxın zamanlarda Soçidə növbəti görüşün keçirilməsinə çalışır. Görüşdə ABŞ və Fransa prezidentlərinin iştirak edib-etməyəcəyinə gəldikdə, qəzet yazır ki, bu, bir sıra məsələlərin necə həyata keçiriləcəyindən asılı olacaq.
|
28.07.11 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev: “Sarkisyanın düşüncə tərzinə yaxşı bələdəm”
|
“Əslində, Sarkisyandan başqa bir şey gözləmirdim. Çünki dəfələrlə onunla görüşmüşəm. Onun düşüncə tərzinə yaxşı bələdəm”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağı biz aldıq, yeni nəsil də Ağrı dağını ələ keçirsin” sözlərinə münasibət bildirərkən deyib.
Prezident İlham Əliyev bildirib ki, əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir. “Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür.
|
28.07.11 Məqaləni oxumaq
|
|
|
|